“Azərbaycan mətbuatı böyük inkişaf yolu keçmiş bir məktəbdir”

 

Təbriz Vəfalı: "Ölkəmizdə mövcud olan mətbuat bolluğu da cəmiyyətimizdə demokratik mühitin, həmçinin söz və mətbuat azadlığı üçün yaradılmış əlverişli şəraitin bəhrəsidir"

 

"Bu gün Azərbaycan təkcə iqtisadi inkişafına görə deyil, həm də söz, fikir və mətbuat azadlığının maksimum səviyyədə təminatı baxımından da MDB məkanında qabaqcıl yerlərdən birini tutur"

Demokratik cəmiyyətlərin baslıca göstəricilərindən biri fikir, söz və məlumat azadlığının təmin edilməsidir. Qeyd edilən istiqamətdə Azərbaycanda da vəziyyətin ürəkaçan olduğunu qətiyyətlə söyləmək mümkündür. Bu gün birmənalı şəkildə qeyd edə bilərik ki, ölkəmizdə fikir, söz və məlumat azadlığı tam mənada təmin edilir, bu prinsiplərin daha da inkişaf etdirilməsi istiqamətində zəruri addımlar atılır. Sevindirici hal ondan ibarətdir ki, qeyd edilən sahənin inkişafında dövlət və onun rəhbərliyi də maraqlıdır. Ötən illər ərzində ölkədə medianın durumunun yaxşılaşdırılması istiqamətində görülən işlər deyilənləri təsdiqləyir. Təsadüfi deyil ki, ölkənin kütləvi informasiya vasitələrinin nümayəndələri, təmsilçiləri də hazırda mətbuatın, KİV-lərin inkişafına dövlət tərəfindən istənilən dəstəyin verildiyi qənaətindədirlər. Onlar hesab edirlər ki, bu müsbət tendensiya getdikcə Azərbaycan mətbuatının durumunu, maddi-texniki bazasımı bir qədər də gücləndirir. Elə "Həftəiçi" qəzetininredaktoru, tədqiqatçıjurnalist Təbriz Vəfalı da bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Təbriz Vəfalı ümumilikdə Azərbaycan mətbuatının durumuna da toxunub.

- Təbriz bəy, bu gün Azərbaycan mediasının, Kütləvi İnformasiya Vasitələrinin durumunu necə dəyərləndirirsiniz?

- 1988-ci ildən mətbuat aləmində olduğum üçün mediamızın həm keçmiş SSRİ dönəmindəki, həm Azərbaycan Respublikasının müstəqilliyinin ilkin illərindəki, həm də sonrakı dövrlərdəki durumları barədə ətraflı məlumatım var. Sovetlər İttifaqı süquta uğramazdan əvvəl digər sovet respublikalarında olduğu kimi Azərbaycan SSR-də də mətbuat orqanları yalnız sovet psixologiyasının təbliğatına xidmət edən yazıların, məqalələrin və xəbərlərin dərci və yayımı ilə məşğul idilər. Sovetlər Birliyi dönəmində respublikamızda müstəqil qəzet və jurnal fəaliyyət göstərməyib. Həmin dövrlərdə bir neçə dövlət qəzeti ilə yanaşı, rayonlarda və şəhərlərdə nəşr edilən qəzetlər yalnız Kommunist Partiyasının və sovet psixologiyasının təbliği ilə məşğul olub. Sözügedən qəzetlərdə müstəqil fikirli insanların sərbəst düşüncələrini ifadə etməyə heç cürə imkan verilməyib. Bu baxımdan da həmin qəzetlər ölkə ictimaiyyətində və Azərbaycan cəmiyyətində müstəqil iqtisadi-siyasiictimai fikrin formalaşmasında yaxından iştirak edə bilməyiblər. 1991-ci ildə Azərbaycan özünün dövlət müstəqilliyini qazandıqdan sonra mediamızın inkişafında yeni bir mərhələnin başlanğıcı qoyuldu. Ölkəmizin media aləmində müəyyən qədər müstəqilləşmə özünü büruzə verməyə başladı. Belə ki, yeni-yeni mətbuat orqanları yarandı, jurnalistika sahəsində yeni simalar göründü, müstəqil və sərbəst fikirli insanların yazıları və məqalələri ayrı-ayrı KİV-lərdə dərc olundu.  Sonrakı illərdə isə mətbuat orqanlarının və özəl telekanallarımızın sayı  artdı. Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafına, xüsusilə də internet şəbəkəsinin inkişafına dövlət rəhbərliyi səviyyəsində xüsusi diqqət və qayğının göstərilməsi nəticəsində ölkəmizdə həmçinin saytlarinternet portalları yaradıldı, internet resurslarının sayı ilbəil çoxaldı. Hazırda təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da kifayət qədər populyarlıq qazanmış jurnalistlərimiz var. Sadaladığım faktlar da onu göstərir ki, bu gün Azərbaycan mətbuatı böyük inkişaf yolu keçmiş bir məktəbdir. Bu məktəb daim yaşayacaq, böyüyəcək və təkmilləşəcək. Onun adını bu məktəbin yetirmələri daim yüksəklərə qaldıracaqlar.

- Azərbaycan demokratik cəmiyyətin bir üzvü kimi fikir, söz və məlumat azadlığına nə dərəcədə önəm verirbu prinsiplərin tətbiqinə əməl edir?

- Tamamilə haqlısınız. Bu gün Azərbaycan demokratik cəmiyyətin tam bir üzvüdür. Ekspertlərin fikrincə, demokratiya şəraitində fikir azadlığı öz-özlüyündə əhəmiyyətli olmaqla yanaşı, digər hüquqların müdafiəsində də mühüm əhəmiyyət kəsb edir. Müstəqil və qərəzsiz məhkəmə tərəfindən müdafiə olunan fikri ifadə etmək azadlığına təminat verilmədən azad dövlət və demokratiya mövcud ola bilməz. Fikir azadlığı demokratik cəmiyyətin mühüm əsaslarından birini təşkil etməklə onun tərəqqisi və inkişafının ən zəruri şərtidir. Azərbaycanda demokratik cəmiyyət quruculuğu yolunda əldə olunan nailiyyətlərin xarakterik göstəricisi kimi mətbuat azadlığı çıxış edir. Bu gün ölkəmizdə mövcud olan mətbuat bolluğu da cəmiyyətimizdə demokratik mühitin, həmçinin söz və mətbuat azadlığı üçün yaradılmış əlverişli şəraitin bəhrəsidir. Azərbaycanda KİV-lərin təsis edilməsi, onların vətəndaşların tam,doğru-dürüstoperativ informasiya almaq hüququnun həyata keçirilməsinə yönələn fəaliyyətin təşkilati, hüquqiiqtisadi əsasları7 dekabr 1999-cu il tarixdə qəbul olunmuş "Kütləvi İnformasiya Vasitələri haqqında" Qanunla müəyyən edilir. Bu gün respublikamızda 650-dən çox müxtəlif KİV fəaliyyət göstərir. İnternet portallarının, informasiya agentliklərinin, qəzet və jurnalların sayının çoxalması isə  Azərbaycanın fikir, söz və məlumat azadlığına nə qədər önəm verdiyini göstərir. Onu da bildirim ki, insanların hüquq və azadlıqlarından, həmçinin demokratik cəmiyyətdən söz düşəndə diqqət yetirilməli ən vacib məqamlardan birisöz və mətbuat azadlığı, onun necə təmin edilməsidir. Bu gün Azərbaycan təkcə iqtisadi inkişafına görə deyil, həm də söz, fikir və mətbuat azadlığının maksimum səviyyədə təminatı baxımından da MDB məkanında qabaqcıl yerlərdən birini tutur. Bu yöndə həyata keçirilən mütərəqqi islahatlar demokratik, hüquqi və dünyəvi inkişaf yolunu prioritet seçərək bu yolla inamla irəliləyən Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinin fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir. Ölkəmizdə insan hüquqlarının, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin mövcudluğu öz təsdiqini həm də demokratik institut kimi formalaşmış KİV-lərin müstəqil fəaliyyətində, onların inkişafı üçün yaradılmış hüquqi təminatlarda tapır. Xatırlatmaq istərdim ki, Azərbaycanda fikirsöz azadlığının formalaşmasında,həmçinin ölkə mediasının hazırki inkişaf yoluna qədəm qoymasında Ümummilli liderimiz Heydər Əliyevin danılmaz və misilsiz xidmətləri olub. Belə ki, Heydər Əliyev vətəndaşların azad şəkildə özünüifadəsinin yalnız inkişafa, tərəqqiyyə və demokratiyaya xidmət etdiyini bildiyi üçün bu məsələnin ölkənin ən ali qanununda əksini tapması məsələsinə xüsusi diqqət yetirib. Müasir Azərbaycanda insan hüquqlarının müdafiəsi və təmin edilməsi sahəsində həyata keçirilən dövlət siyasəti sayəsində söz və mətbuat azadlığı bərqərar olub. Bu sahədə müəyyən olunmuş siyasi xətt ardıcıl həyata keçirilir, yaradılmış möhkəm hüquqidemokratik dəyərlərin bərqərar olması vətəndaşların hüquq və azadlıqlarının gerçək təminatına çevrilib. Bu hüquqi baza ölkədə KİV-lərdə dövlət senzurasının qadağan olunması prinsipini təsbit edən Konstitusiyaya söykənir. Çünki Konstitusiyamızın 47-ci maddəsi ölkəmizdə fikirsöz azadlığının təminatı məsələsini özündə ehtiva edir. Azərbaycanda azad mətbuatın formalaşması, hər kəsin öz fikrini sərbəst şəkildə ifadə edə bilmək imkanı qazanması Ümummilli liderin adı ilə bağlıdır. Məhz Ulu öndərin təşəbbüsü ilə bu azadlıqları məhdudlaşdıran maneələr aradan qaldırılıb. Senzura ləğv edilib. Demokratiyanın və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kimi KİV-lərin sərbəst və azad inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsinə yönələn dövlət siyasətinin həyata keçirilməsində Heydər Əliyevin imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 6avqust 1998-ci il tarixli fərman ən mühüm addımlardan biridir. Bu fərman ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu dövründə söz,fikir və mətbuat azadlığının təmin olunması, KİV-lərin inkişafı, cəmiyyətin həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib. Həmin fərmandan irəli gələn vəzifələr kontekstində həyata keçirilən tədbirlər sırasında KİV-lərin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması məqsədilə bütün mətbuat və informasiya vasitələrinin1998-ci ilin sonunda əlavə dəyər vergisindən azad edilməsi də olub və əlavə dəyər vergisi üzrə KİV-lərə verilən illik güzəştlərin məbləği 7 milyard manat təşkil edib. KİV-ə şamil olunan illik güzəştlərin məbləği və onların öhdəlikləri isə vergilərin məbləğindən iki dəfədən də artıq olub. Üstəlik, sözügedən fərmanın bir bəndi ilə mətbuatda dövlət sirrlərini mühafizə edən baş idarə ləğv olunub.Bununla da KİV-lərdə senzuranın ləğvi birdəfəlik baş tutub.

 

Olaylar. - 2017.- 3-5 iyun.- S.15.