Siyasi plüralizm
məkanı
Azərbaycan 25
ildən artıqdır ki, müstəqil respublika kimi fəaliyyət
göstərir. Birmənalı olaraq
ölkəmiz müstəqillik əldə etdikdən sonra müstəqilliyinin əsas prinsip və normalarını özündə
tətbiq etməyə, onları inkişaf
etdirməyə başlayıb. Hər kəsə məlumdur ki, müstəqil, demokratik
bir respublikaya xas olan başlıca
xüsusisyyətlər həmin ölkədə fikir, söz və məlumat
azadlığının təmin olunması, plüralizmin
inkişaf etdirilməsidir.
Mübaliğəsiz olaraq qeyd edə bilərik ki, qeyd edilən pinsiplər günümüzdə Azərbaycanda ən yüksək səviyyədə qorunur, inkişaf etdirilir. Ölkədə fikir, söz və məlumat azadlığı mövcuddur. Bu mövcudluq özünü Azərbaycanda çoxsaylı gündəlik və həftəlik qəzetlərin, elektron portalların fəaliyyətində göstərir. Həmçinin ölkədə paytaxt və əyalətlər daxil olmaqla onlarla müstəqil televiziya kanalı fəaliyyət göstərir ki, onların da fəaliyyətinə heç bir maneçilik törədilmir, hər bir televiziya kanalı, kütləvi informasiya vasitəsi, yazılı və elektron resurslar azad, müstəqil şəkildə fəaliyyətini davam etdirir. Bbu fəaliyyəti şərtləndirən, ona stimul verən başlıca amillərdən biri isə dövlətin, xüsusilə dövlət başçısının mətbuat sahəsinə göstərdiyi diqqət və qayğıdır. Bunun bariz nümunəsi isə 2009-cu ildən fəaliyyət göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondudur.
Qeyd etdiyimiz kimi demokratik prinsiplər, ənənlərin digər bir vacib elementi, göstəricisi plüralizmdir. Plüralizm özü də məlum olduğu kimi bir neçə istiqaməti əhatə edir. Siyasi, dini, mədəni və s. Əgər Azərbaycanın siyasi mühitinə, ölkədə fəaliyyət göstərən siyasi partiyaların sayı, yönümü, həyata keçirdiyi kursa diqqət yetirsək qəti şəkildə deyə bilərik ki, Azərbaycanda siyasi plüralizm mövcuddur və bunu inkar etmək qərəzli yanaşma, ədalətsizlikdir. Elə Böyük Millət Partiyasının sədri Samir Adıgözəlli də bu qənaətdədir. O, bildirib ki, plüralizmin əsas istiqamətlərindən sayılan siyasi plüralizm Azərbaycanda ən yüksək səviyyədə təmin olunur. Samir Adıgözəllinin sözlərinə görə, bunu konkret bir neçə misalla da göstərmək mümkündür: "Bu gün Azərbaycanda onlarla siyasi partiya fəaliyyət göstərir. Qanunverici orqan sayılan Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyası və iqtidarmeyilli partiyalarla yanaşı müxalifət partiyaları da təmsil olunur. Azərbaycan dövləti qanunverici orqanda təmsil olunan partiyalar arasında heç bir fərq qoymadan onlara dövlət büdcəsindən müəyyən məblğdə maliyyə yardımı ayırır. Onu da qeyd edim ki, bu məqam "Siyasi Partiyalar haqqında" qanunda da öz əksini tapır. "Siyasi partiyalar haqqında qanunun III fəslinin 13-cü maddəsində göstərilir ki, dövlətsiyasi partiyaların hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq onların öz vəzifələrini yerinə yetirmələri, habelə öz sənədlərini dövlət mətbuat orqanları vasitəsilə yaymaları üçün bərabər hüquqi şərait yaradılmasına, partiyaların rəhbər orqanlarının mühafizəsinə və təhlükəsizliyinə təminat verir. Həmçinin qanunun IV fəslinin 17-ci maddəsində göstərilir ki, siyasi partiyaların fəaliyyəti bu Qanuna uyğun olaraq dövlət büdcəsindən ayırmalar və əldə etdikləri digər vəsaitlər hesabına maliyyələşdirilir. Eyni zamanda qanunun həmin maddəsində siyasi partiyalara dövlət büdcəsindən vəsaitin ayrılmasıməsələsi də qeyd edilir". Samir Adıgözəlli onu da qeyd edib ki, siyasi plüralizmin mövcud olduğunun digər bir göstəricisi onların fikir, söz azadlığı, həmçinin sərbəst toplaşmaq azadlığı və hüquqlarından istənilən vaxt faydalana bilmələridir: "Heç kimə sirr deyil ki, Azərbaycanda fəaliyyət göstərən istənilən siyasi partiyalar istənilən zaman kəsiyində etiraz aksiyası, mitinq və nümayiş keçirə bilir. Baxmayaraq ki, keçirilən aksiyalarda birbaşa əsas fikir, hədəf ölkədə xaos, anarxiya yaratmağa, siyasi sabitliyi pozmağa yönəlir. Həmçinin etiraz aksiyası təşkil edən siyasi liderlər və onların tərəfdarları həmin toplantılar zamanı siyasi etikadan kənar, siyasi mübarizə üsullarına sığmayan, cəmiyyətin, hətta özlərinin sağlam düşüncəli tərəfdarlarının belə normal qarşılamadığı qərəzli fikirlər, əsassız tənqidlər, hətta təhqirlər belə səsləndirir, hakimiyyətin, hakimiyyətdə təmsil olunan ayrı-ayrı məmurların ünvanına şər-böhtan dolu fikirlər səsləndirirlər, buna baxmayaraq hakimiyyət siyasi dözümlülük, anlayış, opponentləindən fərqli olaraq siyasi mədəniyyət nümayiş etdirərək hər bir partiyanın etiraz aksiyası keçirmək istəyini, niyyətini normal qarşılayır, ona şərait yaradır. Elə bu faktın özü də Azərbaycanda siyasi plüralizmin ən yüksək səviyyədə mövcud olduğunun göstəricisidir". Samir Adıgözəlli bildirib ki, Azərbaycan fikir, söz və məlumat azadlığı kimi, siyasi plüralizm sahəsində də örnək ölkələrdən biri sayıla bilər və qonşu dövlətlərlə müqayisədə Azərbaycan bu sahədə çox-çox irəlidədir: "Ümumiyyətlə isə götürəndə siyasi plüralizmin mövcudluğunu şərtləndirən bir sıra amillər mövcuddur. Bu sıraya azad söz, fikir azadlığı və müxtəlifliyi, eləcə də ölkədə müxtəlifyönümlü siyasi partiyaların fəaliyyət göstərməsidir. Eyni zamanda bu və ya digər ölkədə vətəndaş cəmiyyəti nümayəndələri, qeyri-hökumət təşkilatlarının varlığı, onların normal atmosferdə fəaliyyət göstərməsi də siyasi plüralizmin mövcudluğunu ortaya qoyan başlıca amillərdən sayıla bilər. Bütün bu asadalanan amillərə Azərbaycanda rast gəlmək mümkündür". Partiya sədri qeyd edib ki, Azərbaycanın siyasi hakimiyyət də bu sahədə hər zaman öz prinsipial mövqeyini açıq şəkildə ortaya qoyub və bu ənənələri inkişaf etdirmək, onların ən yüksəsk səviyyədə təmin olunmasına maraqlı olduğunu atdığı addımlar, həyata keçirdiyi məqsədyönlü tədbirlər və islahatlarla təsadiqləyib. Samir Adıgözəlli onu da vurğulayıb ki, Azərbaycanda siyasi plüralzimin mövcudluğunu, ən yüksək səviyyədə inkişaf etməsini Milli Məclisin fonunda da göstərmək mümkündür: "Yuxarıda da qeyd etdiyim kimi qanunverici orqanımızın tərkibi Azərbaycanda siyasi plüralizmin mövcudluğundan xəbər verir. Bu gün Milli Məclisdə ən geniş tərkiblə təmsil olunan siyasi partiya Yeni Azərbaycan Partiyası olsa da, ancaq eyni zamanda digər partiyalar da müəyyən sayda deputatlarla qanunverici orqanda təmsil olunur. Həmin partiyalardan seçilmiş millət vəkilləri də parlamentdə keçirilən müzakirələr, plenar iclaslarda qanun layihələrinin müzakirəsində, qəbul edilməsində yaxından, bərabərhüquqlu şəkildə iştirak edir, öz fikirlərini, təklfilərini irəli sürür, ifadə edirlər. Siyasi hakimiyyətin böyük humanistliyidir ki, hətta bəzi hallarda milli maraqlara zidd çıxışlar edən və Azərbaycanın böyük uğurlarını görməzdən gələn müxalif siyasi partiyaların da davamlı fəaliyyətinin mövcud olması üçün, dağılıb, sıradan çıxmaması üçün maliyyə yardımı ayırılır. Dövlətin maliyyə dəstəyi olmadan bu siyasi təşkilatlanmaların o qədər də uzun ömürlü olması inandırıcı deyil. Çünki geniş kütlə tərəfindən bu siyasi təşkilatlanmalara rəğbət yoxdur. Parlamentdə hakim partiyanın üzvü olan deputatlar tərəfindən də bəzən tənqidi çıxışların olması, hökumətdə təmsil olunan bəzi məmurların nöqsanlarının qınanması hallarına da rast gəlmək mümkündür. Bu faktın özü də Azərbaycanda demokratik prinsiplərin, fikir, söz azadlığı, plüralizmin başlıca göstəricilərindəndir. Onu qeyd etmək yerinə düşər ki, dəfələrlə respublikada mövcud olan və ya süni şəkildə yaradılmış narazılıqların aradan qaldırılması istiqamətində hakim partiyanın təəssübkeşi olan deputatların sərt, aqressiv çıxışlarının əyani şahidi olmuşuq. Əgər ətraf dövlətlərə, qonşu respublialara, onların siyasi atmosferinə nəzər salsaq bu tip anoloji faktlara həmin ölkələrdə rast gəlmək olmaz ki, hakim partiyanın üzvü təmsil olunduğu hökumətin hansısa üzvünü tənqid etsin. Onun yarıtmaz fəaliyyətini üzə çıxarsın. Belə bir halın Azərbaycanda mövcud olması siyasi hakimiyyətin nə qədər yüksək demokratiya meyilli olmasının göstəricisi, bariz nümunəsidir". Partiya sədri onu da diqqətə çatdırıb ki, bu gün Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar əsas etibarilə iki qrupa bölünüb. İqtidar yönümlü, müxalifət yönümlü partiyalar: "İqtidar yönümlü partiyalar hazırda mövcud olan siyasi hakimiyyətlə eyni fikirlərin daşıyıcısıdır. Müxalifət yönümlü partiyalar isə tamamilə fərqli, bir çox hallarda radikal fikirlərin daşıyıcılarıdır. Bu tendensiyanın mövcudluğu və fikir ayrılıqlarına baxmayaraq çoxpartiyalı partiyanın təmsil olunduğu Parlament iclasında ümumi rəy və ortaq məxrəc əsasında yekdil qərarların qəbul edilməsi əlbəttə sözün həqiqi mənasında siyasi plüralizmdən xəbər verir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2017.- 7 iyul.- S.15.