Azərbaycanda məlumat azadlığı

yüksək səviyyədə təmin olunur

 

Müasir dövrdə mətbuat və söz azadlığı cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir.

Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada, dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Çox təəssüf ki, dünyanın bir sıra ölkələrində media orqanlarının fəaliyyətinə qoyulan məhdudiyyətlər paralel olaraq söz və fikir azadlığının boğulmasına gətirib çıxarır. Azərbaycanda isə söz, fikir və məlumat azadlığının mövcudluğu danılmaz faktora çevrilib. Demokratiyanın fundamental dəyərlərindən hesab olunan söz, fikir və pluralizm azadlığı ölkəmizdə günü-gündən inkişaf edir. Azərbaycanda söz və mətbuat azadlığının təminatı istiqamətində  xeyli işlər görülüb desək, heç də fikrimizdə yanılmarıq. Məhz görülən işlərin nəticəsidir ki, hazrda ölkədə müasir dünyanın vacib elementlərindən olan  azad mətbiat və internet mövcuddur. İnternet istifadəçisi olmaq isə o deməkdir ki, hər bir vətəndaş öz fikrini və düşündüyünü azad və rahat şəkildə ifadə edə bilir. Ancaq, bu heç də o anlama gəlmir ki, media və internet istifadəçiləri yaradılmış şəraitdən sui-istifadə hallarına yol versinlər. Nəzərə almaq lazımdır ki, dövlət  öz növbəsində bu sahələrini inkişafına xidmət edən ardıcıl islahatlar həyata keçirir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan media orqanlarını və internet istifadəçilərinın sayına görə bir sıra inkişaf etmiş ölkələri geridə qoyur. Unikal.org-un əməkdaşı Amid Əyyuboğlu bildirib ki, Azərbaycanda söz, fikir və məlumat azadlığı yüksək səviyyədə təmin olunur.  Azərbaycan mətbuatında elektron medianın rolunu gəldikdə A.Əyyuboğlu bildirib ki, bu sahədə də ölkəmizdə inkişaf tendensiyası müşahidə olunur: "XXI-ci əsri rabitə və informasiya texnologiyalar dövrüdə adlandırmaq olar. Bu dövürdə elektron medianın inkişafıda qaçılmazdır. İnsanlar əgər əvvəllər televiziya və qəzetlərdə informasiya əldə etmək üçün saatlarla gözləməli olurdularsa bu gün buna ehtiyac qalmayıb. Təbii ki, insanlar sosial şəbəkələr, elktron ünvanlardan bu informasiyaları saatlarla deyil, saniyə keçmədən tapa bilirlər. Bu üzdən insanlara bir-başa informasiyanın çatdırılmasında bütün dünyada olduğu kimi Azərbaycan mətbuatında da elektron medianın rolu kifayət qədər böyük saymaq olar. Əgər əvvəllər metroda əllərində qəzet tutub oxuyan insanları daha çox görürdüksə hazırda bu telfonla əvəzlənib. Demək olar ki, bu nəqliyyat vasitələrindən istifadə edən insanların 60-70 faizi əllində telfon hansısa informasiya portalarrında, sosial şəbəkələrdə informasiya əldə etdiyinin şahidi oluruq. Bir sözlə  Azərbaycan mətbuatında elektron medianın rolu kifayyət qədər böyük və həmdə bəzən təhlükəlidə hesab etmək olar. Əvvəllər Azərbaycan mətbuatında elektron medianın yeri və çəkisi artmaqda idisə hazırda bu artımı "sel" fəlakəti kimi də görmək mümkündür". Onun sözlərinə görə, bütün sadalananlara baxmayaraq indiyə qədər elektron medianın hüquqi statusunun müəyyənləşdirilməsi təmin edilməyib: "Elektron medianın hüquqi statusunun müəyyənləşdirilməməsi bir sıra fəsadların mövcudluğuna gətirib çıxarır. Hesab edirəm ki, Azərbaycanda digər media orqanları kimi elektron medianın hüquqi statusu müəyyənləşməlidir. Elektron media sanki son illər bir-birindən heçdə fərqlənmir və ən çox insanların psixalogiyasına təsir edən informasiyalar yaymaqdadırlar. Tutaq ki, bir neçə il bundan əvvəl Azərbaycanda indiki kimi intihar halları baş vermirdi. Amma son illər bunun sayında bir qədər artım var. Hesab edirəm ki, bu artımda cüzidə olsa media günahkardır. Məsələn. bir neçə il bundan əvvəl Qarabağ əlili özünü dövlət təşkilatların birinin qarşısında yandırdı. Bu xəbər elektron saytlarda sürətlə artmağa başladı. Artıq vətəndaşlar müvaffiq dövlət qurumlarının laqeyidtsizliyindən çıxış yolu kimi bu təşkilatların qarşısında özlərini yandırmağa və bəziləridə özlərini asmağa başladılar. Hesab edirəm ki, elektron mediada intihar xəbərlərinin gedilməsi müəyyən qədər çərçivəyə salınmalı, bu yoldan çıxış kimi informasiyalara üstünlük verilməlidir. Bu məsələnin birinci tərəfi.  Hazırda Azərbaycanda "Kütləvi İnformasiya Vasitələri Haqqında" qanun mövcududr. Sadəcə olaraq həmin qanuna müəyyən əlavələr edilməli, qanunun müəyyən bəndlərində elektron media ilə bağlı fikirlər əlavə edilməlidir". O, əlavə edib ki, bu ilin fevral ayının 1-də Milli Məclisin plenar iclasında  Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov isə internet medianın problemlərindən danışıb. O, bildirib ki, kimsə domen və hostinq alaraq, internetdə nə istəyir, yazır. Bunlarla əlaqədar məhkəmə müstəvisində addım atmaq çətindir. Gərək, söz azadlığı çərçivəsini aşmasınlar.Ona görə də internet medianın hüquqi statusunu müəyyənləşdirmək lazımdır: "Mən də gənc jurnalist olaraq Şura sədri Əflatun müəllimin fikirləri ilə razıyam.Hesab edirəm ki, Azərbaycanda domen və hostinqin satışı müəyyən çərçivəyə salınmalı, yerindən durana bu müəyyən vəsait ödəməklə verilməməlidir.Sual olunur əgər Azərbaycanda bu mümkün olmassa xaricdə istifadə oluna bilərmi? Hesab edirəm ki, bundan da çıxış yolları var. Fikrimcə Azərbaycan sərhədləri daxilində yaşayan hər bir şəxs istər "az" istərsədə "com" domenindən istifadə edilməsi qadağan edilməli, əks halda icazəsiz, dövlət qeydiyyatından keçməyən bu dömenlər dərhal rabitə və yüksək texnalogiyalar nazirliyi tərəfində  nəzarətə götürülməli və müəyyən texniki yollarla fəaliyyəti dondurulmalıdır. Bu da təbii ki, mətbuata nəzarət edən dövlət qurumunun icazəsi əsasında olmalıdır.Təklif edərdim ki, domenlərin fəaliyyətinə Mətbuat Şurası nəzarət etsin.Dövlət sənədi də dövlətin hüquqi nümayəndəsinin bu təşkilatda olmaqla verilmə proseduru müəyyənləşsin. Əks halda  Azərbaycanda elektron "Vedrə informasiya Agentliyi"nin (VİA.AZ) açılacağını da istisna etmirəm. Əgər indiki halda gedib bu "Agentliyi" fəaliyyət göstərməməsinə dair hər hansı bir tapşırıq verilsə onda deyəcəklər ki, Azərbaycanda söz və mətbuat azadlığı yoxdur.Yaxşısı budur ki, tezliklə ölkəmizdə internet medianın hüquqi statusunu müəyyənləşdirilsin.Digər tərəfdən, onlayn mediaya dövlət tərəfindən maliyyə yardımının ayrılması yaxşı olardı". Onun sözlərinə görə, fikir və söz azadlığından sui-istifadə edən KİV-lərə əvvəlki illərə nisbətən daha az rast gəlinir: " Bütün dünya ölkələrində olduğu kimi bu cür xoşagəlməz hallar Azərbaycanda da  mövcuddur. Ən yaxşı yolu konkret say xəbərdarlığı qoyulmalı, əks halda bu sayı keçənlər cəzalandırılmalıdır. Amma ilk səhv addım atan kimi bunun edilməsinin əleyhinəyəm". Onun sözlərinə görə, informasiyanın əlçatanlığı hər bir cəmiyyətdə inkişafın zəruri elementlərindəndir. Xüsusən də vətəndaşların onları idarə edən hökumətin, dövlət orqanlarının fəaliyyəti barədə məlumatlı olması həm şəffaflığın təmin edilməsi, həm də problemlərə daha adekvat reaksiya verilməsi üçün çox vacibdir. Bu məsələlərdə KİV-in xüsusi rola malik olduğu hamıya bəllidir. Media bu məsələri aktullaşdırmaqda, təşviq etməkdə vətəndaş cəmiyyətinə böyük töhfələr verir. Eyni zamanda, KİV-in bu fəaliyyəti islahatlar üçün ictimai etimad mühitinin yaradılmasına xidmət edir.

Xatırladaq ki, Azərbaycanda söz və fikir azadlığının təminatı üçün kifayət qədər imkanlar mövcuddur. Kütləvi informasiya vasitələrinin qeydiyyatından başlamış sosial şəbəkələrə, internetə çıxış və ən nəhayət bu sahədə yaranan münasibətləri tənzimləyən təkmil qanunvericilik bazasının olması  jurnalistlərin sərbəst fikir ifadə etmələrinə hesablanıb. İnsafən qeyd etməliyik ki, media nümayəndələri onlar üçün yaradılmış bu imkanlardan yetərincə yararlanırlar. Ölkədə senzuranın aradan qaldırılması, KİV orqanlarının dövlət qediyyatının sadələşdirilməsi mövcud imkanları daha da artırmış olur. Paralel olaraq  Azərbaycan Respublikasının Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi  kimi təsbit edilmişdir. Bu məqsədə nail olmaq və müvafiq hüquqi mexanizmlər yaratmaq üçün dövlətin siyasi-hüquqi və iqtisadi  potensialından tam istifadə edilməsi sahəsində ciddi tədbirlər görülür. Bu isə o deməkdir ki, Azərbaycanda  demokratik cəmiyyətlərə xas olan institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılmışdır. Təkcə ölkədə fəlaiyyət göstərən çap və elektron medianın sayı deməyə əsas verir ki, bu məmləkətdə sözün həqiqi mənasında söz və fikir azadlığı təmin olunur. Üstəlik, media işçilərinin  sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə ardıcıl olaraq jurnalistlər arasında fərdi yazı müsabiqələri keçirilir, ictimai rəyə təsiri olan media orqanlarına yardımlar ayrılır. Sözssüz ki, atılan bu addımlar media orqanlarının müstəqil fəaliyyəti üçün maliyyə mənbəyi rolunu oynayır.  Bir sözlə, siyasi hakimiyyət  media azadlığının inkişaf etdirilməsinə yönəlik müxtəlif proqramlar gerçəkləşdirir ki, bu da medianın inkişaf tempinə əlavə stimul verir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2017.- 30 mart.- S.15.