Demokratik cəmiyyətlərin əsas
prinsiplərdən
biri fikir və söz
azadlığının təminatıdır
Azərbaycanda bu sahədə vəziyyət
qənaətbəxşdir
Bu gün dünyada mətbuatın inkişafı ilə
bağlı maraqlı tendensiyalar
müşahidə edilir. Artıq media yeni, müasir
dövrə uyğunlaşır.
Yəni İnformasiya-kommunikasiya
texnologiyalarının inkişafı bütün
sahələrdə olduğu kimi mediaya da təsirsiz ötüşmür. Əgər 20 il öncə televiziya və
kağız mətbuatı üstünlük
təşkil edirdisə, bu gün eyni fikri
söyləmək çətindir. Günümüzdə əsas güc internet medianın üzərinə düşür. Son illərin
yeni tendensiyası hesab
olunan sosial media isə ən yeni növ kimi dünyanı bürüyüb.
Günümüzdə demokratik dəyərlərin, pirinsiplərin hansı ölkədə, necə qorunduğunu bilmək üçün həmin ölkələrin media sahəsinə nəzər yetirmək kifayətdir. Yəni bir ölkədə demokratiya, fikir, söz və məlumat azadlığının necə təmin olunduğu, onun necə qorunduğu, inkişaf etdirildiyi mətbuat sahəsində açıq-aydın özünü göstərir. Təəssüflər olsun ki, bu gün bir çox ölkələr bu sahədə çox-çox geridə qərar tutub. Düzdür, fikir, söz, məlumat azadlığı, plüralizmin yüksək səviyyədə təmin olunduiğu ölkələr də kifayət qədərdir. Bunların sırasında Azərbaycanın da öz yeri və rolu var desək yanılmarıq. Hətta bu gün Azərbaycan fikir, söz, məlumat azadlığı, plüralizmin təmin edilməsi baxımından əksər ölkələrdən, bəzən isə inkişaf etmiş, bəlli zamanlarda dünyaya nümunə kimi göstərilmiş dövlətlərdən irəlidədir desək yanılmarıq. Bu müsbət tendensiya hər ötən gün inkişafa doğru gedir. Sevindirici haldır ki, bunu obyektiv, heç bir yalan üzərində qurulmayan, qərəzə, böhtana xidmət etməyən müəyyən beynəlxalq təşkilatlar da öz hedabatlarında təsdiqləyirlər. Amma, onu da qeyd etmək yerinə düşər ki, bu qiymətləndirmə heç də əksər hallarda obyektivliyi əks etdirmir. Daha dəqiq desək fəaliyyətlərini yalnız qərəz, şər-böhtan üzərində quran bəzi beynəlxalq jurnalist təşkilatları, qeyri-hökumət qurumları Azərbaycanda media sahəsində əldə edilən nailiyyətləri, fikir, söz, məlumat azadlığı, plüralizmin təmin olunması sahəsində atılan addımları görməməzlikdən gəlir, ölkəmizi haqsız yerə tənqid hədəfinə çevirirlər. Əvəzində mətbuat azadlığının kobud şəkildə pozulduğu, fikir, söz azadlığının nümayişkəranə şəkildə məhdudlaşdırıldığı ölkələr, hətta Azərbaycanla eyni regionda yerləşən ölkələr həmin təşkilatların hazırladıqları hesabatlarda ön sıralarda yer alırlar. Bu ikili yanaşma, qərəzli münasibət Azərbaycanla Ermənistanın müqayisəsində də özünü göstərir. Nə qədər qəribə də olsa bir çox hallarda Ermənistan fikir, söz, məlumat azadlığının təmin olunmasına görə, regionun qabaqcıl ölkəsi sayılır. Amma reallığa nəzər saldıqda, ölkələrdəki vəziyyəti dəyərləndirdikdə tamamilə başqa mənzərə ortaya çıxır. Bu günə qədər Azərbaycanda bir nəfər kütləvi infiormasiya vasitəsi təmsilçisinin öz peşə fəaliyyətinə görə həbs edildiyi barədə fakt ortada olmasa da, lakin Ermənistanda onlarla belə fakt mövcuddur. Təkcə elə bir neçə həftə bundan əvvəl İrəvanda prezident Serl Sərkisyan əleyhinə keçirilən etriraz aksiyaları zamanı polis həmin aksiyanı işıqlandırmağa çalışan onlarla kütləvi informasiya nümayəndəsinə qarşı fiziki güc tətbiq etdi. Hətta onlardan bəziləri həkim nəzarətinə götürüldü. Eləcə də bir müddət əvvəl ildönümü qeyd edilən mart ixtişaşları zamanı Ermənistan hüquq-müahizə orqanları onlarla televiziya və mətbuat işçisinə qarşı fiziki zor tətbiq etdi. Amma təəssüflər olsun ki, həmin mənfi hallar bir dəfə də olsun dünyaya dərs keçməyə çalışan, ayrı-ayrı ölkələrdə medianın vəziyyətini qiymətləndirən həmin beynəlxalq təşkilatlar tərəfindən qeyd edilmədi. Bunun özü bir daha göstərir ki, hətta ən primitiv məsələlər, fikiz, söz, məlumat azadlığı, plüralizmin təmin edilməsi ilə əlaqədar məsələdə belə ikili standartlara yol verilir. Bu hal isə heç şübhəsiz ki, ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri təmsilçiləri, mətbuat nümayəndələri tərəfindən etirazla qarşılanır. Elə laçın. info saytının baş redaktoru Siyavuş Əmirli də bu qənaətdədir. O, bildirib ki, günümüzdə Azərbaycan dünyada demokratik, internetin azadlığına görə ön sırada gedən ölkə kimi tanınır: "Bunu biz yox, dünyanın nüfuzlu. Lakin obyektiv şəkildə fəaliyyət göstərən statistik araşdırmalar mərkəzləri də qeyd edirlər. Bu birmıənalıdır ki, Azərbaycanda azad mediadan, ümumiyyətlə medianın inkişafında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Azərbaycanda fikir, söz. məlumat azadlığı, plüralizmdən danışanda ilk növbədə ağlımıza ümummilli lider Heydər Əliyevin ən çətin məqamlarda verdiyi qərarlar gəlir. Bu gün hər birimizin tam məsuliyyətlə və cəsarətlə deyə bilərik ki, Azərbaycanda azad, demokratik medianın əsasını məhz ümummilli lider Heydər Əliyev qoyub". Siyavuş Əmirli bildirib ki, XX əsrin 90-cı illərində, Azərbaycanın çətin və acınacaqlı bir dövründə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan mətbuatında da yeni səhifə açıldı: "Həmin illərdə Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə imkanların yaradılması əsas vəzifə kimi qarşıya qoyulmuşdu. Hər kəsə məlumdur ki, əvvəllər yalnız senzuralı mətbuat mövcud idi və bu mənfi hal bizə Sovetlərdən miras qalmışdı. Lakin ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra hər bir sahədə olduğu kimi mətbuat sahəsində də ilk növbədə mövcud problemlər aradan qaldırıldı, azad söz, müstəqil mətbuat üçün geniş imkanlar yarandı. Ən başlıcası isə Sovetlərdən qalan və qəzetlərin baş bəlasına çevrilən senzura ləğv edildi. Mərhələ-mərhələ ölkədə mətbuatın inkişafına maneçilik törədən süni məhdudiyyətlər aradan qaldırıldı, kütləvi informasiya vasitələrinin inkişafına və təkmilləşdirilməsinə yönəldilmiş qanunvericilik bazası gücləndirildi. Eeni zamanda həmin qanunvericilik bazası tezliklə müasir dünya standartlarına uyğunlaşdırıldı. Azərbaycanın iqtisadi qüdrəti artdıqca, ölkədə iqtisadi vəziyyət yaxşılaşdıqca kütləvi informasiya vasitələrinin maddi-texniki bazası da möhkəmləndirildi, media üçün bir çox güzəştlər müəyyənləşdirildi. Ümummilli lider bu sahənin inkişafı üçün zaman-zaman bir çox fərman və sərəncamlar imzalandı.
Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resurslarının fəaliyyət göstərdiyini deyən Siyavuş Əmirli bildirib ki, bu gün kütləvi informasiya vasitələri cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində mühüm rol oynayırlar: "Bu orqanların qarşısında duran ən ümdə vəzifə cəmiyyətə doğru,dürüst və operativ informasiya ixrac etməkdən ibarətdir. Onu da qeyd edim ki, dövlət hər addım da mətbuata diqqət və qayğı ilə yanaşır, onun inkişafına dəstək verir: "Azərbaycanda kütləvi informasiya vasitələri ilə bağlı qanunlar beynəlxalq standartlara cavab verir. Hazırda kütləvi informasiya vasitələri biliklərin və siyasi cəhətdən mühüm məlumatların yayılmasının başlıca daşıyıcısıdır. Kütləvi informasiya vasitələri ictimai şüurun inkişafına faydalı və yaradıcı təsir göstərir, fəal düşünən ləyaqətli insan şəxsiyyətinin tərbiyələndirilməsində özünəməxsus sanballı rol oynayır. Məhz bütün bu faktorları nəzərə alaraq Azərbaycan höküməti mediaya xüsusi diqqət və qayğı göstərir". Baş redaktor deyib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstək Fondunun yaradılması. jurnalistlərin mənzil probleminin həll olunması və bu kimi digər addımlar isə dünyada nümunə, model kimi qəbul edilir: "Hesab edirəm ki, bu gün kütləvi informasiya vasitələri uğurlarla yanaşı problemlərdən də xali deyil. Düşünürəm ki, media təmsilçiləri olaraq ən böyük problemlərimizdən biri də məhz peşəkarlıqla bağlıdır. Çünki etiraf etmək lazımdır ki, mətbuat sahəsində kifayət qədər qeyri-peşəkar, təsadüfi adamlar da var. Hesab edirəm ki, zaman-zaman həmin problem də tamamilə aradan qaldırılacaq. Ancaq ümumilikdə son olaraq onu qeyd edə bilərəm ki, hər bir demokratik cəmiyyətlərin hərtərəfli inkişafı üçün zəruri olan əsas prinsiplərdən biri də fikir və söz azadlığının təminatıdır. İstənilən ölkədə, eləcə də Azərbaycanda azad mətbuat, azad söz demokratiya və aşkarlığın, insan haqlarının mühüm amillərindən sayılır. Azad söz, azad mətbuat, plüralizm olmayan ölkələrdə demokratik təsisatlardan da danışmaq yersiz, əhəmiyyətsizdir. Ancaq, bu sahədə Azərbaycandakı vəziyyətə nəzər salsaq qətiyyətlə deyə bilərik ki, Azərbaycanda azad medianın inkişafı üçün həm hüquqi, həm də iqtisadi baza mövcuddur. Özü də bu baza getdikcə genişlənir, inkişaf etdirilir".
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2017.- 31 mart.- S.15.