Azərbaycan və dünya tarixşünaslığına bir töhfə
Yaxud "Moisey
Xorenatsi anonim keşiş müəllifdir" kitabı
Albanşünaslığı öyrənməyin
açarıdır
Fevralın
28-də Azərbaycan Milli Elmlər
Akademiyasının Ədəbiyyat İnstitutunda
professor, filoloq-tarixçi
Əjdər Tağıoğlunun "Moisey
Xorenatsi anonim keşiş müəllifidir"
kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü
ilə açan akademiyanın vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli Əjdər Tağoğlunun sözügedən
kitabının tarix elmi
üçün əvəzsiz töhfə
olduğunu qeyd edib. Müəllifin sümüyünə qədər
milli ruhda biri olduğunu deyən akademik onun bir
azərbaycançı kimi Cavid yaradıcılığının tədqiqində
də misilsiz xidmətlər göstərdiyini
diqqətə çatdırıb. Bildirib
ki, Əjdər
Tağıoğlunun Hüseyn Cavid irsinin öyrənilməsində
böyük xidmətləri var. İsa Həbibbəyli
qeyd edib ki, zamanında Cavid üçün deyilən ən məşhur
kəlam o olub ki, Cavid Azərbaycanın Şekspiridir: "Ancaq
Əjdər Tağıoğlu bu ifadəni
bir qədər də zənginləşdirərək
qeyd edib ki, Cavid nə qədər
Azərbaycanın Şekspiridirsə, Şekspir
də bir o qədər
Azərbaycanın Cavididir". Əjdar Tağıoğlunun əsasən filologiya sahəsində
çalışdığını diqqətə
çatdıran akademik bildirib
ki, sonradan o, tarixə, xüsusilə
Albanşünaslığa meyl göstərməyə
başlayıb. Əjdər Tağıoğlunun tarixə Azərbaycan
maraqları baxsımından yanaşdığını diqqətə
çatdıran İsa Həbibbəyli onun böyük vətənpərvər
olduğunu da söyləyib:
"Bu baxımdan "Moisey
Xorenatsi anonim keşiş müəllifdir" kitabı
Albanşünaslığı öyrənməyin
açarıdır. Bu əsər Azərbaycan
tarixini öyrənmək üçün
bir istiqamət verəcək". Tarix üzrə elmlər doktoru
Vəli Əliyev deyib ki,
müəllif sözügedən kitabda böyük və ciddi mənbələrə
əsaslanıb, dərin təhlillər aparıb: "Əsərdə bir neçə
çox ciddi məqamlara
toxunulub. Tədqiqat o
qədər çoxşaxəlidir ki, bunun üzərində bir
neçə kitab yazmaq
olar. Xüsusilə, əsərdə Bilqamus dastanının erməniləşdirmək
cəhdi ifşa edilir.
Digər tərəfdən Əjdər Tağıoğlu
"Moisey Xorenatsi anonim keşiş müəllifdir"
kitabında onu da qeyd edir ki,
Hayastan toponiminin ermənilərə heç
bir bağlılığı yoxdur. Hay toponimi
Babillər aiddir". Vəli Əliyev qeyd edib ki,
"Moisey Xorenatsi anonim keşiş müəllifidir"
kitabı Azərbaycan və dünya
tarixşünaslığına bir
töhfədir. Tarix elmləri doktoru Qasım
Hacıyev də kitabın əhəmiyyətini qeyd edərək bildirib ki, Əjdər Tağıoğlu bu əsəri ilə erməni tarixinin
atasına od qoyub, bütün erməni tarixçilərini tarixi mənbələr əsasında tamamilə
ifşa edib.
Yazıçı-publisist,
tarixi romanlar müəllifi
Yunus Oğuz bildirib ki, belə bir əsər ərsəyə gətirmək
heç də asan iş deyil və Əjdər
Tağıoğlu bu işin
öhdəsindən layiqincə gəlib. Kitabda Hayastan
sözünün ermənilər tərəfindən
necə Ermənistana çevrildiyinin tarixi mənbələr əsasında
açıq göstərildiyini deyən Yunus
Oğuz armen sözünün də heç
də ermənilərə aid
olmadığını,
türkcədə döyüşən kişi,
dyüşən ər mənası verdiyini
vurğulayıb. Yunus Oğuz onu da
diqqətə çatdırıb ki, tarixi
zamanında öyrənməməyimiz zaman-zaman
onun saxtalaşdırılmasına səbəb
olub: "Əjdər Tağıoğlu
"Moisey Xorenatsi anonim keşiş müəllifidir"
kitabı ilə ustalıqla erməni yalanlarını
açıb. Bu kitab
rus, ingilis, alman, ərəb və s. xarici dillərə tərcümə olunub çap edilməklə
ermənilərin atasını
yandırmış olacaqsınız". Filologiya elmləri doktoru İlhami Cəfərsoy,
Nizami Muradov və digərləri
də çıxışlarında kitabın əhəmiyyətindən
danışıb, onun erməni
yalanlarının ifşa edilməsi
istiqamətində dəyərli bir əsər
olduğunu diqqətə
çatdırıblar. Nizami Muradov xüsusilə qeyd edib ki, Əjdər
Tağıoğlu "Moisey Xorenatsi anonim keşiş müəllifdir" kitabı ilə
çox böyük bir məsuliyyətli işin
öhdəsindən layiqincə gəlib.
Süleyman
Olaylar .- 2017.-
3 mart.- S.9.