Siyasi plüralizmin daha
bir nümunəsi
Azərbaycanın
seçki sistemi vətəndaşların siyasi fəallığına
xidmət edir
Müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması sahəsində xeyli işlər görülüb. Nəzərə almaq lazımdır ki, ictimai və dövlət maraqlarının təminatı baxımından sadalanan sahələrdə müvafiq işlərin görülməsinə ehtiyac var. Azərbaycanda da vətəndaşların siyasi fəallığının yüksəldilməsi məqəsədilə seçki praktikasının təkmilləşdirilməsi sahəsində müvafiq addımlar atılıb. Belə addımlardan biri də Prezidenti İlham Əliyevin 2005-ci il mayın 11-də parlament seçkilərindən bir qədər əvvəl imzaladığı "Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair" sərəncamı, oltyabrın 25-də isə "Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" növbəti sərəncam idi. Məhz seçki praktikasının təkmilləşdirilməsi, Seçki Məcəlləsinin müddəalarının konkretləşdirilməsi, vətəndaşların seçki hüquqlarının daha dolğun təmin edilməsinin nəticəsi olaraq Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilər demokratikləşmə prosesini sürətləndirən bir çox pozitiv yeniliklərlə yadda qaldı, həmçinin beynəlxalq müşahidəçilər və təşkilatlar seçkilərin şəffaflığına, ədalətliliyinə, demokratik prinsiplərə uyğun keçirilməsinə dair müsbət rəy verdilər.
Hüquqşünas
Mahir Bədirov qeyd edib ki, cəmiyyətimiz
gündən-günə daha da inkişaf etdiyi, yeni demokratik
dəyərləri əxz etdiyi üçün qanunvericiliyin,
o cümlədən seçki
qanunvericiliyinin təkmilləşdirilməsi
təbii sayılmalıdır: "Qeyd etdiyimiz kimi, Azərbaycan
hakimiyyəti hər zaman seçki
qanunvericiliyinin təkmilləşdirilməsi
ilə bağlı təşəbbüslərə həssaslıqla
yanaşmışdır. Azərbaycan hakimiyyətinin
Avrora Şurası Venesiya
Komissiyası ilə seçki qanunvericiliyinin təkmilləşdirilməsi məqsədi
ilə apardığı işin yekun nəticəsi olaraq
2008-ci ildə Milli Məclisin qəbul etdiyi qanunla Seçki Məcəlləsinin 145 maddəsinə
91 əlavə və dəyişikliyin edilməsi sənədin
daha da təkmilləşdirilməsinə
xidmət etmişdir". Onun sözlərinə
görə, Seçki Məcəlləsinə
əlavə və dəyişikliklər həm də ölkədə
keçirilən prezident seçkilərinin
tamamilə azad, ədalətli və obyektiv olmasına, vətəndaşların seçki hüququnun
etibarlı təminatına xidmət etmişdir:
"Son Prezident seçkilərində Azərbaycan
xalqı cənab İlham Əliyevin
simasında ən layiqli namizədi dəstəkləməklə
ulu öndər Heydər Əliyevin
ideyalarının davam etdirilməsinə
səs verdi, taleyini
etibarlı əllərə əmanət etdi. Belə də olmalı idi. Azərbaycanda həyata
keçirilən genişmiqyaslı sosial-iqtisadi
layihələrin dövlətimizə və xalqımıza verdiyi dividendlərin, Azərbaycanın beynəlxalq
imicinin yüksəlməsinin və digər
nailiyyətlərin məntiqi yekunu cənab
İlham Əliyevin prezident
seçkilərində qazandığı qələbə idi.
Bu seçki
seçicilərin fəallığı ilə əlamətdar
oldu. Seçicilərin səsvermədə
fəal iştirakı vətəndaşların ölkənin
siyasi taleyində əhəmiyyətli rol oynayan prezident
seçkilərinə yüksək diqqət və maraq nümayiş etdirmələrini
göstərdi. Müxtəlif siyasi
partiyaları təmsil edən namizədlərin seçkiyə
qatılması da seçki
prosesinin fəal keçirilməsində mühüm rol oynayan amillərdən biri
idi. Bütün namizədlərə
seçki kampaniyasının bütün mərhələlərində eyni şərait yaradılmışdı.
Namizədlərin səsvermə prosesindən sonra
verdikləri açıqlamalar da bunu təsdiqləyir. Bütün
məntəqələrdə seçkilər Seçki
Məcəlləsinin tələblərinə uyğun,
seçkinin nəticələrinə təsir
edə biləcək heç bir nöqsana yol verilmədən
keçirildi. Həm demokratik seçki qanunvericiliyinin olması, həm seçkilərin
sivil normalara uyğun keçirilməsi üçün
bütün tədbirlərin
görülməsi, həm də Azərbaycan vətəndaşlarının
prezident seçkilərinə
marağının olması
kampaniyanın xalqın
iradəsini ifadə edəcək formada
keçirilməsinə təminat verən cəhətlər idi". Hüquqşünas qeyd edib ki, ölkəmizdə keçirilən Prezident, Milli Məclis və
Bələdiyyə seçkiləri Azərbaycanın demokratik dəyərlərə sadiqliyini bir daha bütün dünyaya nümayiş etdirdi, ölkəmizdə demokratik
inkişafın göstəricisi kimi yadda qaldı: "Azərbaycan hakimiyyəti
seçkilərin demokratik, dünya standartlarına uyğun
keçirilməsi üçün siyasi iradə və əzm nümayiş
etdirdi. Beynəlxalq təşkilatların,
dövlətlərin təmsilçiləri bunu
yüksək qiymətləndirdilər. Artıq
seçki gününün
axşamı və sonrakı gün
müşahidəçi qismində ölkəmizə gələn
bütün beynəlxalq təşkilatların
missiyaları, ayrı-ayrı ölkələrin deputatları
seçkinin son dərəcə
şəffaf keçirildiyini və
ölkəmizin demokratiya yolu
ilə inkişaf etməsinin şahidi olduqlarını birmənalı
şəkildə bəyan edirlər. Beynəlxalq
müşahidəçilərin bəyanat və rəylərində
Azərbaycanın beynəlxalq təşkilatların qətnamələrini,
habelə bu təşkilatlar
qarşısında götürdüyü
öhdəlikləri yerinə yetirməsi yüksək dəyərləndirilir,
Azərbaycanın dinc və sabit ölkə
olduğu diqqətə çatdırılır".
M.Bədirov hesab edir ki, ölmizdə qazanılmış təcrübə
seçki kampaniyasının daha səmərəli keçirilməsinə
imkan verir: "Bir müddət əvvəl
Yeni Azərbaycan Partiyasının Milli Məclisdə təmsil olunan
deputatlarının təklifi ilə respublikamızda seçki praktikasının daha
da təkmilləşdirilməsi, beynəlxalq
standartlara uyğunlaşdırma və
qabaqcıl dünya təcrübəsinin
tətbiq olunması üçün Seçki Məcəlləsinə bir sıra əlavələr və dəyişikliklər
edilmişdir. Bu əlavə
və dəyişikliklər qabaqcıl təcrübənin tətbiqinə
xidmət edir. Bunlardan
biri seçki
kampaniyasının 75 gündən 60 günə endirilməsidir.
YAP-ın irəli sürdüyü bu təklifdə məqsəd seçki
praktikasının daha da
təkmilləşdirilməsi olmuşdur.
Seçki Məcəlləsinə son dəyişikliklərə qədər Azərbaycanda
seçki kampaniyası 75 gün
davam edirdi. Amma son illərdə
qazanılmış təcrübə və hazırlıq səviyyəsi
imkan verir ki, seçki kampaniyası
digər ölkələrdə olduğu kimi daha səmərəli
şəkildə keçirilsin. O cümlədən
də, vaxt kimi çox əhəmiyyətli resursdan
daha səmərəli istifadə edilsin. Bu dəyərləndirmə
nəticəsində məlum oldu ki, Azərbaycan da əksər
ölkələr kimi seçki
kampaniyasını iki ay
müddətində keçirməyə tamamilə
hazırdır. Digər mühüm dəyişiklik
seçkilərə qoşulmuş vətəndaşlara
və partiyalara MSK tərəfindən
ayrılan vəsaitin ləğv edilməsidir. Heç bir
ölkədə seçkiyə qoşulmuş
namizədlərə dövlət tərəfindən vəsait
ayrılmır. Əksinə, seçkiyə qoşulmaq
niyyətinə düşən insanlar da, partiyalar da seçkinin
keçirilməsi üçün
lazım olan vəsaitləri ya özləri birbaşa öz hesablarına ayırırlar, ya da onları dəstəkləyən
seçicilərin yardımı nəticəsində fond formalaşdırırlar. Dünya
təcrübəsi də belədir". Hüquqşünas
əlavə edib ki,
ölkəmizdə seçki sisteminin təkmilləşdirilməsi
yalnız qanunvericilik sahəsini əhatə
etmir: "Respublikamızda seçkilərin
demokratikliyini təmin etmək üçün görülən işlər
yalnız seçki qanunvericiliyinin
təkmilləşdirilməsi ilə kifayətlənmir. Son illərdə
Azərbaycanda geniş vüsət alan quruculuq və
abadlıq işləri seçki
komissiyalarının da rahat
fəaliyyəti üçün daha müasir iş şəraitinin yaradılmasına mühüm təsir göstərmişdir.
Əksər dairə və məntəqə seçki
komissiyaları ən müasir tələblər
səviyyəsində inzibati binalarla təmin olunmuş,
bir qismi isə əsaslı
təmir edilmişdir. Həmçinin Mərkəzi
Seçki Komissiyasının yeni binada fəaliyyət
göstərməsi bu qurumun
fəaliyyətinin daha səmərəli
təşkilinə geniş imkanlar açıb. Seçicilərlə
maarifləndirmə işlərinin aparılması, seçki hüquqları ilə bağlı
çoxsaylı sənəd nümunələrinin
hazırlanması, seçici
siyahılarının dəqiqləşdirilməsi ilə əlaqədar
yeni üsulların tətbiq edilməsi də
ölkəmizdə seçki sisteminin təkmilləşdirilməsi ilə
bağlı həyata keçirilən tədbirlərdəndir.
Azərbaycanın inkişaf edən seçki sistemində demokratik
ab-havanın, şəffaflığın təmin edilməsi üçün müasir
informasiya texnologiyaları da
tətbiq olunur. Belə ki,
regionda ilk dəfə
məhz Azərbaycanda seçkinin
gedişatının internet vasitəsilə
birbaşa izlənilməsi sistemi yaradılmışdır. Azərbaycan
hakimiyyətinin aşkarlığın daha
çox təmin edilməsi üçün bütün
təşəbbüslərə, yeniliklərə yüksək
həssaslıq nümayiş etdirməsi bütün dünyada təqdir
olunur". Onun sözlərinə görə, seçki
sisteminin təkmilləşdirilməsi ilə
bağlı həyata keçirilən tədbirlər, o cümlədən qanunvericiliyin
təkmilləşdirilməsi Azərbaycanda
formalaşdırılan demokratik seçki mühitinin daha da möhkəmləndirilməsinə
xidmət edir. Bu
həm də onun təsdiqidir ki, Azərbaycanda seçkilərin azad və ədalətli keçirilməsi üçün ölkə rəhbərliyinin
güclü siyasi iradəsi
var. Seçkilərdə demokratiyanın
təmin olunması həm də respublikamızın beynəlxalq
aləmdə yerinin möhkəmlənməsində
əsas amillərdən biridir.
Olaylar.-
2017.-17-19 iyun.- S.12.