Təhsilimizin dostu,
dilçiliyimizin generalı
Qəzənfər
Kazımov
Filologiya elmləri doktoru, professor Qəzənfər
Şirin oğlu Kazımov
1937-ci ilmartın 3-də Cəbrayıl rayonunun
Soltanlı kəndində anadan olmuşdur. Atası Allahverdiyev
Şirin Kazım oğlu kənd
məktəbinin direktoru idi. O,1943-cü
ildə cəbhədə həlak olmuşdur.
Q.Kazımov
1955-ci ildə Soltanlı kənd orta məktəbini,
1960-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun (indiki ADPU-nun) tarix-filologiya fakültəsini
bitirmişdir. 1960-1962-ci illərdə
Soltanlı kənd orta məktəbində müəllim
işləmiş, 1962-ci ildə Azərbaycan dilçiliyi
ixtisası üzrə Pedaqoji İnstitutun əyani
aspiranturasına daxil olmuşdur. Q.Kazımov 1967-ci ildə
namizədlik, 1988-ci ildə doktorluq dissertasiyası müdafiə
etmişdir. 1989-cu ildən professordur. Namizədlik
dissertasiyasının mövzusu "Ə.Haqverdiyevin
dramaturgiya dilinə aiddir. Doktorluq dissertasiyasının
mövzusu da dilin üslubi imkanları haqqındadır:
"Azərbaycan sovet satirik nəsrinin dili.1920-1940-cı illər
(komizmin dil vasitə və üsulları problemi)".
Q.Kazımov Pedaqoji Universitetdə müəllim (1965-1971), dosent
(1972-1988), professor (1989-1998) vəzifələrində
işləmişdir. 1989-1997-ci illərdə Pedaqoji Universitetin filologiya fakültəsinin dekanı
olmuşdur. Bir müddət
Pedaqoji Universitetdə
müdafiə Şurasının
sədr müavini
(1990-1994), Ali Attestasiya Komissiyasında
ekspert Şurasının
üzvü (1996-1999) olmuşdur.
Uzun müddət (1979-2003) Təhsil
Nazirliyi nəzdində
filologiya üzrə elmi-metodiki Şurada fəaliyyət göstərmişdir.
Q.Kazımov 1999-2000-ci illərdə AMEA Nəsimi
adına Dilçilik institutunda aparıcı elmi işçi vəzifəsində çalışmışdır.
2001-ci ildən həmin institutda Azərbaycan dialektologiyası
şöbəsinin müdiridir.
Böyük Britaniya və
Şimali İrlandiya Asiya Kral Cəmiyyətinin
üzvüdür. Böyük
Britaniya, Kembric Bioqrafiya İnstitutunda və ABŞ Bioqrafiya İnstitutunda qeydə alınmışdır. Ədəbi
tənqidlə də
məşğul olur. Q,Respublika
Yazıçılar İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Q.Kazımov Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 3 noyabr 2015-ci il tarixli
Sərəncamı ilə
"Azərbaycan Respublikasının
Əməkdar elm xadimi"
fəxri adına
layiq görülmüşdür.
Professor Qəzənfər Kazımovun filoloji fəaliyyəti geniş, hərtərəfli və
məhsuldardır. O,Azərbaycan dilinin tarixi,müasir Azərbaycan
dilinin quruluşu,bədii
əsərlərin dili,
üslub və üslubiyyat ,ədəbiyyatşünaslıq
,ədəbiyyatşünaslıq məsələlərinə aid monoqrafiya və saysız-hesabsız elmi məqalələrin
müəllifidir. Q.Kazımov
Azərbaycan dilinin metodikası də tədrisi haqqənda
da maraqlı əyüksək
elmi səviyyəli əsərlərin
müəllifidir. Onun
Azərbaycan dili dərslikləri yuxarı
sinif şagirdlərinin və dilimizin incəliklərini
və gözəlliklərini
öyrənən hər bir ziyalının stolüstü kitablarıdır.
Bu kişik tanıtma qeydlərindən sonra yaxından tanıdığım Qəzənfər
müəllim haqqında təəssüratlarımı oxuculara
Elimizin,dilimizin MƏNTİQ müəllimi -Qəzənfər
müəllimi sərlövhəsi
ilə təqdim etməyi gərəkli bildim.Qəzənfər
müəllim Azərbaycan
dili müəllimidir.
Onun professorluğa gələn
yolu adi müəllimlikdən başlayıb.Bəlkə
də tələbə
olanda nə vaxtsa professor olacağına
heç özü də inanmayıb. Oxuyub,öyrənib,öyrənib
oxuyub.Yaxşı müəllimlərdən
yaxşı dərs alıb. Qəzənfər
müəllimi Azərbaycana daha çox tanıdan işi ilk növbədə onun orta məktəb şagirdləri üçün
yazdığı dərsliklərdir.
Azərbaycan dilində onun xidmətləri ilə ilgili maraqlı yeni
bir üçüncü
növ təyini söz birləşməsi
yaranıb:
QƏZƏNFƏR
MÜƏLLİMİN DƏRSLİKLƏRİ
(Birinci tərəfi II növ təyini söz birləşməli
mürəkkəb ad, ikinci
tərəfi
III şəxsin mənsubiyyət
şəkilçili isim).
Qəzənfər müəllimin dərslikləri
həm müəllimlərin,həm də şagirdlərin ən çox sevdikləri 2-3 dərsliyin birincisidir.Bunlar 8-ci və 9-u siniflərə aid Azərbaycan
dili dərslikləridir.
(bütün nəşrlərini nəzərdə
tuturam).Doğrudur ,son
illərdə bu siniflər üçün
yeni dərsliklər yazılıb.
Şəxsən mən Qəzənfər müəllimin dərsliklərindən
sonra həmin siniflər üşün
dərslik yazmağa cəhd etməzdim. Kimlərinsə
bunu kurikulum ifadəsi ilə bəzəməsi də inandırıcı
görünmür.
Qəzənfər müəllim bizə
bildiyimiz dilin
MƏNTİQİNİ öyrədib.Bu dərsliklər
dilimizin sintaktik çevikliyi,söz birləşməsi,cümlə və onun müxtəlif
yanaşma üsulundan
asılı olan növləri haqqında cəsarətlə danışmağa
imkan verir.
Yazımın sərlövhəni də
məhz buna uyğun olaraq seçmişəm. Mən TQDK-da Azərbaycan dili və ədəbiyyati
fənni üzrə müvafiq fənn komsiyasının sədri
olanda (1994-1995) ilk işlərimdən
biri dilimizin məntiqini yaxşı bilən AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi əməkdaşlarını və
ali məktəb müəllimlərini komissiyanın
işinə cəlb etmək oldu.
Hərəyə bir tapşırıq verdim.Qəzənfər müəllimin
hüzuruna özüm
getdim. Qəzənfər müəllim onda
Pedaqoji İnstitutun dekanı idi.
Qəzənfər müəllim əməkdaşlıq təklifini qəbul etsə də, yəqin ki, ali məktəbdə işinin çoxluğundan seminarlarımıza
gəlmədi.Lakin hər
seminarımızda biz onu
gördük.Bu və
ya digər məsələlərin izahında
müəllimlər dilçilik
ensiklopediyası olan Qəzənfər
müəllimin yazdıqlarına
istinad edirdilər.Elə
bu özü böyük qayğı və sayğı nümunəsi idi.
Sonralar Qəzənfər müəllimi
bir bəhanə ilə TQDK-ya dəvət
edə bildik. Seminar iştirakçıları Qəzənfər
müəllimi alqışlarla
qarşıladılar.Onun müəllifi
olduğu dərsliyin müzakirəyə çıxarılması yaddan çıxdı.Gündəlikdə professor Q.Kazımovundərslilərindən birinin müzakirəsi nəzərdə tutulmuşdu.
Seminardakı
müəllimlərin çoxu
oxuduqları ali
məktəbdə omun
tələbələri idi.
Onlar öz sevimli müəllimi olan Qzənfər müəllimlə daha maraqlı dilçilik söhbətləri etdilər.Q.Kazımovun
seminardakı çıxışı müəllimlərin
gələcək inkişafı
üçün çox
gərəkli oldu.
Onsuz da,Qəzanfər müəllimin müzakirəyə
çıxarılan dərsliyi
alternaivi ilə müqayisədə birinci
idi və bunu hamı bilirdi.Bu dərsliyin məziyyətlərini müəllimlərlə
yanaşı, onların
şagirdləri də
təsdiq edirdilər.
Qəzənfər müəllim
mənim dostlarımdandır.Bu
yazını isə dostluq xatirinə yox,yubilyarı salamlamaq üçün yazıram. Mən fəxr
edirəmki,Azərbaycanın hər yerində və onun bütün təhsil oğaqlarında
Qəzənfər müəllimin
mənim kimi on minlərlə dostu var.
Bu, böyük
fəxarətdir.On min,iyirmi
min dost böyük
bir ordudur. Deməli,Qəzənfər
müəllim general rütbəli
3-4 dilçimizdən biridir.
Qəzənfər müəllim son illərdə
xalq təbabərinin maraqlı cəhətlərini
Azərbaycan dilinin inşəlikləri ilə
oxucularına çatdırmağa
daha meyillidir.Bu cəhətdən , o həm dı
böyük loğmandır.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar
müəllimi,
Avropa Azərbaycan Məktəbinin
sabiq
kafedra müdiri və
müəllimi, türkoloq.
Olaylar.- 2017.- 7 mart.- S.10.