Azərbaycanda siyasi
plüralizm təmin olunur
Demokratiya yolunu tutan, inkişafını bu istiqamətdə quran, eyni zamanda qeyd
edilən sahədə
zaman-zaman bu prinsiplərə sadiqlik nümayiş etdirən addımlar atan ölkələrdə bir
qayda olaraq siyasi plüralizm də yüksək səviyyədə təmin
edilir. Əslində söz, məlumat,
fikir və ifadə azadlığı
kimi siyasi plüralizm də bir ölkənin, cəmiyyətin demokratiya sahəsində necə inkişaf etdiyinin göstəricisidir. Mübaliğəsiz,
filansiz demək olar ki, bu
gün Azərbaycanda siyasi plüralizm mövcuddur və bu prinsip də
ən yüksək səviyyədə qorunur.
Özü də bununla
bağlı qanunvericlik
bazası da mövcuddur və qeyd edilən məqamlar qanunlarda da öz əksini
tapıb.
"Siyasi partiyalar
haqqında Qanun"da
da öz əksini tapıb. İstər
sözügedən qanunun
mövcudluğu, istər
həmin qanunda yer alan
mühüm maddələrdə
açıq şəkildə
göstərilir ki, dövlət siyasi partiyaların mövcudluğu,
onların inkişaf etməsində maraqlıdır
və bu istiqamətdə məqsədyönlü
addımlar atılır.
Məsələn, "Siyasi
partiyalar haqqında qanunun III fəslinin
13-cü maddəsində göstərilir
ki, dövlətsiyasi partiyaların hüquqlarına
və qanuni mənafelərinə əməl
olunmasına, Azərbaycan
Respublikasının Konstitusiyasına
və qanunlarına uyğun olaraq onların öz vəzifələrini yerinə
yetirmələri, habelə
öz sənədlərini
dövlət mətbuat
orqanları vasitəsilə
yaymaları üçün
bərabər hüquqi
şərait yaradılmasına,
partiyaların rəhbər
orqanlarının mühafizəsinə
və təhlükəsizliyinə
təminat verir. Həmçinin dövlət bu
Qanunun 17-1-ci maddəsinə
uyğun olaraq dövlət büdcəsindən
vəsaitin ayrılması
yolu ilə siyasi partiyalara maliyyə yardımı göstərir. Eyni zamanda
qanunla nəzərdə
tutulmuş hallar istisna olmaqla, dövlət orqanlarının
və vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə
qarışmasına yol
verilmir.
Digər bir müsbət məqam siyasi partiyaların normal fəaliyyəti
məqsədilə dövlət
tərəfindən maddi
təminatın təşkilidir
ki, bu da
sözügedən qanunda
öz əksini tapıb. Qanunun IV fəslinin 17-ci maddəsində göstərilir
ki, siyasi partiyaların fəaliyyəti
bu Qanuna uyğun olaraq dövlət büdcəsindən
ayırmalar və əldə etdikləri digər vəsaitlər hesabına maliyyələşdirilir.
Eyni zamanda qanunun həmin maddəsində siyasi partiyalara dövlət büdcəsindən vəsaitin
ayrılmasıməsələsi də qeyd edilir.Qanunda
göstərilir ki, siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi
üçün hər
il dövlət
büdcəsindən vəsait
ayrılır. Həmin vəsait
dövlət büdcəsində
ayrıca sətirlə
göstərilir. Müsbət məqam ondan ibarətdir ki, məhz burada da plüralizm prinsipləri qorunur. Daha dəqiq desək Azərbaycanda siyasi plüralizmin mövcud olduğu təkcə sözdə deyil, eləcə də "Siyasi partiyalar haqqında Qanun"un qeyd
edilən maddələrində
də açıq şəkildə ifadə
edilir. Dövlət
tərəfindən siyasi
partiyalara maddi yardəm ayrılanda da dünya təcrübəsi,
demokratik prinsiplər qorunur, başlıca meyar kimi nəzər
alınır. Məsələn elə həmin qanunun17-1.2
maddəsində yazılır
ki. dövlət
büdcəsindən ayrılmış
vəsaitin 10 faizi irəli sürdüyü
namizədlər Azərbaycan
Respublikasının Milli
Məclisinə keçirilmiş
son seçkilərdə etibarlı
səslərin azı
3 faizini qazanmış,
lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin
sayına proporsional olaraq bölünür. Vəsaitin 40
faizi Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyalar
arasında bərabər,
50 faizi isə seçilmiş deputatlarının
sayına proporsional olaraq bölünür.
Sonrakı bənddə
qeyd edilir ki, siyasi partiyalar
Azərbaycan Respublikasının
Milli Məclisinə keçirilmiş son seçkilərdə
siyasi partiyalar bloku tərkibində iştirak etdikdə, dövlət büdcəsindən
ayrılan vəsait bu Qanunun 17-1.2-ci maddəsində nəzərdə
tutulmuş qaydada hər bir siyasi
partiyaya ayrıca verilir.
Azərbaycanda siyasi plüralizmin mövcud olmasının digər bir göstəricisi ölkədə
siyasi partiya və birliklərə verilən hüquqlar, onların qarşısında
heç bir məhdudiyyətin tətbiq
edilməməsidir. Hər bir siyasi partiya və birlik mövcud şəraitdə heç
nədən çəkinmədən,
ehtiyyat etmədən öz fikrini, mövqeyini cəmiyyətə
çatdıra bilir, öz yanaşma, baxışlarını, bu
və ya digər məsələlərə
olan münasibətini
ortaya qoyur. Bunun özü də heç şübhəsiz
ki, siyasi plüralizmin mövcudluğunun
göstəricisi sayıla
bilər. Siyasi partiyalar
və birliklərə
verilən bu hüquqlar elə "Siyasi partiyalar haqqında Qanun"da da təsbit olunub. Qanunda qeyd edilir
ki, siyasi partiyalar məqsədləri
və fəaliyyəti
barədə məlumatları
sərbəst yaymaq, ideyalarını, məqsədlərini
və proqramlarını
təbliğ etmək,
könüllülük əsasında
birləşib siyasi bloklar, ittifaqlar, federasiyalar, birliklər yaratmaq, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Prezidentinin və yerli özünüidarəetmə
orqanlarının seçkilərində,
habelə ümumxalq səsverməsi - referendumlarda
iştirak etmək, dövlət orqanları tərəfindən normativ
hüquqi aktların layihələrinin hazırlanmasına
dair təkliflər vermək hüquqlarına
malikdir. Bununla yanaşı siyasi partiyaların "Kütləvi
informasiya vasitələri
haqqında" Azərbaycan
Respublikasının Qanununa
uyğun olaraq kütləvi informasiya vasitələri təsis etmək, "Sərbəst
toplaşmaq azadlığı
haqqında" Azərbaycan
Respublikasının Qanununa
uyğun olaraq mitinq, nümayiş, yürüş, piket və yığıncaq keçirmək, rəmz kimi emblemlərə, bayraqlara, vımpellərə
və nişanlara malik olmaq kimi
hüquqları var.
Göründüyü kimi siyasi partiyalara
bu və ya digər hüquqların
verilməsi məsələsində
də plüralizm qorunur, ən yüksək səviyyədə
təmin edilir.
Xüsusilə bu sırada
partiya və təşkilatların mitinq,
nümayiş, həmçinin
bu və ya digər məsələlərlə
bağlı etiraz aksiyası keçirməsini
qeyd etmək yerinə düşər.
Bu bir danılmaz
faktdır ki, Azərbaycanda siyasi partiyaların bu kimi tədbirlər keçirməsi üçün
heç bir qadağa yoxdur. İstənilən siyasi partiya
və birlik istənilən zaman kəsiyində müvafiq strukturlarla razılaşdırılmış
qaydada öz aksiyasını keçirə
bilir. Hətta bu sahədə
plüralizm o səviyyədə
qorunur ki, mitinq, nümayişlər
keçirmək məsələsində
hakim komandadan, iqtidar partiyasından daha çox müxalifət partiyalarına və birliklərinə imkan, şərait yaradılır. Siyasi partiyalara vəzifələrin
verilməsi məsələsində
də eyni prinsiplər qorunur. Ən əsası odur ki, bu sahənin
inkişaf etdirilməsi
dövlətin, ölkə
rəhbərliyinin bilavasitə
diqqət mərkəzindədir.
Çünki siyasi plüralizmin
inkişaf etdirilməsinin
demokratiyanın başlıca
prinsipi olduğunu Azərbaycan Respublikasının
Prezidenti Cənab İlham Əliyev də çox gözəl bilir. Elə bu səbəbdəndir ki, dövlət başçısı öz
çıxışlarında bu məqamı xüsusi qeyd edir. Hələ hakim Yeni Azərbaycan Partiyasının
2013-cü il, iyun ayının 7-də keçirilən
V Qurultayında çıxışı
zamanı Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev demokratiyanın, demokratik ənənələri və
dəyərlərin, prinsiplərin
inkişaf etdirilməsinin
zəruriliyini xüsusi
vurğulayaraq qeyd edirdi: "Daxili siyasətlə bağlı
deməliyəm ki, biz
bundan sonra da Azərbaycanda demokratiyanı inkişaf etdirəcəyik. Söz azadlığı, vicdan azadlığı, din azadlığı,
sərbəst toplaşma
azadlığı - bütün
bu azadlıqlar mövcuddur. Azərbaycanda azad internet fəaliyyət
göstərir, heç
bir məhdudiyyət qoyulmur. Demokratiyanın inkişafı bizim
üçün əsas
vəzifədir. Bu gün Azərbaycan demokratiyanın inkişafına
görə heç kimdən geridə qalmır. Bəzi hallarda bizdə olan demokratik vəziyyət başqa ölkələr üçün
də örnək ola bilər
və olmalıdır".
Amma bir reallıq var ki, bir sıra hallarda demokratiyadan, ölkədə bu istiqamətdə yaradılan şəraitdən, verilən imkanlardan siyasi partiya və bilriklər o qədər də səmərəli istifadə etmir. Əksinə yaradılan şəraitdən bəzən sui-istifadə edilir, demokratiyanın verdiyi imkanlardan tamamilə başqa məqsədlər üçün yararlanmağa cəhdlər göstərilir. Heç şübhəsiz ki, bu da qəbuledilməz bir haldır. Çünki bu kimi sui-istifadə halları bir çox hallarda dövlətçilik prinsipləri, milli maraqlara ziddiyyət təşkil edir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də elə Yeni Azərbaycan Partiyasının V Qurultayında çıxışı zamanı bu məqama diqqət çəkərək deyib: "Çox istərdim ki, Azərbaycanda siyasi mübarizə dövlətçilik əsasında qurulsun. Əlbəttə, siyasi mübarizə olmalıdır. İqtidar-müxalifət münasibətləri də olmalıdır. Yəni, bizdə dövləti düşünən müxalifət nümayəndələri vardır və onların fikirləri ayrıdır, ölkənin inkişaf strategiyası, iqtisadi-siyasi sahə ilə bağlı öz fikirləri ola bilər. Bu, təbiidir. Ancaq əsas odur ki, dövlətçiliyə, müstəqilliyə bütün siyasi qüvvələr sadiq olsunlar".
Göründüyü kimi Azərbaycan müstəqil, demokratik bir respublika olaraq bütün demokratik prinsiplərə sadiqlik nümayiş etdirir, onların daha da inkişaf etdirilməsi istiqamətində məqsədyönlü addımlar atır. Bu siyasətin bundan sonra da davam etdiriləcəyi göz önündədir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2017.- 2 may.- S.15.