“Azərbaycan ədəbiyyatı özbək dilində”

layihəsinin təqdimatı keçirilib

 

Martın 29-da Prezident Kitabxanasında "Azərbaycan ədəbiyyatı özbək dilində" layihəsinin təqdimatı keçirilib. Təqdimatı açan Kitabxananın direktoru Mayıl Əhmədov qeyd etmişdir ki, iki ölkə arasında inkişaf etmiş siyasi münasibətlərlə yanaşı, Azərbaycan və özbək xalqları arasında dərin köklərə malik olan mədəni-ədəbi əlaqələr də genişlənməkdədir.

 Bu əlaqələrin bariz nümunəsi olaraq, Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin və onun nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihə çərçivəsində Azərbaycan ədəbiyyatının klassikləri, Azərbaycanın müasir şair və yazıçılarının əsərləri, eləcə də Azərbaycanın tarixi və ictimai-siyasi həyatından bəhs edən kitablar özbək dilinə tərcümə edilmişdir. 24 adda müxtəlif mövzulara dair özbək, Azərbaycan, türkrus dillərində nəşr edilmiş bu kitablarla yanaşı bir neçə Azərbaycan filmidublyaj olunaraq özbək qardaşlarımızın istifadəsinə verilmişdir: "Fikrimizcə, bu nəşrlərin Özbəkistanın bütün kitabxanalarına göndərilməsi işi də təşkil olunmalıdır. Bu nəşrlərin elektron variantı isə Prezident Kitabxanasının saytı vasitəsilə də internet istifadəçilərinə təqdim ediləcəkdir. İnanıram ki, Özbəkistanda qazanılmış bu gözəl təcrübə digər ölkələrdəki təmsilçiliklərimiz üçün də yaxşı örnək olacaqdır".Onun sözlərinə görə, "Azərbaycan ədəbiyyatı özbək dilində" layihəsi məhz Azərbaycanla Özbəkistan arasında ictimai-siyasi və mədəni əlaqələrin yüksək səviyyədə olmasının bariz təzahürüdür: "Azərbaycan və özbək xalqları arasında tarixi köklərə malik dərin mədəni-ədəbi əlaqələr mövcuddur. Bu əlaqələr XX əsrin sonlarında hər iki respublikanın dövlət müstəqilliyinə yenidən qovuşmalarından sonra daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycanın haqq işinin müdafiə edilməsində Özbəkistan dövləti həmişə bizim  yanımızdadır.  Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi dövlətlərimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edən çoxsaylı layihə və tədbirlər həyata keçirməkdədir.Təqdim edilən "Azərbaycan ədəbiyyatı özbək dilində" layihəsi həmin silsilədən olan tədbirlərdən biridir". Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev iki dövlət arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi sahəsində görülən işlər və perspektivlər haqqına ətraflı məlumat vermişdir: "Bu layihə böyük bir təşəbbüsün nəticəsidir. Çünki, Azərbaycan mədəniyyəti, tarizi və ədəbiyyatının yayılması xarici siyasətimizdə ciddi uğurlara səbəb ola bilər. Hesab edirəm ki, bu təcrübə difər ölkələrdəki səfirliklərimizdə də davam etdirilməlidir". Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinın direktoru Samir Abbasov bildirib ki, həyata keçirilən layihələr çərçivəsində Özbəkistanın müxtəlif mədəniyyət və təhsil ocaqlarında Azərbaycan guşələri və otaqları yaradılıb. Azərbaycan Mədəniyyət Mərkəzinın təşəbbüsü ilə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzi, Özbəkistan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyli adına Azərbaycan-Özbəkistan Musiqi Mədəniyyəti Mərkəzinin fəaliyyətə başlayıb. "Görkəmli şəxsiyyətlərin həyatı" silsiləsindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr edilmiş ViktorAdrianovHüseynbala Mirələmovun müəllifləri olduqları "Heydər Əliyev" kitabı özbək dilində çap edilmişdir. S. Abbasov bildirmişdir ki, Azərbaycan kəlağayılarına həsr olunmuş tədbirlər yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan kino sənətinin təbliğinə də xüsusi diqqət yetirilimiş, "Bəxt üzüyü" və "Yol əhvalatı" kinokomediyaları, 4 cizgi filmi özbək dilinə dublyaj olunmuşdur. Özbəkistan mətbuatında Azərbaycanın təbliği və tanıdılması istiqamətində görülən işlər barədə danışan Samir Abbasov bildirmişdir ki, hər il Özbəkistan KİV-lərində Azərbaycan haqqında "İlin ən yaxşı məqaləsi" müsabiqəsi elan edilirilin yekununda Mədəniyyət Mərkəzində müsabiqənin qaliblərinmükafatlandırılmasımərasimi keçirilir. Təqdim olunan kitablar və Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən "Kitab layihələri" haqında ətraflı məlumat verərək S. Abbasov qeyd etmişdir ki, Azərbaycan və Özbəkistan arasında mədəni-ədəbi əlaqələrin dərinləşdirilməsi sahəsində aparılan elmi araşdırmalar səfirliyimiz tərəfindən daim dəstəklənir. 2016-cı ildə özbək alimi, professor Saodat Muxammadovanın tərtibçisi olduğu "Özbək və Azərbaycan müasir poeziyasının xüsusiyyətləri" adlı kitabı çap olunub. Kitabın əsas üstün cəhəti Azərbaycan şairlərinin şerlərinin özbək dilində, özbək şairlərinin şerlərinin isə Azərbaycan dilində tərcümələrindən nümunələrin verilməsidir. Bundan əlavə, "Özbək-Azərbaycan, Azərbaycan-özbək" danışıq kitabçası, Xalq yazıçısıAnarın seçilmiş əsərlərindən ibarət "Mən, sən, otelefon" adlı kitabı Daşkənddə çap edilmişdir. Özbəkistanın xalq şairi Camal Kamalın tərcüməsində Azərbaycanın dahi şairi Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan 5 əsərin ayrı-ayrılıqda özbək dilinə tərcümə olunması ilə bağlı müvafiq razılıq əldə olunmuş və artıq 2 əsər - "Sirlər xəzinəsi" və "Leyli və Məcnun" özbək dilinə tərcümə edilmişdir. Son üç il ərzində Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə "XX əsr Azərbaycan şeiriyyəti antologiyası", "Azərbaycan mədəniyyəti qardaş Özbəkistanda", "Azərbaycan yazıçılarının hekayələri", "Müasir özbək və Azərbaycan poeziyasının xüsusiyyətləri", Nizami Gəncəvinin "Maxzanu-ulasror" ("Sirlər xəzinəsi)", "Ozarbayjoningmadaniymerosi: ÊóëüòóðíîåíàñëåäèåÀçåðáàéäæàíà", Məhəmməd Füzulinin "Kalbkovhari", "Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri" kitabları, Nizami Gəncəvinin "Xəmsə"si, Müasir Azərbaycan şairlərinin şeirləri, tarix elmləri doktoru, professor Əli Həsənovun "Geosiyasət" monoqrafiyası, Yunus Oğuzun "Sultan Alp Arslan", "Şah arvadı və cadugər" romanları, gənc yazar Pərvin Nurəliyevanın "Qar yağacaq" hekayələr kitabı özbək dilinə tərcümə edilərək çap edilmişdir. Tədbirdə çıxış edən millət vəkili Siyavuş Novruzov qeyd edib ki, Azərbayacanın mədəniyyəti, tarixi və ədəbiyyatı baxımından belə  layihələrin həyata keçirilməsi vacibdir. Çünki, incəsənət və ədəbiyyat vasitəsilə edilən təbliğat daha səmərəli olur: "Özbəkistanla Azərbaycan arasında siyasi, iqtisadi və mədəni əlaqələr yüksək səviyyədədir. Eyni zamanda, gözəl diplomatik əlaqələr mövcuddur. Çünki biz eyni kökdən gələn xalqlarıq. Özbəkistan az ölkələrdəndəir ki, orada Ermənistanın səfirliyi fəaliyyət göstərmir. Bu ölkədəki səfirimiz də Azərbaycanın xarici siyasətini yüksək səviyyədə icra edir. İstənilən ölkədə səfirin yerində olması, düzgün xarici siyasət aparması Azərbaycanın xeyrinədir". Yazıçılar Birliyinin sədri Anar Rzayev qeyd edib ki, Özbəkistanla Azərbaycanı tarixi və mədəni əlaqələr bağlayır: "Bu ölkə Azərbaycana qarşı dost siyasəti yürüdür. Xalqların yaxınlaşmasında isə ədəbiyyatın təbliğinin böyük əhəmiyyəti var. Ölkəmiz haqqında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılması istiqamətində səfirin rolu danılmazdır". Yazıçı-publisit Yunus Oğuz qeyd edib ki, istər Azərbaycanın Özbəkistandakı səfirliyinin, istərsə də  səfirliyin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinın fəaliyyəti olduqca şəfafdır. İstənilən soydaşımız sərbəst şəkildə səfirlə görüşüb dərdini deyə bilər. Eləcə də  Azərbaycan Mədəniyyət Mərkəzi ölkə prezidentinin mədəniyyətin təbliği ilə bağlı siyasətini uğurla həyata keçirir: "Özbəkistanda haradan bilərdilər ki, mən Əmir Teymur haqqında kitab yazmışam. Təbii ki, bu məsələlərin Özbəkistan vətəndaşlaına çatdırılmasında Mədəniyyət Mərkəzinin xüsusi rolu var". Y.Oğuz qeyd edib ki, Azərbaycanla özbək xalqlarının mədniyyəti bir-birinə o qədər yaxıındır ki, onların qarşılıqlı tanıdılması xalqların da yaxınlaşmasına imkan yaradır: "Məni Özbəkistanda rus dilində danışmağa qoymadılar. Dedilər ki, sən Azərbaycan dilində danış, biz başa düşəcəyik. Məhz belə məsələlər imkan verir ki, Azərbaycanla Özbəkistan arasında mədəni və ədəbi əlaqələr daha da inkişaf etsin".  Daşkəndin "Yangi asr avlodi" nəşriyyatında tanınmış özbək yazıçı-publisisti Şöhrət Salamov qeyd edib ki, layihə çərçivəsində özbək dilinə tərcümə edilən kitabların hər biri Özbəkistanda sevilən kitaba çevrilib: "Xüsusən, yazıçı-publisist Yunus Oğuzun Əmir Teymir, Alp Arslan kitabları Özbəkistanda ən çox sevilir. Ümumiyyətlə Özbəkistanda Azərbaycanı çox sevirlər. Azərbaycan kinolarına xüsusi maraq var. Xüsusən,  "Arşın mal alan" və "Qaynana" filmləri ən çox izlənilir. Bu filmlər Özbəkistanda Azərbaycandan çox nümayiş etdirilir". Sonda "Daşnaklar Fərqanədən Qarabağadək" sənədli filmi nümayiş etdirilir. Filologiya elmləri doktoru Ramiz Əskər bildirib ki,Azərbaycan bütün türk dünyasının zacibə mərkəzidir: "Bütün türk dünyasında Azərbaycanın izi görünür. Ona görə də Azərbaycanı bütün türk dünyasında sevirlər.Məhz bu baxımdan türk dünyası ilə elmi və mədəni əlaqələr genişlənməlidir". 

 

Alim

 

Olaylar.- 2017.- 30 mart.- S.9.