“Muğam izaholunmaz bir
dünyadı...”
Müsahibimiz
2011 - ci ildə Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət
kanalının dəstəyi ilə yayımlanan Muğam müsabiqəsinin laureatı Elsevər
Muradovdur.
Sizi tanıyaq...
Muradov Elsevər Səxavət oğlu. 1989 - cu ildə Astara rayonunun Siyaku kəndində doğulmuşam. Kənddə istedadlı uşaqları seçirdilər. 2001 - ci ildə rayon üzrə "İstedad axtarırıq" müsabiqəsinin birincisi oldum. Daha sonra rayon 1 saylı uşaq musiqi məktəbində təhsil aldım. Baxmayaraq ki, bir ildi musiqi məktəbində idim, məni Respublika Uşaq Muğam Müsabiqəsinə göndərdilər. 2002 - ci ildə həmin müsabiqədə Respublika üzrə II yerə layiq görüldüm. Respublika müsabiqəsində yer tutandan sonra xalq artisti Mənsum İbrahimov məni Bakıya dəvət elədi. Onu da qeyd edim ki, Mənsum müəllimin ilk tələbələrindənəm. 2003 - cü ildə cənab prezidentin and içməsində Heyder Əliyev adına Respublika sarayında "Qarabağ şikəstəsi"ni ifa etdim. Və prezident mükafatına layiq görüldüm. 2004 - cü ildə Asəf Zeynallı adına musiqi kollecinə daxil oldum. 2011 - ci ildə Respublika Muğam müsabiqəsinin diplomatı oldum. 4 ay canlı efirdə, xalq artistlərimizin, tamaşaçılarımız qarşında çıxış etdim. Bu ildə də Milli Konservatoriyaya daxil olmuşam.
Sənətə
gəlişinizə kimlər səbəb oldu?
Ailədə həm anamın, həm də atamın gözəl səsi var. Bu sənətdə mənə hər zaman valideynlərim, xüsusən də atamın dəstəyi çox olub.
Ustad kimi kimi özünüzə
ustad bilirdiniz?
Bu sənətdə mənim
iki müəllimim olub. İlk təməlimi Astara
musiqi məktəbində İsabala Həziyev olub. Demək
olar ki, Astara rayonundan çıxan bütün
ifaçıların, xalq artistlərinin ilk müəllimi
olub. 2002 - ci ildən bu günə qədər də Mənsum
İbrahimovun tələbəsi olmuşam.
Adətən Muğam müsabiqəsində iştirak
edən ifaçılar müsabiqədən sonra efirlərdə
tez - tez iştirak edirlər. Sanki
siz efirlərdən uzaq düşmüsünüz. Səbəb nədir?
2011 - ci il
müsabiqəyə qatılanda səsimin dəyişən
vaxtıydı. Ona görə müsabiqədə də
özümü ustadlara tam isbatlaya bilmədim. Səsimin dəyişmə
müddəti ilə əlaqədar bir müddət onu
qorumağa çalışdım. İnşallah bundan sonra
efirlərdə, konsertlərdə görsənəcəm.
Hal - hazırda
fəaliyyətiniz hansı istiqamətdədi?
Hazırda "Art
Garden" məkanında
çalışıram. Bura daha çox xarici turistlər gəlir.
Biz də onlara muğamımızı sevdirməyə
çalışırıq. Bizimlə, sənətimizlə
maraqlanırlar. Sevindirici haldır ki, bu gün dünyada muğam məhz Azərbaycan
musiqisi, irsi kimi tanınır. Biz də
bacardığımız qədər onlara mədəniyyətimizi
sevdirməyə, nümayiş elətdirməyə
çalışırıq.
Muğam qəlblə beyinə bağlı, izaholunmaz bir duyğudu. Muğamı necə
duyruqsa, hiss ediriksə o cür də ifa edirik. Muğam
hansı dərəcədə hiss olunursa, o dərəcə
də ifa edilir. Muğam izah olunmaz bir dünyadı...
Bu sənət
yolunda ən çox kimlər
sizə dəstək olur?
Mənim sənət yolumda atamın danılmaz zəhmətləri var. Hər
zaman uğurlarımla atamı sevindirməyə
çalışıram. Ustadım Mənsum İbrahimovun, Təyyar
Bayramovun dəstəyini hər zaman öz üzərimdə
hiss eləmişəm.
Ustad xanəndələrdən
daha çox kimlərin
ifalarını mütəmadi dinləyirsiniz?
Daha çox
Yaqub Məmmədovu
sevirəm və dinləyirəm. İslam Rzayev, Xan Şuşinski,
Əbülfət Əliyev, Ağaxan Abdullayev və
bütün ustad xanəndələri dinləyirəm.
Həmçinin müsabiqə zamanı
mənim ifalarıma dəyərli fikirlər bildirən ustadlarımızın,
xalq artistlərimizin Arif Babayevin, Əlibaba Məmmədovun,
Səkinə xanım
İsmayılovanın, Mənsum
İbrahimovun ifalarını
da tez -tez
dinləyirəm, onlardan
nələrisə öyrənməyə
çalışıram.
Bu sənətdə
kimi özünüzə
kumir seçirsiniz?
Bu sənət yolunda
mənim idealım Mənsum müəllimdi. Həm bir
ustad, müəllim
kimi, həm də bir insan kimi. Mənsum
müəllim çox gözəl insandı. O bizlər
üçün ustad, müəllim deyil, o həm də bizlər
üçün mənəvi atadı. Özümü
çox şanslı bir insan hesab edirəm ki, Tanrı məni
o cür gözəl insanla rastlaşdırdı.
Bundan sonra bu sənətdə
qarşınızda hansı məqsədləriniz var?
Bu sənət yolunda
məqsədlərim çoxdu. Birinci məqsədim
özümü bu sənətdə təsdiqləyim,
ustadım kimi tələbələrimin olmasını istərdim.
Yaşadıqca, yəqin ki,bu sənətdə məqsədlərim, amallarım
çox olacaq, inşallah.
Pəri
Olaylar.- 2017.- 18 iyul.- S.13.