Azərbaycanda söz və fikir
azadlığı
ilə bağlı məhdudiyyət yoxdur
Azərbaycanda
söz, fikir və məlumat azadlığının təmin
olunması dövlətin prioritet məsələlərindən
hesab olunur. Elə bu məqsədlə də sözügedən
sahələri tənzimləyən qanunvericilik
aktlarının təkmilləşdirilsə peosesi davam
etdirilir. Ölkə parlamenti tərəfindən bu günlərdə
"İnformasiya, informasiyalaşdırma və
informasiyanın mühafizəsi haqqında" və
"Telekommunikasiya haqqında" qanunlara edilən əlavə
və dəyişikliklər də məhz bu məqsədə
xidmət edir. Çox təəssüflər olsun ki, bəzi
dairələr bu yenilikləri məlumat
azadlığının məhdudlaşdırılması
kimi qələmə verməyə cəhd edirlər.
Milli
Məclis sədrinin müavini, parlamentin insan hüquqları
komitəsinin sədri, ATƏT-in Parlament Assambleyasında Azərbaycan
nümayəndə heyətinin rəhbəri Bahar Muradova
bildirib ki, hər iki qanunda edilən yenilik virtual aləmdəki
ictimai münasibətləri, eləcə də az. ölkə
kurslu yüksək səviyyəli domen internet üzərindən
qurulun internet informasiya ehtiyatlarının fəaliyyətini
qanunvericiliklə tənzimləmək məqsədinə xidmət
edir: "Məlum olduğu kimi artıq xeyli müddətdir
ki, Azərbaycan da virtual məkanın
iştirakçısıdır. Azərbaycan internet
istifadəçilərinin sayına və bu sahədə
aparılmış siyasətin konkret nəticələrinə
görə bir çox ölkələri qabaqlayır.
Artıq bütün ölkə bu məkana daxildir. Azərbaycanın
kütləvi informasiya vasitələri informasiya təhlükəsizliyini,
informasiya azadlığını təmin edən
qanunlarında isə bununla bağlı indiyə qədər
hansısa bir məhdudlaşdırıcı fikirləri
özündə əks etdirən müddəalar
olmamışdır. Demək olar ki, Azərbaycanda
"Kütləvi informasiya vasitələri haqqında"
qanunu internet məkanına şamil etmək imkanları məhdud
idi. Ona görə də qanunvericilikdə edilən əlavə
və dəyişikliklər kifayət qədər əhəmiyyətli
xarakter daşıyır. Hər şeydən əvvələ
bu münasibətləri hüquqi müstəviyə
daşımaq məqsədi daşıyır". B. Muradova
fikirlərini konkret misallarla əsaslandırıb: "Konkret
"İnformasiya, informasiyalaşdırma və
informasiyanın mühafizəsi haqqında" qanunda əhəmiyyətli
məqamlardan biri anlayışlar maddəsinə edilən əlavələrdir.
Burada internet informasiya ehtiyatlarının sahibi, domen
adının sahibi, internet provayder, host pravayder və sair kimi
anlayışlar daxil edilir ki, bu da kifayət qədər vacib
dəyişikliklərdir. Çünki bu, internetin hüquqi
müstəviya daxil edilməsi prosesini tənzimləyəcək.
Qanunda edilən digər dəyişikliklər də
informasiyanın mülkiyyətçisi ilə yanaşı,
onun sahibi məsələsini də hüquqi münasibətlər
müstəvisinə daxil edir. Ən diqqət çəkən
məqamlardan biri qanuna internet informasiya ehtiyatlarının
yaradılması, onların uçotu, bu ehtiyatlarda
informasiyanın yayılması, yayılması qadağan edilən
informasiyanın yerləşdirilməsinin
qarşısının alınması, bu hərəkətlərə
görə məsuliyyətin müəyyən olunması, o
cümlədən domen adınının qeydiyyatını
aparan inzibatçı orqanın bu reyestrin aparılması və
reyestr məlumatların tərtib olunmasının müvafiq
icra hakimiyyəti orqanına həvalə edilməsi kimi məsələləri
nəzərdə tutur. Bunlar kifayət qədər vacib məlumatlardır.
"Telekommunikasiya haqqında" qanundakı dəyişikliklər
də bu sahədə fəaliyyət göstərən
operator və provoyderlərin uçotunun aparılması,
onların vəzifələrinin dəqiqləşdirilməsi,
bu vəzifələrin yerinə yetirilməməsinə
görə məsuliyyətlərin dairəsinin genişləndirməsi,
eləcə də həmin resursların kiber təhlükəsizliyinin
qorunması, elektron təhlükə və hücmların
qaşısının alınması, bu hücumları edən
mənbənin müəyyənləşdirilməsi məsələsini
müəyyən etməkdən ibarətdir. Ümumilikdə
bu məsələlər internet informasiya ehtiyatları sahəsindəki
qanunvericiliyi tənzimləməyə xidmət edir". Azərbaycan
Mətbuat Şurasının sədri, millət vəkili
Əflatun Amaşov bildirib ki, həm ölkə daxilində həm
də xaricdə bir sıra şəxslər və qruplar bu dəyişiklikləri
məhdudlaşdırma kimi qiymətləndirməkdə
maralıdırlar. Lakin qanunvericilikdəki dəyişiklik qətiyyən
bu məsələni özündə ehtiva etmir.
Dünyanın bir çox qabqcıl ölkələrində
internet hüquqi müstəvilər sistemində
çıxış edir. Bu o deməkdir ki, internet məkan virtuallıqdan
reallıq müstəvisinə daxil olub. Nəticədə
konkret məsuliyyət növləri də müəyyənləşib.
Azərbaycanda da eyni proses gedir və getməlidir.
Düdür, bəzi məsələlər var ki,onları
mübahisələndirmək olar, çünki mahiyyətcə
bu sahə yenidir, dinamikdir, hər zaman nəyinsə müzakirəsinə
ehtiyac var. Unutmayaq ki, indiki dövrdə biz müharibə
şəraitində yaşayırıq. Ölkəmizin
informasiya təhlükəsiliyi üçün internet məkanının
tənzimlənməsi zəruridir: "Hər kəs əmin
olsun ki, bu dəyişiklik heç də söz və
informasiya azadlığının məhdudlaşdırılması
demək deyildir. Kimlərsə məsələyə spekulyativ
çalarlar gətirib cəmiyyəti
çaşdırmamalıdırlar. Problemə obyektiv
yanaşılmalıdır, tələsik qiymət verilməməlidir.
Obyektiv yanaşma isə ondan ibarətdir ki, hər iki layihə
bir-birini tamamlayır, ümumən internet məkanımızda
dəqiqləşmə aparmağa xidmət edir. Dəyişikliklər
qanunvericiliyimizi zənginləşdirir, ona dövrün tələbindən
irəli gələn anlayışlar gətirir. Mən bu məsələyə
media ictimaiyyətinin yanaşmasını da obyektiv qiymətləndidirəm.
Biz bunu hər zaman bildirmişik ki, internetin
inkişafının ortaya çıxardığı mənzərə
əsasən internet media orqanlarının timsalında
özünü göstərir, onlar cəmiyyətlə daha
yaxındırlar. Fəaliyyətlərinin mənfi və
müsbət tərəfləri cəmiyyətə daha
çox təsir göstərir. Mənfi təsirlərin
doğrduğu ictimai qınaq bir qayda olaraq ümumilikdə jurnalistikaya
ünvanlanır. Buna görə də hesab edirəm ki, dəyişikliklər
ilk növbədə jurnalistika peşəsinin təəssübünü
çəkən adamlar üçün faydalıdır.
Konkret olaraq "İnformasiya, informasiyalaşdırma və
informasiyanın mühafizəsi haqqında" qanuna əlavələrdə
internet informasiya ehtiyatının yaradılması və
uçotu, həmçinin internet informasiya ehtiyatında
informasiyanın yayılması, yayılması qadağan edilən
informasiyanın yerləşdirilməsinin
qarşısının alınması, həmin
informasiyanın yerləşdirilməsi ilə əlaqədar
məsuliyyət məsələləri çox vacibdir".
MŞ sədri əlavə edib ki, bu dəyişikliklər
internet mediası üçün əsas ola bilər:
"Bildiyiniz kimi internet media orqanlarının sayı
artıb. Ancaq gəlin görək internet media özü
müstəqil şəkildə hüquqi müstəvidə
təmsil olunurmu? İnternet mediaya sözün tam mənasında
kütləvi informasiya vasitəsi deyə bilərikmi? Məlumdur
ki, tam mənada yox. Çünki qanun buna tam mənada imkan
vermir. MMC olaraq qeydiyyatdan keçmək hüquqi baxımdan
KİV demək deyildir. Belə olduqda bu təşkilatların
fəaliyyətini KİV kimi mübahisələndirmədə
çətinliyə salır. Təsəvvür edək ki,
kimsə qanunvericilikdə nəzərdə tutlan tələbləri
yerinə yetirərək özünə internet resursu
yaratdı. Həmin şəxs hansısa məlumatı
paylaşacaq, bu paylaşma əsas verəcək ki, onun
yaratdığı quruma kütləvi informasiya vasitəsi deyək.
Bu zaman kütləvilik hansı meyarlarla ölçüləcək?
Hesab edirəm ki, belə məsələlərə də
ümumi baxımdan aydınlıq gətirilməsinə
ehtiyac var. Bu isə internet medianın müstəqil şəkildə
hüquqi münasibətlər sistemində təmsilçiliyindən
asılıdır. Əlbətdə bu məqamlar müzakirəyə
açıq və vacib məslələrdir. Məslənin
vacibliyi onunla əsaslandırılır ki, media ictimaiyyəti
reklam olmadığı bir məqamda internet medianın qəzetlər
kimi dövlət tərəfindən maliyyələşməsinin
zəruriliyini irəli sürür. Bu, Azərbaycan həqiqətlərinin
beynəlxalq müstəvidə təbliği baxımından
son dərəcə vacibdir. Ancaq maliyyələşmənin
necə aparılmasında problem ondan yaranır ki, internet media
kütləvi informasiya vasitəsi deyil.
Göründüyü kimi məsələ olduqca həssasdır.
Çox istərdim ki, mövcud qanunvericilik internet medianın
maliyyələşməsi üçün baza rolunu
oynasın". Millət vəkili Qənirə Paşayeva
bildirib ki, qanunvericilikdəki dəyişiklik internet media sahəsindəki
problemlərin həllimnə müsbət təsir göstərə
bilər. Bu gün biz Azərbaycan dövlətinin nəzarətində
olan provayderlərə nəzarət edirik: "Amma hazırki
informasiya məkanında domenləri ən çoxu com, org və
sairdir. Bu domenlərinisə bəziləri çox çirkin
qrupların əlinə keçib.Və onlar bu domenlerden Azərbaycan
əlehinə ciddi şəkildə istifadə edirler. Ona
görə bu domenler haqqinda is gorulməlidir. Fransada, İngiltərədə
oturub Azərbaycanın hər hansı bolgəsinin
adını yazdiqda qarşıma ".com", yaxud
".org" çixir. Və bu qruplar məqsədli şəkildə
bir zamanlar bunları əldə edib, bu gün də Azərbaycan
əlehinə isifadə edirlər. Ona görə bu məsələlər
ilə də bağlı muzakirələr aparmalıyıq. Və
bu müzakirələr bir sira məsələlərin
üstünü açacaq". Millət vəkili Sahibə
Qafarova qeyd edib ki, bu gün Azərbaycan müharibə şəraitində
yaşayır və hələ də qanlı toqquşmalar
baş verir. Şəhid olan əsgər və zabitlərimiz
Azərbaycanın müstəqilliyi və suverənliyi
uğrunda canlarından keçirlər: "Amma cəmiyyətimizdəki
bəzi ünsürlər nə edirlər? Şəhidlərimiz
üzərində reytinq, populyarlıq qazanmaq
üçün bütün vasitələrə əl
atırlar. Bu xüsusilə diqqət çəkməyə
çalışan və yeni fəaliyyətə başlayan
internet resurslarına aiddir. Doğrudur, Azərbaycanda söz
azadlığı var və bu qanunla qorunur. Amma bu o demək
deyildir ki, biz "düşman dəyirmanına su tökərək"
qərəzli məsələləri gündəmə gətirməklə
ictimai fikri yayındıraq. Bu günlərdə bəzi Azərbaycan
media nümayəndələri, sosial şəbəkə
istifadəçiləri şəxsi, korporativ maraqları
üçün qarayaxma kompaniyası aparırlar. Hətta
onların yazdıqları şərhlər düşmənin
saytlarında yer alır. Yəni, budurmu onların şəhidlərimizə
verdiyi dəyər? Fikrimcə, bu cür internet
resurlarının sahiblərini, sosial şəbəkə
istifadəçilərini məsuliyyətə cəlb etməyin
vaxtıdır. Axı nə üçün düşmənlə
mübarizə apardığımız bir vaxtda hansısa dairəyə
xidmət edənlər yeni bir cəbhə
açmalıdırlar? Nəyə dövlət sirri
sayılan informasiyaları, video-kadrları yayıb
düşməni məlumatlandırırmalıdırlar? Bu
peşəkarlıqdan öncə vətənpərvərlik
tələb edən bir işdir axı. Demək istərdim ki,
media vasitələri, xüsusilə də internet resurları
dövlətin müharibə maraqlarını hər şeydən
öndə görməlidir. Baş verən hadisələrin
işıqlandırılmasına peşəkarcasına
yanaşılmalıdır. Və elə etməlidirlər ki,
düşmənlər informasiya cəbhəsində
xalqımıza öz içimizdə olanların əli ilə
zərbə vura bilməsinlər. Azərbaycanı müdafiə
etmək hər bir vətəndaşın borcudur. Vəzifəsindən,
cəmiyyətdəki statusundan, dinindən, irqindən, etnik mənsubiyyətindən
asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı
ölkəmizin müdafiəsində iştirak etməlidir və
öz vətəndaşlıq borcunu ödəməlidir".
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2017.- 16 mart.- S.15.