Bakı Atatürk
Liseyinin 25 illiyi qeyd edildi
Közhan Yazqan:
"Türk Dünyası
Araşdırmalar Vəqfi
Bakı Atatürk Liseyi mərhum Turan Yazqanın bizlərə əmanətidir"
Türk Dünyası Araşdırmalar
Vəqfi Bakı Atatürk Liseyinin 25 illiyi, eləcə də məzun günü ilə əlaqədar tədbir keçirilib. Azərbaycan Dövlət Dram Teatrında
baş tutan tədbirdə Türkiyənin
Azərbaycandakı səfiri
Erkan Özoral, millət vəkili Qənirə Paşayeva, Dünyası Araşdırmaları
Vəqfinin başqanı
Közhan Yazqan, TDAV-ın qurucusu Turan Yazqanın ailəsi, VHP sədri Sabir Rüstəmxanlı,
keçmiş təhsil
naziri Firudun Cəlilov, eləcə də təhsil ocağının müəllim
və şagird heyəti iştirak edib. Azərbaycan və Türkiyənin
dövlət himnlərinin
səslənməsi ilə
başlayan mərasimdə
əvvəlcə Bakı
Atatürk Liseyinin 25 illik fəaliyyətinə
həsr olunmuş
video çarx nümayiş
olunub.
Mərasimdə çıxış
edən Türkiyənin
Azərbaycandakı səfiri
Erkan Özoral Bakı Atatürk Liseyi ilə hər zaman fəxr etdiklərini vurğulayıb. Liseyin 25 illik fəaliyyəti
dövründə bu təhsil ocağında millətini sevən, savadlı, qabiliyyətli, zəngin dünya görüşünə mənsub
gənclərin yetişdiyini
deyən səfir məzun gəncləri təbrik edib. Onların gələcək fəaliyyətləri
ilə həm Azərbaycan, həm də Türkiyə dövləti üçün
faydalı olacaqlarını
bildirib. Millət vəkili
Qənirə Paşayeva
da Atatürk Liseyinin uğurlarından,
onun türk milləti üçün
dəyərli gənclər
yetişdirdiyindən danışıb.
Qeyd edib ki, Bakı
Atatürk Liseyi hər zaman Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" və
ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" prinsipini əsas götürərək əzmlə,
uğurla fəaliyyət
göstərib. Millət
vəkili Liseyin bundan sonra da
uğurlara imza atacağından əminliyini
ifadə edib: "Bir millətin gələcəyi onun gənclərindən asılıdır.
Bu səbəbdən Türk Dünyası Araşdırmalar Vəqfi
Bakı Atatürk Liseyinin üzərinə böyük məsuliyyət
düşür. Əminəm ki, onlar bu
məsuliyyəti anlayır
və layiqincə yerinə yetirirlər.
Mən inanıram ki, Atatürk liseyi daha da böyüyəcək.
Lisey daha çox parlaq gənclər yetişdirəcək. Türk dünyasının
böyüməsini istəməyənlər
çoxdur. Bununla mübarizə
aparmaq üçün
biz bir olmalıyıq.
Mən bir daha məzun
gənclərimizi təbrik
edirəm. Allah hər zaman yolunuzu açıq eləsin. Uğurlarınız hər iki dövlətin başını
uca etsin". Millət vəkili onu da diqqətə
çatdırıb ki,
mərhum Turan Yazqan səhhəti imkan verdiyi müddətə
qədər hər il Bakı
Atatürk Liseyinin məzun törəninə
qatılar, bundan böyük bir sevinc hissi keçirərdi.
Türk Dünyası Araşdırmalar
Vəqfinin başqanı
Közhan Yazqan çıxışında Atatürk
Liseyinin Turan Yazqanın bizlərə əmanəti olduğunu vurğulayıb. Bildirib ki,
Turan Yazqan Bakı Atatürk Liseyini göz bəbəyi hesab edirdi və bizlər də ona sahib çıxmalı,
yaşatmalıyıq. Közhan Yazqan Turan Yazqanın əmanəti olan Bakı Atatürk Liseyinin yaşadılacağını
və qarşıdakı
illərdə neçə-neçə
uğurlara imza atacağını deyib:
"Türk Dünyası
Araşdırmalar Vəqfi
Bakı Atatürk Liseyi mərhum Turan Yazqanın bizlərə əmanətidir.
Bizlər var olduqca bu əmanəti qoruyacaq, onu yaşadacağıq". Sonda Türk Dünyası Araşdırmalar Vəqfinin
başqanı məzunları
təbrik edərək
onlara təhsil həyatında uğurlar arzulayıb. VHP sədri Sabir Rüstəmxanlı və
sabiq təhsil naziri Firudin Cəlilov Turan Yazqanla olan dostluğundan
danışıblar. Qeyd
olunub ki, həmin dövrdə Bakıda belə bir təhsil ocağı açmaq o qədər də asan deyildi və
müəyyən çətinliklərə
baxmayaraq Turan Yazqan buna nail ola bildi.
Çıxışlarda bildirilib ki,
lisey həm Atatürkün liseyidir, həm də Turan Yazqanın. Çünki Turan Yazqan hər zaman Atatürk idealları ilə uşaqları yetişdirirdi. Valideynlər adından TDAV-a təşəkkür
edən Oqtay Qasımov məktəbin yetişdirdiyi tələbələrin
türk dünyasına
böyük xidmət
verəcəyinə əmin
olduğunu bildirib.
Tədbirin rəsmi hissəsindən
sonra lisey məzunlarının ifasında
bədii hissə keçirilib. Məzunlar maraqlı
çıxışları ilə gecəyə rəng qatıblar. Məzunların hər çıxışı
iştirakçılar tərəfindən
maraqla qarşılanıb.
Sonda Lisey adından Turan Yazqanın xanımına, həmçinin
TDAV-ın təmsilçisi
Səadət Pinar Yıldırıma
plaket təqdim edilib. Eyni zamanda Türk
Dünyası Araşdırmalar
Vəqfi rəhbərliyi
tərəfindən liseyin
müəllimlərinə 25 illiklə bağlı hazırlanmış döş
nişanı təqdim
olunub, bir sıra müəllim heyətinə plaketlər
verilib.
Süleyman
Olaylar.- 2017.- 6 iyun.- S.12.