Azərbaycanda mövcud olan ictimai-siyasi, mədəni
mühit region dövlətləri
üçün vacib
nümunədir
Səbinə Novruzzadə: "Fikir
plüralizmi, fərqli siyasi
dünyagörüşə dözümlü
münasibət inkişafı daha da stimullaşdırır"
Azərbaycan XX əsrin 90-cı illərində tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra demokratiya yolunda inamla addımlamağa başladı. Düzdür, müstəqilliyin ilk illərində qeyd edilən istiqamətlərdə addımlar atmaq, islahatlar həyata keçirmək o qədər də asan deyildi. Ancaq qısa bir zamanda müstəqil Azərbaycan demokratik cəmiyyətin bir üzvü kimi ölkədə demokratik prinsiplərin bərqərar olması, inkişaf etdirilməsi, onun irəli aparılması istiqamətində zəruri və lazımlı addımlar atmağa başladı. Demokratiyanın başlıca göstəricilərindən biri olaraq ölkədə fikir, söz, məlumat, ifadə azadlığının təmin edilməsi istiqamətində ciddi addımlar atdı. Bu istiqamətdə keçmiş Sovetlərin zamanından qalmış senzuranın ləğv edilməsi o dövr üçün inqilabi bir dəyişiklik, yenilik, ən əsası isə demokratiya yönündə atılan mühüm idi. Bunun adınca isə qeyd edilən istiqamətdə hüquqi baza yaradıldı, təkmilləşdirildi. Eyni zamanda ölkədə siyasi plüralizmin təmin olunması istiqamətində vacib addımlar atıldı, siyasi partiyaların normal, maneəsiz fəaliyyəti üçün imkanlar yaradıldı. Təbii ki, bütün bu müsbət tendensiya 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra baş verdi. Sevindiici haldır ki, ümummilli liderin başlamış olduğu yol bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan atdığı addımlar, həyata keçirdiyi siyasi islahatlarla demokratiyaya, bu prinsiplərə sadiqliyini nümayiş etdirir. Elə ictimai fəal Səbinə Novruzzadə də bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Səbinə Novruzzadə ölkədəki siyasi plüralizm, eləcə də fikir, söz və məlumat azadlığının təmin edilməsi istiqamətində atılan ardıcıl addımlardan danışıb
-Səbinə xanım, demokratik cəmiyyətlərin başlıca
göstəricilərindən biri də siyasi plüralizmdir. Bu sahədə Azərbaycanda mövcud
durum necədir və ölkəmizdə siyasi plüralizm mövcuddurmu?
-Azərbaycan insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə qorunduğu demokratik ölkədir. Demokratiyanın başlıca şərtlərindən biri söz və mətbuat azadlğı, fikir plüralizminin təmin olunmasıdır. Azərbaycanda mətbuat tam azaddır, jurnalistlər istədiklərini yazır, vətəndaşlar öz düşüncələrini sərbəst şəkildə ictimailəşdirə bilirlər. Cəmiyyətdə tez-tez fərqli çağırışlara rast gəlmək mümkündür. Fərqli düşündüyünə, ortaya özünəməxsus mövqe qoyduğuna görə heç kim təzyiqlə üzləşmir. Ölkəmizdə söz və mətbuat azadlığı, fikir plüralizmi qanunla qorunur. Fikir plüralizmi, fərqli siyasi dünyagörüşə dözümlü münasibət inkişafı daha da stimullaşdırır. Azərbaycan hakimiyyətinin götürdüyü Avropaya inteqrasiya kursu hazırda uğurla davam etdirilir. Biz coğrafi baxımdan Şərqin bir parçası olsaq da, əxz etdiyimiz demokratik idarəçilik mexanizmi ilə çoxdan qərbliyə çevrilmişik. Azərbaycan cəmiyyəti ümumbəşəri ideyaların yorulmaz təbliğatçısı olduğu üçün ölkəmiz yerləşdiyi regionda nümunəvi modelə çevrilib.
-Azərbaycanda siyasi plüralizmin
mövcudluğu daha çox necə özünü
büruzə verir və hansı cəhətlərinə
görə, belə əminliklə deyər bilərik ki, Azərbaycanda siyasi plüralizm var?
-Bizdə bu əminliyi yaradan səbəb Azərbaycanda fikir müxtəlifliyinin tamamilə təmin olunmasıdır. Ölkəmizdə mövcud olan bütün siyasi təsisatların cəmiyyətə maneəsiz çıxış imkanı var. Siyasi partiyalar, qeyri-hökumət təşkilatları heç bir maneə ilə üzləşmədən özlərinin təbliğat tribunalarını yarada bilirlər. Hakimiyyətə opponentlik edən cinah saysız- hesabsız qəzetlərə, saytlara, informasiya agentliklərinə malikdir. Dövlətin resursları bunların arasında bərabər bölünür. Azad reklam bazarı olduğu üçün müxalif kütləvi informasiya vasitələri özlərinin maddi-texniki bazasını gücləndirə bilirlər. Bütün cinahların fəaliyyəti qanunla tənzimlənir. Hüquqlarının pozulduğunu iddia edən qruplar və ya şəxslər heç bir maneə ilə üzləşmədən məhkəməyə müraciət edə bilirlər. Vətəndaş cəmiyyəti quruculuğunda bütün spektirlərin iştirakı təmin olunub.
-Bu gün parlamentin tərkibi, qanunverici
orqanda təmsil olunan partiayalara maddi
yardımın ayrılması fonunda da siyasi plüralizmin
mövcud olduğunu
söyləmək olarmı?
-Azərbaycanda təkcə parlament partiyalarının deyil, parlamentdə təmsil olunmayan digər partiyaların da sərbəst fəaliyyət göstərməsi üçün normal siyasi şərait var. Dövlət qeydiyyatına alınmış siyasi partiya öz mənzil-qərargahını yarada, bank hesabı aça, qəzet-jurnal, sayt təsis edə bilər. Ölkəmizdə siyasi partiyalara üzvlük könüllüdür. Siyasi partiya üzvü olmaq heç bir məsuliyyət yaratmadığı kimi, vətəndaşların öz fərdi təşəbbüslərini reallaşdırmasına da maneçilik törətmir. Təsadüfi deyildir ki, hazırda dövlət qeydiyyatından keçmiş əksər partiyalar həm Bakıda, həm də regionlarda özlərinin yerli şöbələrini yarada biliblər. Təkcə mövcud siyasi kursu dəstəkləyən partiyaların deyil, hətta bu kursa qarşı çıxan partiyaların da mənzil-qərargahları vardır. Parlamentdə təmsil olunan partiyaların dövlət büdcəsi hesabına maliyyələşməsi ölkəmzidə siyasi fəaliyyəti daha da stimullaşdırır. Bu, kifayət qədər ədalətli yanaşmadır. Çünki həmin partiyalara parlamentdə təmsil olunmaq hüququnu xalq verib. Azərbaycanda parlament partiyalarının dövlət büdcəsi hesabına maliyələşməsi xalqın iradəsinə bəslənilən sonsuz hörmət və ehtiramın təzahüürdür.
-Partiyaların tutduğu xətt, nümayiş etdirdikləri siyasi
mövqe bu sırada nə
dərəcədə nümunə rolunu
oynayır. Yəni ölkədə müxtəlif yönlü partiyaların fəaliyyət
göstərməsi də siyasi
plüralizmdən xəbər vermirmi?
-Reallıq ondan ibarətdir ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) istisna olmaqla, digər siyasi partiyaların sosial bazası zəifdir. Ənənəvi müxalifət sıradan çıxmaq üzrədir. Yeni dövrün tələbləri ilə ayaqlaşa bilmədikləri üçün ənənəvi müxalifət partiyaları ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynaya bilmirlər. Digər siyasi partiyalar isə hakim partiya ilə rəqabət aparacaq gücdə deyil. Buna baxmayaraq, hakimiyyət, o cümlədən, hakim partiya həmişə siyasi mühitdə canlanma yaranmasına çalışır. Hakim partiya təmsilçilərinin müxalifyönlü partiyaların rəhbərləri ilə dialoq aparması Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatına gətirdiyi parlaq mədəniyyət nümunəsidir. YAP siyasi dinamikanın tərəfdarıdır. Amma bundan sui-istifadə etmək olmaz. Hər bir siyasi partiyanın başlıca vəzifəsi hakimiyyətə gəlmək, ölkənin idarəçiliyində söz sahibinə çevrilməkdir. Amma bu, qanunvericiliyin tələbləri çərçivəsində baş verməlidir. Siyasi fəaliyyətlə məşğul olan hər bir şəxs siyasi mədəniyyətin təməl prinsiplərinə əməl etməlidir.
-Sizcə, siyasi plüralizmdən də
partiyalar səmərəli istifadə
edirlərmi, yoxsa bu
sahədə də sui-istifadə hallarına yol
verilir?
-Aydın məsələdir ki, yaradılmış münbit siyasi şəraitdən sui-istifadə cəhdləri həmişə olacaq. Amma bu, heç kimə divident gətirmir. Özünə hörmət edən siyasi təşkilat qanunlara əməl etməli, sivil mübarizə metodunu seçməli, ölkəmizdə mövcud olan sağlam ab-havanın qorunmasına dəstək verməlidir. Bulanıq suda balıq tutmaq cəhdləri uzaq 90-cı illərdə qalıb. 90-cı illərdə siyasi fəaliyyətlə məşğul olan şəxs illuziyalarla yaşamamalıdır. Cəmiyyətlə işləmək, insanları narahat edən problemləri öyrənmək, birgə müzakirələr təşkil edərək, çıxış yolları tapmaq lazımdır. Yalnız seçki dövründə fəaliyyət göstərən partiyalar heç vaxt xalqın dəstəyini qazana bilməzlər. Bilirsiniz, mən Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının üzvüyəm. Üzvü olduğum təşkilat dinamik iş təcrübəsinə malikdir. Burada gənclərin özlərini təsdiq etməsi üçün münbit siyasi şərait vardır. Rəhbərliklə üzvlər arasında əlaqələr ən yüksək səviyyədə qurulub. Buna görə üzvlərimizin sayı sürətlə artır. Hesab edirəm ki, siyasi fəaliyyətlə məşğul olub, uğur qazanmaq istəyən şəxslər mütləq Yeni Azərbaycan Partiyasının təcrübəsindən yararlanmalıdırlar. Bu təcrübəni Azərbaycanın ümummilli lideri Heydər Əliyev yaratdığı üçün təkcə bir siyasi təşkilata deyil, bütövlükdə xalqa məxsusdur. Xalqın bütün təbəqələrinin bu təcrübədən faydalanmağa haqqı var. Mən əminəm ki, Heydər Əliyev dühası hələ uzun əsrlər yolumuza işıq tutacaq.
-Bəs digər ölkələrlə, xüsusilə region ölkələri ilə müqayisədə Azərbaycan bu sahədə hansı yerdə qərarlaşıb?
-Azərbaycanda mövcud olan ictimai-siyasi, mədəni mühit
region dövlətləri üçün
vacib nümunədir. Bu
nümunəni əxz etmək, ondan faydalanmaq lazımdır. Bilirsiniz,
belə bir məşhur ifadə vardır
ki, hər cür
müqayisə qüsurludur. Mən Azərbaycanı
digər qonşu ölkələrlə
müqayisə etməyə heç vaxt həvəs göstərməmişəm.
Ona görə yox ki, biz fərqli dildə
danışır, fərqli dinə stayiş
edir, fərqli mədəniyyətlərin
sahibiyik. Sadəcə, ona
görə ki, fərq göz
önündədir. Azərbaycan Prezidenti
cənab İlham Əliyevin də dediyi kimi, Azərbaycan regionun lider dövlətidir.
Bu üstünlük özünü təkcə iqtisadi
sferada deyil, həm də
siyasi müstəvidə göstərir.
Olaylar.- 2017.- 7 iyun.- S.15.