Fikir və söz
azadlığının
təmin olunduğu
ölkə
Günümüzdə
hər bir
sahədə olduğu kimi, mətbuat
sahəsində də ölkəmizdə inkişaf,
tərəqqi, nailiyyət hiss olunur. Azad
söz, fikir, məlumat
azadlığı, fikir plüralizmi təmin edilir. Buna nail olunmaq
üçünsə azad, müstəqil
medianın, kütləvi informasiya vasitələrinin
normal, inkişafa meyilli fəaliyyəti üçün
kifayət qədər şərait, imkanlar
yaradılır.
Elə ictimai fəal, vətəndaş cəmiyyəti nümayəndəsi Asif Quliyev də bu qənaətdədir. Onun sözlərinə görə, bu gün tam qətiyyətlə deyə bilərik ki, Azərbaycanda fikir, söz, məlumat azadlığı, plüralizm ən yüksək səviyyədə təmin edilir: "Bu istiqamətdə ölkədə hansısa problemin olduğunu iddia etmək ən azı haqsızlıq, ədalətsizlik olardı. Hər şey göz qabağındadır. Təkcə paytaxtda deyil, eləcə də bölgələrdə bu prinsip tamamilə qorunub saxlanılır, ona hörmət edilir. Bu gün paytaxtla yanaşı, regionlarda da çoxsaylı televiziya kanalları, qəzet və jurnallar fəaliyyət göstərir, cəmiyyəti informasiya ilə təmin edirlər. Təbii ki, bu da dövlətin, onun müvafiq qurumlarının bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir". Asif Quliyev deyib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev mətbuatın ən böyük himayədarı rolunu oynayır: "Azərbaycan Respublikasının Prezident Cənab İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin (KİV) inkişafına Dövlət Dəstəyi Konsepsiyası kimi mühüm bir sənəd təsdiq olundu. Həmçinin, Konsepsiyaya uyğun olaraq 22 may 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradıldı. Məlumdur ki, sözügedən fondun qəzetləri maliyyələşdirməsi nəticəsində media orqanları maddi-texniki bazasını möhkəmlədir. Həmçinin fondun ildə bir neçə dəfə fərdi qaydada və müvafiq dövlət qurumları, eləcə də rayon icra hakimiyyətləri ilə birlikdə yazı müsabiqələri keçirilir ki, həmin yazı müsabiqələri də jurnalistlərin sosial durumunun yaxşılaşdırılmasına xidmət edir. Müsbət məqamlardan biri ondan ibarətdir ki, həmin müsabiqələrdə təkcə paytaxtda işıq üzü görən yox, eyni zamanda regionlarda çap edilən mətbu orqanların nümayəndələri iştirak edir, bundan faydalanırlar. Bütün bunlar dövlətin bu sahəyə göstərdiyi diqqətin əyani sübutudur". Natiq qeyd edib ki, bütün bu müsbət amillər Azərbaycanda söz və məlumat, ifadə azadlığının, plüralizmin təmin olunmasına xidmət edir: " Azərbaycan bir sıra sahələrdə olduğu kimi medianın inkişafı istiqamətində də artıq regionun lider dövlətinə çevrilib. Ümumiyyətlə, müasir demokratik cəmiyyətin əsasını təşkil edən fikir, söz və məlumat azadlığı anlayışları ilə yanaşı, plüralizm məfhumu da inkişafa və təkmilləşməyə gedən istiqamətləri müəyyənləşdirməyə kömək edir. Vətəndaş cəmiyyətinin əsas prinsiplərindən olan plüralizm bir-birindən düşüncə tərzinə, mövqeyinə, yanaşmasına və davranış üslubuna görə fərqlənən fərdlərin bir araya gələ bilməsini əks etdirir. Bu demokratik, hüquqi dövlət kimi inkişaf edən Azərbaycanda cəmiyyətin hərtərəfli inkişafı üçün əsas elementlərdən olan fikir və söz azadlığı tam təmin edilir. Bunu biz qətiyyətlə söyləyə bilərik". Asif Quliyev bildirib ki, bu gün Azərbaycanda internet azadlığı da mövcuddur: "Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının və internetin inkişafına xüsusi diqqət yetirilir. Bu gün Azərbaycan əhalisinin böyük əksəriyyəti internet istifadəçisidir və bu göstəricilərinə görə, ölkəmiz dünya liderlərindən sayılır. Təqdirəlayiq haldır ki, Azərbaycanda internet azadlığı mövcuddur. Ölkəmizdə internet-radio və internet-televiziya proqramları, elektron qəzet və jurnallar, xarici və daxili sosial şəbəkələr geniş yayılmışdır. Minlərlə bloqqer Azərbaycanın internet məkanında sərbəst fəaliyyət göstərir".
Asif Quliyev onu da diqqətə çatdırıb ki, mətbuata diqqət və qayğının əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. O, bildirib ki, Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdikdən sonra sovet dövründən qalan bir sıra mənfi halların aradan qaldırılması istiqamətində önəmli addımlar atmağa, islahatlar həyata keçirməyə başladı: "Bu sırada kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi, ölkədə azad mətbuatın təmin edilməsi kimi mühüm addımlar da var idi. Düzdür, ilk illərdə bu prosesi həyata keçirmək bir qədər çətin idi. Çünki sovet təfəkkürünü, yanaşmasını birdəfəlik aradan qaldırmaq mümkün görünmürdü. Ancaq zaman keçdikcə hər bir sahə kimi KİV sahəsində də köklü addımların atılması zərurəti yaranırdı. Belə bir zamanda ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı sözügedən prosesə bir təkan verdi. Hakimiyyətinin ilk günlərindən media ilə yaxından təmasda olan ümummilli lider Heydər Əliyev bu sahədə mövcud olan problemləri dərindən öyrəndi, müstəqil dövlətin azad, müstəqil mətbuatının formalaşması istiqamətində təxirəsalınmaz tədbirlərə start verdi. Ümummilli lider Heydər Əliyevin bu istiqamətdə atmış olduğu ən mühüm addımlardan biri 1998-ci ildə sovet zamanından qalan senzuranın ləğv edilməsi oldu. Çox keçmədən ümummilli lider Heydər Əliyev medianın. kütləvi informasiya vasitələrinin inkilşaf etdirilməsi istiqamətində daha bir mühüm addım atdı. Belə ki, ümummilli lider qəzetlərin uzun illərdən bəri Azərbaycan Nəşriyyatına yığlıb qalan borclarını dondurdu. Sonrakı mərhələdə isə həmin borclar ləğv edildi. Eyni zamanda qəzet çapı üçün nəzərdə tutulan kağızın ölkəyə gətirilməsinə tətbiq edilən vergilər azaldıldı. Tədricən ölkədəki kütləvi informasiya vasitələrinin durumu müsbətə doğru dəyişməyə başladı. Eyni zamanda dövlətin mediaya göstərdiyi diqqət və qayğıdan ruhlanan bir sıra media nümayəndələri müstəqil mətbu orqanlar təsis etməyə başladılar. Məhz ümummilli lider Heydər Əliyevin atmış olduğu bu kimi müsbət addımlar Azərbaycanda müstəqil media qurumlarının yaranması prosesinə təkan verdi. Günümüzdə Azərbaycanda azad söz, fikir və məlumat azadlığının təmin olunması məhz ümummilli lider Heydər Əliyevin zamanında atmış olduğu həmin addımların nəticəsidir. Ümummili lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra özünü büruzə verməyə başladı. Heydər Əliyev Bakıya qayıtdığı ilk gündən media nümayəndələri ilə yaxından əməkdaşlıq etməyə, onlarla yaxından ünsiyyətdə olmağa üstünlük verdi. Artıq müstəqil Azərbaycan mediası yeni bir mərhələyə, inkişaf mərhələsinə qədəm qoyurdu. Ümummilli lider Heydər Əliyevin bu sahədə atdığı ən mühüm addım keçmiş SSRİ zamanından qalmış senzuranı ləğv etməsi oldu. 1998-ci il, avqustun 6-da Heydər Əliyevin qərarı ilə ölkədə senzura ləğv edildi. Heydər Əliyevin məlum qərarından sonra artıq qəzetlər heç bir senzura olmadan çap edilməyə başladı. Bu qərar ümummilli liderin bu qərarı öz-özlüyündə ölkədə müstəqil, azad medianın fomalaşdırılması, azad sözün təmin edildiyinin ilk gösrəricisi idi. Təsadüfi deyil ki, həmin dövrdə əksər beynəlxalq təşkilatlar, beynəlxalq səviyyəli media qurumları Azərbaycan tərəfinin atmış olduğu bu addımı yüksək dəyərləndirərək bunu azad sözün, demokratiyanın təmin olunmasında atılan mühüm addımlardan hesab edirdilər. Ümummilli lider Heydər Əliyevin sonrakı dpvrlərdə atdığı addımlar, qəbul etdiyi fərman və sərəncamlar senzuranın ləğvindən başlanan müsbət tendensiyanın davam edəcəyi zəmanəti yaratdı. Artıq ölkədə azad söz, demokratiya bərqərar olurdu. Amma müstəqillik dövrünün çətinlikləri mətbuatın maddi texniki bazasına da təsir göstərmiş və qəzetlər ciddi maddi sıxıntılarla fəaliyyət göstərirdilər". Asif Quliyev onu da deyib ki, günümüzdə ümummilli liderin media ilə bağlı siyasətini Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev davam etdirir: "Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün bütün zəruri şərtlər mövcuddur. Kütləvi informasiya vasitələrində sərbəst şəkildə fikir demək, hadisələrə münasibət bildirmək üçün qeyri-məhdud imkanlar var. Təbii ki, bütün bu imkanlar mətbuata, kütləvi informasiya vasitələrinə məhz Cənab Prezident tərəfindən yaradılıb. Artıq yuxarıdakı fikirlərimdə mən dövlət tərəfindən mətbuatın inkişafına yönəlik addımlara diqqət yetirdim. Hazırda da biz bu tendensiyanın davam etdiyini görürük. Düşünürəm ki, dövlətin mətbuata, kütləvi informasiya vasitələrinə göstərdiyi ən böyük diqqət və qayğını biz 2010-cu ilin iyul ayında, Milli Mətbuatın 135-ci illiyində gördük. Belə ki, həmin vaxt Prezident İlham Əliyev mətbuat sahəsində tarixi bir qərar verdi və jirnalistlərin mənzil-sosial şəraitinin yaxşılaşdırılması məqsədilə sərəncam imzaladı. Həmin sərəncam əsasında jurnalistlər üçün yaşayış binası tikilərək 2013-cü il, iyul ayının 22-də, Milli Mətbuat günündə dövlət başçısının iştirakı ilə onların ixtiyarına verildi. Hazırda da daha bir yaşayış binasımda tamamlama işləri aparılır və bu il həmin binada da jurnalistlərin ixtiyarına veriləcək. Bundan artıq diqqət və qayğı olarmı?".
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2017.- 29 mart.- S.15.