Heydər Əliyev fikirsöz azadlığının qarantı kimi

 

Azərbaycan mətbuatı bu günkü səviyyə, durum, inkişaf dövrünə gəlib çatana qədər xeyli çətin və keşməkeşli, enişli-yoxuşlu yol keçib. Həsən bəy Zərdabinin təsis etdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı 142-ci ilini yaşadığımız bu illər ərzində yalnız iki dəfə öz intibah dövrünü, inkişaf mərhələsini yaşayıb. Hər iki dövr də məhz Azərbaycanın müstəqillik, suverenlik dövrünə təsadüf edib. Birinci inkişaf mərhələsi Azərbaycan Xalq Cümhuriyyətinin zamanında, ikinci inkişaf mərhələsi isə Sovetlərin dağılmasından sonra, müstəqillik illərində. Əgər Azərbaycan mətbuatının birinci inkişaf mərhələsi Azərbaycan Xalq Cümhuriyyətinin, Milli Hökumətin adı ilə bağlı idisə, ikinci inkişaf mərhələsi isə ümummilli lider Heydər Əliyevin adıyla bağlıdır.

Azərbaycan mətbuatının, kütləvi informasiya vasitələrinin inkişafının ikinci mərhələsi müstəqillik əldə etdiyimiz ildən bir neçə il sonraya təsadüf edir. Yəni, ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtmasından sonrakı illərə. Hələ keçmiş SSRİ zamanında, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olarkən mərkəzin tapşırıq və iradlarına rəğmən xalqın inkişafı, yüksəlişi üçün çalışan ümummilli lider müstəqilliyimizin bərpasından sonrakı illərdə də, Azərbaycana rəhbərlik etdiyi zamanda eyni amala, məqsədə xidmət edirdi. Təsadüfi deyil ki, bu səbəbdən "Azərbaycanın dünəni, bu günü, sabahı, işıqlı gələcəyi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır" deyilir. Elə ümummilli lider Heydər Əliyev də deyirdi: "Mənim həyatım xalqa məsusdur və bundan sonra qalan hissəsini də xalq üçün əsirgəməyəcəyəm".

Ümummilli lider Heydər Əliyevin siyasi faliyyəti, Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gördüyü işlər, atdığı addımlar demokratiya istiqamətində inkişafa hesablanmış, ədəflənmişdi. Onun dövlət başçısı kimi fəaliyyətində demokratiyaya sadiqlik, müasirlikyenilik kimi ülvi prinsiplər dayanırdı. Ümummilli lider Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti, yorulmaz fəaliyyəti ilə yeni Azərbaycan qurmuş, onun iqtisadisiyasi inkişafını təmin etmişdi. Eyni zamanda Heydər Əliyev müstəqil dövlətin uğurlu gələcəyə aparan yollarını müəyyənləşdirmişdi. O yol ki, bu gün Azərbaycanı dünyada sabitlik diyarı, iqtisadiyyatı sürətlə inkişaf edən, sivil, hüquqi, dünyəvi dövlət kimi tanıdır və qəbul etdirir. Daima xalqın arzu və istəyinə uyğun islahatlar aparan ümummilli lider öndər Heydər Əliyev bu mənada kütləvi informasiya vasitələrinin fəaliyyətini də diqqət saxlayırdı. Daha dəqiq desək ümummilli lider müstəqil Azərbaycanda müstəqil medianın, kütləvi informasiya vasitələrinin fəaliyyət göstərməsinin zəruriliyini bilirbu sahəni diqqətdə saxlayırdı. Ümumiyyətlə, Heydər Əliyev hər zaman təbliğat və təşviqat vasitəsi olan müstəqil mətbuatın, kütləvi informasiya vasitələrinin inkişafına xüsusi diqqət yetirir, mətbuat orqanlarını, kütləvi informasiya vasitələrini xalqın tribunası kimi yüksək dəyərləndirirdi. Məhz bu səbəbdən ümummilli lider Heydər Əliyev istər xarici ölkələrə səfərlərində, istərsədə ən mötəbər məclislərdə jurnalistlərlə birgə olmağı çox sevər, ölkədə baş hadisələrlə bağlı müsahibələrində və mətbuat konfranslarında obyektivliyi, rəvan nitqi ilə fərqlənirdi. Bu baxımdan jurnalistliyi özünə həyat yolu seçən mətbuat işçilərindən də həqiqəti olduğu kimi yazmağı, dərin təhlil və araşdırma aprmağı tələb edirdi. Bu baxımdan ümummilli lider Heydər Əliyev deyirdi: "Jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, xidmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir".

Ümummilli lider ölkədə yaradılan fikir, söz, məlumat, ifadə azadlığından sui-istifadə etməyə yönəlik cəhdlər, belə hallara yönəlik gedişləri də ciddi şəkildə tənqid edir, onun qarşısının alınmasının vacibliyini önə çəkirdi. Mətbuat azadlığından, söz azadlığından sui- istifadə edənlərə, insanlara qarşı cürbəcür böhtan, yalan yazanlara, uydurmalar yayanlara qarşı barışmaz mövqeyi hər zaman qoruyub saxlamağı tələb edən ümummilli liderin jurnalistikanı özü üçün həyat yolu seçənlərə tövsiyyəsi də maraqlı idi: "Yazın, ancaq düzgün yazın, gördüklərinizi kiminsə mənafeyinə uyğun formalaşdırmayın. Bunlar insanın vicdanına, əməlinə, şəxsiyyətinə xələl gətirən hallardır".

Bütün bu müsbət keyfiyyətlərdən dolayı idi ki, ümummilli lider Heydər Əliyev dəfələrlə "Jurnalistlərin dostu" titulunu qazanmışdı. Özüümummilli lider Heydər Əliyev bu adı əməli işi ilə doğruldurdu. Bu mənada ümummilli lider Heydər Əliyev deyirdi: "Əgər kimsə Azərbaycanın dövlətçiliyinə xəyanət edəcəksə, mən son damla qanıma qədər onunla mübarzə aparacağam. Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin keşiyində bir vətəndaş kimi də, bir prezident kimidurmuşam, duracağambu yolda hər dəqiqə, hər gün şəhid olmağa hazıram". Ümummilli lider Heydər Əliyevin bu sözləri bütün Azərbaycan vətəndaşları, o cümlədən cəmiyyətdə baş verən hadisələr barədə ictimaiyyəti məlumatlandıran mətbuat işçiləri üçün proqram xarakterli sənəd olmalıdır. Çünki demokratik islahatlar yolu ilə dünyaya inteqrasiya edən Azərbaycan barədə həqiqətlər ölkə daxilində və sərhədlərinmizdən kənarda yalnız KİV-lər vasitəsilə təbliğ olunur, yayılır, respublikamız barədə rəy formalaşdırılır. Ölkədə demokratik cəmiyyət quruculuğunu, söz, mətbuat azadlığı ilə əlaqələndirən ulu öndər dəfələrlə bildirirdi ki, peşəkar jurnalistlər hər zaman cəmiyyətin önündə getməli, başqalarının görüb bəlkə də fərqinə varmadığı incəlikləri belə duymalı, ona sağlam təfəkkür tərzi ilə yanaşmalıdır.

Azərbaycanda müstəqil mətbuatı demokratik cəmiyyətin tərkib hissəsi adlandıranlar ulu öndərin mətbuata göstərdiyi qayğıya istinad edərək bu qənaətə gəliblər. Azərbaycan mətbuatı tarix boyu daim yenilik carçısı kimi çıxış etmiş, xalqımızın müstəqillik amalının güclənməsində, milli-mənəvi dəyərlərinin tərəqqisində, azərbaycançılıq ideyalarının formalaşmasında, milli şüurun, təfəkkürün, mədəniyyətin formalaşmasında böyük rol oynamışdır.

Tarixə nəzər salsaq görərik ki, Azərbaycan milli mətbuatı özünəməxsus şərəfli yol keçmişdir. Əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulan milli mətbuatımızın ilk qaranquşu "Əkinçi" qəzeti olsa da, demokratik prinsiplərin işartıları "Molla Nəsrəddin"də hiss olunur. Təsadüfi deyil ki, milli mətbuatımızın tarixini öyrənənlər bu dövrü bir neçə mərhələ üzrə araşdırırlar. Əgər 1915-ci ildən nəşrinə başlanılan "Açıq söz"də inqilabi ideyalar hiss olunurdusa, "Molla Nəsrəddin" bir ədəbi məktəb kimi jurnalistika tarixinə yazıldı, Azərbaycanın istiqlaliyyət problemlərini gündəmə gətirdi. Bu mərhələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə daha da formalaşdı, yetkinləşdi. Məhz buna görə də Azərbaycan mətbuatı haqqında nizamnamə o dövrlərdə yarandı. Demokratiyanın ilk anlayışlarını mətbuata gətirən Mirzə Cəlil yaradıcılığının bəhrəsi olaraq jurnalistika bir peşə kimi formalaşdı, özündən sonra böyük ədəbi məktəb, irs qoydu. Lakin Azərbaycan mətbuatının bu şərəfli dövrü böyük çətinliklərlə üzləşdi. Çar Rusiyası tərəfindən tətbiq olunan senzura milli mətbuatın inkişafını ləngitdi. Xalqın maariflənməsi uğrunda mübarizədə mətbuatın rolunu arxa plana keçirdi. Sonrakı illərdə də belə hallar özünü başqa formada büruzə verdi. Bolşevik Rusiyası tərəfindən işğal olunan Azərbaycanda tariximiz adət-ənənələrimiz, dilimizin saflığı barədə danışmaq kimi yazmaq da yasaq olundu.

Tam əminliklə demək olar ki, ölkəmizdə milli mətbuatıln inkişafı mütəqilliyimizin bərpası ilə yadda qalan illərdən sonra mümkün oldu. 1993-cü ilə qədər yalnız senzuralı mətbuat mövcud olub. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə mətbuatda mövcud olan problemlər aradan qalırıldı. Azərbaycanda azad söz, müstəqil mətbuat üçün geniş imkanlar yarandı, mətbuata dövlət nəzarəti olan senzura ləğv olundu. Azad mətbuatın inkişafına mane olan süni məhdudiyyətlərə son qoyuldu, mətbuatın inkişafına və təkmilləşdirilməsinə yönəldirilmişl qanunvericilik bazası möhkəmləndirildi, müasir dünya standartlarına uyğunlaşdırıldı, kütləvi-informasiya vasitələrinin maddi-texniki bazası möhkəmləndirildi, güzəştlər müəyyənləşdirildi, bununla əlaqədar bir çox fərman və sərəncamlar imzalandı. Məhz o illərdə Azərbaycanı üzləşdiyi çətinliklərdən qurtarmaq üçün bütün sahələrdə islahatlar aparan, demokratik dəyərlərin tətbiqinə çalışan ulu öndər bildirirdi ki, indi biz dövlət müstəqilliyi əldə etdiyimiz, öz taleyimizin sahibi olduğumuz bir dövrdə problemlərimizi özümüz həll etməliyik. Həmin problemləri insanlarla görüşlərində, bölgələrə səfərləri zamanı öyrənən, araşdıran ümummilli lider eyni zamanda gündəlik mətbuatda dərc olunan tematik yazılarla yaxından tanış olur, cəmiyyəti maraqlandıran problemləri KİV-lər vasiəsilə öyrənir və müəyyən tədbirlər görürdü.

 

Olaylar.- 2017.- 13 iyun.- S.15.