Ermənilərin böyük bir coğrafiyanı

əhatə edən soyqırım siyasəti

 

Bu günlərdə xalqımız ağrı-acı hissi ilə 31 mart-Azərbaycanlıların Soyqırım Gününü qeyd edir. 100 ilə yaxın tarixə malik olan bu soyqırımın dünyaya çatdırılması istiqamətində müvafiq işlər görülsə də, lakin dünya birliyi bunu görməməzlikdən gəlir. Necə ki, Xocalıda həyata keçirilən soyqırıma da eyni münasibət bəslənilir.

 

Tarixi faktlara nəzər salsaq görərik ki, 1918-ci ilin mart soyqırımı böyük bir coğrafiyanı əhatə edib. Ermənilər azərbaycanlılara qarşı soyqırımı təkcə şimalda deyil, eləcə də cənubda da həyata keçiriblər. AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Əkrəm Rəhimli qeyd edir ki, 1918-ci ildə baş vermiş soyqırımın miqyası quzeyli-güneyli Azərbaycanın geniş bir ərazisini əhatə etmişdi. Onun sözlərinə görə, Güney Azərbaycandakı türklərə qarşı ermənilərin törətdikləri soyqırım Türkiyədən zaman-zaman köçüb gəlmiş xristian aysorularına (Türkiyənin cilovlar bölgəsindən gəldikləri üçün "cilovlar" adlanır) köməkliyi ilə həyata keçirilmişdi: "Güney Azərbaycanın qərb bölgəsində böyüklü-kiçikli 12 şəhər yerləşir.Bu şəhərlər cənubdan Başçöl (Sərdəşt), şimaldan Maku arasındadır. O ərazidə 1000-dən çox kənd və yaşayış məntəqəsi vardır. Bölgənin türklərdən ibarət olan iri şəhərləri Urmiya, Xoy, Salmas, Maku, Qoşaçay, Sulduzdur. XIX əsrin əvvəllərinə qədər (1828-ci il "Türkmənçay" bağlaşmasınadək) bu bölgədə yaşayan az miqdar xristian icmasında ermənilər cəmi bir neçə ailədən ibarət olsa da, sonrakı illərdə onların İrandan quzey Azərbaycana köçü zamanı bir çox erməni ailəsi Cənubi Azərbaycanın səfalı və münbit torpağı olan bölgəsində yerləşmişdi. XX əsrin əvvəllərində bu bölgədə onların sayı tədricən artaraq 30 min nəfərə çatmışdı. 1918-ci ildə türklərə qarşı "xristian müharibəsi" elan etmiş ermənilərə qoşulan gəlmə aysoruların sayı isə Əhməd Kəsrəvinin yazdığına görə, 12 min ailədən çox olmamışdı. Beləliklə, 1918-ci il soyqırımı ərəfəsində Cənubi Azərbaycanın qərb bölgəsindəki erməni və aysoruların uşaqlı-böyüklü sayı yüz min nəfərdən çox olmamışdı. Halbuki həmin dövrdə təkcə Urmiyadaonun ətrafında yaşayan türklərin sayı 150 min nəfərdən çox imiş. Ürəklərində insansevərlik hissləri yaşadan yerli əhali istər ermənilərə, istərsə aysorulara rəhm edib, öz ərazisində onlara sığınacaq verməklə, insani münasibət göstərmişlər. Gəlmələrə həmişə hörmət etməyi həm milli-əxlaqi və həm də dini vəzifə kimi dəyərləndirən türklər Azərbaycanın qərb bölgəsinə pənah gətirib burada özünə sığınacaq tapmış ermənilər və aysorulara bacardıqları qədər yardım göstərmişlər. Lakin onlar az zaman kəsiyində türkün səxavətinə qarşı özlərinin rəzil və xəyanətkar simalarını göstərməkdən çəkinməmişlər. Xarici xristian qüvvələrin fıtvası və köməkliyi ilə təpədən-dırnağa qədər silahlanmış erməni- aysoru birləşmələri torpağın sahibi olan insanları öz ata-baba ocağından qovub, orada xristian erməni dövləti yaratmaqsonra isə onu xəyalı "böyük Ermənistan"ın bir parçası etmək fikrinə düşürlər. Birinci Dünya müharibəsinin son illərində bolşeviklərin köməyi və daşnakların fitvası ilə Cənubi Qafqazdakı ermənilər "Dənizdən-dənizə, böyük Ermənistan" yaratmaq fıkrini ortaya atdılar. Emənilərə və aysorulara hər cəhətdən köməklik edib onlara istiqamət verən Rusiya və qərb dövlətləri Azərbaycan türklərinə qarşı soyqırım əməliyyatını Arazın hər iki sahilində eyni vaxtda aparılmasını məsləhət görmüşlər. Azərbaycanın quzeyində bu fitnəkarlıq Şaumyan-Mikoyan bolşevik dəstəsi və onların çevrəsindəki daşnaklar vasitəsi ilə icra edilmişdirsə, güneydə bu missiyanı Rusiya-Fransa-İngiltərə və ABŞ diplomatik dairələri və bu bölgədəki dini, mədəni, iqtisadi fəaliyyətlə məşğul olan xristian missioner təşkilatları icra etmişlər". AMEA rəsmisi bildirib ki, Güney Azərbaycanın qərb bölgəsində aborigen türklərə qarşı gəlmə erməni-cilov hərbi birləşmələrinin hücumu 1918-ci ilin fevralından başlayıb, həmin ilin iyulunadək fasiləsiz davam edib: "İlk soyqırım əməliyyatı şəhərlərin ətrafındakı kəndlərdən və yaşayış məntəqələrindən başlanmışdı. 1918-ci ilin martınadək onlarla kənddə kütləvi qırğın olmuş, erməni-aysoru cəlladlarının əli ilə minlərlə insan qətlə yetirilmiş, evlər, dükanlar, hətta məsciddəki əşyalar, mal-heyvan talan edilmiş və evlərə od vurulmuşdu. Erməni cəlladlarının Arazın o tayından gələn təlimatçıların və bölgədəki xarici təsisatların, diplomatların, kommunist Rusiyasına qayıtmaqdan imtina etmiş hərbçilərin köməyi ilə kütləvi hücum planı gizli hazırlandığından əhali baş verəcək fəlakətdən tam xəbərsiz olmuşdu. Digər tərəfdən, qarşı tərəfə cavab vermək üçün yerli əhalinin ixtiyarında heç quş tüfəngi də yox idi. Hərbi təlim cəhətdən də qarşı tərəf çox-çox güclü olmuşdu. Belə bir şəraitdə 1918-ci il martın hələ ilk günlərində Urmiyada, Salmasda başlanan qırğınlarda 10 min nəfərdən çox əhali-qadın, qoca, uşaq, dinelm xadimləri qətlə yetirilmişdi. Novruz bayramı ərəfəsində evlərə soxulmuş erməni-cilov bandaları tərəfindən qadınların ziynət əşyalarını qarət etmiş, əhalini evlərindən zorla çıxarıb şəhərdəki karvansaralara doldurmuşlar. Kişilərin doldurulduğu karvansaraya od vurulub, insanlar dirigözlü yandırılmışdı. Qadınların, qız uşaqlarının ismətinə təcavüz edilmişdi. Bu cinayətləri törədənlər içərisində Ermənistandan İrəvan-Naxçıvan-Culfa yolu ilə gəlmiş quldur dəstələrinin başçıları Artuş, Yeqor, Hamparsun, Arşaq adlı qatillər öz qəddarlıqları ilə daha artıq fərqlənmişlər. Mənbələrdə Urmiyanın təkcə "Köhnə şəhər" adlanan məhləsində 110 insanın vəhşicəsinə qətlə yetirildiyi qeyd olunmuşdur. Əhməd Kəsrəvi öz əsərində bu faciəni belə təsvir edir: "Qadınları bir, kişiləri başqa karvansaraya doldurmuşlar. İnsanlar aclıqdan, susuzluqdanqorxudan taqətsiz hala düşmüşlər. Onların var-yoxu talan edilmiş, komalarına od vurulmuşdu. Bir neçə hamilə qadın uşaq salmışdı. Ağır vəziyyətdə olan bu zərif məxluqlara da rəhm edilməmişdi". Əkrəm Rəhimlinin sözlərinə görə, Güney Azərbaycanın Qərb bölgəsində erməni-aysoru xristian birləşmələrinin Urmiyada dinc müsəlman türk əhalisinə qarşı çox qəddarlıqla nəticələnən basqını 1918-ci ilin Novruz bayramına iki gün qalmış, axır çərşənbə axşamı olmuşdu: "Urmiya şəhərinin idarə olunmasını ələ keçirən ermənilər "məsləhət şurasında" Vaçik Stepanyan adlı qatili baş komandan, Petrosu isə jandarm rəisi təyin etdikdən sonra Novruz bayramı ərəfəsində "qara çərşənbə əməliyyatı" başlanmışdı. Ermənilər yaxşı bilirdilər ki, azərbaycanlı türklər ilin axır çərşənbəsini hərə öz evində qeyd edir. Buna görə "baş komandan" Vaçikin belə bir əmri Urmiya əhalisinə çatdırılmışdı ki, "48 saat ərzində kim silahını könüllü təhvil verməsə, o, axır çərşənbə axşamı evindəcə güllələnəcək. Silah axtarmaq adı ilə evlərə soxulan erməni-cilov bandaları müxtəlif bəhanələrlə kişiləri evindəcə güllələyib, qiymətli əşyaları talan edib aparmışlar.

Axır çərşənbədə qətlə yetirilən insanların və talana məruz qalmış evlərin sayı minlərlə olmuşdu. Həmin qanlı olay Urmiyadakı soyqırım tarixinə "Qara çərşənbə" kimi daxil olmuşdu. Həmin dövrdə Urmiyadakı qanlı olayların şahidi olmuşsonra bu olayları əks etdirmiş müəlliflərin yazılarına istinad etsək, 1918-ci ilin mart ayında olan ilk hücumlarda Urmiyadaonun ətrafındakı yaşayış məntəqələrində erməni-aysoru cəlladlarının əli ilə qətlə yetirilmiş insanların sayı minlərlə olmuşdu. Salmas, Xoy, Sulduz və digər məntəqələrdəki qətllərə nisbətən Urmiyada faciənin miqyası daha geniş və sayı çox olmuşdu. Urmiyadakı "əməliyyatlarının" uğurla keçməsindən məmnun qalmış cəlladlar SalmasXoy şəhərlərinə doğru irəliləməyə və buradakı şəhər, rayon və kəndləri ələ keçirməyə və bununla da, bölgəni türklərdən tam təmizləməyə can atmışlar. 1918-ci il aprelin 20-də xristian erməni-aysoru qoşunu tərəfindən Salmas şəhəri və onun mərkəzi sayılan Dilməqan işğal edilmiş, yüzlərlə ev yandırılmış, dükanlar talan edilmiş, minlərlə uşaq, qadın, qoca qətlə yetirilmişdi. Qatillərin əlindən canını xilas etmək üçün əhali qaçaraq dağa-daşa üz tutmalı olmuşdu. Salmasdakı "qələbə"dən sonra qatillər XoyMakuya tərəf yollanmışlar. Urmiyada və Salmasdakı "qələbə" xəbəri Ermənistandakı daşnaklara çatar-çatmaz, onlar türklərə qarşı amansızlıqda ad çıxarmış Andronikin başçılığı altında 10 minlik erməni Naxçıvan-Culfa-Mərənd yolu ilə Xoya doğru yollanmışlar. Andronikin dəstəsi qərb kölgəsinin türklərdən tam təmizlənəcəyinə o qədər arxayın idilər ki, 10 minlik erməninin 8 min nəfəri ailələrini də özləri ilə aparmışlar ki, "fəth" olunmuş ərazidə onları öz yurd-yuvasmı tərk etmək məcburiyyətində qalmış türklərin evlərində yerləşdirmək fıkrində idilər. Andronikin silahlı dəstəsinin köməyi ilə Xoya hücum çəkmiş qatillər əvvəl hər cəhətdən qeyri-bərabər olan döyüşdə uğur qazansalar da, Xoy ağsaqqalar şurasının məsləhəti ilə müdafiə dəstələrinin yaradılması, şəhərdəki qala darvazalarının bağlanması şəhəri ələ keçirməsinə mane olmuşdu. Xoyun müdafiəsi və xüsusən, bu işdə Xoylu qadınların şəhərin müdafiəçilərinə köməkliyi bu olaylardakı qanlı səhifələrin qəhrəmanlıq dastanıdır. Bu dastan neçə-neçə romanın, fılimin, dram əsərinin, aşıq söhbətlərinin mövzusu ola bilər və olmalıydı". Natiq deyib ki, Salmasın və Xoyun düşmən əsarətinə tam düşəcək xəbərini eşidən Türkiyədən gələn nicat ordusu Urmiyadan erməni-aysoru quldur dəstələrini pərən-pərən saldıqdan sonra 1918-ci ilin iyun ayının əvvəlində SalmasXoyun köməyinə gəldilər. Onlar düşmənlə döyüşdə qurbanlar versə də, son hesabda XoySalmasdan erməni-aysoru cəllad və qarətçi dəstələrini qovmağa müvəffəq oldular. Bu böyük xilaskarlığa görə qərb bölgəsinin soyqırıma məruz qalmış əhalisi qardaş Türkiyənin xilaskar ordusunun qardaşlıq köməyini həmişə minnətdarlıqla yad edirlər.Məğlubiyyətə uğramış və əlləri hər yerdən üzülən Andronikin quldur dəstəsi Arazın şimal sahilinə qaçmaq məcburiyyətində qalır. Erməni-aysorulardan ibarət başqa bir dəstə Urmiya gölündəki rus qayıqlarına doluşub, Şərəfxanaya (Təbrizin yaxınlığında) yollanmaq istərkən gölün şor sularına qərq edilir. Beləliklə, 1918-ci ilin fevralında başlanan soyqırım iyunun sonunda başa çatsa da, yerlərdə qarşıdurmalar davam etmişdi. Güneydəki tarixi faciədən bəhs edən kitablarda, məqalə, xatirə, memuararxiv sənədlərində 150 min soydaşımızın qətlə yetirildiyi, yüzlərlə evin, karvansara, məscid və ziyarətgahın yandırıldığı, 300-dən çox kəndin və yaşayış məntəqəsinin yerlə-yeksan edildiyi, bölgənin ruhani ağsaqqallarının, qadınların (hətta hamilə qadınların), uşaqların qəddarcasına qətlə yetirildiyi qeyd olunur. İranın orta məktəb dərsliklərində bu bölgədə 63000 nəfərin qətlə yetirildiyi yazılsa da, öldürülənlərin milli kimliyi bildirilmir".

 

Füzuli

 

Olaylar.- 2017.- 30 mart.- S.7.