Azərbaycanda sərbəst toplaşmaq
azadlığının təkmil hüquqi
bazası yaradılıb
Müasir
dünyada insan
hüquqları sahəsində ən aktual
məslələrdən biri sərbəst
toplaşmaq azadlığı hesab olunur. Bu
hüququn azad söz və fikir ifadəsi
ilə birbaşa əlaqəsi olduğundan dövlətlər sərəst toplaşmaq proseduralarını qanunla tənzimləyirlər. Ancaq
bu sahəni tənzimləyən milli qanunlar beynəlxalq stansartlara cavab verməlidir.
Çünki, sərbəst toplaşmaq azadlığı ila
bağlı hamı tərəfindən qəbul edilən beynəlxalq
konvesiyalar mövcuddur.
Azərbaycan da sərbəst toplaşmaq azadlığını tənzimləyən
qanunvericilik bazası yaradıb. Üstəlik
beynəlxalq sənədləri də ratifikasiya
edib.
Hüquqşünas Qabil Məmmədov
qeyd edib ki, sərbəst toplaşmaq azadlığının
tarixi xeyli əvvvəllərə gedib çıxır:
"Azadlığın bu xüsusiyyəti hələ 26
avqust 1789-cu il tarixdə Fransada qəbul olunmuş İnsan və
vətəndaş hüquqları haqqında Bəyannamənin
4-cü maddəsində qeyd olunur: "Azadlıq
başqalarına ziyan vurmayan hər şeyi etmək
imkanıdır: bu mənada hər bir insanın təbii
hüquqlarının həyata keçirilməsi yalnız cəmiyyətin
digər üzvlərinin həmin hüquqlardan istifadəsini təmin
edən hədlərlə məhdudlaşır". İkinci dünya müharibəsindən
sonra hüquqların məhdudlaşdırılması
hüququ İnsan
hüquqları haqqında ümumi Bəyannamədə
elan edilmiş, ilk dəfə isə 4 noyabr
1950-ci ildə Romada imzalanmış İnsan hüquqlarının və əsas
azadlıqların müdafiəsi haqqında Konvensiyası ilə
reallaşdırılmışdır. İnsan hüquqlarının qlobal
miqyaslı sənədlərdə məhdudlaşdırılması
isə İnsan hüquqlarına dair paktlarda-İqtisadi, sosial və mədəni hüquqlar
haqqında Paktda, Mülki
və siyasi hüquqlar
haqqında Paktda hüquqi
cəhətdən təsbit olunmuşdur. İqtisadi, sosial və mədəni
hüquqlar haqqında Beynəlxalq Paktın 4-cü maddəsinə
görə, "bu Paktda
iştirak edən dövlətlər bəyan
edirlər ki, hər hansı dövlət
bu Pakta müvafiq olaraq təmin etdiyi hüquqlardan istifadə
edərkən, həmin hüquqlara qanunla müəyyən edilmiş
qaydada məhdudiyyət qoya bilər". Hüquqşünas bildirib ki, hüquqların
məhdudlaşdırılmasına dair
müddəalar insan hüquqlarının
ümumi təbiətinə və beynəlxalq-hüquqi
aktların müvafiq müddəalarının
ruhuna uyğun şəkildə
Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini
tapmışdır. Azərbaycan Respublikası
Konstitusiyasının 49-cu maddəsi bütövlükdə sərbəst
toplaşmaq azadlığına həsr olunub. Həmin maddənin mətnindən
vətəndaşların dinc
toplanmasını nəzərdə tutan tədbirlər-yığıncaq,
mitinq, nümayiş,
küçə yürüşü
keçirmək, piket düzəltmək üçün hər hansı məhdudiyyətlərin
qoyulmasının mümkünlüyü
birbaşa görünmür:
"Lakin həmin maddədə
təsbit edilmiş azadlığın təbiəti
və onun həyata keçirilməsinin hədləri
məsələsinə bütövlükdə əsas hüquq və azadlıqların, habelə vəzifələrin
mahiyyəti nəzərə alınmaqla, o
cümlədən də hüquq,
azadlıq və vəzifələri tənzimləyən
Konstitusiyanın digər normalarının kontekstində
baxılmalıdır. Belə ki,
insan və vətəndaş
hüquqlarının və azadlıqlarının əsas prisipini təsbit edən Azərbaycan
Respublikası Konstitusiyasının 24-cü maddəsinin II
hissəsində qeyd olunur
ki, hüquqlar və
azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında
məsuliyyətini və vəzifələrini də əhatə
edir. Bu prinsip nəzəriyyədə belə bir tezislə ifadə olunur:
hər kəsin hüququnun sərhədi
başqasının hüququnun
başlandığı yerdə bitir. Bu maddənin özəyində duran prinsip həm də
Konstitusiyanın "Vətəndaşların əsas vəzifələri"
adlanan 4-cü fəslinin 72-ci maddəsinin
II hissəsində təsbit olunmuş
müddəaların mahiyyəti ilə eynilik
təşkil edir. Göstərilən
normaya görə hər bir
şəxs Azərbaycan Respublikasının Konstitusiyasına
və qanunlarına əməl etməli, başqa
şəxslərin hüquq və
azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş
digər vəzifələri yerinə yetirməlidir".
Onun sözlərinə görə,
Konstitusiyanın 49-cu maddəsində təsbit olunmuş
sərbəst toplaşmaq
azadlığının məzmununun
aydınlaşdırılması baxımından
Konstitusiyanın 71-ci maddəsinin II hissəsi də mühüm əhəmiyyət kəsb edir. Həmin normada deyilir: "İnsan və
vətəndaş hüquqlarının və
azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz".
Bu
müddəanın hərfi mənasından aydın görünür ki, insan hüquq və
azadlıqlarını məhdudlaşdırmamaq vəzifəsi
təkcə dövlət orqanlarına və ya
nümayəndələrinə deyil, Azərbaycan
Respublikasının ərazisində olan bütün qurumlara və
şəxslərə ünvanlanmışdır. Yəni bu müddəada nəzərdə
tutulur ki, istənilən
şəxs hər hansı bir əməli
törədərkən, hər hansı bir
fəaliyyətlə məşğul olarkən, o cümlədən Konstitusiyada
təsbit olunmuş hüquq
və azadlıqlarını həyata keçirərkən,
digər şəxslərin hüquqlarının məhdudlaşdırılmasına
və ya Konstitusiyanın 71-ci maddəsinin
V hissəsində nəzərdə tutulduğu
kimi ləğvinə yol
verməməlidir. Göstərilən
normanın bu cür təfsiri
həm də ondan irəli gəlir ki, Konstitusiyanın 12-ci maddəsinin I hissəsində
"dövlətin ali məqsədi" kimi bəyan olunmuş
"insan və vətəndaş
hüquqlarının və azadlıqlarının təmin
edilməsi" öhdəliyinə və insan
hüquqlarının səmərəli müdafiəsi
prinsipinə əsasən, dövlət öz
yurisdiksiyası altında olan bütün şəxslər üçün
nəinki öz orqanları və ya nümayəndələri tərəfindən,
habelə qeyri-dövlət qurumlar və fiziki şəxslər tərəfindən insan hüquq və
azadlıqlarına qarşı yol verilə
biləcək hər hansı qanunsuz və
ya özbaşına müdaxilələrdən
müdafiəni təmin etməlidir. Başqa sözlə,
dövlət nəinki bu və ya digər insan hüququnun həyata keçirilməsinə özü müdaxilə etməməlidir, eləcə
də bütün zəruri tədbirləri
görməlidir ki, heç
kəs bu hüquq və
ya azadlıqları məhdudlaşdırmasın
və əsas hüquq və
azadlıqlar real və səmərəli olsun: "Beləliklə,
Konstitusiyanın 71-ci maddəsinin II hissəsinin təfsiri, həmin
maddənin V hissəsi ilə birgə
götürüldükdə, belə nəticəyə gəlməyə
əsas verir ki, konkret olaraq, sərbəst
toplaşmaq azadlığını həyata
keçirmək istəyən şəxslər qeyri-məhdud
sərbəstliyə malik deyillər.
Konstitusiyanın 71-ci maddəsinin II hissəsinin
yuxarıda şərh edilən kimi başa düşülməsi,
Konstitusiyanın 24-cü maddəsinin II hissəsi və 155-ci
maddəsi ilə birlikdə götürüldükdə, eləcə
də müvafiq sərbəst toplaşmaq azadlığının təbiətini
nəzərə almaqla, belə bir mümkün təfsiri
birmənalı olaraq istisna
edir ki, bu azadlıq heç bir halda və heç kəs tərəfindən məhdudlaşdırıla
bilməz. Dövlət orqanlarına və ya nümayəndələrinə münasibətdə
"heç kəs məhdudlaşdıra
bilməz" ifadəsi Konstitusiyanın 155-ci maddəsi ilə
birlikdə təfsir olunmalıdır, yəni dövlət
orqanları və vəzifəli şəxslər sərbəst
toplaşmaq azadlığını Azərbaycan
Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə
nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdıra
bilməzlər. Konstitusiyanın 12-ci maddəsinin II hissəsinə
müvafiq olaraq, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və
azadlıqları Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
uyğun tətbiq edilir.
Bu norma özündə
insan hüquqlarının beynəlxalq standartlara uyğun tətbiqinə
imkan verən mühüm
prinsipi əks etdirir. Göstərilən prinsip
ölkəmizdə insan hüquq
və azadlıqlarının hamılıqla qəbul edilmiş beynəlxalq hüquq
normalarında və insan hüquqlarına
dair beynəlxalq müqavilələrdə
nəzərdə tutulanlardan daha artıq məhdudlaşdırılmasına
imkan vermir". Hüquqşünas əlavə edib ki,
dövlət sərbəst toplaşmaq
azadlığının səmərəli təmin edilməsi
üçün beynəlxalq müqavilələrdə
göstərildiyindən daha çox təminat nəzərdə tuta bilər və ya beynəlxalq
müqavilədə müəyyən olunmuş
məhdudiyyətlərin hər hansı birini
öz qanunvericiliyində nəzərdə
tutmaya bilər, yaxud da dövlətin məhkəmələri bu məhdudiyyətləri daha
dar mənada təfsir edə bilərlər.
Lakin sərbəst
toplaşmaq azadlığının həyata
keçirilməsi ilə bağlı məhdudiyyətin,
ümumiyyətlə, nəzərdə tutulmaması və ya güman edilməməsi
digər şəxslərin insan
hüquqlarına və dövlətin konstitusiya
quruluşunun əsas prinsiplərinə zidd olardı: "Azərbaycan
Respublikasının qoşulduğu beynəlxalq
sənədlərdə, o cümlədən
Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda (maddə 21), İnsan
hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında Konvensiyada da (maddə 11) sərbəst toplaşmaq
hüququnun məhdudlaşdırılmasının
məqsədləri konkret şəkildə
ifadə olunur. Bu sənədlərdə
göstərilən hüququn həyata
keçirilməsinin demokratik cəmiyyətdə
dövlət təhlükəsizliyinin, yaxud
ictimai asayişin,
iğtişaşların və cinayətlərin
qarşısının alınması, əhalinin
sağlamlığının və mənəviyyatının,
yaxud başqa
şəxslərin hüquq və
azadlıqlarının müdafiəsi üçün
zəruri olan hallarda məhdudlaşdırılması
nəzərdə tutulur. Yuxarıda
göstərilənlərlə yanaşı qeyd
olunmalıdır ki, Azərbaycan
Respublikasında insan hüquq
və azadlıqlarının həyata keçirilməsini İnsan hüquqlarının və əsas
azadlıqların müdafiəsi haqqında Konvensiyaya
uyğunlaşdırmaq məqsədilə Konstitusiyanın
156-cı maddəsinin V hissəsinə müvafiq
olaraq onun ayrılmaz
hissəsi kimi "Azərbaycan
Respublikasında insan hüquq
və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi
haqqında" 24 dekabr 2002-ci il tarixli Konstitusiya
Qanunu qəbul edilmişdir.
Konstitusiya Qanunu bir
sıra hüquqlarla yanaşı, sərbəst
toplaşmaq azadlığının da dövlət təhlükəsizliyi mənafeləri
üçün,
sağlamlığın və mənəviyyatın, digər
şəxslərin hüquq və
azadlıqlarının qorunması üçün,
cinayətin qarşısının alınması məqsədi
ilə; iğtişaşların qarşısının
alınması üçün; həmçinin
ictimai təhlükəsizliyin qorunması
üçün məhdudlaşdırıla
bilməsini nəzərdə tutur. Lakin eyni zamanda Konstitusiya
aktı müəyyən edir ki, Azərbaycan Respublikasının
Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə
nəzərdə tutulmuş insan hüquqları və azadlıqları
yalnız qanunla məhdudlaşdırılmalı,
bu onların mahiyyətini dəyişməməli,
Konstitusiyada və Konstitusiya
Qanununda nəzərdə tutulan
qanuni məqsədə yönəlməli
və həmin məqsədə mütənasib
olmalıdır. Konstitusiya Məhkəməsi onu da qeyd edir
ki, insan
hüquqlarına dair beynəlxalq hüquqi aktlar üçün ayrı-ayrı
hüquqların qanuni şəkildə və
demokratik cəmiyyətdə zəruri hallarda məhdudlaşdırılmasına aid müddəalar xarakterikdir.
Ümumiyyətlə, yalnız tam,
aydın və demokratik cəmiyyətdə
zəruri məhdudiyyətlərin qanunla
müəyyənləşdirilməsindən sonra
insan hüquqlarının səmərəli
reallaşdırılması mümkündür.
Bu, həm də demokratik
nailiyyətlərin qorunmasının əsas təminatıdır".
Olaylar.-
2017.-14 iyun.- S.15.