Ağlamayaq, kişilər!
BakiPost.az Azərbaycan Milli
Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri,
professor Şahin Fazilin Xocalı ilə bağlı şeirlərini
təqdim edir:
Bu haray
adi haray,
Bu səs
adi səs deyil.
Nə qədər
ağlasaq da
Bu gün
bizə bəs deyil,
Ağlamayaq,
kişilər!
Harayımda
qəzəb var,
Qəzəbimə
səbəb var:
Bu –
intiqam harayı,
Bu –
intiqam səsidir,
Bu gün
ağlamaq deyil,
Savaşmaq
vədəsidir,
Ağlamayaq,
kişilər!
Kədərimiz,
qəmimiz
Aşsa
da başımızdan,
Gərək
bu gün bərk ola
Başımız
daşımızdan.
Mərmimiz
tükənəndə
Mərmi
ola başımız.
Mübarizə
var öndə,
Axmasın
göz yaşımız,
Göz
yaşları yerinə
Zərbə
yığaq yaylığa
Düşməni
döymək üçün.
Güllə
yığaq yaylığa,
Ağlamayaq,
kişilər!
Fürsəti
fövtə verib
Ağlamaq
olmaz daha.
Bu
qaranlıq gecədən
Çıxmalıyıq
sabaha,
Ağlamayaq,
kişilər!
Bu gün
yağı düşmənin
Qolunu
qırmaq üçün,
Əlini
qırmaq üçün,
Belini
qırmaq üçün
Belimizi
qırmasın
Xocalı
faciəsi.
Bu faciə
xalqımın
Cavanlı
faciəsi,
Qocalı
faciəsi.
Qocanı
ağlatmayın,
Cavanı
ağlatmayın,
Dindirib həzin-həzin
Qaboyu
ağlatmayın,
Kamanı
ağlatmayın.
Düşməsin
sinəmizə
Muncuq-muncuq
göz yaşı.
Göz
yaşları yerinə
Qoy qəzəb
gələ bizə.
Öndədir
hələ bizə
Xocalının
savaşı,
Ağlamayaq,
kişilər!
Gizli
deyil, bu gün biz
Çox
işdə gecikmişik,
Davada
gecikmişik,
Döyüşdə
gecikmişik,
Gecikək
qəhərdə də,
Ağlamayaq,
kişilər!
Dözərək
bu dərdə də,
Ağlamayaq,
kişilər!
Zəfər
çağı gələndə,
Zəfərdən
könlümüzə
Qəhər
çağı gələndə,
Qəhərdən
hamımızın
Ağlamağı
gələndə,
Yığıb
silahımızı
Ambara qalaq-qalaq,
Qırxıb
saqqalımızı
Gülə-gülə
ağlayaq...
Ağlamayaq
kişilər!!!
Qəzəl
Xocalı Soyqırımından
25 il ötdü.
Bəs haçan erməni
soyqırımı başlayacaq?
Onlar buna layiqdirlər!!!
Çox
fəlakətli nifaqdır Xocalı
soyqırımı,
Xalqımın
köksünə dağdır Xocalı soyqırımı.
"Qoy
qırım!” olmalıdır soyqırıma indi əvəz,
Saplanan
türkə bıçaqdır Xocalı soyqırımı.
Təhqirə
məruz olan qeyrətimizdir
Xocalı,
Söndürülmüş
çox ocaqdır Xocalı soyqırmı.
Güllələnmiş
babalardır, qana qəltan nənələr,
Süngülənmiş
hər uşaqdır Xocalı soyqırımı.
Yaği
yadlar tərəfindən ləkələnmiş örpək,
Başa həsrətli
papaqdır Xocalı soyqırımı.
Lalənin
rəngi hopubdur Xocalı torpağına,
Suyu qan
çay və bulaqdır Xocalı soyqırımı.
Çəkilən
dildir ağızdan, üzülən qol və ayaq,
Kəsilən
baş və qulaqdır Xocalı soyqırımı.
Viran
olmuş necə mənzil, uçurulmuş neçə
mülk,
Dağılan
zorla tifaqdır Xocalı soyqırımı.
Gözümüzdə
elə sancaqdı çıxarmaq lazım,
Üzümüzdə
şapalaqdır Xocalı
soyqırımı.
"Ölən
öldü və keçən keçdi” demək
mümkünmü?
Qanayırsa,
hələ sağdır
Xocalı soyqırımı.
Bir şəhər
yox, neçə min kənd, qəsəbə, yurd-obadır,
Neçə bağdır, neçə
dağdır Xocalı
soyqırımı.
Döyüşək ər kimi, övrət sayağı ağlamayaq
Bizə bədnam yamaqdır Xocalı soyqırımı.
Çıxa bilməz yadımızdan
soyumun faciəsi,
Hər zaman yad olacaqdır Xocalı soyqırımı.
Soyqırımlar törədənlər yetə qoy soyqırıma,
Qəlbdən çıxmayacaqdır Xocalı
soyqırımı.
Bir xəbərdir ki, gərəkdir yayıla hər tərəfə,
Bəşərə qanlı soraqdır Xocalı soyqırımı.
Zəngəzurdur ki, yüz ildir paralanmış, Şahin,
Yaralanmış Qarabağdır Xocalı soyqırımı.
Şahin Fazil
Olyalar.- 2017.- 28 fevral.- S.11.