Elşad Səfərlinin
alma nağılı
Mən bu məqaləmin sərlövhəsini
təsadüfi olaraq belə adlandırmadım. Ədəbi
mühitdə kifayət qədər tanınan Elşad Səfərli
intizar şairidir, həsrət yazarıdır, narahat bir
ömür yaşayan tədqiqatçıdır və ...
almalar arzusundadır. Göydən düşəcəkmi onun
səbirsizliklə gözlədiyi almalar? Alma axı onun həmişə
düşməyini gözlədiyi zəhmətinin bəhrəsi,
məşəqqətinin rəmzi, əziyyətinin
"almalaşmış" simvoludur.
E.Səfərli
müntəzəm bədii və elmi yaradıcılıqla məşğul
olur və bu məşğulluq onun məhsuldarlığını
artırır, amma onun alması düşmür ki,
düşmür, şairin şipşirin güman etdiyi almalar
əvəzinə, düşsə də, kal və tamı
apacı almalar düşür, amma o almalar balaca olarkən nəvəsinə
nənəsinin şirin-şirin danışdığı
nağıllarındakı sevinc hissi ilə gözlənilən
almalardan deyil. Görək şair özü nə deyir.
"Uşaqdım,
Dinlərdim
nənəmin nağıllarını.
Elə
ki, nağılın sonu çatardı,
Hardasa
Gizli bir əl,
Çırpardı
göylərin budaqlarını,
Tökərdi
göylərin şirin barını-
Üç
almasını.
Nağıl
dinləyərdim
Şirin-şipşirin.
Xeyrin tərəfində
durardım daim,
Savaşı
gedəndə Xeyirlə Şərin.
Nənəm
nağılını şirin deyərdi,
Uzun deyərdi.
Saysaydım,
ayda
Bəlkə
də əllisin, yüzün deyərdi.
Gözlərimə daim
sevinc dolardı,
Nənəm
söylədiyi o nağılların
Axırı
sevinclə bitmiş olardı.
İndi də
nağıllar dinləyirik biz,
Çoxunu
da, düzü, ekran-efirdən.
Yüz ilə
bəlkə də söyləniləsi,
Nağıllar
deyilir indi lap birdən.
Nağıl
söyləyənlər nənələr deyil,
İndi
nağılı
Çoxusu
da qalstukulu-
Lopabığ,
hündürboy oğullar deyir:
Əvvəlki
nağıllar belə deyildi,
İndi təzə-təzə
nağıllar çıxıb".
Bəli,
şairin indi eşitdiyi nağıllar onun nənəsindən
eşitdiyi nağıllardan deyil,
almalar da həmin almalara qətiyən bənzəmir.
Nədir
təzə nağıl və
kimlərdir təzə-təzə nağılların "qəhrəmanları"?
Onlar özlərinin "sevgi nağıllarını sevməyə-sevməyə
danışan "aşiqlər"in söylədikləri
"sevgi nağılları"dır, onlar yüksək vəzifələrə
çatmaq istəyən dildən pərgar "qəhrəmanlar"ın,
yalançı vətənpərvərlərin
danışdıqları müəyyən məqsəd
güdən nağıllarıdır... Amma, həmin
nağıl nağılçılarının müəyyən
niyyətlə bağlı gözlədikləri almalar
ekran-efirə düşmür ki, düşmür, gerçəkləşmir
və elə havada da qalır.
"Uşaqdım
bilməzdim,
İndi
bildim ki,
Alması
düşməyən nağılların heç
Gerçəyi
olmur.
Verilən
vədlərin,
İçilən
andın,
Yalandan da
başqa
Heç
nəyi olmur...
...Gerçəyi
olmayan,
Alması
düşməyən bu nağılların
Sonu, aqibəti
göynətmir məni".
Şairin
sonu həsrətlə gözlənilən, lakin hələllik
gerçəkləşməyən gözəl bir "
nağıl"ı da var: Qarabağ nağılı! Bu
nağılın "üç alması"hələ də
göylərdəki budaqdan sallanır, amma yerə
düşmür ki, düşmür.
"Xəyala
dönmədə xəyaldakılar,
Qarabağ
Vətənə sözlə qovuşmur.
Nə
nağıl olaraq nağıltək bitmir,
Nə də
üç alması göylərdən
düşmür."
E.Səfərli
məhsuldar şair alimdir. Belə ki, 1991-ci ildən sonra onun qələmindən
səkkiz şeirlər və poemalar, həmçinin üç elmi
monoqrafiya çapdan çıxmışdır. Onun
şeir və poemalarında dövrün ağrılı problemlərinə,
xalqın azadlıq düşüncəsinə həssas
münasibət, mənəvi keyfiyyətlərin ifadəsi
qabarıqlığı ilə seçilir. Mən bu
şairin bir neçə kitabına rəy yazmış və
ona öz səmimi münasibətimi bildirmişəm. Hər
şeydən əvvəl qeyd edim ki, şair bu kitabında da
bir çox şeirində onun üçün xarakterik olan məğrurluğunu
dəfələrlə nümayiş etdirir. Şairin məğrurluğu
onu tanımayanlarda, bəlkə də, təkəbbürlü
insan təəssüratı doğura bilər, lakin onu
yaxşı tanıdığımdan deyə bilərəm
ki, bu qətiyyən belə deyil, çünki, elə
şairin özü belə yazır: "Bu Elşad Səfərlidir"
kitabımın adı bir-iki söz adamına qəribə,
bir az da bəlkə təkəbbür kimi
görünmüşdü... Bu heç də belə
deyildir. Hətta bunu mərhum şair dostum Əbülfəz
Naxçıvanlı mətbuatda kitabım haqında
yazdığı məqaləsində incə şəkildə
qeyd etmişdi... Bu başlıq ədalarını sevmədiyim istedadsız, lovğa və
özündən razı adamların üzündə
açılan "eqofurist şilləsidir". Yəni, əfəndilər,
özündən "beş" deyəndə, buna
böyük haqqı çatan başqasından da heç
olmasa "bir" deməyi unutmayın. Ədəbiyyat
narsisizmi sevmir. Və mənim kitabımın adı da ədəbiyyatda
narsist təkəbbürə qarşı bir növ İqor
Severyanin "protestosudur" desəm, yanılaram. Siz ki, bəzən
fındıq boyda işinizlə bağlı yerli-yersiz sinənizə
nağara kimi bu qədər döyürsünüz, elə
bilməyin ki, başqalarının təvazökar olsalar da
belə, uğurlarına görə fəxrlə döyməyə
sinələri yoxdur. Unutmayın ki, bəzən "dərəcəsiz"
adamların dərəcəli ədəbiyyat adamlarına
"dərəcəli" görünmək xatirinə ədəbiyyatdan
dərs keçirmək cəhdi çox gülünc
görünür".
Məncə
şair haqlıdır. O,
plagiatçı şair və tənqidçilərə qarşı da öz fikrini məğruranə
tərzdə bildirməkdən çəkinmir və
özünə xas qətiyyətlə elan edir: "Tənqidi
təsadüfi, prinsipsiz adamlardan təmizləməyin,
ümümiyyətlə ədəbi tənqidin
özünü tənzimləməyin vaxtı deyilmi?...
Əziz oxucu, mən şeirimi yalnız səni nəzərdə
tutub yazıram və yazdıqlarıma da dəyəri-əgər
dəyəri varsa-yalnız səndən uma bilərəm".
Şair
oxucuya öz müraciətini
bir qədər də genişləndirir: "Sənə
ünvanladığım
"Bir neçə söz"ün əsas tezisini də
belə formula edərdim: Hər şəkili sərgilənən
yazıçı, yaxud şair, hər rəy yazana tənqidçi,
hər yazılana da Quran ayəsi kimi yanaşma."
E.Səfərlinin
200 səhifədən çox olan "Alması düşməyən
nağıllar" adlı bu yeni kitabı özündə "Ən uzun
nağılımız", "Allaha şərik
söz", "Siz namərdin şairi", "Uğursuz
eşq əfsanəsi" və "Poemalar" adlanan hissələri
əks etdirir...və hər hissədə Elşadvari şeirlər. Məsələn:
Sinəm
söz üçün darıxır,
Sinəm
masaya dartılır.
Söz
özü qəlibə çəkir-
Sözlər
misraya dartılır.
Bir vaxt
yazdım ölümdən çox,
Buyur,
ölüm, hayfını çıx!
İndi
daha qələmdən çox
Əlim əsaya
dartılır.
Dönmüşəm
titrək yarpağa,-
Yaş əsdirir
sola-sağa.
Gedirəm,
canım torpağa,
Ruhum səmaya
dartılır!..
***
Allah
görəsən, niyə
Cibi kasıba verib,
Pulusa
dövlətliyə?
***
Mən
bir ağacam-
Ömür
ağacı.
Arzularımı
dibinə tökmüşəm
Gübrə
kimi.
İstəklərimə
ümidlə olacağam
Qəbrə
kimi.
***
Sevdiyim
şairin təkrarına
Çevrilmək
istəmədim şeirdə.
Onlartək
yaza bilməyəndə,
Buna cəhd
etmədim bir də-
Bunu
qarşılamadım
Kədərlə,
yasla.
Özümtək
yazdım,
Düşündüm:
Onlar da
heç mənimtək
Yaza
bilmirlər əsla...
***
Hamı
yazır,
Kəndimizin
çobanı
Buna
aşkar misaldı.
Bunda eyib
nə var ki,..
Bu -
"Biz
şair xalqıq" fikrindən doğan
Təbii
haldı...
Azərbaycan
ədəbiyyatına uzun illərdir
ki, ərəblərdən qəzəl, yaponlardan hayku, avropalılardan sonet adlı
janrlar daxil olmuş və şairlərimiz özlərinin Azərbaycan
qəzəllərini, yaponlardan Azərbaycan haykularını,
Avropalılardan Azərbaycan sonetlərini yaratmış və
yaratmaqdadırlar. E.Səfərli də bu janrların ikisindən
bəhrələnən şairdir. O, hətta Azərbaycan
soneti haqqında monoqrafik bir əsər yazıb.
Elşadın son şeir kitabında sonet yoxdursa da, hayku var (Elşad
işlək "hayku" əvəzinə
az işlənən "xokku" sözünü işlədir).
Elə mən özüm də son
iyirmi ildə 500-dən çoxlu hayku yazmışam ki,
onların bəziləri Tokioda, bir qisimi Bakıda çap
olunub. 2007-ci ildə işıq üzü
görmüş "Azərbaycan
haykuları" adlı kitabımda 333 şeir
toplanmışdır və qələmimin səylə
yazdığı haykularım haqqında bir tədqiqat işi
də yazılmış və Bakı Dövlət
Universitetində müdafiə olunmuşdur. Bəli, bu janr
Elşadı da özünə çəkmiş və
çəkməkdədir. Onun sonuncu kitabında bir neçə
hayku nəzərimi cəlb etdi ki, onların
üçünü misal gətirirəm:
Quzey
qarı-
Təbiətin
dağ sərgisində
Muzey
qarı
***
Ulduzlu
süfrəyə
Ay
yemiş dilimi tək
Qoyulmuşdu.
***
Kin və
hikkə--
İnsanı
içəridən doğrayan
Təhlükə!
Təbii
ki, Elşadı elə Elşaddan yaxı heç kim
tanımır. Onunn məğrurluğu
bir çox şeirinin beyt və bəndlərində
nümayiş olunur ki, zənnimcə təqdir olunası
haldır, çünki " şair haqqında doğru,
dürüst məlumatı yaradıcıllığı barəsində
tənqidi- obyektiv şərhi şairin özündən
başqa heç bir tənqidçi verə bilməz" (
E.Səfərli).
Mən
"Alması düşməyən nağıllar"ı
üç günə oxudum. Həqiqətən də,
Elşadın gözlədiyi almalar hələ
düşmür. Düşsə nə olacaq? Vur-tut
üç almaya sahiblənəcək
Elşad. Amma alma gözləyən o qədər
"şairin" başına alma düşür ki!.. Həmin
almaların çoxusu kaldır, hələ yetişməyib,
dəyməyib. Qoy düşsün onların başlarına
almalar və yarsın başlarını kal almalar. Heç
veclərinə də deyil, təki alma olsun.
Məqaləmin
sonunda bildirməliyəm ki,yadıma
hələ heç bir kitabıma düşməyən
və necə deyərlər "Nuh əyamında"
yazdığım "Üç alma" adlı şeirim
düşdü. Oxuyun, bəlkə sizdə də maraq kəsb etmiş olar.
Üç alma
"Göydən
üç alma düşdü"
Nağılçının
sözü
Göydən alma düşməz, yalan deyirsən,
Göydən
yağış düşər, göydən qar düşər.
Yüz il
də gözləsən indən belə sən
Çətin
göydən yerə almalar düşə.
Zəhmətsiz
bəhərin tamı ap-acı,
Ruzini
özümüz qazanaq gərək.
Göydə
bitməyib ki, alma ağacı
Biz yerdə
əyləşib alma gözləyək.
İş
görək, cəhd edək gərək həmişə,
Gözləmək
hamının vərdişi deyil.
Mütilik
hamıya olmayıb peşə,
Bu iş
kişi işi, mərd işi deyil.
Göydən
alma düşməz, dikmə göz göyə,
Torpağa
arxalan, torpağa güvən.
Bizi də
sövq etmə müftə ruziyə,
Gözləmə havayı almaları sən
Dolan
oymaq-oymaq, gəz oba-oba,
Göydən alma düşməz, göy bağ deyil ki,
Göydən alma düşsə nağılçı baba,
Almanın üçü də olsun səninki.
Şahin Fazil
Tarix üzrə elmlər doktoru,
professor,
"Məcməüş-şüəra"
ədəbi məclisinin sədri
Olaylar.- 2017.- 8-9
mart.- S.10.