Türk dünyasının 99 yaşlı
unudulmuş
"El həyatı"
(1918) məcmuəsi
"El həyatı" məcmuəsinin
mətbuat tariximizin hələ
öyrənilməyən nümunələrindəndir.Cəmi dörd nömrəsi
çıxıb.Birinci nömrə 1918-ci il yanvarın 14-də,2-ci
nömrə fevralın 3-də,3-cü nömrə fevralın 25-də,4-cü nömrə
isə martın 14-də oxucularım mütaliəsinə
verilib.
Jurnalın birinci səhifəsində onun 15 gündən bir çıxarılacağı göstərilsə də, çap prosesində müəyyən gecikmələr olmuşdur.Bu,çox güman ki,dövrün ictimai-siyasi həyatında baş verən gərginliklərlə ilgilidir.
Məcmuənin hər nömrəsinin həcmi 16 səhifədir.Materiallar hər səhifənin iki sütununda yerləşdiriımışdir. Jurnal müsəvvər (şəkilli) olmasa da, burada bəzi çərçivələr güllü naxışlarla bəzədilmişdir. Yazıar hər sütunun 32 sətrində yerləşdirilmişdir. Bütün yazılar aydın və oxunaqlı xətlə yazılmışdır.
Məcmuənin çap tarixi həm islami,həm də miladi tarixlə göstərilmişdir.Başlığın üstündəki "Müstəhləklər (İstehlakçılar-N.N.) cəmiyyəti ittifaqının nəşri-əkarı " sözləri məcmuənin ideya mənşəyini göstərir.
Məcmuədə redaktorun adı göstərilmir,ümumi məsuliyyəti "heyəti-təhririyyə" daşıyır.
Görkəmli mətbuat tarixçisi Nazim Axundov 1965-ci ildə çap etdirdiyi "Azərbaycanda dövri mətbuat"(biblioqrafiya) əsərində "El həyatı" məcmuəsinin redaksiya heyətinə daxil olan bir neçə yaradıcı fikir adamlarının adını çəkir:
N.Nərimanov,S.H.Kazımoğlu,D.Bünyadzadə və başqaları.
"El həyatı" jurnalının redaksiyası Bakıda Merkuryevski küçəsində Arafelovun evində yerləşirdi.
Jurnalın başlığının sol tərəfindəki hissədə abunə qiymətləri oxuculara belə tanıdılır
illik- 12 manat,
6
aylıq- 7 manat,
3
aylıq - 4 manat,
bir
nüsxə- 70 qəpik
Ondan
aşağıda isə jurnal üçün tələb
olunan mövzular xüsusilə qeyd edilir :
" El
faidəsinə təsiri olacaq hər qisim məqalələr və ədəbi parçalar qəbul olunur."
Bu qeydlərdən
sonra rus dilində bir cümlədə, göndərilən məktulların Bakıda
Petrovsk meydanında yerləşən Kooperasiya
İttifaqının Prikaspiyski
kontorunda "äëÿ æóðíàëà "Ýëü -Ãàòè" guşəsində qəbul olunduğu xəbər
verilir.
Üslubuna,
dilinin sadə və daha çox anlaşıqlı
olmasına gorə mövzusu
jurnalın redaksiya heyəti tərəfindən müəyyənləşdirilən
baş məqalələrin
Seyid Hüseyn Kazımoğlu tərəfindən
yazıldığı hiss olunur.
Birinci
nömrədəki baş məqalə "Məqsədimiz"
adlanır. Məqalə "Heyəti-təhriyyə"
imzası ilə çap olunmuşdur. Sonrakı yazı Nəriman
Nərimanovun "El həyatının səadəti eldən
asılıdır"adlandırdığı proqram
xarakterli yazıdır.
"El həyatı"nda
söz içində söz deməyi bacaran qələm sahibləri
çalışırdılar.Jurnal abunə dəftərinə
aid iri həcmli elanında özünü müsəvvər (şəkilli) mətbu
orqan hesab edirdi..Əslində burada ancaq bir neçə gül şəkilli
çərçivələr var idi.
"El həyatı" siyasi,ədəbi,
iqtisadi, müstəhləklər(istehlakçılar( N.N) məcmuəsidur.Məcmuədəki
yazılar da məhz bu sahələri əhatə
edirdi.Aydınlıq üçün həmin yazılardam bir
neçəsinin adını sadalayırıq.
N.Nərimanov.El
həyatının səadəti eldən asılıdır.
( N 1, səh.2-N2,səh.3-4)4,
N.( N.Nərimanov-N.N).
İnqilab və kooperativ cəmiyyətləri.
( N 3,səh.6-7)
N.Nərmanov.Avropa
fikrində və həyatında müdam inqilab
(N 3,səh.1-4)
Atababa
Yusifzadə. İranyana bir xitab* Yazı "Hümmət"
qəzetindən köçürülmüşdür. (N1,səh.8-10)
A.Yusifzadə.Sınıq
qanadlar. Roman.(N1-mabədi var, N2-mabəd,
N3- bəqiyyəsi
var).
A.Yusifzadə.
Muğan səhraları(N 2)
Yusifzadə.Qanlı
Muğan səhrasnda qooperativ cəmiyyətləri
(mabəd) (N3)
Həsən.Təqsir
kimdədir? (N 1).
Kazımoğlu(
Seyid Hüseyn Kazımoğlu-N.N.). Türk sözləri
(N 2, səh.4-5)
Dərviş. Naleyi-dərviş. (N2)
Müəllim
Rağib.Bir müzakirə (N2)
Ağaəli
Rağib.Ümumi İittihad (birləşmə,həmfikir
olma-N.N.)
İkinci
müzakirə (N3)
D.Bünyadzadə.Fəhlə
və kooperatsiya(məzmunu iqtibas edilmişdir-mabədi
var.) (N 2, səh.12.)
Müstəhləklər
cəmiyyətinin nizamnaməsi.(N 2,səh. 14-16).
Təəssüb
(qeyrətkeşlik etmək) dükanının heyəti -idarəsi tərəfindən Mir Həsən
Münsif . İzhari-təşəkkür. (N 2)
Ms.
Qarın toyurmaq (N3)
Özü.
Babidir!Kiçik hekayə(N3)
Söhbət.(sual-cavab
şəklindədir-N.N.)
Yalavac.Müsəlmanlar
təşkil edən cəmaət
dukanı ılə millətlər təşkil edən dükanın fərqi (N3,səh.15-16).
Qeyd etməyi
lazım bilirik ki,professor Nazim Axundovun
"Azərbycanda dövri mətbuat(biblioqrafiya)" əsərində
"El həyatı"nın 14 mart
1918ci ildə çap olunan nömrəsi də
xatırlanır.Təəssüf ki,biz jurnalın həmin nömrəsi ilə
tanış ola bilmədik. Yəqin ki,orada da ictimai fikir
tariximiz üçün maraqlı elmi,bədii ,publisistik məqalələr vardır.
"El həyatı"nda
dərc olunmuş yazılardan məlum olur ki,idarə heyəti
iqtisadi məsələlərə,koorerasiya cəmiyyətinin
gördüyü işlərə daha böyük önəm
vermiş,cəmiyyətin əşrəflərinin yaxşı yaşamaları yolunda
elmi axtarışlar apararaq,insanları qaranlıqdan
işığa çıxarmaq
niyyətində olmuşlar.
Bu
yazılarda görkəmli türk
kooperasiya təşkilatçısı,Türkiyənin
Mətbuat Ümum Müdiri Mühiddin Birgenin (1887-1959) iqtisadi mövzularda
yazdığı məqalələrinin təsiri aydın
şəkildə duyulur
Yeri gəlmişkən
deyək ki,M.Birgen 1922-1924-cü illərə Azərbaycan Xalq Maarif
Komissarlığının dəvəti ilə Azərbaycan təhsilinin
inkişafı ilə əlaqədar olaraq Türkiyədən Bakıya dəvət
edilmş,burada mətbuat işlərinə rəhbərlik
etmişdir.Azərbaycanın ən qalın jurnalı
sayılan İnqilab və mədəniyyət
jurnalı,əslində M.Birgenin ümumi rəhbərliyi ilə
nəşr edilmişdir. Görkəmli türk şairi Nazim
Hikmətlə bir neçə il qohumluğu olan M.Bergin Azərbaycan
Dövlət Pedaqoji İnstitutunda
azərbaycanlıların indiki nəslinin baba və nənələrinə
türk tarixi və fəlsəfəsi fənnindən,sosioloji
elmlərdən dərs demişdir. Azərbaycanın
tanınmış elm adamları- maarif naziri Mehdi Mehdizadə,istiqlalçı
şair Əhməd Cavad, şair və tərcüməçi
Mikayıl Rzaquluzadə M.Birgenin sevimli tələbləri
ilmuşlar.
Mövzuya
qayıdaraq, "El həyatı" jurnalının
yaradıcı heyətinin
haqqında bir neçə söz söyləmək istəyirəm.Çox təəssüf
ki,onların çoxu arzuladıqlarl günləri görə
bilmədilər.N.Nərimnov (1870-1925) 1920-ci illərin
repressiyasının,yazıçı Hüseyn Sadıq
Kazımoğlu (1887-1938), jurnalist Ağababa Yusifzadə(18861937), marif naziri Dadaş Bünyadzadə(1888-1938)
1937-ci il fəlakətnin qurbanı oldular.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının
əməkdar müəllimi,
türkoloq.
Olaylar.- 2017.- 14 mart.- S.12.