Fikir, söz və məlumat
azadlığının təminatçısı
Azərbaycan tarixində ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan sonra əsas diqqət yetirdiyi məsələlərdən biri də müstəqillik ənənələrinə xas xüsusisyyətləri, demokratik prinsipləri inkişaf etdirmək, demokratiyaya sadiqliyini nümayiş etdirmək idi. Demokratik ənənələr, pirinsiplər isə ilk növbədə fikir, söz, ifadə məlumat azadlığının necə təmin olunmasında özünü göstərirdi. Düzdür, Azərbaycan 1991-ci ilin oktyabrında müstəqilliyini elan etsə də, lakin demokratik ənənələrə bağlılıq, bu prinsipləri inkişaf etdirmək, xüsusilə fikir, söz, məlumat və ifadə azadlığının inkişaf etdirilməsi istiqamətində hələ bundan əvvəl də ölkədə müəyən işlər görülür, mətbuatın azad şəkildə fəaliyyət göstərməsi üçün zəmin yaradılırdı. Təbii ki, bu müsbət tendensiyanı o zaman bütün ölkə miqyasında müşahidə etmək mümkün deyildi. Bir qədər də dəqiqləşdirsək bu prosesin başlanğıcı Naxçıvan Muxtar Respublikasından qoyulmuşdu. O zaman Muxtar Respublikada Ali Məclisə sədrlik edən ümummilli lider Heydər Əliyev kütləvi informasiya vasitələri ilə sıx təmasda olur, onlarla yaxından işləyir, media nümayəndələrinin nomal fəaliyyəti üçün lazımı addımlar atırdı. Hələ müstəqillik əldə etməyən, Sovet İmperiyasının tərkibində olan Azərbaycanda, onun bir hissəsi olan Naxçıvan Muxtar Respublikasında azad mətbuatın formalaşması, media nümayəndələrinin müstəqil şəkildə fəaliyyət göstərməsi istiqamətində görülən işlər, atılan addımlar təkcə Azərbaycanda deyilk, eləcə də ondan kənarda böyük diqqət və marağa səbəb olmuşdu. Ümummilli lider uzaqgörənliyi ilə proseslərin Azərbaycanın müstəqilliyinə doğru getdiyini bilir və medianın, kütləvi informasiya vasitələrinin gələcəkdə müstəqil, azad şəkildə fəaliyyət göstərməsi üçün zəmin, şərait yaradırdı. Təsadüfi deyil ki, məhz ümummilli liderin bu istiqamətdə atmış olduğu addımlar kifayət qədər maraqlı olduğu üçün hətta paytaxt Bakıdan müntəzəm olaraq media nümayəndələri Muxtar Respublikaya üz tutrur, orada ümummilli lider Heydər Əliyevlə görüşməyə, onunla müsahibələr almağa maraq göstərirdilər. Heydər Əliyevin ortaya qoyduğu iradə və görülən işlər o zaman ümummilli lideri qəbul etməyən, onun siyasi hakimiyyətə gedən yoluna əngəl yaratmaq istəyən dairələrdə də maraqla qarşılanır, izlənilirdi.
Ümumiilli lider Heydər Əliyevin müstəqil medianın inkişafı, fikir, söz, məlumat və ifadə azadlığının təmin olunmasında maraqlı göründüyü, buna cəhd göstərdiyi onunla görüşmək istəyində olan kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında fərq qoymamasından da aydın sezilirdi. Belə ki, hansı cəbhəyə xidmət etməsindən, hansı siyasi kursun müdafiəçisi, təbliğatçısı olmasından asılı olmayaraq ümummilli lider Heydər Əliyev Muxtar Respublikaya onunla görüşməyə, müsahibə almağa, Naxçıvandan reportaj hazırlamağa üz tutan hər bir media nümayəndəsini özünəməxsus xoş rəftar, qayğıkeşliklə qarşılayır, jurnalistin ona ünvanlanan hər bir sualına geniş və əhatəli şəkildə cavab verirdi. Baxmayaraq ki, artıq Azərbaycan öz müstəqilliyini əldə etmişdi və ölkədə demokratik prinsiplər, ən əsası fikir, söz, məlumat və ifadə azadlığı mütləq şəkildə təmin edilməli idi, lakin biz müstəqilliyin ilk illərində ölkəni idarə edən siyasi hakimiyyətlərin fəaliyyətində, yanaşmasında buna müşahidə edə bilmirdik. Əksinə demokratiyadan ağız-dolusu danışanlar, azadlıq, müstəqillik şüarları ilə hakimiyyətə gələnlər özləri demokratik prinsiplərə əməl etmir, ölkədə fikir, söz, məlumat və ifadə azadlığına ciddi şəkildə maneçilik törədirdilər. O zaman ümummilli lider Heydər Əliyevlə görüşmək üçün Naxçıvan Muxtar Respublikasına getmək arzusunda olan kütləvi informasiya vasitələrinin nümayəndələrinə səfərin baş tutmaması üçün maneçilik yaradılır, yaxud hansısa yolla, məxfi şəkildə Muxtar Respublikaya səfər edib Heydər Əliyevlə görüşmək fürsəti əldə etmiş media nümayəndələrinə geri qayıtdıqdan sonra təzyiqlər göstərilir, hətta onlar fiziki təzyiqlərə, hücumlara belə məruz qalırdılar. Bir sözlə demokratiyadan, azad söz, fikir, məlumat, ifadə azadlığından ağız dolusu danışan demokratların özləri həmin prinsipləri kobud şəkildə pozur, onu tapdalayırdılar.
Heydər Əliyevin mətbuata isti münasibəti Azərbaycandan kənarda yaşayan və işləyən media mənsublarına da çox yaxşı bəlli idi. Bu səbəbdən də dünyanın müxtəlif ölkələrini, tanınmış şirkət və agentlikləri təmsil edən çox tanınmış qəzet və televiziya müxbirləri hər zaman onunla görüşməyə, ondan müsahibə almağa çox böyük maraq göstərirdilər. Təsadüfi deyildir ki, həm Azərbaycan, həm də SSRİ rəhbərliyi tərəfindən ona qarşı çox güclü təzyiqlər olduğu dövrdə belə bir çox xarici ölkə jurnalistləri hər cür maneələri dəf edərək çətinliklə də olsa, Heydər Əliyevlə görüşmək, ondan müsahibə almaq üçün Naxçıvana gedirdilər. Ümumiyyətlə, həm yerli, həm də xarici media nümayəndələri üçün ümummilli lider Heydər Əliyev ən yaxşı müsahib sayılırdı və hər kəs onunla görüşə böyük həvəs göstərirdi.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da dövlət başçısı kimi media, kütləvi infomasiya vasitələri ilə sıx işləyir, onlarla daim ünsiyyətdə, təmasda olur, jurnalistlərə xüsusi qayğı ilə yanaşırdı. Bir sözlə Heydər Əliyev sovet dönəmində olduğu kimi, müstəqil Azərbaycan dövlətinin Prezidenti olduğu illərdə də mətbuatımızın inkişafı naminə çox böyük işlər görüb. Ölkədə mətbuatla bağlı mükəmməl qanunvericilik bazasının yaradılması, həm yazılı, həm də elektron medianın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalist kadrlarının sosial müdafiəsinin gücləndirilməsi, mətbuatın lisenziyasızlaşdırılmasının və senzuranın ləğvi, qəzet və jurnalların borclarının dondurulması, bir sıra mətbuat orqanlarının dövlətə olan borclarının ləğvi, ayrı-ayrı qəzet və jurnalların çapının dövlət hesabına maliyyələşdirilməsi, bu və ya digər formada qanun pozuntusuna yol vermiş neçə-neçə media mənsubunun cinayət məsuliyyətindən azad olunması - bütün bunlar ulu öndərin Azərbaycan mətbuatına qayğı və diqqətinin bariz nümunəsidir.
Qürur hissi
ilə deyə bilərik ki, Heydər
Əliyev idarəçilik məktəbinin və siyasi kursunun layiqli davamçısı olan
Prezident İlham
Əliyevin hakimiyyəti dövründə Azərbaycanda mətbuata
dövlət qayğısının miqyası daha da genişlənmişdir.
İndi Azərbaycanda istənilən
şəxs özünə mətbuat orqanı yarada bilər. Bunun üçün yetərincə
əlverişli mühit olduğundan
qəzet və jurnalların sayı durmadan
artır. Əvvəllər az qala, hər kəs bilirdi ki, ölkədə nə qədər qəzet
və jurnal dərc olunur.
İndi isə, hətta aidiyyatı
orqanların nümayəndələri belə bəzən
ölkədə nə qədər qəzet və jurnal nəşr olduğunu
söyləməkdə çətinlik çəkirlər. Bu gün Azərbaycanda hər
kəsin imkanı var ki,
onu düşündürən, narahat edən məsələlər barədə
mülahizələrini mətbuata çıxarsın.
Əfsuslar olsun ki, bir çoxları mətbuatın sərbəstiliyindən
sui-istifadə edərək ondan "piar" kimi istifadə edir. Bəli, bu danılmaz
həqiqətdir ki, indiki
halda Azərbaycanda nəşr olunan bir sıra mətbuat
orqanları gecə-gündüz hakimiyyət əleyhinə böhtan kampaniyası aparmaqla
məşğuldur. Bu nəşrlərin kimlərinsə əlində oyuncaq olduğu artıq hər
kəsə çox yaxşı bəllidir.
İdeyaları çürüyən, siyasi
proqram və platformaları
bütünlüklə iflasa uğrayan, çağırış və
şüarları kütlə tərəfindən gülüş və istehza
ilə qarşılanan, beləliklə də sosial
bazasını tam şəkildə itirmiş olan üzdəniraq
müxalifət bu gün,
sadəcə, olaraq ayrı-ayrı mətbuat
orqanlarının kölgəsinə qısılaraq süni görüntü yaratmaqla məşğuldur. Bu,
əslində, xaricdəki havadarlarından yardım və ya qrantlar almaq
üçün edilir.
Təbiidir ki, həmin yardım və
qrantların bir hissəsi də elə
müxalifət mətbuatının maliyyələşdirilməsinə
yönəldilir. Bütün bu eybəcərliklər, qərəzli
və böhtan dolu məqalələrin
dərc edilməsi, işıq üzü
görməsinə baxmayaraq Azərbaycan
dövləti yenə də fikir, söz, məlumat və ifadə
azadlığına sadiqlik nümayiş etdirirək fəaliyyətini yalan və böhtan üzərində
quran həmin KİV-lərin də fəaliyyətinə
əngəl yaratmır, maneçilik
törətmir. Çünki görülən
işlər, həyata keçirilən tədbirlər, islahatlar göz
önündədir. Kimin nə deməsindən,
yazmasından asılı olmayaraq Azərbaycan
müstəqil bir respublika
kimi demokratik dəyərlərə,
ənənələrə sadiqliyini davam etdirir, bu ənənələri inkişaf
etdirir. Bu gün ölkədə yüzlərlə
media orqanı, kütləvi informasiya vasitəsinin fəaliyyət göstərməsi,
televiziya kanallarının mövcudluğu,
internet, sosial şəbəkələrdə
hər kəsin istədiyini açıq-aydın şəkildə
yaza bilməsi deyilənlərin sübutudur.
Bunu təkcə biz,
əksər beynəlxalq təşkilat və qurumlar
da etir
Olaylar.-
2017.-20 iyun.- S.11.