Söz, məlumat, ifadə
azadlığı və plüralizmin
təmin olunması qanunlarla
tənzimlənir
Demokratik cəmiyyətlərdə bir qayda olaraq
onu şərtləndirən amillər, başlica prinsiplər yüksək səviyyədə
təmin edilir, onların bütün
parametrlər üzrə tətbiq edilməsi zərurətə
çevrilir. Bu
prinsiplər sırasında fikir və söz azadlığı, pluralizm
ön planda dayanır.
Sirr deyil ki, fikir və söz azadlığı olmayan
ölkədə demokratiyadan, demokratik prinsiplərin qorunması, inkişaf etdirilməsindən danışmaq yersizdir. Belə ölkələr bir qayda olaraq
antidemokratik ölkə kimi
xarakterizə edilir. Ancaq
Azərbaycan barədə belə bir fikir səsləndirmək doğru
olmaz. Çünki Azərbaycan
artıq neçə on illərdir ki, demokratiya yoluna sadiqlik nümayiş etdirərək bu
istiqamətdə irəliləyir, onun əsas
tələblərini icra edir.
Yuxarıda qeyd etdiyimiz kimi demokratiyanın əsas göstəricilərindən biri fikir, söz və məlumat azadlığıdır ki, bu prinsiplər də ölkəmizdə yüksək səviyyədə təmin edilir. Sevindirici hal ondan ibarətdir ki, qeyd edilən prinsiplərin, fikir, söz və məlumat azadlığının təmin olunmasının əsas qarantı Azərbaycanda hakimiyyət, dövlətdir. Xüsusilə, Azərbaycanın dövlət başçısı, Cənab Prezident İlham Əliyev ölkədə fikir və söz, məlumat azadlığı, plüralizmin təmin olunması, bu prinsiplərə yüksək səviyyədə əməl edilməsi istiqamətində qətiyyətli və ardıcıl, məqsədyönlü addımlar atır. Həyata keçirilən bu siyasət öz növbəsində həm də Heydər Əliyev ideyalarına sadiqlik nümayişidir. Çünki Azərbaycanda söz, fikir, ifadə azadlığı, plüralizmin təmin edilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1998-ci ildə Heydər Əliyevin imzalamış olduğu müvafiq sənəd əsasında ölkədə senzuranın ləğv edilməsi, kütləvi informasiya vasitələrinin müasir dövrün tələblərinə uyğun şəkildə fəaliyyət göstərməsi, müstəqilliyini yenicə əldə etmiş Azərbaycanda fikir, söz, məlumat azadlığının inkişafını şərtləndirən amillərdən idi. Məhz ümummilli lider Heydər Əliyevin atmış olduğu bu mühüm addımlar tezliklə Azərbaycanda azad medianın, müstəqil kütləvi informasiya vasitələrinin formalaşmasına yol acid, ölkədə mətbautın normal və maneəsiz fəaliyyəti üçün şərait yarandı. Elə ona görədir ki, bu gün Azərbaycan mətbuatının hazırkı inkişaf dövrü, əldə etmiş olduğu nailiyyətlər birbaşa ümummilli lider Heydər Əliyevin adı ilə səciyyələndirilir. Bu gün Azərbaycan mətbuatının, kütləvi informasiya vasitələrinin hazırkı inkişafı onunla əlaqədardır ki, zamanında onun təməli sağlam qoyulub və bünövrəsi möhkəmdir. Elə ensonxeber.az saytının baş redaktoru Savalan Məmmədli də bu qənaətdədir. Baş redaktor bizimlə söhbətində Azərbaycan dövləti, onun prezidentinin ölkədə söz, məlumat, ifadə azadlığı, plüralizmin təmin olunması istiqamətində atmış olduğu addımlardan danışıb və bu adımları müsbət qiymətləndirib. O, bildirib ki, Azərbaycan dövlətinin söz, məlumat, ifadə azadlığı və plüralizmin təmin olunmasını qanunlarımız tənzimləyir. Onun sözlərinə görə,
Azərbaycan qanunvericiliyi hər kəsin söz, məlumat, ifadə azadlığını təmin edir: "Prezidentimizin söz, məlumat, ifadə azadlığının təmin edilməsinin əhəmiyyəti ilə bağlı çoxlu sayda çıxışları mövcuddur. Atılan addımlar barədə isə, 2008 - ci ildə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında" və "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamlarının verilməsini nümunə göstərmək olar. Eyni zamanda 2009-cu ildə "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" sərəncamını da Prezidentimizin bu barədə atdığı addımlara nümunə kimi göstərmək olar. Plüralizmin təmin olunması istiqamətindəki atılan addımlara isə, ölkədəki fərqli inanc sahibi insanlara yaradılan bərabər şəraitli ibadət azadlığını göstərmək olar. Misal üçün dünyanın bir çox ölkəsindən fərqli olaraq bizim ölkədə əhalinin böyük əksəriyyətindən fərqli inancda olan heç bir xristian, musəvi, budist, ateist və digərləri indiyə qədər ölkədə inanc problemi, ibadət problemi yaşamayıb. İstər müsəlmanlar, istərsə də ölkədə olan digər bütün inanc sahibləri birlikdə, bir arada, münaqişəsiz, rahat şəkildə yaşayır, ibadətlərini edir. Eyni zamanda fərqli etnik qruplara aid fərqli mədəniyyətlər, fərqli düşüncələrin tolerant bir mühitdə, bərabərhüquqlü şəkildə yaşamağının təmin edildiyinin şahidi oluruq". Savalan Məmmədli onu da diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin də söz və məlumat azadlığı, plüralizmin təmin olunması istiqamətində müstəsna xidmətləri olub. Baş redaktor qeyd edib ki, bu sahədə indi Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilən addımların əsası məhz ümumilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub: "Belə ki, müstəqilliyimizi əldə etdikdən sonra Prezident Heydər Əliyevin müəllifliyi ilə hazırlanan və qəbul edilən ilk Konstitusiyanın 50-ci maddəsində ölkə vətəndaşlarının söz, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək hüquqları təsbit olundu. "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycanda kütləvi informasiya vasitələri azaddır. Bu azadlıq ölkə vətəndaşlarının qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən verilən təminata əsaslanır. Qüvvədə olan qanuna əsasən kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, onların idarə edilməsi, onlardan istifadə qanunvericililkdə nəzərdə tutulan hallar istisna olmaqla məhdudlaşdırıla bilməz. Ulu öndərimiz Heydər Əliyevin 1998-ci il, 6 avqust tarixdə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman kütləvi informasiya vasitələri üzərində senzuranı aradan qaldırdı. Təbii ki, bundan sonra mediamızın sürətli inkişafını müşahidə edə bildik". Savalan Məmmədli medianınsöz, məlumat azadlığı, plüralizmdən nə dərəcədə yararlana bilməsindən də söhbət açıb və bildirib ki, bu artıq media orqanına görə dəyişən bir məqamdır. Baş redactor qeyd edib ki, Bəzi kütləvi informasiya vasitələri söz, məlumat azadlığının verdiyi hər cür imkandan maksimum istifadə edərək ölkədaxili, ölkəxarici, siyasi, ictimai, sosial, elmi, dini və s. hər mövzuya aid əldə edə bildiyi məlumatları yayımlanma formasına uyğun olaraq auditoriyasına çatdıra bilir: "Bəzi kütləvi informasiya vasitələrimiz də var ki, onlarda sovet dövründən qalma müəyyən ənənələri müşahidə etmək olur. Müəyyən mövzularda gərəksiz standartları qorumağa çalışırlar. Mediamızın inkişafı əslində sadəcə söz və məlumat azadlığından yararlanmaqda deyil. Bu əhəmiyyətli bir amil olsa da, bəzi, bəzən də əksər hallarda kütləvi informasiya vasitələri hansısa süni normalara tabe olurlar. Mediamızın sürətli inkişafı, media orqanlarımızın dünya media aləmində yer ala bilməsi, informasiya agentliklərimizin dünya agentlikləri arasında tanınması üçün qanuni olaraq hər cür imkanımız, azadlığımız var. Sadəcə KİV - lərimizin medianın dövlətin gücündəki rolunu doğru dəyərləndirmələri, şəxsi mənafe prinpsiplərindən uzaqlaşaraq ölkənin mənafeyi, dövlətin mənafeyini hesablayaraq daha da böyüməyə çalışmaları lazımdır". Baş redactor bəzi hallarda KİV-lərin ölkədəki söz və məlumat azadlığının mövcudluğundan sui-istifadə etdiklərini də vurğulayıb. Bildirib ki,bu cür hallara tez - tez rast gəlmək mümkündür: "Bəzi hallarda bir sıra media orqanları hansısa şəxslərə, hansısa təşkilatlara, QHT - lərə, bəzən hətta dövlətə qarşı müəyyən ittihamlar irəli sürə bilir, doğru olmayan məlumatların yayılmasını təmin edə, ölkədə süni formada gündəm yarada, yanlış məlumatlarla hansısa insanlar əleyhində fikir formalaşdıra bilirlər. Bu cür hallarda da, təbii ki günah söz və mətbuat azadlığında deyil. Söz və mətbuat azadlığı vacibdir, labüddür olmalıdır. Problem sadəcə bir sıra media orqanlarının peşə etikasının olmamasındadır. Əsassız, dəqiqləşdirilməmiş, qaynaqsız məlumatları nəticələrini hesablamadan yayımlaya bilməklərindədir. Təbii ki, bu cür hallar hər zaman məsuliyyətsizlikdən deyil, bir çox hallarda qəsdən baş verir. Yəni sualnızın qısa cavabı bəli, ölkədəki bəzi KİV - lər söz və məlumat azadlığından sui - istifadə edə bilirlər". Savaıan Məmmədli hesab edir ki, mediaya yaradılan şəraitə görə, Azərbaycanı bu sahədə də regionun lideri kimi dəyərləndirmək olar: "Region deyəndə Qafqazı nəzərdə tuturuqsa bəli. Bunu azərbaycanlı olduğum, Azərbaycan mediasını təmsil etdiyim üçün demirəm. Qafqazdakı ölkələri, dövlətləri müqayisə etdiyimizdə bu nəticə onsuz da göz qabağındadır. Qafqazdakı televiziya kanallarının, radio stansiyalarının, informasiya agentliklərinin, xəbər portallarının və s. ümumilikdə sayına nəzər yetirdikdə bu sahədəki üstünlüyümüz aydın olur".
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2017.- 11 may.- S.15.