Qeyri-neft sektorunun inkişafı

dövlətin əsas prioritetidir

 

Azərbaycanın kənd təsərrüfatı məhsulları ixrac edən ölkəyə çevriləcək

 

Azərbaycan bir neçə ildir ki, qeyri-neft sektorunun inkişaf etdirilməsini qarşısına başlıca məqsəd olaraq qoyub. Etiraf etmək lazımdır ki, ötən illərdə bu sahədə ciddi uğurlar da əldə edilib. Məhz elə bunun göstəricisi idi ki, 2015-ci ilin sonlarından dünyada neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsindən sonra yaranan iqtisadi böhran Azərbaycana minimum səviyyədə təsir göstərdi. Günümüzdə bu sektorun inkişafı əsas diqqət mərkəzindədir. Elə ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Saatlı rayonuna səfəri çərçivəsində ölkədə pambıqçılığın inkişafına dair keçirilən müşavirə bunu bir daha təsdiqləyir. Bu həm ölkədə kənd təsərrüfatının inkişafına ciddi diqqət yetirildiyinin göstəricisidir. Dövlət başçısının iştirakı ilə Saatlı rayonunda keçirilən müşavirə həm ölkənin biznes strukturlarına, sahibkarlara ünvanlanan xoşməramlı bir mesaj idi. Prezident müşavirədə çıxışı zamanı da qeyd etdi ki, sahibkarlara dövlət qayğısı bundan sonra da davam edəcək. Onlar da öz növbəsində kənd təsərrüfatının inkişafında yaxından iştirak etməlidirlər.

Elə millət vəkili İqbal Məmmədov da bu qənaətdədir. O, bildirib ki, hər bir ölkənin əsas inkişaf dinamikasını şərtləndirən, istiqamət verən sənaye və kənd təsərrüfatıdır. Millət vəkilinin sözlərinə görə, əhalisinin təqribən yarısı bölgələrdə yaşayan ölkəmizdə ərzaq təhlükəsizliyinin aradan qaldırılması, vətəndaşlarımızın ərzağa olan daxili tələbatını başlıca olaraq öz potensialımız hesabına qarşılaya bilməmiz üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə bu gün mühüm islahatlar həyata keçirilibbu istiqamətdə işlər davam etməkdədir: "Bilidiyiniz kimi cənab Prezidentin imzaladığı sərəncamla 2015-ci il ölkəmizdə "Kənd təsərrüfatı ili" elan edilmişeyni zamanda öz çıxışlarında Azərbaycan üçün hər ilin "Kənd təsərrüfatı ili" kimi qəbul edilməsinin vacibliyini qeyd etmişdir. Ölkəmizdə aqrar sahəyə qoyulan investisiyaların həcmi hər il mütəmadi olaraq artmaqdadır. Dövlət tərəfindən kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara xüsusi kreditlər, subsidiyalar verilməkdə, eyni zamanda əkinçilər güzəştli şərtlərlə texnika və gübrə ilə təmin edilməkdədirlər. Hətta artıq ölkəmizdə kənd təsərrüfatı avadanlıqlarına olan ehtiyyacın qarşılanması məqsədi ilə bu avadanlıqları istehsal edən yerli müəssisələrimiz də fəaliyyətə başlamışdır. 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair, Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı, Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün, 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair dövlət proqramları qəbul edilmişuğurla həyata keçməkdədirlər. Kəndçinin, əkinçiliklə məşğul olmaq istəyən vətəndaşlarımızın torpaqla təmin edilməsi və vergilərdən azad edilməsi islahatlarını xüsusi ilə qeyd etməliyəm. Hətta yaxın zamanda Azərbaycanın kənd təsərrüfatı məhsulları ixrac edən ölkəyə çevriləcəyinə şübhə etmirəm. Gördüyünüz kimi, bu sahədə atılan addımlar və görülmüş islahatları saymaqla qurtarmaq olmaz və bunların hamısını sadəcə alqışlamaq lazımdır". İqbal Məmmədov qeyd edib ki, ölkəmizin rəqabətədavamlı inkişafının təmin edilməsində qeyri-neft sektorunu vacib amil kimi önə çəkən dövlət başçımızın bu məqsədlə izlədiyi siyasət və apardığı islahatlar, iqtisadiyyatın şaxələndirilməsini reallığa çevirib: "Rəqabətədavamlılığın təmin edilməsi və yerli istehsalçılarının iqtisadi maraqlarının müdafiəsi məqsədi ilə ötən il "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun qəbul etdik. Bu qanun ölkəmizin iqtisadi marağının üstünlüyü çərçivəsində çox böyük önəmə malikdir. Cari ilin yanvar ayında Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da möhtərəm prezidentimiz sənayeləşmə, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı nəticəsində böhranlı ildə qeyri-neft sənayemizin 5 faiz artmasının çox böyük göstərici olduğunu qeyd etmişdir". Millət vəkili onu da diqqətə çatdırıb ki, bu gün ölkəmizdə möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərindən biri sözsüz ki, sahibkarlığın inkişafı mövzusudur: "Ölkə başçısı tərəfindən "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" devizi altında biznesinvestisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilmiş, təsdiq edilmiş strateji yol xəritələrində cari, ortauzun müddətli dövr üçün iqtisadiyyatın əsas sektorları üzrə inkişaf hədəfləri və istiqamətləri müəyyən edilmiş, xüsusi ilə sahibkarlara geniş dəstək verilərək iqtisadi islahatlar davam etdirilmişdir. Bu baxımdan hüquqi bazanın təkmilləşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi istiqamətlərində nəzərəçarpacaq dərəcədə geniş miqyaslı işlər həyata keçirilib. Sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və yoxlamaların iqtisadiyyatımızın inkişafına göstərdiyi mənfi təsirləri və bu sahədə çoxsaylı şikayətləri əsas götürən cənab Prezident, güclü siyasi iradə nümayiş etdirərək "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Milli Məclisə qanun layihəsi göndərdi və müzakirə olunaraq 2015-ci ilin oktyabr ayında 2 il müddətinə yoxlanılmaların dayandırılması ilə bağlı qanun qəbul edildi. Eyni zamanda, son illərdə istər kənd təsərrüfatının inkişafı, istərsə də sənayeləşmə istiqamətində qanunvericilik bazası daha da mükəmmələşdirilmiş, biznes mühitinin inkişafında sahibkarlar üçün xüsusi əngəl törədən lisenziyalar və icazələr təkmilləşdirilərək müvafiq qanun qəbul edilmişdir. Həmçinin ixrac potensialımızı inkişaf etdirmək, xarici ölkələrlə və şirkətlərlə qarşılıqlı faydalı ticarət əlaqələrini genişləndirmək, ölkəmizə xarici valyuta axımını təmin etmək məqsədi ilə yerli istehsalçılar və fermerlərə xüsusi dəstək göstərilməsi istiqamətində yeni qanunlar qəbul edilmişbu sahədə dövlət siyasəti uğurla həyata keçməkdədir". Müharibə şəraitində yaşayan bir ölkə kimi Azərbaycanın ərzaq, yaxud qeyri-ərzaq olmasından asılı olmayaraq, istənilən strateji məhsulların müəyyən ehtiyatlarına sahib olmasını vacib amil hesab edən millət vəkili bildirib ki, ötən dövr ərzində Prezidentin sərəncamı ilə ölkəmizdə taxil fondu yaradıldı və müxtəlif kənd təsərrüfatı anbarlari, soyuducular inşa olundu: " Ümumiyyətlə, milli iqtisadiyyatımızın inkişafında dönüş yaradılmasına nail olmaq istəyiriksə strateji əhəmiyyətli məhsullar daim diqqət mərkəzimizdə olmalıdır. Milli Məclisdə strateji məhsulların demək olar ki, hamısı haqqında ayrılıqda qanunlar qəbul olunmuşdur. Taxılçılıq, üzümçülük, çayçılıq, pambıqçılıq və s. haqqında qanunlardan bəhs etmək mümkündür. Təcrübə göstərir ki, bu sahələrdə qəbul edilmiş qanunlardan sonra ölkəmizdə bu məhsulların əkilib-becərilməsi, yüksələn istiqamətdə inkişafı prosesi izlənməkdədir. Təkcə ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyətə malik olan taxılçılıq yönündən baxarsaq son dövrlərdə taxıl istehsalının artması özünütəminetmə səviyyəsinin yüksəlməsinə və ölkəmizin idxala olan asılılıqdan qurtarılması istiqamətində mühüm yol qət etmişdir. Zənnimcə bütün məhsulların ayrı-ayrılıqda əhəmiyyətindən və bu sahələrin inkişafında qəbul edilmiş qanunların rolundan danışmaq artıq olar".

 

Məhəmməd

 

Olaylar.- 2017.- 30 mart.- S.6.