Azərbaycanın mütərəqqi seçki
sistemi-siyasi plüralizmin
bariz nümunəsi kimi
Hər bir
ölkənin mütərəqqi seçki
sistemi onun siyasi pluralism ənənələrindən
xəbər verir. Başqa sözlə,
ölkəlrərdə keçirilən azad,
demokratik və şəffaf seçki siyasi plüralizmin təntənəsi kimi dəyərləndirilir. Çünki,
demokratik seçkilər zamanı ölkənin
hər bir siyasi və
ictimai zümrələri dövlətin
idarə olunmasında iştirak
şansı qazanırlar. Odur ki, qətiyyətlə demək olar ki, hər bir dövlətin mütərəqqi
inkişafı müxtəlif səbəblərlə
yanaşı həm də demokratik
seçkilərdən asılıdır. Seçkilər idarəetmənin
mərkəzi institutu, insanların cəmiyyətin
siyasi-ictimai həyatında
iştirakının ən kütləvi formasıdır. Xalq dövlətin idarə edilməsində iştirak hüquqlarını əsas etibarilə
seçkilər vasitəsilə reallaşdırır və bu zaman hakimiyyət də
idarəedilənlərin razılığı ilə legitimliyini təmin edir. Bu razılığı hökumətin səlahiyyətinə
çevirən ən başlıca mexanizm
isə ilk növbədə azad, ədalətli və obyektiv
seçkilərin təşkilidir. Hüquqşünas
İdrak Qasımov deyir
ki, demokratik
seçkilərin əsas şərti hesabat
vermək məsuliyyətindən əlavə, həm də
aşkarlıq, şəffaflıq, obyektivlikdir.
Seçkilərin bu meyarlar
əsasında keçirilməsi siyasi mədəniyyətin,
hüquq düşüncəsi və mədəniyyətinin
formalaşması, xalqın ümumi iradəsinin
milli maraqlar ətrafında
birləşdirilməsi kimi çox mühüm amillərə
meydan açır. Azərbaycan
xalqı da ötən əsrin
sonlarına doğru dövlət müstəqilliyinə
qovuşduqdan sonra hüquqi, demokratik,
dünyəvi inkişaf kursunu
seçmiş, dünyanın sivil toplumu olaraq
güvəndiyi, öz taleyini
etibar etdiyi legitim siyasi hakimiyyəti məhz
demokratik, azad, şəffaf
seçkilər yolu ilə - müstəqil, azad iradə əsasında
seçmək əzmini nümayiş etdirmişdir. 1991-ci ilin 18
oktyabrında qəbul olunmuş "Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında
Konstitusiya Aktı"nda xalqın azad, demokratik seçki yolu ilə
hakimiyyəti formalaşdırmaq hüququ
bütün dünyaya
bəyan olunmuşdur.
Onu sözlərinə görə, demokratik seçkilər hüquqi
dövlət quruculuğunun əsas
göstəricilərindən biridir: "Konstitusiya Aktının 1991-ci ildə qəbuluna
baxmayaraq Azərbaycanda demokratik
seçkilərin keçirilməsi 1993-cü ildə Heydər
Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Məhz ulu öndərin
sayəsində demokratik seçki
mühitinin formalaşdırılması
Azərbaycanda hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən
birinə çevrildi. Heydər
Əliyevin 1993-cü ilin oktyabrında prezident seçilməsi isə xalqın öz rəhbərinə sonsuz
məhəbbətinin ifadəsi olmaqla bərabər,
ölkədə demokratiyanın inkişaf
etdirilməsinin, vətəndaş cəmiyyəti quruculuğunun, o cümlədən
seçki sisteminin ildən-ilə
təkmilləşdirilməsinin əsasını qoydu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi
altında hazırlanaraq ümumxalq səsverməsi
yolu ilə 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə demokratik standartlara cavab verən azad, ədalətli,
obyektiv seçkilərin keçirilməsi
üçün əsas prioritetləri
müəyyənləşdirdi. Konstitusiyanın
4-cü maddəsinə əsasən, xalqın seçdiyi
səlahiyyətli nümayəndələrdən başqa heç kəsin
xalqı təmsil etmək, xalqın adından danışmaq
və xalqın adından müraciət etmək hüququ yoxdur. Əsas Qanunun 56-cı maddəsinə əsasən, hər
bir Azərbaycan vətəndaşının
dövlət orqanlarına seçmək və seçilmək,
habelə referendumda iştirak
etmək hüququ var".
Hüquqşünas qeyd edib ki, Azərbaycan dövləti tarixi təkamül yolu ilə qazanılan nailiyyətlərlə kifayətlənməmiş, ölkədə seçki təcrübəsinin demokratik standartlara uyğunlaşdırılması yönündə səyləri artırmış, beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərini gücləndirmişdir: "Ölkə iqtidarinın siyasi iradəsilə 1997-ci ildən ölkədə müasir standartlara cavab verən seçki qanunvericiliyinin formalaşdırılması məqsədilə Azərbaycan hökuməti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu arasında qurulmuş fəal işbirliyinin müsbət nəticələri bu nöqteyi-nəzərdən diqqəti xüsusilə çəkir. Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul edildikdən sonra bu sahədə əməkdaşlıq hüdudları daha da genişlənmiş, ölkədə seçki qanunvericiliyinin təkmilləşdirilməsi işində Avropa Şurasının Venesiya Komissiyası da yüksək fəallıq göstərmişdir". O,əlavə edib ki, Azərbaycanda seçki qanunvericiliyinin unifikasiyası məqsədilə 2003-cü ilin mayında Azərbaycan Respublikasının Seçki Məcəlləsinin qəbulu bu əməkdaşlığın uğurlu bəhrəsidir. Sənədin hazırlanması ilə bağlı ilk növbədə Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və Beynəlxalq Seçki Sistemləri üzrə Fondla (İFES) sıx əməkdaşlıq münasibətləri qurulmuşdur. 2002-ci ilin ortalarından etibarən bu təşkilatlarla aparılan məsləhətləşmələrdən, alınan müsbət rəylərdən sonra Seçki Məcəlləsi Milli Məclisin müzakirəsinə təqdim edilmişdir. 2002-ci ilin dekabrında Azərbaycan hökumətinin nümayəndələri, müxalifət nümayəndələri, beynəlxalq təşkilatların və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə ATƏT tərəfindən təşkil olunmuş "dəyirmi masa"larda Seçki Məcəlləsinin layihəsi ətrafında müzakirələr aparılmış, televiziya vasitəsilə yayımlanan bu tədbirlər nəticəsində ictimaiyyət Seçki Məcəlləsinin layihəsi ilə bağlı məlumatlar əldə etmişdir. Bütün təkmilləşdirmələrdən sonra Seçki Məcəlləsi 2003-cü ilin mayında Milli Məclisdə qəbul edilmiş və Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə qüvvəyə minmişdir: "Beynəlxalq ekspertlərin birmənalı rəyinə əsasən, Seçki Məcəlləsi seçkilər sahəsində bütün qanunvericilik normalarını özündə əks etdirmiş, Avropa standartlarına uyğun tərtib olunmuşdur. Sənəd ölkədə prezident, parlament və bələdiyyə seçkilərinin, həmçinin referendumun keçirilmə qaydalarını müəyyənləşdirmişdir. Seçki Məcəlləsi eyni zamanda Mərkəzi Seçki Komissiyasının, eləcə də dairə və məntəqə seçki komissiyalarının təsisi və fəaliyyəti prinsiplərini də özündə əks etdirmişdir. Əvvəlki qanunlarla müqayisədə Seçki Məcəlləsi şəffaf və demokratik seçkilərin keçirilməsi üçün daha möhkəm hüquqi bazisin yaradılması, namizədlərin qeydiyyatı, seçkilərə hazırlıq və seçki komissiyalarının formalaşdırılması, fəaliyyətinin təşkili prinsip və mexanizmlərinin təkmilləşdirilməsinə imkan yaratmışdır. 2003-cü il oktyabrın 15-də azad, demokratik və şəffaf şəraitdə keçirilmiş prezident seçkiləri Seçki Məcəlləsinin mütərəqqi və təkmil sənəd olduğunu tam təsdiqləmişdir. Azərbaycan Respublikası prezidentliyinə bütün namizədlərə öz seçki kampaniyalarını qanunamüvafiq şəkildə aparmaq üçün lazımi mühit və bərabər imkanlar yaradılmışdır. Bununla yanaşı, fəal seçki kampaniyasının aparılması, seçkilərə texniki hazırlığın yüksək səviyyədə təşkili, Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyalarının işi müsbət məqamlar kimi ATƏT, Avropa Şurası və ATƏT parlament assambleyalarından ibarət Beynəlxalq Seçki Müşahidəsi Missiyasının seçkilərə dair rəyində əksini tapmışdır. 15 oktyabr 2003-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkiləri xalqın demokratik seçiminin dönməzliyini və ölkədə demokratik islahatların davamlılığına sadiqliyini bir daha sübut etmiş, demokratik cəmiyyət quruculuğunda mühüm irəliləyiş olmuşdur". Onun sözlərinə görə, Azərbaycan dövləti kifayət qədər seçki təcrübəsinə malikdir və qanunvericiliyi təkmilləşməyə meyllidir: "1993-cü ildən indiyədək keçirilən bütün seçkilərə, referendumlara, həmçinin ayrı-ayrı vaxtlarda parlamentə və bələdiyyələrə təyin olunmuş əlavə və təkrar seçkilərə dair beynəlxalq təşkilatların verdikləri müqayisəli rəylər onu təsdiq edir ki, Azərbaycanda seçkilərdən-seçkilərə seçki praktikası və mədəniyyəti daha da yüksəlmişdir. Təbii ki, bütün bunların kökündə Azərbaycan hakimiyyətinin ölkədə demokraktik dəyərlərin möhkəmlənməsi ilə bağlı qətiyyətli və ardıcıl mövqeyi dayanır. Beynəlxalq miqyasda respublikamızın demokratik imicinin daha da yüksəlməsinə nail olan Prezident İlham Əliyev də seçki sisteminin daha da təkmilləşməsini və hər bir seçkinin ədalətli və şəffaf keçirilməsini diqqət mərkəzində saxlayır. Məhz cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etməsindən sonra seçki sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər bunun əyani təsdiqidir. 2005-ci ilin fevral və mart aylarında Azərbaycan ATƏT DTİHB, habelə AŞ Venesiya Komissiyası ekspertlərinin görüşləri keçirilmiş, Seçki Məcəlləsinin təkmilləşdirilməsi istiqamətində geniş müzakirələr aparılmışdır. Bu müzakirələrin yekunu kimi 2005-ci ilin may ayında Seçki Məcəlləsi Milli Məclisin müzakirəsinə çıxarılmış, sənədin 43 maddəsində əlavə və dəyişikliklər edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il mayın 11-də parlament seçkilərindən bir qədər əvvəl imzaladığı "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair" sərəncamı ölkəmizdə keçirilən seçkilərin daha da demokratikliyinin təmin edilməsi istiqamətində mühüm əhəmiyyət kəsb etmişdir.
Sərəncamda
seçki rəsmilərinin təlim
kurslarından keçməsi məqsədilə müvafiq proqramların hazırlanması, bu sahədə bütün
siyasi qüvvələrlə, beynəlxalq
təşkilatlarla hərtərəfli əməkdaşlığın
həyata keçirilməsi, seçki
prosesinə qanunazidd olaraq
müdaxilə edən mərkəzi və
yerli icra hakimiyyəti
orqanları rəhbərlərinin, digər dövlət məmurlarının
hüquqi məsuliyyətə cəlb
edilməsi, televiziya kanallarında
deputatlığa namizədlərin bərabər əsaslarla təbliği
və siyasi platformaların müzakirəsini
təmin edən proqramların hazırlanması,
deputatlığa bütün namizədlər
üçün kütləvi informasiya vasitələrindən bərabər
qaydada istifadə etmələrini və onlar üçün bərabər
təbliğ imkanlarının yaradılması,
ixtisaslaşmış ictimai rəyçilər
tərəfindən "exit poll" prosesinin
aparılması, vətəndaşların
sərbəst toplaşmaq
azadlığının təmini, seçici
vəsiqələrinin çatdırılması, seçici siyahılarının dəqiq, dürüst tərtibi və açıq nümayiş etdirilməsi üçün
zəruri tədbirlərin görülməsi kimi
məsələlər əksini tapmışdır".
Olaylar.- 2017.-
10-12 iyun.- S.15.