Azərbaycanda fikir, söz və məlumat azadlığının təmin olunması üçün hər cür şərait yaradılıb

 

Bu bir danılmaz faktdır ki, Azərbaycanda söz, fikir, məlumat azadlığının təmin olunması dövlətin başlıca prioritetlərindən biri hesab edilir. Bunu dövlətin, onun Prezidentinin mətbuat sahəsinə göstərdiyi diqqət və qayğıdan da aydın görmək mümkündür. Hər zaman medianın sərbəst və müstəqil şəkildə fəaliyyətinə diqqət yönəldildiyindən bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığının ən yüksək səviyyədə təmin olunduğunu deyə bilərik. Elə "Həftə içi" qəzetinin redaktoru Təbriz Vəfalı da belə düşünür. O, bildirib ki, istər ümummilli lider Heydər Əliyev, istərsə də Ulu öndərin siyasi kursunun layiqli davamçısı kimi Prezident İlham Əliyev tərəfindən Azərbaycanda fikir, söz və məlumat azadlığının təmin olunması üçün hər cür şərait yaradılıb: "Bunun bariz nümunəsi kimi ölkəmizdə mükəmməl qanunvericilik bazasının yaradılmasını və şəffaf hüquqi mühitin formalaşdırılmasını qeyd edə bilərik. Yəni qanunlarımız, Konstitutsiyamız hər bir Azərbaycan vətəndaşına öz hüquqlarını qorumaqda köməklik edirona öz sərbəst fikirlərini söyləmək imkanı verir. İstər Prezident İlham Əliyevin, istərsə də dövlət başçısının göstərişi ilə ayrı-ayrı dövlət orqanlarının rəhbərlərinin həm Bakı şəhərində, həm də respublikamızın ayrı-ayrı regionlarında vətəndaşlarla görüşməsi, onların problemləri ilə yaxından tanış olması, vətəndaşların müəyyən məsələlərlə bağlı şkayətlərini açıq şəkildə bəyan etməsi, problemlərin həlli istiqamətində məqsədəuyğun tədbirlərin həyata keçirilməsi, qanun pozuntularına yol verənlərin, ictimai narazılıq və narahatlıq yaradanların qanunmüvafiq qaydada cəzalandrılması və digər məsələlər də onu göstərir ki, istər dövlətimiz, istərsə də ölkə rəhbəri Azərbaycanda demokratik cəmiyyətin formalaşmasında maraqlıdır. Demokratik cəmiyyətin bərqərar olması isə fikir, söz və məlumat azadlığının ən yüksək səviyyədə təmin olunmasının göstəricisidir. Mən deyərdim ki, bu gün fikir, söz və məlumat azadlığının təmin olunması baxımından ən gözəl imkanlar məhz jurnalistlərə verilib. Çünki qanun çərçivəsində media mənsubları istənilən məmuru, hətta ölkə rəhbərliyini belə tənqid edə bilirlər. Ancaq məntiqli tənqidlərə və müstəqil fikirlərinə görə həbs olunan, təzyiq göstərilən və qeyri-insani hərəkətlərə məruz qalan jurnalistlər yoxdur. Prezident İlham Əliyev həmişə özünü jurnalistlərin yaxın dostu hesab edib və jurnalistikamızın inkişafı üçün əlindən gələn hər şeyi edib. Belə ki, media nümayəndələrinin maddi durumlarının yaxlışaşdırılması üçün dövlət tərəfindən müəyyən yardımlar göstərilib, çap xərcinə görə yaranmış borclar ləğv edilib. Bəzi məmurların intriqalarının qurbanı olmuşqanunsuz həbs edilmiş jurnalistlər dərhal azadlığa buraxılıb. Qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, həmin fondun ayrı-ayrı KİV-lərə maddi yardım göstərmək məqsədilə müxtəlif layihələri icra etməsi jurnalistikamızın inkişafında xüsusi çəkiyə və müstəsna rola malikdir. Üstəlik, adıçəkilən fond tərəfindən elan edilən müsabiqələrdə fikir, söz və məlumat azadlığının təmin olunması istiqamətindəki mövzulara böyük üstünlük verilir. Fond tərəfindən 2009-cu ildən etibarən keçirilən müsabiqələrdə iştirak etmək üçün xeyli sayda jurnalist onlarca yazılı və elektron KİV-lərdə fikir, söz və məlumat azadlığının təmin olunması ilə bağlı məqalələr yazıblar. Həmin məqalələr həm bu istiqamətdə araşdırma aparan jurnalistlərin fikir, söz və məlumat azadlığının təmin olunması sahəsindəki savadlarının artırılmasında, həm oxucuların bilikləndirilməsində, həm də ictimaiyyətdə maarifləndirmə işlərinin aparılmasında mühüm rol oynayıb. Bu gün ölkəmizdə fikir, söz və məlumat azadlığının təmin olunmasında əldə edilən yüksək nəticələrdə jurnalistlərin və KİV-lərin payı çoxdur. Əminəm ki, bu istiqamətdə həmkarlarımızın, eləcə də yazılı və elektron KİV-lərin fəallığının daha da artırılması Azərbaycanı dünyanın ən demokratik ölkələrindən birinə çevirəcək". Təbriz Vəfalı Azərbaycan fikir, söz və məlumat azadlığının təmin olunması baxımından öndə olduğu halda, bəzi beynəlxalq təşkilatların müntəzəm olaraq bu sahədə ölkəmizi hədəf seçməsinə də toxunub: "Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsi üzündən Azərbaycan uzun illərdir müharibə şəraitindədir. Hətta ölkəmiz erməni lobbisininonun havadarlarının yardımları ilə aparılan ciddi informasiya müharibəsi ilə də üzləşib. Düzdür, Azərbaycanın müstəqilliyinin ilkin mərhələlərində informasiya blokadasını yarmaqda, haqq səsimizi dünya ictimaiyyətinin və beynəlxalq aləmin diqqətinə çatdırmaqda və digər məsələlələrdə müəyyən çətinliklərimiz, problemlərimiz olsa da, Ümumilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində informasiya müharibəsində müəyyən qələbələrin qazanılması mümkünləşib. Digər tərəfdən, bu gün iqtisadi inkişaf dinamikasına görə dünyada lider mövqeyi ilə seçilən, Cənubi Qafqaz iqtisadiyyatında 80 faizlik paya malik olan Azərbaycan transmilli layihələrdə fəal iştirak edən, sürətli inkişaf dinamikasına və qlobal böhran proseslərinin mənfi fəsadlarına qarşı yüksək dayanıqlı iqtisadiyyata malik bir ölkə kimi qəbul edilir. Bundan əlavə, 2013-cü ildə dövlət başçısı tərəfindən bəzi jurnalistlərə mənzillərin hədiyyə edilməsi də onu göstərdi ki, Prezident İlham Əliyev dünyada analoqu olmayan belə bir layihəyə imza atmaqla Azərbaycanda fikir, söz və məlumat azadlığının təmin olunmasında KİV-lərin rolunun artırılmasında maraqlıdır. Yuxarıda sadaladığım faktlar, xüsusilə də son illərdə Azərbaycanın sosial-iqtisadi və hərbi sahədə qüdrətlənməsi bəzi beynəlxalq təşkilatları çox qıcıqlandırır və onların rəhbərlərinin qısqanclıqlarına səbəb olur. Həmin təşkilatlar heç bir qanuni sənədə və tutarlı faktlara əsaslanmayan bəyanatlar verirlər və məqsəd Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək, Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadiictimai-siyasi islahatlarına kölgə salmaq, informasiya mühaibəsində ölkəmizin erməni lobbisinə və onun havadarlarına uduzmasına şərait yaratmaqdır. Ancaq sözügedən təşkilatların dəridən-qabıqdan çıxmaqla göstərdikləri cəhdlərə baxmayaraq, əminəm ki, uğurlu diplomatiya sayəsində, həmçinin fikir, söz və məlumat azadlığının, eləcə də insan hüquqlarının qorunmasının ən yüksək səviyyədə təşkil olunması hesabına Azərbaycan özünün haqq səsini bütün dünyada yayacaq, demokratik və qüdrətli bir dövlət kimi öz sözünü deyəcək". Natiq qeyd eib ki, tədqiqatçı jurnalist kimi araşdırma yazılar hazırlayarkən dünyanın əksər ölkələrindəki sosial-iqtisadi, siyasi-ictimaidemoqrafik vəziyyətlə bağlı məlumatlardan istifadə edir: "Üstəlik, sosial şəbəkələrdə, xüsusilə də "Facebook"da və "Skupe"də xarici ölkələrin vətəndaşları ilə tez-tez həmsöhbət oluram. Əksər xarici ölkələrdə, hətta inkişaf etmiş dövlətlərdə belə fikir, söz və məlumat azadlığının təmin olunmasında bir sıra problemlər özünü büruzə verir. Xüsusilə də jurnalistlərin sərbəst fikirlərini yazmalarına, ədalətli mövqelərini ortaya qoymalarına ciddi manelər törədilir. Hətta bəzi ölkələrdə jurnalistlərin hər hansı bir məsələylə bağlı sosial şəbəkələrdə müzakirə aparmasına imkan verilmir. Azərbaycanda isə bu cür qadağalar yoxdur. İstənilən vətəndaş qanun çərçivəsində, yəni ölkə qanunvericiliyinin müəyyənləşdirdiyi səlahiyyətlərdən istifadə etməklə öz sərbəst fikirlərini söyləyə, hətta ən yüksək vəzifəli şəxsi belə qanuni əsaslarla tənqid edə bilər. Üstəlik, bəzi xarici ölkələrdən fərqli olaraq Azərbaycanda internet azad olduğu üçün hər kəs öz sərbəst fikirlərini sosial şəbəkələrdə də bəyan edə bilər. Digər bir faktı da diqqətinizə çatdırmaq istəyirəm. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, dövlət başçısı kimi tənqidlərə açıq insandır. Ölkə rəhbəri dəfələrlə bildirib ki, bütün dövlət qurumları jurnalistlərin yazdıqlarına hörmət etməli, məmurlar tənqiddən qorxmamalı və tənqid yazanları hər hansı bir vasitə ilə susdurmağa çalışmamalıdırlar. Əksinə məmurlar həm media mənsublarının, həm də vətəndaşların tənqidi fikirlərindən nəticə çıxartmalı və problemlərin həlli istiqamətində ciddi tədbirlər görməlidirlər. Ancaq əksər xarici ölkələrdə dövlət başçısı jurnalistlərə və vətəndaşlara bu cür qayğı və diqqət göstərmir, onlarla həmfikir olmur. Bütün bunlar da Azərbaycanda fikir, söz və məlumat azadlığının təmin olunması baxımından fərqli bir mühitin mövcud olduğunu göstərir". Təbriz Vəfalı deyib ki, istər Ümumilli liderimiz Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev müstəqil Azərbaycan mətbuatının inkişafı üçün əllərindən gələn hər şeyi ediblər: "Xüsusilə də son illərdə dövlət başçısı tərəfindən ölkə mediasının inkişafında xidmətləri olan jurnalistlərin və media nümayəndələrinin fəxri fərmanlarla, fəxri adlarla, "Tərəqqi" medalı və digər mükafatlarla mükafatlandırması, 2013-cü ildə bəzi həmkarlarımıza mənzillərin təmənnasız hədiyyə olunması Azərbaycan mətbuatı aləmində xüsusi bir canlanma mənzərəsi yaradıb. Bu ilin iyulun 22-də də bəzi həmkarlarımıza mənzillərin veriləcəyi, həm bu il, həm də növbəti illərdə bəzi jurnalistlərin dövlət səviyyəsində mükafatlara layiq görüləcəyi gözlənilir. Bütün bu addımlar həm ölkə mətbuatının inkişafına, həm peşəkar və öz peşələrinin fədailəri olan jurnalist ordusunun yetişməsinə, həm də Azərbaycanda fikir, söz və məlumat azadlığının tam bərqərar olmasına, eləcə insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə qorunmasına, respublikamızın informasiya müharibəsindən qalib kimi ayrılmasına gətirib çıxaracaq".

 

Olaylar.- 2017.-15-16 iyun.- S.15.