Azərbaycan fikir, söz və məlumat azadlığına
çoxvektorlu,
universal şəkildə yanaşır
Əkbər Qoşalı:
"Media Azərbaycan toplumunda da özünəməxsus təsir
gücünə malikdir"
Demokratik dəyərlərə sadiqlik nümayiş etdirib bu prinsip və
normaların bütün sahələrdə
tətbiqinə çalışan, buna nail olan Azərbaycan mətbuat
sahəsində də demokratiya, söz və ifadə azadlığının
təmin olunmasında dünya dövlətləri
arasında xüsusi yer
tutur.
Xüsusilə, müstəqillik illərindən sonrakı
dövrdə bu istiqamətdə atılan
addımlar, həyata keçirilən islahatlar,
tədbirlər təqdirəlayiq hesab edilə
bilər.
Birmənalı olaraq söyləyə bilərik ki, məhz müstəqillik illərindən sonra Azərbaycan mediası özünün inkişaf mərhələsinə qədəm qoydu. Bu müsbət tendensiya isə daha çox ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra vüsət almağa başladı. İstər ümummilli lider Heydər Əliyevin, istərsə də onun layiqli davamçısı Cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğı, kütləvi informasiya vasitələrinin normal fəaliyyəti üçün yaradılan şərait deyilənlərin əyani sübutu, təsdiqidir. Bu gün qətiyyətlə və heç bir mübaliğə olmadan deyə bilərik ki, Azərbaycanda söz, fikir, ifadə, məlumat azadlığı, plüralizm ən yüksək səviyyədə təmin olunur, qorunur. Məhz bu müsbət tendensiyaya görədir ki, günümüzdə Azərbaycan söz və ifadə azadlığının ən yüksək səviyədə təmin olunduğu ölkələrdən biri, bəlkdə birincisi olaraq əksər ölkələrə, xüsusilə region dövlətlərinəı nümunə olaraq göstərilir. Əldə edilmiş bu müsbət tendensiya istər bu, istərsə də digər sahələrin tanınmış ictimai xadimləri tərəfindən müsbət qiymətləndirilir. Bu və ya digər mövzularla bağlı "OLAYLAR"ın suallarını Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətininvə "Ədəbiyyat Qəzeti" Redaksiya Heyətinin üzvütanınmış şair-publisist Əkbər Qoşalı cavablandırıb.
-Əkbər
müəllim, bu gün
Azərbaycan mediasının, kütləvi informasiya
vasitələrinin durumunu necə dəyərləndirirsiniz?
-Media hər bir ölkədə
ictimai fikri formalaşdıran əsas
institut,, yaxud ən əsas
institutlardan biridir. Məlumunuz -
medianın bir çox hallarda "dördüncü hakimiyyət"
adlandırılması da
təsadüfi sayıla
bilməz. Əlbəttə, media Azərbaycan toplumunda da özünəməxsus
təsir gücünə
malikdir. Əgər
respublikamızda dövlətin
mətbuata davamlı maddi dəstəyi varsa, Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondu
(KİVDF) fəaliyyət göstərirsə,
ən əsası, mətbuatla işə konseptual yanaşma mövcuddursa, bax, bunlar, öz-özlüyündə,
kütləvi informasiya
vasitələrinin durumunu
dəyərləndirmək üçün əsaslar
verir. Demək, müvafiq dövlət
qurumları medianın
durumunu öyrənib,
çatışan-çatışmayan yönlərini üzə
çıxarıb və
ona uyğun qərarlar qəbul edilib. Respublikamızda kütləvi informasiya
vasitələrinin inkişafına
dövlət dəstəyi
konsepsiyasında, fikir,
söz və məlumat azadlığının,
plüralizmin inkişaf
etdirilməsi hüquqi
dövlət və vətəndaş cəmiyyəti
quruculuğunun əsas
şərtlərindən biri
olaraq təsbit edilib. Konsepsiyada o da təsbit edilib ki, çağdaş
informasiya kommunikasiya texnologiyalarının inkişafı,
toplumun sosial-siyasi və mədəni yaşamındakütləvi informasiya
vasitələrinin təsirinin
güclənməsi həm
bu sahənin infrastrukturunun yeniləşməsini,
həm də jurnalistlərin peşəkarlığının
artırılmasını zəruri
edir. Bəllidir ki, ölkəmizin
dünya informasiya məkanına daxil olması ilə bağlı, şəxsiyyətin,
toplumun və dövlətin informasiya təhlükəsizliyinin təmin
edilməsi özəlliklə
önəm daşıyır.
Buna görə də,
sözügedən konsepsiyaya
uyğun olaraq, kütləvi informasiya vasitələrinin inkişafına
və fəaliyyətinin
təkmilləşməsinə dövlət dəstəyi
çağdaş dövrümüzün
tələbi mahiyyətindədir. Kütləvi informasiya vasitələrinin
inkişafına dövlət
dəstəyi toplumda söz azadlığını,
insanların obyektiv informasiya əldə etmək hüququnu özündə ehtiva etməsi ilə ayrı bir yerə
sahibdir. Mən onu
da əlavə etmək istərdim ki, dövlət dəstəyi yabançı,
gərəksiz təsir
elementlərini də müəyyən dərəcədə
önləmiş olur;
insanların zövqünü
formalaşdırır; estetik
dəyərləri tirajlayır,
milli və dövlət maraqlarımızın
təbliğinə töhfələr
vermiş olur. Bilirsiz, ərazi bütövlüyü
pozulmuş, elan edilməmiş savaşın
acı gerçəkliklərini
öz üzərində
hiss edən bir ölkə üçün
bu məqamların çox özəl şəkildə önəmi
vardır. Ona görə də, medianın müstəqilliyi
və dövlət dəstəyindən danışarkən,
ölkəmizin hansı
çətinliklərlə üz-üzə olduğunu,
dövlətimizin nələri
dəf edə-edə irəlilədiyini görməzdən
gəlmək olmaz...
-Sizcə, Azərbaycan demokratik cəmiyyətin bir üzvü kimi fikir, söz və məlumat azadlığına nə
dərəcədə önəm
verir və bu prinsiplərin tətbiqinə necə əməl edir?
-Baxın, indi biz kütləvi informasiya vasitələrinin inkişafına
dövlət dəstəyindən
danışdıq. Bu dəstəyin əsas məqsədi nədir?
- Məqsəd odur ki, vətəndaş cəmiyyəti quruculuğu
prosesində KİV-in önəmli
rolu nəzərə alınsın; fikir, söz və məlumat azadlığı
inkişaf etdirilsin; Kütləvi informasiya vasitələrinin müstəqilliyi
konseptual olaraq dəstəklənsin; informasiya
sektorunda informasiya kommunikasiya texnologiyalarının
tətbiqi stimullaşdırılsın,
toplum və KİV arasında qarşılıqlı
yararlı işbirliyi
gücləndirilsin; jurnalistlərin
peşəkarlığı, bununla yanaşı, jurnalist məsuliyyətinin
artmasına münbit ortam yaransın. Respublikamızda
fikir, söz və məlumat azadlığına nə
dərəcədə önəm
verildiyi və bu prinsiplərin tətbiqinə necəəməl
edildiyi barədə danışarkən, yuxarıda
sadaladıqlarımızla yanaşı,
jurnalistlərin sosial müdafiəsini gücləndirmək,
dövlət və toplum üçün birincilik təşkil edən məsələlərin
həllində kütləvi
informasiya vasitələrinin potensialından
səmərəli istifadə
etmək məsələsini
də vurğulaya bilərik. Bu məqamda,
cənab prezidentin sərəncamlarıyla jurnalistlər
üçün iki çoxmərtəbəli binanın
tikilməsini xatırlatmaq
istərdim. Bu, bir
yandan, jurnalistlərin
timsalında dövlət-vətəndaş
münasibətlərinin şəklini,
dövlət nəzakətini
göstərirsə, digər
yandan jurnalistin ev almaq üçün
- ev pulu yığması üçün
nə "öz yağında bişməsi"nə,
nə də, kiminsə nazı ilə oynamasına ehtiyac qalmadığını
şərtləndirir, elə
deyilmi?
Beləliklə, hansı sonuca gəlirik? - Azərbaycan fikir, söz və məlumat azadlığına çoxvektorlu,
universal şəkildə yanaşır.
Burada həm socsal plan var, həm yaradıcılıq
yönü, həm də, uluslararası səviyyənin, o cümlədən
İKT-nin tətbiqi. Bax, bunlar da, öz-özlüyündə prinsipləri
yaxud məsələyə
prinsipial yanaşmanı
şərtləndirir. Elə deyilmi?
-Elədir. Ümumiyyətlə digər
ölkələrlə müqayisədə
Azərbaycan fikir, söz və məlumat azadlığının
təmin olunması baxımından necə xarakrerizə edilə bilər?
-"Digər ölkələr"
yayğın ifadədir
- biz özümüzü, türksoylu ölkələrləmi,
Qafqaz respublikaları ilə, ümumən possovet ölkələri,
müsəlman Şərqi,
yoxsa, Doğu Avropa iləmi müqayisə edirik? Biz Batı
Avropa, ABŞ mediası
səviyyəsinəmi can atırıq?
- Bax, bu sırada hansı ölkəni, hansı səviyyəni qoysaq, cavab da ona
görə dəyişəcək. Əlbəttə, biz, daha çox
inkişaf etmiş ölkələrin mediasının
yaxşı cəhətlərini,
səviyyəsini arzu,
təmənna edirik.
İstəyirik ki, mediamız
bizimlə bir şineldən çıxanlara,
bizdən öyrənənlərə
örnək olsun.
Gəlin diqqət edək: "dördüncü
hakimiyyət" adlandırılan
media, nə zaman öz fünksiyalarını
yerinə yetirə bilir? - O azad, müstəqil olanda, siyasi və iqtisadi qurumların əlaltısına çevrilməyəndə.!
Digər
tərəfdən milli
mətbuat anlayışını
qəbul ediriksə, milli ehtiyaclarımızı,
dünya dövlətləri
içərisində haqq
etdiyimiz mövqeyə
ucalmaq üçün
gediləsi yolumuzu da unutmamalıyıq.
"Sənət sənət
üçündür", "sənət xalq üçündür"... "dilemma"sı varsa və jurnalistika
özü də önəmli bir yaradıcılıq qolusa,
sənətsə, bu
"dilemma" jurnalistlik sənətinə
də aiddir, deyə düşünürəm.
Bilirsiz, bir var, hansısa məmurun özbaşınalığı,
bir də var, dövlətin yanaşması, dövlət
başçısının imzaladığı konsepsiya.! Biz hansısa yaramazın
özfəaliyyəti timasılnda
danışmırıq, bizimçün
dövlətin siyasəti
önəmlidir, dövlət
başçısının jurnalistlərlə bağlı
verdiyi tarixi ismarıclar önəmlidir.
Biz bugün cənab
prezidentin qərarlarının
aparıcı media qurumları,
nüfuzlu yazarlar tərəfindən necə
təqdirlə qarşılandığını
görürürk. Biz
prezidentimizin "Jurnalistlərin
dostu" mükafatına
layiq görüldüyünü
xatırlayırıq. Bu qələm
adamlarının könüllü
gəldiyi qərar, qələmli vətəndaşlarımızın
seçmə təmsilçilərinin
qəlbinin səsiydi.
Və xatırlayırıq
ki, dövlət başçımız mükafatın
təqdim edilməsi törənində, demokratik
toplumun qurulması işində azad medianın özəl rola malik olduğunu
dedi və jurnalistlərdən topluma
ötürülən sifarişləri,
ismarıcları qiymətləndirdi.
Eyni zamanda, dövlət siyasəti olmadan bu proseslərin gərəkən səviyyədə
təşkil edilməsinin
çətinliyini vurğuladı.
Məhz bu iki əsas
istiqamətin birləşməsinidə,
müsbət dinamikanın
təminatçısı olaraq
dəyərləndirdi.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilmişdir
Olaylar.- 2017.- 15 mart.-
S.15.