Hakimiyyət Olimpinə
şərəflə
ucalan böyük insan
1969-cu il. İdeoloji cəhətdən
iki nəhəng qütbə ayrılmış dunyada sosializm
və kapitalizm arasında mübarizə özünün
yüksək həddinə çatmışdı. Soyuq
müharibə bütün şiddəti ilə vüsət
alır, fövqəldövlətlərin
qarşıdurması genişlənir. SSRİ və ABŞ həm
Yer kürəsində, həm də kosmosda üstünlük
uğrunda amansız müharibə aparırlar.
Vyetnamda müharibə davam edir, SSRİ ilə Çin arasında sərhəd toqquşmaları güclənir. Həm sosialist düşərgəsinə daxil olan Cexoslovakiya, Polşa kimi ölkələrdə, həm Qərbin keçmiş mustəmləkələrində azadlıq hərəkatları genişlənir. ABS, Fransa, İsrail, Fələstində yeni liderlər hakimiyyətə gəlirlər. Nikson, Pompidu, Ərəfat, Qolda Meir. SSRI dünyanın diqqət mərkəzində olan ölkədir. Burada baş verən hər bir mühüm hadisə dunyada əks səda doğurmaqla yanaşı dərindən araşdırılır, muzakirə olunur. Bu fonda xüsusilə, müttəfiq respublikalarda rəhbərliyin kim olması, səxsiyyəti və fəaliyyəti Qərb siyasi dairələrinin, xüsusi xidmət orqanlarının diqqət mərkəzindədir. SSRİ-də ümumi durğunluq dövrü olsa da, Azərbaycanda dinamik inkişafin zəmini qoyulur. Çünki, 14 iyulda müttəfiq respublikanın rəhbəri tarixci, memar, xüsusi xidmət generalı Heydər Əliyev seçilir.
Nadir fenomenal şəxsiyyət
Bu insan unikaldır, universaldır.
Tarixçi hafizəsini, memar istedadını və hərbçi
zabitəsini mükəmməl şəkildə özündə
birləşdirən nadir fenomenal şəxsiyyətdir.
SSRİ-də Siyasi Buroda rəqabət güclənib və
müttəfiq respublikalarda kimlərin birinci katib olması
mühüm məsələdir. Belə bir dövrdə
fövqəldövlətin aparıcı respublikasına rəhbər
seçilən Heydər Əliyev dünyanın diqqət mərkəzində
durmağı bacarır. ABŞ prezidenti olmuş, həmin
dövrdə isə Heydər Əliyev kimi xüsusi xidmət
orqanı rəhbəri olan C.Buş onunla ABS-da
görüşərkən etiraf etmişdi ki, biz o dövrdə
sizinlə çox maraqlanırdıq.
Onun SSRİ-dəki mövcud olan mənfi
halları tənqid etməsi fövqəldövlətlərin
nəzərini Ona cəlb etmişdi. Siyasi Olimpə yüksələn
lider ölkədəki problemlər barədə cəsarətlə
danışmağı, vəziyyətdən
çıxış yolu göstərməyə
başladı. Bu həm sovet, həm Qərb ölkələrinin
diqqətini Azərbaycana ýönəltdi.
Dağlıq Qarabağda erməni
separatçılarının destruktiv fəaliyyətinin
qarşısı alındı. Ermənilər bu gün bir
şeyə təəssüflənirlər ki, həmin dövrdə
Azərbaycana Heydər Əliyev rəhbərlik etməyə
basladi. Əks halda, Daglıq Qarabağ Ermənistanla ümumi
təsərrufat yaradılması baxımından məqsədyönlüluk
bəhanəsi ilə SSRI rəhbərliyinin qərarı ilə
Azərbaycandan alinaraq Ermənistana veriləsi idi.
Heydər Əliyevin hakimiyyətə
gəlməsi Dağlıq Qarabağ ətrafında baş
verəcək olan məlum hadisələri 20 il gecikdirdi, tarix
təxirə salındı. Halbuki, xaricdəki erməni
diasporası və onun SSRİ-dəki əlaltıları
Qarabağın Azərbaycandan qoparılmasini həmin dövrdə
başlamaq istəyirdilər. Lakin nüfuzlu, iradəli,
xarizmatik Əliyevin qarşısında aciz
qalacaqlarını, məkrli planlarının ifşa ediləcəyini
dərk edərək fürsət gözləməyə
başladılar. Və həmin fürsət 20 il sonra
yetişdi. O vaxt ki, Əliyev böyük siyasətdən
uzaqlaşdırılmısdi. SSRI rəhbəri olmağa tək
maneə onun milli mənsubiyyəti, slavyan mənsəli
olmaması idi. Doğrudur, Andropov özü Şimali Qafqazdan
idi və hakimiyyətə gəldikdən sonra
qeyri-slavyanların da SSRI rəhbərliyində təmsil
olunmasına çalışırdı. Lakin onun
ölümündən sonra Qorbaçov vaxtilə hamisi
olmuş Yuri Andropovicin yaratdigi nizamı dəyişməyə
başladı. Əsas hədəf istedadı ilə onu
kölgədə qoyan Əliyevi siyasi fəaliyyətdən
uzaqlaşdırmaq idi. Hətta bu həsəd o qədər
böyük idi ki, o, Heydər Əliyevi fiziki cəhətdən
məhv etmək üçün dəfələrlə ona
qarşı sui-qəsdlər də
hazırlanmışdı.
Azərbaycanın dayanıqlı
inkişafının əsasını
qoyan lider
Qorbaçovun
qarşısında xarici himayədarları tərəfindən
tapşırıqlar qoyulmuşdu və Heydər Əliyevi
kimi ağıllı insan onun planlarına mane olurdu.
Düşmənini məğlub edə bilmirsənsə, onu məhv
et! Bu prinsipdən çıxış edən SSRİ rəhbəri
Onu hakimiyyətdən uzaqlaşdırmaq azmış kimi, həyatına
sui-qəsdlər təşkil etməyə başladı.
Lakin buna müyəssər ola bilmədi. Kənd təsərrüfatı
sahəsindən təsadüfən siyasi hakimiyyətə gəlmiş
Qorbaçov zəngin həyat yolu keçmiş xüsusi xidmət
generalına üstün gələ bilməzdi.
Bir müddət sukunətini qoruyan
Heydər Əliyev Azərbaycana qarşı olan haqsız
münasibətə etirazını bildirməkdən çəkinmədi.
20 Yanvar faciəsinə etiraz, Naxçıvanda əhalinin referendumda
SSRİ-dən ayrılmağin lehinə səs verilməsi,
sovet bayrağı yerinə ücrəngli bayrağın
qaldırılması buna sübut idi. O, yetişdirməkdə
olduğu, sağ ideologiyasına inandığı sistemin
Yenidənqurma adı altında mənfi istiqamətdə
deformasiyaya uğradığını görərək, bu
sistemə qarşı çıxan ilk insanlardan oldu. Bu sistem
bizim hamımızın inandığımız və qurmaq
istədiyimiz puritan kommunizmin çox-çox uzaq bir şəklini
almışdı.
Hətta xarici ölkə rəhbərləri
Naxçıvanda Ali Məclis sədri mövqeyində olan
Əliyevi yenə də Azərbaycanın və
keçmiş SSRİ-nin şəksiz ən nüfuzlu lideri
olaraq qəbul edir, onunla hesablaşırdılar. Blokadada olan
Naxçıvana ərzaq yardımından tutmuş, Ermənistanla
müharibədə Dağlıq Qarabağda əsir və
itkin düşmüş azərbaycanlıların
yaxınları ümid yeri kimi ona üz tuturdular. O, öz
nüfuzundan istifadə edərək, bir çox azərbaycanlıları
düşmən əsarətindən xilas etmiş, blokadadaki
Naxçıvan əhalisini aclıqdan, soyuqda donmaqdan
qorumuşdur.
ABŞ, Rusiya, Türkiyə, İran kimi dövlətlərin rəhbərləri, siyasi elitası Azərbaycanın qeyri-rəsmi lideri, ən nüfuzlu siyasətçisi qismində onu qəbul edir, məsləhətləşirdilər. Kecmis SSRİ məkanında və Bakida isə bu zaman xaos, anarxiya hökm sürürdü. Yeltsin komandasının uğursuz iqtisadi islahatları, Gurcustan-Abxaziya müharibəsi, Tacikistanda vətəndaş qarşıdurması, Moldovada Dnestryanı ərazidə münaqişə, Baltikyanı respublikalarla Moskva arasında keçmiş ədalətin davam etməsi. Bu fonda Ermənistanla müharibə və onun nəticələri hər birimizin yaşadığımız tarixdir. Onun Azərbaycan üçün uğursuz nəticələrinin daha da dərinləşməməsi üçün Bişkek protokolunu və 4 ay sonra neft müqavilələrini imzalaması. Bu hadisələr Azərbaycanın dayanıqlı inkişaf strategiyasının əsasını qoydu.
Mürəkkəb geostrateji ziddiyyətlər kompleksi prizmasinda hakimiyyətə gələn Heydər Əliyev bu ziddiyyətlərdən ustalıqla Azərbaycanın xeyrinə, milli maraqları naminə istifadə etməyə başladı. Dünyada baş verən proseslərin bir neçə güc mərkəzlərindən idarə olunması, əsasən Anqlo-sakson, Avrosentrik məkanlardan yönəldilməsi, bununla yanaşi onlarla muqayisədə nisbətən zəifləmiş, lakin hələ də nəinki regional, hətta qlobal məsələlərə böyük təsir imkanları olan qonşu mərkəzlər tərəfindən impulsların gəlməsi Azərbaycan hakimiyyətində yüksək pesəkarliq bacarığı olan şəxsin olmasını zəruri edirdi. Bunu ancaq sıravi cekistdən generala, Sovet rəhbərliyindən müstəqil Azərbaycanın hakimiyyət Olimpinə şərəflə ucalan böyük insan, böyük şəxsiyyət, böyük lider bacara bilərdi! O, Heydər Əliyevdir!
Nəzakət Məmmədova,
politoloq
Olaylar.- 2017.- 9-10 may.- S.10.