“İşığa gedən yol”un  işığı

 

Kitabın təqdimat mərasimi keçirilb

 

Mərkəzi Elmi Kitabxanada dünən Kaspi Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyevanın Həsən bəy Zərdabinin həyat və yaradıcılığına, ictimai fəaliyyətinə həsr olunan "İşığa gedən yol" kitabının təqdimat mərasimi keçirilib. Təqdimatda ictimai siyasi xadimlər, ədəbiyyatçılar, tənqidçilər, tarixçilər iştirak edirdilər. Tədbiri Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova açıq elan edərək bildirib ki," "İşığa gedən yol" kitabının təqdimatının Mərkəzi Elmi Kitabxanada edilmsi təsadüfi deyil: "Elmi və mədəni irsimizin qorunduğu bu məkanda məhz Həsən bəy Zərdabinin həyat və yaradıcılığına, fəaliyyətinə həsr  olunan kitabın təqdimatı və müzakirəsinin keçməsi  Zərdabinin və kitabxananın maarifçilik ideyalarının eyni olduğunun göstəricisidir: "Qeyd edim ki,  Sona xanımın bütün kitabları MEK - in elektron kataloquna daxil edilib, rəqəmsallaşdırılıb, milli rəqəmsal  yaddaş bazasına daxil edilib. Elektron kataloq beynəlxalq mübadiləyə hazır formadadı."

 

Sona Vəliyevanın əsərlərinin 2017 - ci ilin tələblərinə uyğun olaraq peşəkar ədəbiyyatşünaslıq nöqteyi nəzərdən elmi - bədii təhlili  haqqında çıxış edən AMEA - nın Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Asif Rüstəmli " İşığa gedən yol" - tarixi gerçəklik və bədii təqdimat" adlı məruzə ilə geniş çıxış edərək tarixi romanı tədbir iştirakçılarına geniş təhlil və təqdim etdi:

"" İşığa gedən yol" tarixi romanı Azərbaycan tarixindən, ictimai siyasi həyatından bəhs edən maraqlı kitabdı. Kitabın adı xüsusi ilə maraqlıdı. Burada Azərbaycanı işığa aparan yoldakı şəxsiyyətdən bəhs olunur ki, bu da Zərdabidi. Xranoloji ardıcıllıqla, tarixi materiallar və arxiv sənədləri Sona xanım tərəfindən yetərincə dəqiq dəyərləndirilib. Kitab bioqrafik əsər  olsa da, burada müəllif obrazları müasir insanlara canlı, inandıraraq təqdim edib.  Tarixi olduğu qədər bədii, bədii olduğu qədər tarixi əsər olan bu kitabın daha bir müsbət xüsusiyyəti ondan ibarətdir ki, burada dövrün qəhrəmanları öz adları ilə oxuculara təqdim olunur. Kitabda əsas II hissə qeyd olunub: 1837 - ci il və Zərdabinin vəfat etdiyi  - 1907 - ci il.

Əsərdə Zərdabi haqqında detallar çox incə və yerində işlənilib. Uzun araşdırmalardan sonra Zərdabinin doğum tarixi 1837 - ci il qəbul olunur. .  Zərdabinin anadan olma ili müəmmalı olsa da, kitabda Zərdabinin doğum tarixi 1842 - ci il kimi qeyd olunub. Lakin buna baxmayaraq, Sona xanım kitabda tarixi faktlara elə işıq salıb ki, oxucu kitabı oxuyarkən özünü XIX əsrin sonları XX əsrin əvvəllərində hiss edir.

Kitabın rəmzi qatlarına ensək, əsərin işığa gedən yol - istiqlala gedən yol olduğunu göstərir. Zərdabinin yaşadığı mühit, dövr  Azərbaycan türklərinin qaranlıq, cəhalət dövrü idi. Zərdabinin elmə, təhsilə verdiyi dəyər və bu yöndə fəaliyyəti Azərbaycanı böyük bir cəhalətdən xilas etdi, maarifləndirdi. Zərdabi gəncləri elmə, təhsilə cəlb etməyi qarşısına məqsəd qoydu və zamanla bu məqsədinə nail oldu. Əsərdə dövrün problemləri və psixoloji məqamları çox aydın və açıq şəkildə ifadə olunub.Bu cür dəyərli keyfiyyətləri özündə cəmləşdirən əsər Azərbaycan ədəbiyyatı və tarixi üçün çox dəyərli əsərdi".

Daha sonra AMEA - nın Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov öz fikirlərini bildirdi. Yaqub Mahmudov bu gün tarixi şəxsiyyətlərə böyük qiymət və dəyər verməyin əhəmiyyətindən danışaraq qeyd etdi ki, Azərbaycana qarşı mənfi siyasət aparan bəzi qüvvələrə tariximizi, tarixi şəxsiyyətlərimizi qorumaqla cavab verə bilərik. "Əgər tarixi şəxsiyyətlərimizi qiymətləndirməsək uçuruma yuvarlana bilərik.Tarixi abidələrə, tarixi şəxsiyyətlərimizə, dövlətçiliyimizə sahib çıxmaq hər kəsin vətəndaşlıq borcudu.

Tarixin müəyyən dövrlərində tarixçilər hansısa səbəblərə görə öz sözlərini deyə bilmirlər. Məhz buna görə də tarix hər zaman ədəbiyyatda yaşayır. Bu əsər təkcə Sona xanımın deyil, Azərbaycanın çox böyük uğurudu.

Sona xanım bu kitabı yazan zaman dəfələrlə Tarix İnstitutunda olub, müxtəlif şöbələrində tarixçilərlə görüş keçirib. Arxiv sənədlərinin daha dəqiq araşdırılmasında xüsusi iştirak edib.

Sona xanımın uğuru təkcə kitabları ilə bitmir. Sona xanım təhsil sistemimizdə yarada bilmədiyimiz uğurlu islahatları Kaspi təhsil mərkəzində yaradıb. Təhsil mərkəzində azərbaycançılıq, türkçülük ənənələri uşaqlara təlqin edilir.

Sona xanım sadəcə əsər yazmayıb, işığa gedən yolun davamçısı olduğunu bir daha bizlərə təsdiqlədi".

"İşığa gedən yol" romanının 2016 - cı ildə Mətbuat Şurasının "Ali media" mükafatına layiq görüldüyünü vurğulayan Əflatun Amaşov bildirdi ki, bu roman hər zaman mətbuatın diqqət mərkəzində olub.

" Xalqı xalq edən onun ziyalılarıdı. Həsən bəy Zərdabi məhz xalqı işığa aparan ziyalılarımızdandı. Milli mənliyimizin özümüzə qayıtmasında Zərdabinin tariximizdə xüsusi rolu var. Bu nadir insanları xalqa sevdirməliyik. Bu cür dəyərli tarixi romanları təbliğ etməliyik. Düşünürəm ki, bu kitab jurnalistlərin stolüstü kitabı olacaq".

Tədbirdə iştirak edən KİVDF - nin icraçı direktoru Vüqar Səfərli bildirdi ki, "İşığa gedən yol" tarixi romanı bu günümüz üçün çox önəmlidi.

"Bizlər Zərdabini milli mətbuatın banisi kimi tanımışıq. Lakin, kitabla tanış olduqda onun digər sahələrdəki uğurlu ictimai - siyasi fəaliyyəti ilə yaxindan tanış olduq. Romanda Zərdabinin uşaqlıq illəri, Moskvada, Tiflisdə təhsil aldığı illər aydın şəkildə öz əksini tapıb. Kitab üçün Sona xanıma təşəkkür edirəm. Qeyd etmək istəyirəm ki, Sona xanım bu gün Kaspi Təhsil Mərkəzində Zərdabi ənənələrini yaşadır".

Tarixi romanlar müəllifi Yunus Oğuz öz çıxışında romanın Azərbaycan tarixi və ədəbiyyatı üçün böyük əhəmiyyət əsb etdiini bildirdi. " İşığa gedən yol" tarixi romanında bir neçə məziyyətlər mövcuddu. Kitabın ilk Estünlüyü adının məhz işığa aparan yol yox, işığa gedən yol olmasıdı. İşığa aparılan yolda hər zaman bir cazibə, maqnit hiss olunur. Amma işığa gedən yolda əzab var.

İkinci məziyyət odur ki, kitabda mənfi tendesiyalı metal təfəkkürlər sındırılıb. Əgər mənfi təsirli mental təfəkkür varsa,onu aradan qaldırmaq lazımdır ki, Sona xanım da romanda bunu aradan qaldırıb.  Buradakı mental təfəkkür yeni cazibə yaratdı.

Kitabın sonuncu məziyyəti ondan ibarətdir ki, Tağıyevlə Zərdabinin münasibətləri,Tağıyevin Zərdabi ilə dostluğu, onunla məsləhətləşmələri  aydın təsvir olunub.

"İşığa gedən yol" - un digər xüsusi keyfiyyəti isə özündə mistik gücü, duyumu yarada bilməsidi. Kitaba oxunaqlıq verən məhz Sona zanımla Zərdabinin ruhlarının İçərişəhərdə gəzməsidi".

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri, yazıçı Akif Əli öz növbəsində qeyd etdi ki, Nazirlər Kabinetinin mətbuat xidmətini rəhbəri, yazıçı Akif Əli qeyd etdi ki,kitabla tanış olmadan öncə Zərdabi haqqında yetərincə məlumatlı olduğumuzu düşünürdüm.  Lakin, "İşığa gedən yol" bizləri Zərdabinin bilinməyən tərəfləri ilə tanış etdi. Burada Zərdabi obrazı təmənnasız yazılıb. Sona xanım əsərdə özünün bədii təxəyyülünü  tarix zamanla harmoniya yaradıb. Əsərdəki lirik, həzin, məhəbbət səhnələri onu maraqlı və oxunaqlı edib. Burada biz Sona xanımın səliqəsini, incəliyini, Azərbaycan, oğuz - türk ruhunu görürük".

Daha sonra çıxış edən şair Sabir Rüstəmxanlı elmi tarixi əsərlə bədii əsərlərin müqayisəsinin uzun illərə dayandığını və hələ də bu cür mübahisələrin davam etdiyini bildirdi: " Tarix məhz bədii əsərlərdə nümayiş olunur.  Zərdabi haqqında olan bu kitab - "İşığa gedən yol" kiabı XIX əsrin sonu XX əsrin əvvəllərindəki Azərbaycan tarixidi, o dövrün ziyalılarının tarixidi. Həmçinin də Sona xanımın tarixə baxışıdı. Sona Vəliyeva çox istedadlı xanımdı. İstedadlı insan nədən yazırsa - yazsın, gözəl yazacaq".

Yazıçı, jurnalist Flora Xəlilova qeyd etdi ki, məhz bu əsərə görə Sona xanıma böyük təşəkkür düşür: " Bu sizin vətənə olan sevginizin, eşqinizin göstəricisidi. Bu kitabda təkcə Zərdabi obrazı yoxdu. Kitab təkcə Azərbaycan ədəbiyyatında deyil,  Azərbaycan  mətbuatında da iz salıb. Çox sevinirəm ki, böyük Zərdabinin davamçısı məhz xanım oldu".

Ədəbi tənqidçi Vaqif Yusifli Sona xanımın yaradıcılığı ilə ilk dəfə şerləri vaistəsilə tanış olduğunu vurğuladı. Məhz bu şerlərdə Azərbaycan qadınının incə, zərif duyğularının əks olduğunu bildirdi.

"Tarixi romanlarda üç cür istiqamət olduğunu vurğulayan Vaqif bəy, Sona xanımın bu romanında bu ənənənin qorunduğunu xüsusi qeyd etdi. 1 istiqamət: Ordubadi istqamətidi, 2 istiqamət tarixi - fəlsəfi istiqamətdi, 3 - cü istiqamət isə Sona xanımda olduğu kimi - tarixi şəxsiyyətləri saxlamaqla, poetik təxəyyüldən geniş istifadə etməkdi". Sonda çıxış edən Sona Vəliyeva tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi. Deyilən bütün xoş sözlər üçün təşəkkür edən Sona xanım dedi  ki,  yaradıcılığım şerlərimdən ibarətdi: "Bu günə qədər hekayə yazmamışam. Lakin, Zərdabinin həyatını araşdırdıqda, mən özümü o dövrün adamı kimi hiss etdim. Onlarla ruh yaxınlığımın olduğunu, onları  öz doğmam kimi duydum.  Bu mistik duyum məni bu romanı yazmağa alovlandırdı. Zərdabi şəxsiyyət kimi məni özünə cəlb elədi. Onun millətinə təmənnasız xidmət eləməsi, təkbaşına ruslarla, ermənilərlə mübarizəsi, onların qarşısına bütöv bir milləti övliya siması ilə təmsil etməsi, milləti üçün mübarizə aparması mənim diqqətimi çəkən və Zərdabini mənə sevdirən cəhətlər oldu. Zərdabi Azərbaycan tarixində təkcə xeyriyyəçilik, mətbuat sahəsində uğurlu fəaliyyət göstərmirdi.  O həmçinin teatr sahəsində, kasıb övladların təhsil almasında böyük nailiyyətlər qazanıb. Romanda obrazları axtara - axtara millətimin zəkasına vuruldum, məşəqqətlərinə təəssüfləndim. Heç bir yerdən ümid olmayanda, Zərdabi Azərbaycanın ümidi oldu. Azərbaycanda türkcülüyün əsası Zərdabi ilə qoyulub. Millətini təmənnasız sevməyi mənə Zərdabi öyrətdi.  O sevginin kökündə ilahi sevgi durur".

 

NigarNigar

 

Olaylar.- 2017.- 10 mart.- S.9.