Azərbaycan dilinin tarixi inkişafına aid möhtəşəm dilçilik əsəri və yaxud

16 il bundan əvvəl imzalanmış Fərmanın gur işıqları

 

Müəllifi  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev olan  bu Fərman Azərbaycan ədəbi dilinin keçdiyi şərəfli inkişaf yolunu  elmi cəhətdən işıqlandıran  ən mühüm sənədlərdən biridir.

Fərman şəklində dünyaya çatdırılan bu əsərin adı belədir:

“Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı (18 iyun 2001-ci il)

Bu əsər bütün türk xalqları öçün ana dilinə məhəbbət , onun tarixi inkişafına  ciddi elmi baxış  və sədaqət, gələcəyinə hörmət və qayğı kimi qiymətləndimə mövqeyindən diqqəti cəlb edir.

Mənfəətdən xali olmadığı üçün bu sənədi   oxucuların diqqətinə çatdırır,dil tariximizin inkişafında əvəzsiz rolu olanlardan biri  görkəmli maarifçi Hacı Səid Əfəndi Ünsizadə (1825,Şamaxı-1905,İstanbul) ,eləcə də  bir sıra önəmli məsələlər haqqında   yenidən söz açmaq istəyirəm.

Mətbuat və ictimaii fikir tariximizdə tariximizdə Səid Ünsizadə  haqqında  hələ də geniş və hərtərəfli sistemli tədqiqat əsəri yoxdur.Halbuki S.Ünsizadə  “Əkinçi” qəzetinin ciddi mütaliə edən,onun yazılarından faydalanan ziyalılardan biri kimi  araşdırılmalıdır.

S.Ünsizadənin  Həsən bəy Zərdabi ilə dostluğuna dair  heç bir məlumat olmasa da, mətbuat tariximizin öyrənilməsi üçün ip ucu olan məqamlar vardır.Belə ki, “Ziya” qəzetində bir neçə dəfə “Əkinçi”nin mətbuat tariximizdəki rolu yüksək qiymətləndirilmişdir. S.Ünsizadə 1880-ci ildə Həsən bəy Məlikzadənin həyatının çətin günlərində   onuZiya” qəzetinin İstanbulTehran müxbirliyi vəzifəsində işləməyə dəvət etmişdir. görmüçdür.Təklif qəbul olunmasa da,H.Zərdabinin  bir məktubu “Ziya” qəzetinin  iki nömrəsində dərc olunmuşdur.Bir sıra  araşdırmalar  H.Zərdabinin “Ziya” qəzetidə çap olunan təbiət hekayələrinin H.Zərdabi tərəfindən yazıldığı barədə fikir mübadiləsi etməyə əsas verir.

S.Ünsizadə  Azərbaycanın ilk mühacirlərindən biri kimi tanınmalıdır.Onun maarifçilik fəaliyyəti zəmanənin bir sıra ziyalılarında paxıllıq və qısqanclıq yaratmışdı.

S.Ünsizadə doğma şəhəri Şamaxıda da, vaxtilə Bakı qubernatoru olmuş D.Staroselskinin havadarlığı və köməkliyi ilə Tiflisdə Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü vəzifəsində işləyəndə də bir çox haqsızlıqlarla rastlaşmışdı.Lakin hər bir araşdırmada onun təqsirsiz olduğu sübut olunmuşdur.

 Səid Ünsizadənin  şərqçünas Adolf Petroviç Berje, Rusiyanın vaxtilə Motsarda səfir, sonralar İstanvul və Təbriz konsulu, bir müddət Bakı Bəy Komissiyasına   sədrlik edən    Valerian Vladimiroviç Bezobrazov  uzun müddət

Zaqafqaziya Əhli- Təsənni İdarəsin katibi, sonralar -1884-cü ilin yanvarından  sədri işləmiş  Molla Hüseyn Qayıbovla münasibətləruinə aydınlıq gətirilməlidir.

Şamaxıda qazılıqdan əl çəkib Bakıya sığınan S.Qnsizadə  burada da özünə geniş fəaliyyət üçün yer tapa bilməmişdir. O,1890-cı ildə  Bakıdan türk dünyasının baş şəhərinə İstanbula köçmək məcburiyyətində qalmış,burada müxtəlif vaxtlarda üç dəfə Türrkiyənin maarif naziri olmuş Münif Paşanın köməkliyi ilə təhsil sahəsində işləmişdir.

“Həyat” qəzetində dərc olunmuş bir kiçik həcmli nekroloqa görə,S.Ünsizadə ömrünün 80 sinnində  İstanbulda vəfat etmişdir.Nekroloqun altında Əli bəy Hüseynzadnin, Əhməd bəy Ağayevin və Əlimərdan bəy Topçubaşovun adları vardır.( “Həyat” qəzeti,5 iyun 1905,N 21).

Sonrakı tədqiqatlardan məlum olur ki, S.Ünsizadənin ölüm xəbərini   qəzetin redaktoruna-Əli bəy Hüseynzadəyə  çatdıran şamaxılı  S.Atamalıbəyov olmuşdur (S.Atamalıbəyovun məktubu Ə.Hüseynzadənin arxivində saxlanılır-N.N.).

Məktubdan məlum olur ki,S.Ünsizadə İstanbulda Quranın türk dilində təfsirini yazmış,səmərəli maarifçilik fəaliyyəti ilə məşğul olmuşdur.

 

Bu yaxınlarda S. Ünsizadənin İstanbul qəbirstanlığlarının birində  Səid Ünsizadənin qəbri tapılmışdır.Təəssüf ki, müraciət etdiyim  şərqşünas və  filoloq alimlər qəbrin üstündəki yazını  düzgün oxumaqda çətinlik  çəkmişlər.

 

*********

 

 “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı (18 iyun 2001-ci il)

Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır.

Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq təhriflərin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur.

Dil öz daxili Qanunları əsasında inkişaf edirsə onun tədqiq tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli dolğun olmasına təkan verir.

Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının da dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.

Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir.

İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur. Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir.

Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqa bir neçə minillik tarix yaşaması lazım gəlir.

Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır. Azərbaycan dilinin dünya dilləri arasında ən kamil dillərdən biri olduğu həqiqətini bir çox xalqların görkəmli nümayəndələri dönə-dönə etiraf etmişlər. Onlar öz əsərlərində bu dili XIX əsrdə Avropada geniş yayılmış fransız dili ilə müqayisə edərək, onu Avrasiyanın hər tərəfində işlənilən bir dil kimi yüksək qiymətləndirmişlər.

Milyonlarla azərbaycanlının hazırda mədəni inkişaf vasitəsi olan bu dil tarixən nəinki Qafqazda yayılmışdır, hətta müəyyən dövrlərdə daha geniş məkanda müxtəlif dilli xalqların da istifadə elədikləri ümumi bir dil olmuşdur. Neçə-neçə böyük mədəniyyətin yaradıcısı olan xalqımızın tarixi qədər onun dilinin təşəkkülü tarixi olduqca qədimdir.

Azərbaycan dili türk mənşəli ümumxalq canlı danışıq dili zəminində əmələ gəlib şifahi ədəbi dilə çevrilənədək sonradan bu əsasda Azərbaycan ədəbi dilinin yazılı qolu təşəkkül tapana qədər yüz illər boyunca mürəkkəb bir yol keçmişdir. Qədim zəngin tarixə malik türk dil ailəsinin oğuz qrupuna daxil olan Azərbaycan dilinin tarixi miladdan əvvəlki dövrlərə gedib çıxır.

Ayrı-ayrı türk boy birləşmələrinin ümumi anlaşma vasitəsi olan bu dil IV-V əsrlərdən etibarən ümumxalq danışıq dili kimi fəaliyyət göstərməyə başlamışdı. Dilimizin özəyini ta qədimlərdən Azərbaycan torpaqlarındakı türk əsilli boyların soyların dili təşkil etmişdir. Azərbaycan dili dialekt şivələrinin geniş Avrasiya məkanına yayılan türk xalqlarının az qala bütün dil xüsusiyyətlərini əks etdirəcək qədər rəngarəng olmasının da başlıca səbəbi ta qədimlərdən bu torpaqlarda etnik baxımdan eyni köklü türk etnoslarının mövcud olmasıdır. Şifahi şəkildə yayılan ilkin ədəbiyyat nümunələridastanlar, nağıllar, bayatılar, laylalar sair Azərbaycan şifahi ədəbi dilinin erkən formalaşması təkamülü zərurətini yaratmışdır.

Azərbaycan ədəbi dilinin yazılı qolu da əlverişli tarixi şəraitdə ümumxalq dili əsasında təşəkkül tapmışdır. Xalq şifahi şəkildə yaratdıqlarını əbədiləşdirmək üçün sonradan onları yazıya köçürmüşdür.

Bu prosesin yazı dilinin təşəkkülü sabitləşməsində böyük əhəmiyyəti olmuşdur. Bu baxımdanKitabi-Dədə Qorqudeposu olduqca səciyyəvidir. Abidənin bədii dilinin özünəməxsus səlisliyi bir daha göstərir ki, “Kitabi-Dədə Qorqud”un meydana çıxa bilməsi üçün Azərbaycan dili böyük tarixi-ədəbi hazırlıq mərhələsi keçməli idi.

Qaynağını uzaq keçmişdən alan Azərbaycan dilinin ilk ən qədim yazılı nümunələri günümüzədək gəlib çatmasa belə, ölkəmizin ərazisində qədim əlifbaların varlığı, həmçinin yazı dilimizin bədii məna kamilliyi digər amillər bu dilin tarixi köklərə malik olduğunu sübuta yetirir.

Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi kimi söz sənətkarları Azərbaycan ədəbi dilinin belə bir bünövrəsi üzərində yüksəlmişdir.

XVI əsr Azərbaycan dilinin mövqelərinin möhkəmlənməsi ilə əlamətdardır. Səfəvilər dövlətinin yaranması ilə Azərbaycan dili dövlət dili səviyyəsinə qalxaraq, rəsmi dövlətlərarası yazışmalarda işlədilməyə başlandı.

Səfəvilər dövründə Azərbaycan dili sarayda orduda tam hakim mövqe tutaraq dövlət dili kimi rəsmiləşdi. Ana dilli ədəbiyyatın böyük ustadları Şah İsmayıl Xətai Məhəmməd Füzuli, xalq ədəbiyyatımızın adı bizə bəlli ilk qüdrətli nümayəndəsi Aşıq Qurbani bu dövrdə yetişmişdir.

 

Əgər şifahi şeir dili Qurbaninin əsərlərində əks olunmuşdursa, xalq şeiri dilinin yazılı qolu Şah İsmayıl Xətai Məhəmməd Əmaninin yaradıcılığı ilə təmsil olunmuşdu. Füzulinin dolğun dili isə elmi fəlsəfi olduğu qədər xəlqi idi.

XVII əsrin xalq şeirində cərəyan edən proseslər XVIII əsrdə şifahi xalq ədəbiyyatının bədii dilə təsiri şəklində özünü göstərir. Ədəbi dildə sadəliyə, canlı danışıq elementlərinə meylin gücləndiyi bu dövrdə Azərbaycan dilinin yeni inkişaf mərhələsi məhz Molla Pənah Vaqifin yaradıcılığı ilə başlanır.

XVIII əsrdə Azərbaycan ədəbi dilində üslub baxımından da zənginləşmə prosesi gedir. Elmi üslubun təşəkkülü üçün şərait yaranır, ayrı-ayrı elm sahələrinə dair bir çox əsərlər yazılır.

 

Nazim Nəsrəddinov

Türkoloq

 

Olaylar.- 2017.- 20 iyun.- S. 12.