Dinimilli tolerantlıq, millətlərarası

münasibətlərin inkişaf etdirilməsi

 

Azərbaycanda  multikulturalizm ənənləri qədim tarixə malikdi. Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif mədəniyyətlərin qovuşduğu ölkədi. Bu özəlliyini nəzərə alan  bir sıra azsaylı xalqlar Azərbaycanda məskunlaşdılar. Zamanla onlara qarşı heç bir maniyəni görmədikdə, dinlərinə, dillərinə, mədəniyyətlərinə qarşı sonsuz sevgi hörmət hiss etdikdə isə bu  məskunlaşma, daimi oldu. Ayrı ayrı bölgələrimizdə yaşayan azsaylı xalqların sabit həyat tərzi buna əyani sübutdu. Udinlərin, talışların, xristianların, ləzgilərin digər azsaylı xalqların əsrlər boyu ölkəmizdə rahat həyat tərzləri, öz mədəniyyətlərinin, dillərinin dinlərinin, milli bayramlarını qoruyub saxlamaları Azərbaycanın hələ uzun illər bundan öncə necə bir tollerant ölkə olmasında xəbər verir. Azərbaycanlıların azsaylı xalqların birgə mehriban qardaş halında yaşamaları, bir - birlərinin mədəniyyətlərinə, dinlərinə, dillərinə hörmət sevgi ilə yanaşmaları dünyaya Azərbaycanın multikultural ənənəsindən   mədəniyyətindən xəbər verir. Artıq Azərbaycanda tolerantlıq, ayrı - ayrı dinlərlə, dillərlə birgə yaşamaq alternativi olmayan həyat tərzidi.

Təkcə Azərbaycanın bölgələrində deyil, paytaxt Bakınıda tolerantlığın mərkəzi adlandırmaq olar. Paytaxt sakinlərinin  uzun illər başqa millətlərin nümayəndələri - ruslar, polyaklar, yahudilər və hətta ermənilərlə bir ailə kimi yaşamaları, millətlərarası münasibətlərin müsbət inkişafına dəstək verən layihələrin həyata keçirilməsi Bakını dünyanın tolerant paytaxtı adlandırmağa əsas verir.

Multikulturalizm bir cəmiyyətdə çoxmədəniyyətliliyin bərqərar olamsıdı. Multikulturalizm dünya dinlərinə, dillərinə, mədəniyyətinə hörmətdi, dözümlülükdü. Bu gün bir çox Avropa ölkələrinin imtina etdiyi dinimilli tolerantılğı, millətlərarası münasibətlərin inkişafını Azərbaycan  çox rahatlıqla qəbul və hörmət edir.  Bu gün dünyanın nəhəng dövlətlər kimi tanıdığı Böyük Britaniya, Fransa, Almaniya multikulturalizimdən, millətlərarası münasibətdən, dinimilli tolerantlıqdan imtina edir. Dinlərin, mədəniyyətlərin bir - birləri inteqrasiyasını, qarşılıqlı əlaqələrini qəbul etməyən Avropa ölkələri bunu öz təhlükəsizliklərini qorumaq adı altında  "kiçik bəhanələrlə" gizlətmək istəyirlər.

Azərbaycan və həmçinin dünyanın bir neçə ölkəsində multikulturalizm siyasəti dəstəklənir və hətta bu dövlətlər beynalxalq aləmdə öz multikultural modelləri ilə çıxış edirlər. Məsələn, Amerika, İsveç, Avstraliya öz multikultural modellərinə sahib olmuş ölkələrdi. Azərbaycan da dünyada öz multikultural modelinə sahibdi.

 

Multikulturalizmin Azərbaycan modeli

 

Ulu öndər Heydər Əliyev Azərbaycanda yaşayan azsaylı xalqlara hər zaman böyük diqqət və qayğı ilə yanaşıb.  "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətəndiririk və qoruyub saxlayacağıq"- deyən Ulu öndərin siyasətini bu gün İlham Əliyev uğurla davam elətdirir. Məhz bu uğurlu fəaliyyətin davamı kimi  2014 il mayın 15 - də prezident İlham Əliyevin qərarı ilə Bakı Beynalxalq Multikulturalizm Mərkəzi yarandı. Təbii ki, Mərkəzin yaranması təsadüfü  qərar deyildi. Azərbaycan xalqı tarixən tolerantlıq, dözümlülük, başqa dinlərə və mədəniyətlərə hörmət prinsipini həyat tərzinə çevirib. Mərkəzin çoxşaxəli fəaliyyəti nəticəsində hər il multikulturalizmlə bağlı keçirilən tədbirlər sayəsində multikulturalizmin Azərbaycan modeli formalaşıb. Bu modeldə dinimilli tolerantlığın qorunması, millətlərarası münasibətlərin hər zaman  müsbət inkişaf etdirilməsi və ən nahayət Azərbaycanı multikulturalizm mərkəzi kimi tanıtmaq əsas prinsiplərdən biridi. Mərkəzin geniş, çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycan Avropa dövlətlərinə dinimilli tolerantlığa, millərlərarası münasibətlərin inkişafına necə dəyər və önəm verdiyini əyani sübut etmiş oldu. 2016 - cı il prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin son müşavirəsində Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi haqqında sərancam imzalandı.Məhz bu sərancamın sayəsində Azərbaycan dünyaya barış, sülh mesajı verdi. Bəzi Avropa dövlətlərinin İslam əleyhinə apardığı çirkin siyasətlərinə qarşı, bu cür mesaj vermək, onları sülhə dəvət etmək İslam dinli bir dövlət  üçün cəsarətli addım idi. Onu da qeyd edək ki, tolerantlıq və multikulturalizm o cəmiyyətdə inkişaf edir ki, orada demokratiya var. Azərbaycan  demokratik gücünü özünün multikulturalizm siyasətində bir daha isbatladı.

Azərbaycanda dinimilli torelantlığa son dərəcə dözümlülük və hörmət göstərdiyi halda, müxtəlif dövlətlərədə çox zaman baş verən məzhəblərarası münaqişələrlə, mübahisələrlə tez - tez xəbərdar oluruq. Nəzərə alaq ki, bu günə qədər ölkəmizdə heç bir məzhəb ayrımçılığı, münaqişələri yaşanmayıb, sünni və şiyə qarşıdurmalarına rast gəlinməyib.İslam dinin iki böyük qolu olan sünni və şiə təriqətinə inanc göstərənlər min ildən artıqdır ki, dini ibadətlərini fərqli məkanda, fərqli şəkildə həyata keçirirdilər. Hal - hazırda dünyada sünni, şiə qarşıdurmalarının tüğyan etdiyi bir zamanda Azərbaycanda müsəlmanların müqəddəs günü hesab olunan cümə günlərində  İslam dininin həm sünni, həm də şiə təriqətinə inanc göstərənlər, vahid məkanda vəhdət namazı qılırlar. Ulu öndərin ildönümündən başlayan bu təşəbbüs artıq ənənə halını alıb. Bir həftə şiə, digər həftədə isə sünni məzhəbinə məxsus azançı tərəfindən ibadətə dəvət olunan müsəlman bacı və qardaşlarımız Azərbaycanda öz təriqətlərinə qarşı olan diqqəti və qayğını yüksək qiymətləndirirlər. Məhz "Multikulturalizm ili" çərçivəsində müsəlmanları vəhdət namazına dəvət etməklə Azərbaycan dünyaya bir daha sülh carçısı olduğunu, terroru lənətlədiyini, müharibələrə qarşı olduğunu göstərdi. Azərbaycan öz dini və tolerantlıq siyasəti ilə dünyəvi dinlərə, mədəniyyətlərə, adət və ənənələrə öz qucağını açır. Onların tarixin amansız səhifələrindən silinməsinə imkan vermir. Azərbaycanda yaşayan udinlərin, talışların, ləzgilərin və s. azsaylı xalqların mədəniyyəti, dilləri, dinləri məhz İlham Əliyevin ölkəmizdə apardığı uğurlu siyasətinin nəticəsində qorunaraq, bu günümüzə qədər yaşayır.

Bakı Beynəlxalq Multikulturaıizm Mərkəzinin yarandığı gündən həyata keçirdiyi bir sıra layihələr və Kamal Abdullanın tərtib etdiyi dərslik sayəsində Azərbaycanın multikulturalizm siyasəti və mesajı dünyaya çatdırılır. BBMM -nin önəmli layihələrindən olan yay və qış məktəbi layihəsinin əsas məqsədi ölkəmizdə təhsil alan əcnəbi və yerli tələbələrlə birgə bölgəmizdə yaşayan azsaylı xalqların nümayəndələri ilə görüşüb, onların mədəniyyətləri, dinləri ilə tanış olmaqdı. Layihə zamanı gənclər uzun illər Azərbaycanda məskunlaşmalarına baxmayaraq, azsaylı xalqların heç bir təsirə məruz qalmamaları, öz mədəniyyətlərini qoruyub saxladıqları ilə əyani şəkildə tanış oldular. Məhz yay və qış məktəbinin aktiv fəaliyyəti nəticəsində "Azərbaycanın Gənc Dostları" Beynalxalq Klubu  yarandı. Hazırda klubun 200 - dən artıq fəal üzvü dünyada  Azərbaycanın multikultural siyasətini təbliğ edir.

Kamal Abdullanın tərtib etdiyi "Azərbaycan multikulturalizmi" fənni  ölkəmizdə fəaliyyət göstərən 40 universitetdə, dünyanın isə 15 ölkəsində tədris olunur. Çox qısa bir zamanda bu cür böyük uğura nail olmaq Azərbaycan üçün artıq qələbədir.

 

 "Tolerantlığın ünvanı -Azərbaycan"

 

Heydər Əliyev Fondunun " Təhsilə dəstək" layihəsi çərcivəsində Qax, Zaqatala, Balakən rayonlarında gürcü dilli məktəblilər üçün dərsliklər və məktəb ləvazimatları göndərməklə Azərbaycanda məskunlşan azsaylı xalqların mədəniyyətləri ilə yanaşı,  təhsillərinə də hər zaman dəstək və önəm verildiyi göstərilir.  Fondun tolerantlıq və millətlərarası münasibətlərin inkişafı bununla bitmir.  2007 - ci il Parisdə Versal Sarayının parkındakı ümumbəşəri abidələrin restavrasiyası, 2008 - ci ildə Luvr muzeyinin bərpası, 2011 - ci ildə II Dünya müharibəsi zamanı dağıdılmış Berlin qəsrinin təmiri, Vatikanda Roma katakombalarının təmiri və bərpası işləri Azərbaycanın millətlərarası münasibətlərin müsbət inkişafına, dinimilli tolerantlığa son dərəcə önəm verdiyinin göstəricisidi.

Bundan əlavə, Heydər Əliyev Fondu 2014 - il də "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsini həyata keçirdi. Layihə çərçivəsində Fond respublikamızda mövzuya uyğun olaraq sərgilər keçirməklə, bərabər, dini abidələrin, tikililərin təmir və bərpasında yaxında iştirak etdi. Layihənin daha bir vacib və önəmli fəaliyyəti Bakıda yaşayan yahudilər üçün Xabad - Or - Avner təhsil mərkəzinin yaradılmasıdı.

Layihə çərçivəsində dəfələrlə Azərbaycana səfər etmiş məşhur fotoqraf Reza Deqatinin fotolarında Azərbaycanın dini tolerantlığı, dözümlülüyü əks olunub. Məhz bu fotolar nümayiş olunduğu beynalxalq rəsm salonlarında Azərbaycan haqqında dünya ictimaiyyətinə barış, sülh mesajlarını verir.

Həmçinin Azərbaycan öz tolerantlıq ənənsini, dəstəyini və diqqətini dünya miqyasında da təbliğ edir. Bu sahədə Azərbaycan Respublikasının I vitse - prezidenti, Heydər Əliyev Fondunun prezidenti, I xanım Mehriban Əliyevin dəstəyi ilə bir neçə Avropa ölkələrində tarixi, dini abidələrin yenidən restavrasiyası, onların yenidən tarixə - insanlara qaytarması ölkəmizin multikulturalizmə, mədəniyyətlərarası dialoqa böyük önəm və dəstək dəstək verdiyini göstərir.

Ötən ilin yanvar ayında Parisdə keçirilən konfransda Mehriban xanım Əliyevanın "Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti" mövzusundakı çıxışında Azərbaycanın dünyaya barış, sülh mesajını çatdırdığını vurğulamışdı: "Ekstremizmterrorçuluğa qətiyyətlə yox deməklə biz cəmiyyətlərimizdə dözümlülük, sülhsevərlik, tolerantlıq dəyərlərinin təbliğinə geniş fikir verməliyik... Ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillər bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub. Dərin multikulturalizm köklərinə malik ölkə kimi, Azərbaycan qlobal arenada bu dəyərlərin təşviqi üçün vacib rolunu oynamağa hazırdır".

 

Nigar Adil

 

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vaistələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"

 

Olaylar.- 2017.- 28 fevral.- S.14.