Azərbaycanda sözfikir azadlığı

üçün geniş imkanlar yaradılır

 

Azərbaycanda söz, fikir və məlumat azadlığı təxminən mətbuatın tarixi ilə eyni dövrə təsadüf edir. Heç kimə sirr deyil ki, milli mətbuatının inkişaf tarixi uzun və mürəkkəb, lakin şərəfli yol keçib. Ötən dövrün ayrı-ayrı zaman kəsiyində mətbuata qarşı münasibətin fərqlənməsinə baxmayaraq sözfikir azadlığı məslələri dəyişməz qalıb.

Mətbuatın özünün ictimai institut kimi formalaşması tarixi o qədər qədim olmasa da, müstəsna haldır ki, Azərbaycanın mətbuat tarixi bir çox dünya ölkələrindən öndə gedir. Azərbaycan müstəqillik əldə etdikdən sonra isə milli mətbuatın inkişafı dövlətin prioritet məslələrindən hesab olunub. Məhz bu məqsədlə ölkədə təkmil qanunvericilik bazası yaradılıb, mətbuatın inkişafı, eləcə də jurnalistlərin normal fəaliyyəti üçün çoxsaylı sənədlər qəbul edilib. Xüsusən, son dövrlərdə ölkəmizdə mətbuatın inkişafı ilə bağlı Azərbaycan dövləti və Azərbaycan Prezidenti tərəfindən müxtəlif tədbirlərin keçirilməsi ənənə halını alıb. Hüquqşünas Azad Rzayev bildirib ki, Azərbaycanda söz, fikir və məlumat azadlığının tarixi uzun illərə təsadüf etsə də onun sürətli inkişaf mərhələsi müstəqillik dövrünə düşür. Məlumdur ki, mətbuat intellektual sahə olduğu üçün onun formalaşmasını təmin edəcək intellektlərin, ziyalıların, qələm sahiblərinin, yazarların olması vacib şərtdir: "Belə intelektual sahiblərini yetişdirmək üçün sosial rifahmünasib şərait olmalıdır. Çünki mətbuat milli kimliyi formalaşdıran vasitə olmaqla bərabər, eyni zamanda, milli maarifləndirməni həyata keçirir, milli mentalitetin formalaşmasında aparıcı komponentlərdən biri kimi iştirak edir. Etiraf edək ki, hələ milli mətbuatın ilk yaranış dövründə belə cəmiyyəti maarifləndirə, ardınca apara biləcək kifayət qədər intelektlər mövcud idi. Hələ 1875-ci ildə Azərbaycanın ziyalı qaymaqları azad söz deyə bilir, müstəqil fikir irəli sürə bilirdilər. Yəni, Azərbaycan cəmiyyəti hələ o dövrdə mətbuat nümunələrini ortaya qoya biləcək ziyalıları yetişdirmək iqtidarında olan intellektual gücə və potensiala sahib bir xalq, Azərbaycan cəmiyyəti isə hələ o dövrdə kifayət qədər intellektual əsaslarda formalaşan bir cəmiyyət idi". Onun sözlərinə görə, ümumilli lider Heydər Əliyevin hakimiyyəti dövründə ölkədə sözfikir azdlığı, plüralizmin inkişafında yeni mərhələ yaranıb: "Ulu öndər Heydər Əliyev sovet dönəmində olduğu kimi, müstəqil Azərbaycan dövlətinin Prezidenti olduğu illərdə də mətbuatımızın inkişafı naminə çox böyük işlər görüb. Ölkədə mətbuatla bağlı mükəmməl qanunvericilik bazasının yaradılması, həm yazılı, həm də elektron medianın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalist kadrlarının sosial müdafiəsinin gücləndirilməsi, mətbuatın lisenziyasızlaşdırılmasının və senzuranın ləğvi, qəzet və jurnalların borclarının dondurulması, bir sıra mətbuat orqanlarının dövlətə olan borclarının ləğvi, ayrı-ayrı qəzet və jurnalların çapının dövlət hesabına maliyyələşdirilməsi, buya digər formada qanun pozuntusuna yol vermiş neçə-neçə media mənsubunun cinayət məsuliyyətindən azad olunması - bütün bunlar ulu öndərin Azərbaycan mətbuatına qayğı və diqqətinin bariz nümunəsidir. Qürur hissi ilə deyə bilərik ki, Heydər Əliyev idarəçilik məktəbinin və siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda sözfikir azadlığı yüksək səviyyədə təmin olunub. Ölkədə məlumat azadlığını ifadə edəcək müstəqil mətbuatın inkişafı yüksək səviyyəyə çatıb. Paralel olaraq mətbuata dövlət qayğısının miqyası daha da genişlənmişdir. İndi Azərbaycanda istənilən şəxs özünə mətbuat orqanı yarada bilər. Bunun üçün yetərincə əlverişli mühit olduğundan qəzet və jurnalların sayı durmadan artır. Bu gün Azərbaycanda hər kəsin imkanı var ki, onu düşündürən, narahat edən məsələlər barədə mülahizələrini mətbuata çıxarsın". Yeri gəlmişkən qeyd edək ki, hazırda Azərbaycanda Azərbaycanda 8 ümumrespublika yayımçısı, 1 peyk yayımçısı, 14 regional yayımçı televiziya yayımı, 13 şirkət kabel şəbəkəli televiziya yayımı, 13 şirkət isə radio yayımı ilə məşğuldur. Bu isə o deməkdir ki, Azərbaycan televiziyaradio yayımçılarının əhalinin ümumi sayına nisbətində də dünyanın bir çox ölkələrindən öndədir. Onun sözlərinə görə, Azərbaycan dövləti mətbuatın hərtərəfli inkişafı üçün əsas prinsiplərdən biri olan fikirsöz azadlığını təmin edib. Ölkədə azad mətbuatın hüquqi bazası formalaşıb. Amma bu o demək deyil ki, söz azadlığı sahəsində, mətbuatda heç bir problem yoxdur. Mətbuat cəmiyyətin bir hissəsi olduğundan, bu sahə də problemlərdən xali deyil. Buna baxmayaraq ölkədə həyata keçirilın tədbirlər nəticəsində mətbuatın hərtərəfli inkişafı üçün lazımi addımlar atılır. Xatırladaq ki, Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi təsbit edilmişdir. Bu məqsədə nail olmaqmüvafiq hüquqi mexanizmlər yaratmaq üçün dövlətin siyasi-hüquqiiqtisadi potensialından tam istifadə edilməsi sahəsində ciddi tədbirlər görülür.

Sosial ekspert Mirzə Manafov bildirib ki, bu gün müstəqil Azərbaycan dövləti əsası ümmumilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi-demokratik dövlət quruculuğu yolu ilə daha parlaq gələcəyə doğru inamla addımlayır. Azərbaycan mətbuatının böyük hamisi və qayğıkeşi mətbuatın missiyasını və funksiyasını dərindən başa düşən, onu lazımınca qiymətləndirməyi bacaran Ulu öndər Heydər Əliyev 1998-ci ildə mətbuat üzərində senzuranı ləğv etdi. Ulu öndərin imzaladığı Fərmanla Nazirlər Kabineti yanında mətbuat və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə ləğv edildi, hərbi sirlərin yayılması ilə bağlı 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya üzərində nəzarətin tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvəsini itirmiş elan edildi. Bundan başqa, 1999-cu ilin sonunda "Kütləvi informasiya vasitələri haqqında" yeni Qanunun qəbulu media təsisatının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. 2000-ci ilin mart ayında Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı" təsdiq olundu. İdarəçilik sisteminin islahatı çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə Milli Mətbuat, Teleradioİnternet Şurası yaradıldı. Bir sıra qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcları donduruldu, sonradan isə ləğv edildi. 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar öz növbəsində Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, Azərbaycan mediası bu inkişafın ön sıralarında qərar tutmaqdadır. Demokratik dəyərlərdən hesab olunan söz və mətbuat azadlığı, pluralizm ənənləri daha da genişlənir. Nəticədə yazılı çap mətbuatı da, elektron media da inkişaf mərhələsini yaşayır. Çünki, Azərbaycanda demokratik dəyərlərə sayğı həmişə olduğundan qat-qat artıqdır: "Əfsuslar olsun ki, bir çoxları mətbuatın sərbəstiliyindən sui-istifadə edərək ondan "piar" kimi istifadə edir. Danılmaz həqiqətdir ki, indiki halda Azərbaycanda nəşr olunan bir sıra mətbuat orqanları gecə-gündüz hakimiyyət əleyhinə böhtan kampaniyası aparmaqla məşğuldur. Bu nəşrlərin kimlərinsə əlində oyuncaq olduğu artıq hər kəsə çox yaxşı bəllidir. İdeyaları çürüyən, siyasi proqram və platformaları bütünlüklə iflasa uğrayan üzdəniraq kəsim qərəzli, yoxlanmamış məlumatlar yaymaqla ürək bulandırılar. Sirr deyil ki, belə informasiyalar əslində, xaricdəki havadarlarından yardım və ya qrantlar almaq üçün edilir. Təbiidir ki, həmin yardım və qrantların bir hissəsi də elə qərəzli mətbuatının maliyyələşdirilməsinə yönəldilir. Bu isə əslində sözfikir, məlumat azadlığından sui-istifadədir". Onun sözlərinə görə, hazırda Azərbaycanda internet medianın inkişafı söz, fikir və məlumat azadlığının təmin olunması üçün ən səmərəli vasitədir: "Nəzərə almaq lazımdır ki, Azərbaycan əhalisinin 70 faizi internet istifadəçisidir. Hazırda ən ucqar dağ rayonunda yaşayan vətəndaşlar belə sərbəst şəkildə internetdən istifadə imkanına malikdirlər. Bu isə imkan verir ki, ən müxtəlif təbəqənin nümayəndələri istədikləri fikri cəmiyyətə çatdırsın, informasiyanı yayımlasın. Yeri gəlmişkən qeyd edim ki, hazırda dünyanın bir çox ölkələrində internetə sərbəst şəkildə çıxışla bağlı çoxsaylı məhdudiyyətlər tətbiq edilir. Buna müztəlif siyasi don geyindirilsə də gakt ondan ibarətdir ki, ən azından insanların məlumat azadlığına sərhəd çəkilib. Azərbaycan isə yeganə ölkələrdəndir ki, özünün sputnikini yaratmaqla insanlara internetdən istifadə üçün geniş imkanlar yaradır. Baxmayaraq ki, bu günün özündə internetdə baş verənlərin bir çoxu bəşəriyyəti təkcə təəccübləndirmir, həm də narahat edir. Bu problem artıq xeyli vaxtdır ki, dünyanın, demək olar ki, hər yerində müzakirə predmetinə çevrilib. Azrbaycan isə demokratiya ənənələrinə sadiq qalaraq nəinki sözfikir sərbəstliyini, məlumat azdlığını məhdudlaşdırmır, əksinə bu sahələrin daha da inkişaf etməsi üçün uyğun şərait yaradır".

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2017.- 8-9 mart.- S.15.