31 Mart-azərbaycanlılara
qarşı
törədilən soyqırımı aktıdır
Bu
soyqırımına beynəlxalq miqyasda hələ də
hüquqi qiymət verilməyib
1918-ci ilin 30 mart
- 3 aprel tarixində Bakı şəhərində və
Bakı quberniyasının müxtəlif bölgələrində,
eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran,
Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və
digər ərazilərdə Bakı Sovetivə daşnak erməni
silahlı dəstələri azərbaycanlılara
qarşı soyqırım aktı törədiblər.
Rəsmi
mənbələrə əsasən soyqırımın nəticəsində
12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on
minlərlə insan itkin düşüb. Azərbaycanlılara
qarşı baş vermiş bu dəhşətli faciəyə
görə, 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə
Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən
ümummilli matəm günü kimi qeyd edilsə də sonradan
unudulub. Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci
il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların
Soyqırımı Günü elan edilib. Tarixi faktlara əsasən
1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində,
Stepan Şaumyanın başçılıq etdiyi bolşevik
Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ
keçirmişdir. Etnik erməni olan və Britaniya
hökümətindən milyon qızıl rubl məbləğində
ilkin yardım alan Stepan Şaumyan, Bakıda azərbaycanlılara
qarşı bolşeviklərlə erməni milliyətçilərinin
əməkdaşlığını təmin etmişdir. 9
mart 1918-ci ildə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd
Tağıyevin dəfn mərasimində iştirak etmək
üçün general Talışinskinin
başçılıq etdiyi Azərbaycan alayı Bakıya gəlmişdir.
Məhəmməd Tağıyev Lənkəran şəhərində
baş verən ixtilafda rus-erməni silahlı dəstələri
tərəfindən qətlə yetirlmişdir və onun dəfn
mərasimi 27 mart gününə təyin edilmişdir. General
Talışinski Bakıya gəlməzdən bir neçə
gün əvvəl Lenin Bakı Sovetinin
başçısı Stepan Şaumyana gizli teleqram göndərir.
Leninin Şaumyana etdiyi bu müraciətə baxmayaraq,
Bakıya daxil olarkən general Talışinski və Azərbaycan
alayının üzvləri Bakı Soveti tərəfindən
həbs altına alınmışlar, nəticədə şəhərdə
yaşayan azərbaycanlılar Bakı Sovetinə qarşı
müqavimət göstərməyə başlamışlar.
Baş verən silahlı münaqişə martın 30-dan
aprelin 2-də qədər Bakıda davam etmişdir və
tarixdə "1918-ci ilin Mart Günləri" kimi
qalmışdır. Bolşeviklərin böyük dövlətçilik
siyasətinin labüd nəticəsi olan soyqırım Azərbaycanda
milli istiqlala qarşı açıq-aydın sui-qəsd idi. Mart
soyqırımından bir il sonra ermənilər bu hadisələri
bolşeviklərlə müsəlmanlar arasında cərəyan
edən hakimiyyət mübarizəsi kimi mətbuatda
yaydılar. 1919-cu ilin yayında ABŞ tərəfindən
Bakıya göndərilən general Harborda təqdim edilən
sənəddə erməni yepiskopu Baqrat ermənilərin mart
hadisələrində iştirakını inkar edir. Baqrat
Bakıda hadisələr zamanı öldürülən 1000
nəfərdən 300-nün erməni və rus, 700-nün
müsəlman olduğunu iddia edirdi. Bu soyqırım təkcə
Bakıyla əhatəli deyildi. Aprel ayının ilk
ongünlüyündən etibarən Bakıda törədilən
bu qətliamlar eynilə Şamaxı, Quba, Xaçmaz, Lənkəran,
Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ,
Naxçıvan və digər bölgələrdə də
edildi.
Soyqırımı dəhşətləri
Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra
xalqımızın tarixi keçmişini daha yaxşı
öyrənmək imkanı əldə edilib, uzun illər
gizli qalan həqiqətlər tədricən üzə
çıxıb, təhrif edilmiş hadisələr
aşkarlıq müstəvisində daha aydın görünməkdədir.
Xalqımıza qarşı zaman-zaman törədilmiş və
heç vaxt tarixi qiymətini almamış
soyqırımı hadisələri də bu qəbildəndir.
Erməni millətçilərinin və onların
havadarlarının azərbaycanlılara qarşı iki əsrdən
artıq müddətdə məqsədyönlü şəkildə
həyata keçirdikləri soyqırımı, etnik təmizləmə
və deportasiya siyasətinin məqsədi azərbaycanlıları
öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə
"Böyük Ermənistan" dövləti yaratmaq olub.
Ermənistan 1988-ci ildən başladığı növbəti
təcavüz nəticəsində Azərbaycanın
Dağlıq Qarabağ ərazisini, eləcə də ona
bitişik yeddi rayonu işğal edib. Beləliklə, ölkəmizin
20 faiz ərazisi zəbt edilib, yüz minlərlə
soydaşımız qaçqın və məcburi
köçkün vəziyyətinə düşüb. Bu
qanlı faciələrin daha dəhşətlisi 1918-ci ilin 31
mart tarixində azərbaycanlılara qarşı törədilən
soyqırımı hadisələridir. Rusiyada baş vermiş
1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə
istifadə edən ermənilər öz iddialarını
bolşevik bayrağı altında reallaşdırmağa nail
oldular. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası
tərəfindən əksinqilabçı ünsürlərlə
mübarizə şüarı altında Bakı
quberniyasını azərbaycanlılardan təmizləmək
məqsədi güdən mənfur planın həyata
keçirilməsinə başlanılıb. Minlərlə
dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə
görə məhv edilib, ermənilər evlərə od
vuraraq, insanları diri-diri yandırıblar. Nadir tarixi abidələr,
məktəblər, xəstəxanalar, məscidlər
dağıdılıb, xarabalığa çevrilib. Erməni-bolşevik
birləşmələrinin Bakıda 31 mart və 1-2 aprel
tarixlərində törətdiyi qırğınlar kütləvi
şəkil alıb, silahlı erməni dəstələri
günahsız insanları amansızcasına qətlə
yetiriblər. Qırğınların davam etdiyi dövrdə
Azərbaycan ərazisində yüz minlərlə
soydaşımız, o cümlədən Bakıda və ətraf
kəndlərdə 30 minə yaxın azərbaycanlı milli mənsubiyyətinə
görə qəddarlıqla öldürülüb. Mart
qırğınları zamanı ermənilər bir çox qədim
binaları, o cümlədən ziyarətgahları, dünya
memarlığının incilərindən sayılan
İsmailiyyə binasını top atəşinə tutaraq
dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş
hərbi donanmanın açdığı atəş nəticəsində
Cümə və Təzəpir məscidlərinin minarələri
ağır zədə almışdı. Daşnak silahlı
dəstələri karvansarada vəhşicəsinə
öldürdükləri insanların meyitlərini elə
oradaca yandırmışdılar. Azərbaycanlıların
soyqırımı əsasən Bakı, Şamaxı, Quba,
Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur,
Naxçıvan və Lənkəranda xüsusi qəddarlıqla
həyata keçirilib. Mart hadisələri zamanı
Şamaxının 75 kəndi ermənilər tərəfindən
tamamilə məhv edilmişdi. Şamaxı şəhəri
və ona qonşu olan kəndlərdə törədilmiş
soyqırımı hadisələri haqqında bu gün arxivlərdə
7 cild, 925 səhifədən ibarət araşdırma
materiallarının olması bu bölgədə baş
vermiş qətliamların miqyasını bir daha göstərir.
Tarixi mənbələrdə qeyd olunduğu kimi,
Şamaxıya hələ mart ayının ortalarında 2000
erməni əsgərinin və 60 maşına yüklənmiş
silah-sursatın göndərilməsi buradakı
qırğına əvvəlcədən hazırlıq görülməsinin
sübutudur. Zəngəzurun 115 kəndi
dağıdılıb, dinc müsəlman əhalisinin əmlakı
qarət olunub. Quba qəzasında da qanlı hadisələr
eyni müstəvidə cərəyan etmiş, erməni hərbi
dəstələri 122 kəndi yandırmış, 60 kişi,
qadın və uşağı qətlə yetiriblər, 53 nəfər
isə yaralanmışdı. Bütövlükdə isə həmin
dövrdə Azərbaycan ərazisində 700 min nəfər
soyqırımına məruz qalıb. Lənkəran qəzasının
Girdəni, Verəvul, Vilvan kəndləri, ümumən 40-a
yaxın kənd dağıdılıb, yüzlərlə
günahsız insan öldürülüb, neçə-neçə
ev talan edilib və yandırılıb. Aradan illər
keçsə də, o qanlı-qadalı hadisələr
unudulmayıb, xalqımızın qan yaddaşında silinməz
izlər buraxıb. Son dövrdə Qubada 1918-ci il hadisələri
zamanı ermənilərin törətdikləri kütləvi
insan qətllərini aşkarlayan faktlar üzə
çıxarılıb. Tapılmış
saysız-hesabsız insan sümükləri bu
qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən
əyani dəlillərdir. Bu ərazidə on minlərlə
insanın qətlə yetirilməsinin sübutu kimi və
onların xatirəsinə ehtiram əlaməti olaraq Quba
soyqırımı Memorial Kompleksi yaradılıb. Azərbaycan
Respublikası Hərbi Prokurorluğunun bir qədər əvvəl
açılmış Memorial Soyqırımı Muzeyi də
Azərbaycanın tarixi həqiqətlərinin, erməni millətçiləri
tərəfindən xalqımıza qarşı həyata
keçirilmiş qırğınların, qətliamların
dünya ictimaiyyətinə çatdırılmasında
mühüm əhəmiyyət kəsb edir. Ümummilli lider
Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların
soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli Fərmanda
bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların
ermənilər tərəfindən soyqırımına məruz
qalması ilk dəfə rəsmi surətdə bəyan edilib.
31 mart-Azərbaycanlıların Soyqırımı
Günü hər il ölkəmizdə dövlət səviyyəsində
qeyd edilir.
Beynəlxalq hüquq susur
Beynəlxalq
hüquqa görə, soyqırımı ən ağır
beynəlxalq cinayət olmaqla, sülh və bəşəriyyətin
təhlükəsizliyi əleyhinə yönələn təcavüz,
insanlıq əleyhinə, müharibə və beynəlxalq
terrorizm kimi cinayətlər qrupuna aid edilir.
Soyqırımı cinayətinin hüquqi əsası BMT
Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 saylı qətnaməsi
ilə qəbul edilmiş "Genosid cinayətinin
qarşısının alınması və cəzalandırılması
haqqında" Konvensiya ilə müəyyən olunub.
Konvensiyaya görə, soyqırımı hər hansı
milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək
məqsədilə törədilən hərəkətlərdir.
İnsanlıq əleyhinə cinayətin tərkibini təşkil
edən və bu sənəddə göstərilən əməllərdən
hər biri 1918-ci ilin mart hadisələri zamanı ermənilər
tərəfindən azərbaycanlılara qarşı törədilib
və hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir.
Hadisələr göstərdi ki, erməni millətçiləri
sonralar da öz çirkin niyyətlərindən əl
çəkməyib, dinc insanları qəddar üsullarla
kütləvi qırğına məruz qoyaraq cinayətlərini
ört-basdır etmək üçün müxtəlif vasitələrə,
tarixi saxtalaşdırmağa, öz xeyirlərinə
yazmağa əl atıblar. Zəbt olunmuş Dağlıq
Qarabağ və ətraf rayonlar Azərbaycan ərazisinin
ayrılmaz tərkib hissəsidir. BMT Təhlükəsizlik
Şurası Azərbaycanın işğal olunmuş
torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə
dörd qətnamə, BMT Baş Məclisi "Azərbaycanın
işğal olunmuş ərazilərində vəziyyət"
adlı 2008-ci il 14 mart tarixli Qətnamə, AŞPA Azərbaycan
ərazilərinin erməni hərbi qüvvələri tərəfindən
işğal edildiyini və Dağlıq Qarabağ regionunun
separatçı qüvvələr tərəfindən idarə
olunmasını təsdiq edən 1416 və 1690 saylı qətnamə
və tövsiyə qəbul etsə də, Ermənistan
bunları hələ də yerinə yetirmir. Halbuki bu qətnamələrdə
birmənalı olaraq Ermənistandan öz hərbi qüvvələrini
işğal etdiyi Azərbaycan ərazilərindən
çıxarması, bir milyon azərbaycanlı
qaçqın və məcburi köçkünün öz
doğma torpaqlarına qayıtmasına imkan yaratması tələb
olunub. Azərbaycan tərəfi bu münaqişənin
sülh yolu ilə həllinə daim səy göstərir.
Ölkə Prezidenti İlham Əliyev ərazi
bütövlüyümüzün bərpasına nail
olacağımızı dəfələrlə bəyan edib.
Məhz bunun nəticəsidir ki, dünya ictimaiyyəti Azərbaycanın
haqlı mövqeyini getdikcə daha çox müdafiə edir
və problemin beynəlxalq hüquq normaları çərçivəsində
dinc vasitələrlə həll edilməsində
maraqlıdır. Bütan bunlara baxmayaraq bir daha xatırladaq
ki, bu soyqırımına beynəlxalq miqyasda hələ də
hüquqi qiymət verilməyib.
Alim
Olaylar.- 2017.- 29 mart.-
S.11.