Kitabxana və arxivlərdən
tanıdığım ziyalı - köhnə dost
Qulam Məmmədli-120
Qulam Məmmədlini 25-30 il bundan
qabaq Azərbaycanda ziyalıların çoxu
tanıyırdı. M.F.Axundov
adına Respublika Kitabxanasında, Azərbaycan SSR EA Əlyazmalar İnstitunda onula tez-tez rastlaşardım. Çoxlarını yaxşı
tanımasa da, o, hamı ilə səmimi görüçər,
hal-əhval tutardı.
Qulam Məmmədli
maraqlı müsahib idi.Onu mətbuat rariximizin canlı ensiklopediyası hesab edərdik.Mübahisəli məsələlərdə
həmişə onun fikri əsas sayılardı.
Bəlkə də Qulam Məmmədlini
haqqında müasir
öxuculara
tanıtmaq üçün onun əl ilə yazdığı
2-3 səhifəlik tərcümeyi
halın baxmaq da kifayət edərdi. Amma bunlar onu yaddaşlarda
saxlamaq üçün , Qulam Məmmədli
obrazı üşün
kifayət etmir.
Qulam Məmmədlini ağlatdılar
1978-ci ilin mart ayının 6-da Azərbaycan SSR EA Nəsimi
adına Dilçilik İnstitutu ilə Nizami adına Ədəbiyyat İnstitutu
Qulam Məmmədlinin
1977-ci ildə Azərbaycan
Dövlət Nəşriyyatının
çap etdiyi "İmzalar" 120 səhifəlik
kitaının müzakirəsini
təşkil etmişdi.
Tədbirin əsas təşkilatçısı
Ədəbiyyat İnstitutu
olsa da, müzakirə Dilçilik
İnstitutunun direktoru
professor M.Şirəliyevin otağında
keçirilirdi.
Diribaş adamlar kabinetdə
özlərinə yer
tapa bilmişdilər.Yəqin
ki,görüşün
təşkilatçıları müzakirəyə bu qədər adamın toplaşacağını gözləmirdilər.Qapının
ağzında dayanaraq
içəriyə boylananlar
da var idi.
Müzakirə çoz maraqlı
keçdi.Bu da səbəbsiz deyildi.Qulam Məmmədli iki eimi-tədqiqat institutunun kollektivinin çoxdan görməli olduğu vacib bir işi
təkbaşına yerinə
yetirmişdi.Arxibləri ələk-fələk
eləmiş,çoxların
ağlına gəlmədiyi
imzaları faktlar əsasında müəyyənləşdirmişdi..(Şəxsən mən 49
ildir ki,bu
kitaba müraciət edirəm).
Müzakirədə yaxşı,inadırıcı çıxışlarla
bərabər, yersiz atmacalar da oldu.Məsələdən
xəbərdar olmayan
2-3 nəfər artıq-əskik
danışdı.
Məmmədağa müəllim onlara
göz ağartsa da,xeyri olmadı."Tənqidçilər" getdikcə
çoxaldı,yersiz iddialar qocaman tədqiqatçını hövsələdən
çıxardı.O,ayağa durub danışmaq istədi.Rəyasət buna
imkan vermədi.Qulam Məmmədli ağlamsına-ağlamsına
məslisə müraciətlə
dedi:
--Yəni mən bir iş görməmişəm?
Müzakirəyə M.Şirəliyev
yekun vurdu,.Professor
tədqiqatçıya təşəkkür
etdi,ona yeni uğurlar arzuladı.
Müzakirədən sonra mən avtoqraf almaq üçün evdən gətirdiyim "İmzalar" kitabına bu aözləri yazdım:" 06 .03.1978-ci il
tarixdə Ədəbiyyat
İnstitutunda geniş
müzakirə oldu,müəllifi ağlatdılar".
Təəssüf ki,indi belə canlı müzakirələr, müəllifi
"ağladan" müzakirələr
olmur.Kitab çapdan çıxmamış onun
haqqında görməzə-bilməzə
yazılan rəylər
heç kəsi utandırmır..
Əsrə bərabər ömrün
səhifələri
Qulam Məmmədli 1897-ci il martın 25-də Cənubi Azərbaycanın
Təbriz şəhərində
anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. Sonra Bakı
teatr texnikumunda oxumuşdur (1924-1926). Əmək fəaliyyətinə
Aşqabadda kustar emalatxanada dəmirçi kimi başlamışdır
(1910-1914). Orada Nobel zavodunda fəhlə,
İ.İ.Aleksandrov mətbəəsində
mürəttib işləmişdir
(1913-1919). Türküstan cəbhəsi Birinci
Ordunun siyasi şöbəsi nəzdində
olan mətbəədə
mürəttib, müsəlman
teatr truppasında aktyor (1920-1921), Dövlət
mətbəəsində mürəttib
(1921-1923) olmuşdur. 1923-cü ilin iyun ayında
Bakıya köçüb
"III İnternasional" mətbəəsində mürəttib,
"Kommunist" qəzeti
redaksiyasında şöbə
müdiri, "Kəndli
qəzeti"ndə redaktor
müavini, "Azərbaycan
kolxozçusu" qəzetinin
redaktoru, Azərbaycan
KP MK yanında "Kommunist"
nəşriyyatının direktoru,
"Yeni yol" qəzetinin redaktoru,
"III İnternasional" mətbəəsinin sex müdiri,
"Kommunist" qəzeti
redaksiyasında kütləvi
şöbə müdiri,
respublika radio komitəsinin
uşaq verilişləri
redaksiyasında baş
redaktor olmuşdur
(1929-1941). İkinci Dünya
müharibəsi dövrü
səfərbərliyə alınmışdır:
Tbilisidə Qafqaz cəbhəsi siyasi şöbəsində ədəbi
işçi, Təbrizdə
azərbaycanca buraxılan
"Vətən yolunda"
qəzetiredaksiyasında ədəbi
işçi, Bakıda
Azərbaycan SSR Radio Komitəsində
xarici verilişlərin
baş redaktoru, yenidən Təbrizdə çıxan "Vətən
yolunda" qəzeti redaksiyasında müdir
(1941-1946) vəzifələrində işləmişdir. Bakıya qayıdıb
Birləşmiş Nəşriyyat
İdarəsində redaktor,
Azərbaycan kinostudiyasında
ssenari şöbəsinin
rəisi, "Kommunist"
qəzeti redaksiyasında
şöbə müdiri,"Kirpi"
satirik jurnalı redaksiyasında məsul katib, sonra baş
redaktor vəzifələrində
çalışmışdır.
1959-cu ildə fərdi
təqaüdə çıxmış,
ikiillik fasilədən
sonra Azərbaycan EA Tarix İnstitutunda kiçik elmi işçi (1961-1969), Azərbaycan
Mərkəzi Dövlət
Ədəbiyyat və
İncəsənət arxivində
elmi məsələlər
üzrə direktor müavini olmuşdur
(1969-1975).
Ədəbi fəaliyyətə toplayıcı
və tərtibçi
kimi başlamışdır. Heyran xanımın, Mirzə Əli Möcüz Şəbüstərinin toplayıb
tərtib etdiyi seçilmiş əsərlərini,
"Bəxtiyarnamə"ni
ilk dəfə 1945-ci ildə
Təbrizdə çap
etdirmişdir. "İran
Azərbaycanının müasir
şairləri" (1946), "Səttarxan" şeirlər
toplusu (1948), "Mirzə
Əli Möcüz"
(1948), "Xiyabani" (1949), "Cənubi Azərbaycan şairləri" antologiyası
(1950), "Heyran xanım"
(1951), "Atmacalar" (1958-1961), "Əlağa Vahid. Seçilmiş əsərləri"
(1975) və s. kitablar onun əməyinin bəhrəsidir. O, bunları
toplayıb, tərtib edib nəşrə vermişdir.
Hələ 1934-cü ildə Maksim Qorki onun xalq
sərvətinə qayğıkeş
münasibətini bəyənmişdi. Ömrü
boyu yanar ürəkli ictimaiyyətçi
olmuşdur: "Bilik"
cəmiyyətində ateizm
elmi-metodik sovetinin sədri (1952-1981), Azərbaycan
Sovet Ensiklopediyası Baş redaksiyasında mətbuat məsələləri
heyətinin üzvü
(1952-1983), Bakının Oktyabr
rayonu xalq deputatları Sovetinin deputatı seçilmişdir
(1935-1937). Azərbaycan KP MK nəzarət komissiyası rəyasət
heyətinin üzvü
(1928-1934), Azərbaycan KP MK plenumu üzvlüyünə
namizəd olmuşdur
(1934-1937).
Ümumittifaq səviyyəli ədəbiyyat
və teatr tədbirlərində iştirak
etmişdir. Ona "50 il" partiya
veteranı nişanı
verilmişdir. Ədəbi və
ictimai fəaliyyətinə
görə dörd dəfə Azərbaycan
SSR Ali Soveti Rəyasət
Heyətinin Fəxri fərmanı, "Əmək
veteranı" (1976) medalı
və digər on medal
ilə təltif olunmuşdur.
1994-cü
il noyabrın
18-də Bakıda vəfat
etmişdir. Fəxri Xiyabanda dəfn
olunmuşdur.
Qulam Məmmədli
günahı özündə
olan ziyalılardandır. Dünyadan
kğçəndə 100 yaşına çatmağına
cəmi üç il qalırdı.
Bu gün tədqiqatçılar
Qulam Məmmədlinim
20-yə yaxın kitabından
ensiklopedik mənbə
kimi istifadə edirlər..Onlardan 3-4-ü
siyasi dövrün siyası düşüncə
tərzinin diqtəsi ilə yazılsa da,müxtəlif dəyərli cəhətlərdən
də xali deyil.Qulam Məmmədli hər nəsnədən əvvəl
mətbuat işçisi
və salnaməçidir.Bu,gəlişi
özəı söz
deyil. Bu işdə
ərəb əlifbalı
yazımızı oxumaq
vərdişi çox
gərəklidir.
Qulam Məmmədlinin yazdıqlarının
çoxu yazılmışlara
əsaslanır.Ərəb əlifbalı elə söz var ki,onların yazılışı
ilə fələffüzünü
mütləq fərqləndirə
bilməlisən.
Moskva Dövlət Universitetiin riyaziyyat fakültəsini bitirən bir rəhbər işçi
tanıyıram.Salam-kəlamımız var.Amma bu salam-kəlam
onun hitqinə irad tutmağa imkan vermir.Deyilən sözün döşər-düşməzu
ola bilər.Bir dəfə bunu söz arasında qulam müəllimə dedikdəo gülümsünərək
dedi ki,bu sənlik deyil.Bu,artıq onun qanına keçib.Bir halda ki,"taleh" sözü
ilə "tale"nı
fərqləndirə bilmir,deməli
o,doğrudan da bəxtəvər
deyil,müqqəssirdir.Mən həmişə mənası
mənə çətin
görünən ərəb
mənşəli söze
"Klassik Azərbaycan
ədəbiyyatında işlənən
ərəb və fars sözləri lüğətində axtarmışam.Yeri
gələndə bunu
unudulmaz elmi rəhbərim professor Mirzə
Rəhimovdan da ,Qulam Məmmədlidən də soruşmuşam.Görəsən,indi
işimiz çətinə
düşəndə belə
məsələləri kiminlə
məsləhətləşəcəyik?
Qulam Məmmədlinin
dostları çox idi. Düşmənləri yox idi.Ondan qaçanlar
var idi.Qorxurdular ki,yüksək titullarına görə Qulam müəllim onlara irad tuta
bilər.Qulam müəllimin
şəxsən
və ya qiyabi tanıdığı yaşca özündən böyük
dostlarına aid kitabları
bunlardır
1. Molla Nəsrəddin (salnamə). Bakı: Azərnəşr, 1966, 564 səh
2.Molla Nəsrəddin (salnamə).
II çapı. Bakı: Gənclik, 1984,
600 səh
3.Hüseyn Ərəblinski (salnamə).
Bakı: Azəməşr,
1967, 290 səh.
4.Cahangir
Zeynalov (salnamə). Bakı: Azərnəşr,
1968, 170 səh.
5.Üzeyir Hacıbəyov (albom kitab). Bakı:
İşıq, 1975, 92 səh.
(şərikl)
6.Üzeyir Hacıbəyov (salnamə). Bakı: Yazıçı, 1983, 550 səh.
7.Nəriman Nərimanov (salnamə).
Bakı: Yazıçı,
1987, 357 səh.
8.Abbas Mirzə Şərifzadə.
Bakı: İşıq,
1985, 242 səh.
9.Cavid ömrü.salnamə).Bakı.1982,200 səh.
Qulam Məmmədlinin teatr tariximizin güzgüsü
olan əsərləri
də böyük tədqiqatçılıq fəaliyyətinin
gözəl nümunəsidir.
(Azərbaycan teatrının
salnaməsi (I hissə). Bakı:
Azərnəşr, 1974, 584 səh.
Azərbaycan teatrının salnaməsi
(II hissə). Bakı: Yazıçı, 1983, 300 səh.)
Q.Məmmədlinin "İmzalar"( Bakı: Azərnəşr,
1977, 120 səh.)
və ."Sizə kim lazımdır"(Bakı."Maarif" nəşriyyatı,1990) kitabları ədəbiyyatımızın və mətbuatımızın
dərindən öyrənilməsinə
xidmət edən ən uğurlu nəşrlərdəndir.Bunlar bütün ədəbiyyat,mədəniyyət,mətbuat
tarixçilərinin çoxunun
stolüstü kitablarıdır.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının
əməkdar müəllimi,
Olaylar.- 2017.- 30 mart.- S.11.