Müstəqil medianın varlığı söz

və fikir azadlığına şərait yaradır

 

Etiraf edilməlidir ki, özünü demokratik elan edəl dövlətlərdə söz, fikir və mətbuat azadlığının təmin olunması vacib şərtlərdən hesab olunur. Bunun üçün isə müstəqil medianın mövcudluğu əsas elementlərdəndir. Sirr deyil ki, Azərbaycanda müstəqil medianın formalaşması, söz, fikir və mətbuat azadlığının təmin olunması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir. Belə tədbirlərdən birivacibi medianın müstəqilliyinin təmin olunması istiqamətində atılan addımlardır.

Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi müxtəlif üsul və vasitələrlə həyata keçirilir. Bu məqsədlə "Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" və sənədə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Burada əsas məqsəd kütləvi informasiya vasitələrinin müstəqilliyini təmin etməkdir ki, nəticədə media ictimai və dövlət maraqlarını həyata keçirə bilsin. Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasında bildirilir ki, dövlətin informasiya siyasəti Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş fikir, söz və məlumat azadlığının, vətəndaşların informasiya əldə etmək hüququnun ardıcıl və tam təmin edilməsinə yönəlib. Müasir informasiyatelekommunikasiya texnologiyalarının inkişafı, cəmiyyətin sosial-siyasi və mədəni həyatında kütləvi informasiya vasitələrinin təsirinin güclənməsi həm bu sahənin infrastrukturunun yeniləşməsini, həm də jurnalistlərin peşəkarlığının artırılmasını zəruriləşdirir. Ölkəmizin dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçidlə əlaqədar şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təminatı xüsusi əhəmiyyət kəsb edir. Buna görə də KİV-lərin inkişafına və fəaliyyətinin təkmilləşməsinə dövlət dəstəyinin göstərilməsi müasir dövrümüzün tələbinə çevrilib.

Hüquqşünas Yusif Bəkirov qeyd edir ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyinin forma və prinsipləri  normativ hüquqi aktlarla təmin edilir. "Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na əsasən bu qayğı qanunçuluq, şəffaflıq, əməkdaşlıq, qarşılıqlı məsuliyyət,

kütləvi informasiya vasitələrinin müstəqilliyinin qorunması, onların fəaliyyətinə hər hansı müdaxilənin istisna edilməsi, kütləvi informasiya vasitələrinin inhisarlaşmasının qarşısının alınması kimi prinsiplərə əsaslanır:  "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu dövlətin kütləvi informasiya vasitələrinin inkişafına müxtəlif formalarda yardım göstərməsini istisna etmir. Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi metodiki, təşkilati-texniki, konsultativ, maliyyə və digər formalarda ola bilər.

Metodiki dəstək kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşdirilməsi, onların informasiya əldə etmək imkanlarının genişləndirilməsi, kütləvi informasiya vasitələri nümayəndələrinin ixtisas və peşə hazırlığının artırılması üçün tövsiyələr, materiallar, məlumat kitabçaları və digər vəsaitlərin hazırlanması yolu ilə həyata keçirilir. Təşkilati-texniki dəstək müxtəlif tədbirlər zamanı kütləvi informasiya vasitələrinin səmərəli fəaliyyətinə zəruri şəraitin yaradılması, həmçinin fikir, söz və məlumat azadlığı, plüralizm və kütləvi informasiya vasitələrinin inkişafı mövzusunda ictimai maraq doğuran seminarların, konfransların, təlimlərin və digər tədbirlərin təşkilinə dəstək göstərilməsi vasitəsilə həyata keçirilir". Onun sözlərinə görə,  kütləvi informasiya vasitələrinin inkişafına konsultativ dəstək qanunvericilik və digər normativ hüquqi aktların şərhi və izahında, metodları və istiqamətləri, dövlət dəstəyinin göstərilməsi imkanları və sair məsələlər barədə məlumat verilməsində ifadə olunur.  Maliyyə dəstəyi kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, infrastrukturunun modernləşdirilməsi, iqtisadi müstəqilliyinin gücləndirilməsi, dövlət və cəmiyyət üçün əhəmiyyətli problemlərin həllinə yönəlmiş proqramların, layihə və tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə dövlət tərəfindən yardımlar ayrılmasını nəzərdə tutur.

Kütləvi informasiya vasitələrinə maliyyə yardımı müsabiqəli və müsabiqəsiz şəkildə həyata keçirilir. Hüquqşünas bildirib ki, Azərbaycanda kütləvi informasiya vasitələrinə müsabiqəli və müsabiqəsiz maliyyə dəstəyi göstərilir: "Müsabiqəli maliyyə dəstəyi kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, onların inkişafına xidmət edən perspektivli proqrambiznes layihələrin həyata keçirilməsi üçün uzunmüddətli və güzəştli kreditlər verilməsi ilə təmin edilir. Bundan başqa, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlər üzrə məqsədli proqram və layihələrin həyata keçirilməsi ilə əlaqədar kütləvi informasiya vasitələrinə maliyyə yardımı ayrılması təmin edilir. Müsabiqəsiz maliyyə dəstəyi isə bölgələrdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinə, sosial, mədəni və uşaqlar üçün xüsusi nəşrlərə ünvanlı yardımlar;  subvensiyalar - dövlət orqanları tərəfindən normativ hüquqi aktların və digər rəsmi sənədlərin nəşrinə sifariş verildikdə məqsədli ayırmalar;  subsidiyalar - müəyyən məqsədlər üçün dövlət büdcəsindən verilən maliyyə vəsaiti; sosial reklamlar - dövlət və yerli özünüidarəetmə orqanlarının ödənişli reklam və elanlarının kütləvi informasiya vasitələrində yerləşdirilməsi ilə təmin olunur. Hər iki vasitənin həyata keçirilməsində ümumi məqsəd kütləvi informasiya vasitələrinin müstəqilliyinin təmin edilməsidir. Nəzərə almaq lazımdır ki, KİV-in müstəqilliyinin təmin olunması birbaşa və dolayısı ilə sözfikir azadlığının təmin olunmaına dəlalət edir. Təsəvvür edin ki, dövlətin KİV-i maliyyələşdirdiyi zaman tələbi ondan ibarətdir ki, kütləvi informasiya vasitələrində peşə (etik) davranış qaydalarına riayət edilsin, jurnalist peşəkarlığının artırılmasına şərait yaradılsın,  informasiya vasitəsinin obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyətliliyi təmin olunsun.  Göründüyü kimi sadalanan şərtlərin hər biri ölkədə sözfikir azadlığının  təmin olunmasına hədəflənib". Hüquqşünas hesab edir ki, KİV-in müstəqilliyi sözfikir azadlığının təminatıdır: "Bu gün Azərbaycanda sözfikir azadlığının təminatşısı kimi çıxış edən qanunvericilik bazası mövcuddur. Mövcud qanunvericilk bazası kütləvi informasiya vasitələrinin müstəqilliyinin qarantı olmaqla yanaşı, həm də sözfikir azadlığına şərait yaradır. Bu prosesin daha da inkişaf etdirilməsi  məqsədlə  dövlət başçısı tərəfindən 2008-ci il avqustun 31-də Azərbaycan Respublikasının Prezidenti "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq olunması haqqında Sərəncam imzalamışdır. Etitaf edilməlidir ki, sözügedən Konsepsiya kütləvi informasiya vasitələrinin inkişafına dəstək verməklə bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsinə, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin artırılmasına, Konstitusiyayaqanunlara, dövlət rəmzlərinə hörmətin dərinləşməsinə, jurnalistikanın keyfiyyətcə yeni texnoloji səviyyəyə yüksəlməsinə, jurnalist peşəkarlığının və məsuliyyətinin artmasına, kütləvi informasiya vasitələrinin xarici təcrübədən faydalanmasına, beynəlxalq əlaqələrinin genişlənməsinə, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihə və proqramlarının həyata keçirilməsinə, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın möhkəmlənməsinə, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə və müstəqil mətbuatın inkişafına şərait yaradır. Sirr deyil ki, Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən biridir. Elə bu amil nəzərə alınaraq sənəddə qeyd olunur ki, dövlətin informasiya siyasəti Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuş fikir, söz və məlumat azadlığının, vətəndaşların informasiya əldə etmək hüququnun ardıcıl və tam təmin edilməsinə yönəlmişdir. Müasir informasiyatelekommunikasiya texnologiyalarının inkişafı, cəmiyyətin sosial-siyasi və mədəni həyatında kütləvi informasiya vasitələrinin təsirinin güclənməsi həm bu sahənin infrastrukturunun yeniləşməsini, həm də jurnalistlərin peşəkarlığının artırılmasını zəruri edir. Bütün bunlar isə nəticə etibarilə ölkədə söz, fikir və mətbuat azadlığının təminatına xidmət edir".

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2017.- 8-10 iyul.- S.15.