Azərbaycanda fikir, söz, məlumat azadlığı,

plüralizm ən yüksək səviyyədə təmin edilir

 

Toğrul Allahverdili: "Bu istiqamətdə ölkədə hansısa problemin olduğunu iddia etmək ən azı haqsızlıq, ədalətsizlikdir"

 

Azərbaycanda fikir, söz, məlumat azadlığı, plüralizmin mövcud durumu, onun daha da inkişaf etdirilməsi istiqamətində görülən işlər, eləcə də dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğı ilə  əlaqədar diasporinfo.com saytının həmtəsisçisi Toğrul Allahverdilinin "OLAYLAR"-a müsahibəsi.

-Bu gün bütün sahələrdə olduğu kimi,  mətbuat sahəsində də Azərbaycanda bir inkişaf, tərəqqi hiss edilir. Ölkədə azad söz, fikir plüralizmi təmin edilir. Azad, müstəqil medianın, kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün kifayət qədər şərait, imkan yaradılır. Bu şərait özünü dövlətin bu sahəyə, müstəqil medianın inkişaf etdirilməsinə yönəlik fəaliyyətində, atdığı addımlarda büruzə verir. Bu gün Azərbaycan dövləti bir növ müstəqil kütləvi informasiya vasitələrinin yaranması, onların fəaliyyəti, söz, fikir azadlığının təmin olunması üçün bir zəmanətçi rolunu oynayır. Bu zəmanətçilik, dəstək özünü Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətində açıq şəkildə göstərir. Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncam əsasında 2009-cu ildə yaradılıb. Sözügedən qurum Azərbaycan Prezidentinin 2008-ci il, 31 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası əsasında fəaliyyət göstərir. Məlum olduğu kimi sözügedən fond kütləvi informasiya vasitələrinin layihələrini maliyyələşdirir, jurnalistlər arasında fərdi yazı müsabiqələri keçirir. Həm kütləvi informasiya vasitələrinin layihələrinin maliyyələşdirilməsi, həm də digər bu kimi fəaliyyətlər mətbu orqanların maddi texniki bazasının yaxşılaşdırılmasına çox böyük təsir göstərir. Bütün qeyd etdiklərimlə yanaşı burada bir məqama da diqqət çəkmək lazımdır.  Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ayrı-ayrı mətbuat orqanlarının layihələrini maliyyələşdirsə də, lakin onların müstəqil fəaliyyətinə heç bir təsir göstərmir. Yəni dövlət kütləvi informasiya vasitələri dövlətdən maddi dəstək alsalar da, qətiyyən dövlətdən asılı vəziyyətdə deyillər və öz müstəqil fəaliyyətlərini davam etdirirlər. Sadəcə kütləvi informasiya vasitələri dövlətçilik, milli maraqlar baxımından vahid mövqedən çıxış edirlər. Bu gün dövlət tərəfindən maliyyə yardımı alan istənilən kütləvi informasiya vasitəsi cəmiyyətdə mövcud olan hər hansı bir mənfi tendensiyanı çəkinmədən tənqid edə bilir. Hətta, hansısa dövlət qurumunun, yaxud məmurun yarıtmaz fəaliyyəti barədə tənqidi material dərc etmək iqtidarındadır.  Bu da təbiidir və birmənalı qarşılanmalıdır. Çünki kütləvi informasiya vasitələri cəmiyyətin güzgüsüdür, ölkə həyatında baş verən pisya yaxşı hər şeyi cəmiyyətə olduğu kimi çatdırmalıdır.

-Elə bu səbəbdəndirmi ki, kütləvi informasiya vasitələrini həm də cəmiyyətin güzgüsü hesab edirlər?

Hansısa sahədə mövcud olan, hansısa qurumun yol vermiş olduğu nöqsanları araşdırıb onu cəmiyyətə çatdıran, həmin problemlərdən çıxış yolu göstərən də məhz mediadır. Təsadüfi deyil ki, elə Azərbaycan Prezidenti İlham Əliyev də mətbuatın bu istiqamətdəki fəaliyyətini xüsusilə təqdir edir. Dövlət başçısı dəfələrlə keçirdiyi müşavirələrdə, konfranslarda bildirib ki, bəzi mövcud olan problemlər barədə mətbuatdan, televiziyalardan məlumat əldə edir və dərhal həmin problemin aradan qaldırılması istiqamətində müvaiq orqanlar qarşısında məsələ qaldırır.  Bu fakt da öz-özlüyündə Azərbaycanda fikir, söz, məlumat azadlığı, plüralizmin ən yüksək səviyyədə təmin olunduğundan xəbər verirqeyd edilənlərin əyani ğöstəricisidir. Nəzərə çatdırım ki, belə bir praktikaya dünyada az hallarda rast gəlinir. Hətta özünü demokratiyanın beşiyi hesab edən ölkələrdə mətbuat, kütləvi informasiya vasitələrinin bu səviyyədə dövlət qayğısı göstərilmir. Dünya ölkələrində, xüsusilə, Avropada əksər hallarda hansısa siyasi partiyaqurumlara aid olan media qurumları, holdinqlər müəyyən mənada maliyyə qanaqlarından yararlanırlar. Bu da nəticə etibarilə həmin mətbu qurumun maliyyə dəstəyi aldığı siyasi dairənin sözünü deməsi. onun diqtəsi ilə hərəkət etməsini şərtləndirir. Daha doğrusu həmin kütləvi informasiya vasitəsi bu istiqamətdə fəaliyyət göstərmək məcburiyyətində qalır. Bu cür fəaliyyəti isə heçdemokratik prinsiplərə uyğun hesab etmək olmaz. Yaxud həmin ölkədə fikir, söz, məlumat azadlığının, plüralizmin təmin edildiyini iddia etmək gülünc səslənər.

-Ancaq maraqlısı odur ki, bir qayda olaraq elə həmin ölkələrdə, Avropa, Qərbdə fəaliyyət göstərən ayrı-ayrı beynəlxalq qeyri-hökumət təşkilatları, bu sahə ilə məşğul olan təşkilat və birliklər tərəfindən hazırlanmış hesabatlarda, rəylərdə Azərbaycanda söz və mətbuat azadlığı, plüralizmin təmin edilmədiyi iddia olunur. Yaxud Azərbaycan qiymətləndirmədə ədalətsizliklə üzləşərək jurnalist hüquqlarının kobud şəkildə pozulduğu ölkələrlə eyniləşdirilir.

-Əslində həmin təşkilat və qurumların, dairələrin kimlərə, hansı məqsədlərə xidmət etdiyi hər kəsə bəllidir. Artıq Azərbaycan cəmiyyəti gözəl bilir ki, bu gün mütəmadi olaraq ölkəmizi söz və mətbuat azadlığının pozulmasında ittiham edən təşkilatları erməni maliyyə mənbələrinin pulları danışdırır. Ona görə də onlar vaxtaşırı olaraq Azərbaycanın adına xələl gətirməyə, onun imicinə mənfi təsir göstərməyə çalışırlar. Əgər fikir vermisinizsə, adətən Azərbaycan hər dəfə qərəzli, əasssız olaraq mətbuatın qatı şəkildə təqiblərə məruz qaldığı ölkələrlə eyniləşdirilir. Guya burada söz və məlumat azadlığı pozulur, kütləvi informasiya vasitələrinə qarşı basqılar vars. Halbuki reallıq göz qabağındadır. Əgər Azərbaycanda söz və mətbuat azadlığı pozulsaydı, o zaman Dünya Xəbər Agentliklərinin V Konqresi keçən il Bakıdsa keçirilərdimi? Bunun özü həmin dairələrə, qurumlara, erməni maliyyə mənbələri hesabına hesabat, rəy hazırlayan ermənipərəsət mətbuat dəllalarına bir cavabdır. Həmin Konqresdə Azərbaycan Prezidenti İlham Əliyevin də iştirakı Azərbaycanda azad söz, fikir, məlumat azadlığına necə dəyər verildiyinin əyani sübutu idi. Elə həmin toplantıda çıxışı zamanı dövlət başçısı onu da diqqətə çatdırdı ki, Azərbaycanda internet ustifadəçilərinin sayı 75 faizə çatıb.  bu tendensiya artan xətt üzrə davam edir. O zaman belə bir məqam ortaya çıxır ki, əgər Azərbaycanda bəlli dairələrin iddia etdiyi kimi  söz və mətbuat azadlığı boğulsaydı, ölkədə internetdən istifadəyə də qadağa qoyulardı. Ancaq tamamilə bunun əksini görürük. İstənilən şəxs sosial şəbəkələrin imkanlarından, elektron portallardan, ümumilikdə mətbuata yaradılan şəraitdən yararlanaraq mövcud nöqsanlar barədə həmin vasitələrdə öz fikirlərini açıq şəkildə ifadə edə bilir, hətta bəzi hallarda hökumətin müəyyən strukturlarını tənqid də edir. O zaman, qeyd etdiyiniz dairələr hansı əsasla Azərbaycanda söz və məlumat azadlığı, plüralizmin pozulduğunu iddia edir, mənə bəlli deyil. Daha doğrusu Azərbaycanı bu kimi məsələlərdə qınamaq, ittiham etmək absurddur, gülünc doğurur. Bu gün tam qətiyyətlə deyə bilərik ki, Azərbaycanda fikir, söz, məlumat azadlığı, plüralizm ən yüksək səviyyədə təmin edilir. Bu istiqamətdə ölkədə hansısa problemin olduğunu iddia etmək ən azı haqsızlıq, ədalətsizlikdir.

-Bəs KİV-ə yaradılan bu imkanlardan sui-istifadə hallarına yol verillirmi?

-Təəssüf hissi ilə qeyd edərdim ki, bəli. Bir sıra hallarda ölkədə fikir, söz, məlumat azadlığı, plüralizmdən sui-istifadə olunur. Bu da əsasən müəyyən maraqlara xidmət edən media qurumlarında müşahidə edilir. Kimlərisə şantaj etmək, şər-böhtan atmaqla nəyəsə nail olmaq istəyən bəzi media nümayəndələri var ki, onlara qarşı hansısa hüquqi çərçivədə addım atılanda, dərhal fikir, söz, məlumat azadlığı əldə bayraq tutulur. Ancaq nəzərə alınmır ki, söz və məlumat azadlığı kiməsə şər-böhtan atmaq demək deyil.  Ona görə də heç bir media təmsilçisinə ixtiyar verilmir ki, fikir, söz, məlumat azadlığından sui-istifadə edərək kütləvi informasiya vasitələrinin adına xələl gətirən hərəkətlərə yol versin. Hər kəs ona yaradılan bu imkanlardan sağlam metodlarla yararlanmalıdır. Bu arada bir məqama da xüsusi qeyd etmək lazımdır ki, bəzən bəzi kütləvi informasiya vasitələrinin cəmiyyətə hansısa məlumatı dəqiqləşdirmədən çatdırması ümumilikdə Azərbaycanın maraqlarına zidd olur.Xüsusilə, cəbhə xəttində baş verən hadisələr fonunda bunun şahidinə çevrilirik. Bəzi media qurumlarının rəsmi mənbələrə istinad etmədən hansısa dost-tanışından aldığı xəbəri tirajlaması ermənilərin maraqlarına xidmət edironlar da bundan bizə qarşı istifadə edirlər. Hesab edirəm ki, KİV-lər bu məsələyə də həssas yanaşmalıdırlar.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2017.- 1 mart.- S.15.