Fərdi jurnalist yazıları

müsabiqəsinin nəticələri açıqlanıb

 

Mayın 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə təşkil etdikləri "Keyfiyyət infrastrukturunun inkişafı rəqabətədavamlı ixrac məhsulları istehsalının vacib amilidir" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

Tədbirdə Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Fondun icraçı direktoru Vüqar Səfərli, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Vüqar Səfərli Azərbaycanın bu günlərdə böyük bayram sevinci yaşadığını, ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi ərəfəsində olduğunu xatırladıb. Bu əlamətdar hadisə münasibətilə qonaqları və media təmsilçilərini təbrik edən icraçı direktor mötəbər idman tədbirinin yerli və beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdırılması baxımından medianın da üzərinə mühüm vəzifələrin düşdüyünü vurğulayıb.

V.Səfərli bildirib ki, Fond fəaliyyət göstərdiyi 8 il müddətində fikir, söz və məlumat azadlıqlarının genişləndirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması, yaradıcı əməyinin stimullaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədinə xidmət edən çoxsaylı layihələr həyata keçirib. İcraçı direktor, həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin Fondun fəaliyyətində başlıca istiqamətlərdən biri olduğunu qeyd edib. Vüqar Səfərli bu məqsədlə mütəmadi olaraq dövlət qurumları ilə birgə konfrans və müsabiqələrin təşkil olunduğunu vurğulayıb.

Son illər ölkədə qeyri-neft sektorunun və sahibkarlığın inkişafı məqsədilə ardıcıl islahatlar həyata keçirildiyini diqqətə çatdıran Vüqar Səfərli biznes mühitinin daha da yaxşılaşdırılması, rəqabətədavamlı məhsulların istehsalının və ixracının genişləndirilməsində Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsinin də mühüm xidmətlərinin olduğunu vurğulayıb. Vüqar Səfərli bildirib ki, Komitə ilə birgə keçirilən müsabiqənin məqsədi qeyri-neft ixrac potensialının yüksəldilməsində keyfiyyət infrastrukturu sahələrinin rolunun dolğunobyektiv şəkildə ictimaiyyətə çatdırılmasında jurnalist əməyini stimullaşdırmaq, habelə jurnalistlərin bu sahədə peşəkarlıqlarını artırmaq olub.

Vüqar Səfərli 2017-ci il yanvarın 26-dan aprelin 14-dək davam edən müsabiqəyə 31 kütləvi informasiya vasitəsindən 48 yazının təqdim edildiyini, yazıların 4 ekspert tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb: "Müsabiqədə 6 nəfər əsas, 10 nəfər həvəsləndirici mükafata layiq görülüb. I yer üçün bir nəfər olmaqla 1000, II yer üçün 2 nəfər olmaqla 800, III yer üçün 3 nəfər olmaqla 600 manat mükafat nəzərdə tutulub. Habelə 10 nəfər jurnalistin hər biri 200 manat məbləğində olmaqla həvəsləndirici mükafatlara layiq görülüblər".

İcraçı direktor daha sonra komitənin fəaliyyəti barədə məlumat vermək üçün sözü Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənova verib.

Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov komitənin fəaliyyəti haqqında geniş məlumat verərək Azərbaycanda keyfiyyət infrastrukturunun formalaşması və inkişafı istiqamətində ardıcıl islahatların aparıldığını bildirib. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Fərmanını xatırladan komitə sədri qeyd edib ki, həmin Fərmana əsasən keyfiyyət infrastrukturunun əsas istiqamətləri olan standartlaşdırma, metrologiyaakkreditasiya, o cümlədən patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmə təkmilləşdirilib, beynəlxalq tələblərə uyğun olaraq yeni publik hüquqi şəxslər təsis edilib. Avropalı ekspertlərlə birgə hazırlanmış "Texniki tənzimləmə haqqında" Qanun layihəsi üzərində işin yekunlaşdığını və aidiyyəti üzrə təqdim olunduğunu deyən Ramiz Həsənov qanunun qəbulundan sonra ölkədə istehsal olunan məhsulların təhlükəsizlik tələblərinin texniki reqlamentlərlə, keyfiyyət parametrlərinin isə standartlarla tənzimlənəcəyini deyib.

Metrologiya sahəsində milli etalon laboratoriyalarının bundan sonra da qurulacağını deyən komitə sədri etalonların ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsində mühüm əhəmiyyət daşıdığını xüsusi qeyd edib. Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya nəticələrinin beynəlxalq ticarətdə tanınması, verilmiş sertifikatlaboratoriya protokollarının xarici ölkələrdə qəbul edilməsi məqsədilə də işlər aparılmaqdadır.

Komitə sədrinin sözlərinə görə, qeyri-neft ixrac potensialının gücləndirilməsi və ticarətdə texniki maneələrin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hökumət qarşısında qoyduğu vəzifələri icrası baxımından akkreditasiya proseslərinin xaricdə tanınmasına nail olmaq mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə ölkəmizin Avropa Akkreditasiya Qurumuna üzvlüyü ilə bağlı müraciət edildiyini deyən R.Həsənov bununla bağlı yaxın günlərdə görüşün keçiriləcəyini deyib.

Ramiz Həsənov komitənin fəaliyyət sahələrinin ictimaiyyət tərəfindən tanıdılmasında və keyfiyyət infrastrukturunun inkişaf etdirilməsində kütləvi informasiya vasitələrinin rolunu da xüsusi vurğulayıb. O bildirib ki, vətəndaş cəmiyyəti quruculuğunda nailiyyətlər qazanmış ölkəmizdə medianın sərbəst və dövlət hakimiyyətindən asılı olmayan fəaliyyətinin təmin edilməsi istiqamətində xeyli işlər görülübbu siyasət davam etdirilir. Dövlət başçısının rəhbərliyi altında dövlət tərəfindən media vasitələrinin iqtisadi cəhətdən özünü təmin etməsinə hesablanmış çox vacib addımlar atılıb.

Dövlət qurumları ilə medianın sıx əməkdaşlığını vacib hesab edən komitə sədri Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bu sahədə böyük təcrübəsinin olduğunu bildirib. Ramiz Həsənov Fondun Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi ilə birgə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin Azərbaycanda qeyri-neft ixracının təşviqinə, keyfiyyət infrastrukturunun inkişafına və bu sahənin ictimaiyyət arasında təbliğinə müsbət nəticələrini verəcəyini qeyd edib. O həmçinin qeyd edib ki, müsabiqə müddətində onlarla məqalələr dərc edilib, komitənin fəaliyyət istiqamətlərinin mövcud vəziyyəti araşdırılıb, mütəxəssislərdən müsahibələr alınıb və təkliflər verilib.

R.Həsənov qurumun media ilə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Fondun rəhbərliyinə, eləcə də müsabiqədə iştirak edən jurnalistlərə təşəkkürünü bildirərək belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

Müzakirələr zamanı çıxış edən Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Məmmədov, "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli qlobal maliyyə böhranı şəraitində Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi və rəqabətədavamlı ixrac məhsulları istehsalı baxımından keyfiyyət infrastrukturu sahələrinin müstəsna rolunu qeyd ediblər. Çıxışlarda keçirilən birgə müsabiqənin medianın və ümumilikdə ictimaiyyətin Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsinin fəaliyyəti ilə daha yaxından tanış olmaları, eləcə də jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması və yaradıcı əməyinin stimulaşdırılması baxımından əhəmiyyəti xüsusi vurğulanıb.

Sonra müsabiqənin qaliblərinə diplommükafatlar təqdim edilib. Tədbiri yekunlaşdıran icraçı direktor Vüqar Səfərli qalibləri təbrik edərək media ilə səmərəli əməkdaşlığa görə Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib və belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

 

Alim

 

Olaylar.- 2017.- 12 may.- S.11.