İnam    

 

Qurub-yaratmaq  eşqi  yurdu  sarandan  bəri,

Gülzarlara  çevirir  kəndləri, şəhərləri.

Yeni  Azərbaycanla  illər  ötdükcə  bir-bir,

Əbədiyyət  qazanır  Öndərin  şah  əsəri!

İlhamla  güləcəkdir  bu  yurdun  hər  səhəri,

İlhamla  gələcəkdir  bu  yurdun  nər  zəfəri!

Yaxşısı,  yurd  eşqinə  alışan  güllər  desin,

Gülzarlar  sorağında  yanan  bülbüllər  desin!

Olimpin  səmasından  yağan  "qızıl"lar  ilə

Göydələn  kürsülərdən  gələn  ödüllər  desin!

İlhamla  gələcəkdir  Vətənin  zər  zəfəri

İlhamla  güləcəkdir  Vətənin  hər  səhəri!

Bu  fədakar  bir  xalqın  bəxt-iqbal  nidasıdır,

Ərşi  qucan  bayrağın  istiqlal  nidasıdır!

Bir  amalın  yolunda  sarsılmaz  nəsillərin,

Neçə-neçə  ellərin  istiqbal  nidasıdır!

İlhamla  güləcəkdir  bu  yurdun  hər  səhəri,

İlhamla  gələcəkdir  bu  yurdun  nər  zəfəri!

  donlu  göyərçinlər  səmaya  qalxan  kimi,

Uğur  diləyən  əllər  duaya  qalxan  kimi,

Yox, əgər  Qarabağdan  dumanlar  çəkilməsə,

Od  püskürən  şahinlər  havaya  qalxan  kimi,

İlhamla  gələcəkdir  Vətənin  zər  zəfəri,

İlhamla  güləcəkdir  Vətənin  hər  səhəri!

 

2011

 

Xocalı yürüşü

 

("Xocalıya ədalət!" beynəlxalq kompaniyasının uğurlarına...)

 

Üstü açıldıqca dünya önündə,

Son əsrin son etnik cinayətinin,

Canilər xofdadır anım günündə

Dəhşətli Xocalı müsibətinin!

 

Çağdaş eseslərlə nəs sarayında,

S nöqtə S artıq öz harayında!

 

Bir-bir ölkələri, sədləri aşır,

Ağır rekviyemlər, sərgilər..., yahu!

Qitələr ərşində nakam dolaşır,

Düz 613 şəhidin ruhu!..

 

Çağdaş eseslərin şər sarayında,

S nöqtə S yalnız taxt harayında!

 

Artıq dalandadır yeni nasistlər,

Yırtılmaqda cırtdan Hitlerin "don"u!

Artıq dalandadır daşnak faşistlər,

Yaxlaşmaqda xortdan fürerin sonu!

 

Çağdaş eseslərlə nəs sarayında,

S nöqtə S artıq tac harayında!

 

"Böyük Hayıstan" faş etdikcə özün,

Gestapo əl atır hər cür hiyləyə.

Soyqırımın izin azdırmaq üçün,

Vermaxt hər gün cumur qanlı fitnəyə!

 

Çağdaş eseslərin şər sarayında,

S nöqtə S yalnız qan harayında!

 

Xalqı üz döndərcək, havadar gəzir,

Qarşısın almağa haqqın səsinin.

Amansız hökmünü indidən sezir

Növbəti Nürnberq məhkəməsinin!

 

Çağdaş eseslərlə nəs sarayında,

S nöqtə S artıq can harayında!

 

2017

 

Akif Azalp

 

(Özbəkcədən Yaşar Qasımbəyli tərcüməsi)

 

Olaylar.- 2017.- 24-29 iyun.- S.12.