Ölkədə dini plüralizm
təmin edilir
Əkrəm Həsənov: "Azərbaycan
Respublikasının dini
etiqad sahəsində yürütdüyü plüralist
siyasət bizim ölkəmizin dinindən,
irqindən, milliyyətindən
asılı olmayaraq bütün humanist insanlarla
birlik, bərabərlik
qurmaq, müxtəlif sahələrdə inkişafımız
üçün çalışmaqdır"
Azərbaycan demokratik cəmiyyətin
bir üzvü kimi həmin cəmiyyətlərə xas
xüsusiyyətləri, prinsipləri
özündə yüksək
səviyyədə təcəssüm
etdirir, onlara sadiqlik göstərir. Məlumdur ki, demokratik cəmiyyətlərin
özünəməxsus xüsusiyyətlərindən
biri də fikir, söz, məlumat azadlığı,
plüralizmdir. Əgər qeyd
etdiyimiz hər bir sahə üzrə
ölkədə mövcud
olan vəziyyətə
nəzər yetirsək,
aydın şəkildə
görərik ki, həmin prinsiplər Azərbaycanda yüksək
səviyyədə təmin
edilir.
Bu gün ölkəmizdə
fikir, söz, məlumat azadlığı
ən ali
səviyyədə təmin
olunur, müstəqil medianın, kütləvi informasiya vasitələrinin
normal, heç bir maneə və basqı olmadan fəaliyyətinə zəruri
şərait yaradılır,
onlara dövlət qayğısı göstərilir.
Eyni fikirləri plüralizm sahəsinə də aid etmək olar. Günümüzdə Azərbaycanda plüralizmin
də ən yüksək səviyyədə
təmin olunduğunu əminliklə söyləyə
bilərik. Məlumdur ki,
plüralizm anlayışı
geniş spektri əhatə edir. Çoxları plüralizmi yalnız
siyasətlə əlaqələndirir
və ümumilikdə
bu söz yada düşəndə daha çox siyasi plüralizm termini qabardılır. Ancaq, reallıq
ondan ibarətdir ki, plüralizm yalnız siyasətlə ölçülmür. Bir qədər
də konkretləşdirsək
plüralizm dedikdə
yalnız siyasi plüralizmlə kifayətlənmək
olmaz. Siyasi plüralizmlə yanaşı
dini plüralizm, mədəni plüralizm və s. də vardır.
Azərbaycanda siyasi plüralizmlə yanaşı dini plüralizmdə mövcuddur
və buna ən yüksək səviyyədə əməl
edilir. Bu gün
ölkəmizdə dini
plüralizmin mövcud
olduğunu təkcə
bizlər demirik.
Eyni zamanda dünyanın qabaqcıl təşkilat və qurumları, Birləşmiş Millətlər
Təşkilatı və
digər mühüm beynəlxalq qurumların aidiyyati komitələri öz hesabatlarında, açıqlamalarında bunu
aydın şəkildə
etiraf edirlər.
Hər il
Azərbaycanda keçirilən
beynəlxalq forumlar, toplantılar da bunun aydın şəkildə təsdiqidir.
Əgər Azərbaycanda dini
plüralizm mövcud olmasaydı, beynəlxalq təşkilat və qurumlar öz toplantılarını, forumlarını
ölkəmizdə keçirməyə
maraqlı görünməzdilər.
Bu gün Azərbaycan
dini plüralizmə görə, dünyada nümunə olacaq ölkələr sırasındadır. Uzun əsrlərdir
ki, Azərbaycanda dini tolerantlıq ən yüksək səviyyədə qorunur.
Azərbaycan müsəlman ölkəsi
olmasına baxmayaraq burada məscidlərlə
yanaşı, digər
dinlərə məxsus
ibadət məkanları
də fəaliyyət
göstərir. Azərbaycanda istər kilsə, istərsə də sinaqoqa rast gəlmək
mümkündür. Sevindirici hal
ondan ibarətdir ki, qeyri-İslam dininə aid olan dini məkanlara diqqət və qayğı dövlət səviyyəsində göstərilir.
Bu kimi dini mərkəzlər, kilsə
və sinaqoqlar məhz Azərbaycan dövlətinin maliyyəsi
əsasında bərpa
olunaraq ölkəmizdə
yaşayan digər dinlərin nümayəndələrinin
ixtiyarına verilir. Bu gün Azərbaycanda
bütün dinlərin
nümayəndələrinə ən yüksək səviyyədə hörmət
və ehtiram göstərilir. Hətta heç
bir ölkədə olmayan plüralizm ənənəsi günümüzdə
Azərbaycanda mövcuddur.
Elə əksər ekspertlər, dini mütəxəssislər
də bu qənaətdədirlər. İlahiyyat üzrə fəlsəfə
doktoru Əkrəm Həsənov da deyir ki, Azərbaycan
dini plüralizmin ən yüksək səviyyədə təmin
olunduğu ölkələr
sırasındadır.
"OLAYLAR"-a verdiyi müsahibədə
Əkrəm Həsənov
bu sahədə mövcud olan vəziyyət, Azərbaycanda
dini sahədə həyata keçirilən
dövlət siyasəti
və s. barədə
danışıb.
-Əkrəm müəllim,
bir qayda olaraq demokratik cəmiyyətlərin əsas
göstəricilərindən biri də ölkədə
plüralizmin təmin
olunmasıdır. Bu baxımdan Azərbaycanda dini plüralizmin durumunu necə dəyərləndirərdiniz
və bu necə təmin edilir?
-Bildiyimiz kimi plüralizm anlayışı
tolerantlığın nəticəsində
meydana gəlmişdir.
Onun meydana gəlməsi ilk dəfə Avropada 16-17-ci əsrlərə təsadüf
edir. Bu da
müxtəlif dini münaqişələrin artmasının
qarşısının alınması
nəticəsində tolerantlıq
siyasətinin meydana gəlməsi səbəbindən
doğmuşdur. Bu gün bu anlayışları
bir çox dindarlar anlamırlar.
Hətta
ölkəmizdə tolerantlığa
belə mənfi müstəvidə yanaşan
dindar təbəqələr
mövcuddur. Onlar tolerantlıq
anlayışını yanlış
təsəvvür edirlər
və özlərini haqlı hesab edirlər. Hətta biz tolerantlıqla bağlı çıxışlar
etdikdə, yazılar yazdıqda onlar bizləri özlərindən,
öz çevrələrindən
təcrid edirlər.
Halbuki, bildiyimiz kimi tolerantlıq plüralizmin
bir şərtidir, yəni tolerant olmayan plüralizm yalançı,
saxta plüralizmdir.
Bunların arasında fərq
ondan ibarətdir ki, tolerantlıq dəyərlərə hörmət
edir, plüralizm isə fərqli dəyərlərin mövcudluğunu
təsdiq edir.
-Azərbaycanda dini plüralizmin təmin olunduğunu hansı faktlarla əsaslandırmaq olar?
-Bir qayda olaraq
plüralizm fərqlərin
və müxtəlif mövqelərin şəxsləri,
siyasətləri və
cəmiyyətləri zənginləşdirən
dəyərlər kimi
qiymətləndirilir. Bu baxımdan dindar təbəqələr anlamalıdırlar
ki, Azərbaycan özünün müsəlman
dünyasının bir
hissəsi olduğunu bəyan edir, digər ölkələrlə
də siyasi, iqtisadi və mədəni əlaqələrini
davam etdirir, möhkəmləndirir. Biz öz ölkəmizdə bütün dinlərdən
olan iş adamlarını görürük.
Onlar burada çeşidli fəaliyyət növləri
ilə məşğuldurlar.
Onlar Azərbaycan iqtisadiyyatının
müxtəlif sahələrində
çalışır, sərbəst
şəkildə bizim
həmvətənlərimizlə işləyirlər. Bəzən
gizlində öz ideologiyalarını yaymağa
çalışsalar da
çox vaxt ümumiyyətlə baxırıq
ki, sadəcə onların məqsədi ticarət və iş əlaqələri qurmaqdır. Nadir hallarda ola bilər
ki, onlardan hansısa bəziləri öz ideologiyalarını
aşılamaq istəsinlər.
Bu əlbəttə bizim dövlətimiz tərəfindən nəzarətdə
saxlanılır.
-Digər ölkələrlə
müqayisədə ölkəmizdə
bu sahədə vəziyyət qənaətbəxş
sayıla biləmi?
-Bunu bilmək lazımdır ki, Azərbaycan Respublikasının
dini etiqad sahəsində yürütdüyü
plüralist siyasət
bizim ölkəmizin dinindən, irqindən, milliyyətindən asılı
olmayaraq bütün
humanist insanlarla birlik,
bərabərlik qurmaq,
müxtəlif sahələrdə
inkişafımız üçün
çalışmaqdır. Biz
sadəcə bizə qarşı olanlara dözümsüzük, misal
üçün ərazi
bütövlüyümüzü təhdid altına alanlara qarşı, torpaqlarımızı işğal
edənlərə qarşı
dözümsüzük o baxımdan
ki, bizim heç kimin torpağında gözümüz
olmadığı kimi,
kiminsə də bizim torpaqlarımızda gözünün olmasını
istəmirik. Amma
bizə qarşı
dost mövqedə olanlarla,
bütün müsəlman
dövlətləri ilə
mehriban və qardaşlıq şəraitində
yaşayırıq.
-Bu gün Azərbaycanda keçiriləın
çoxsaylı mədəni,
dini tədbirlər dini plüralizmin göstərici sayıla bilərmi?
-Birmənalı olaraq qeyd edə bilərik
ki, biz Avropa ölkələri də dostluq edir, müxtəlif
böyük işlər
həyata keçiririk.
Birinci Avropa Oyunları, "Formula- 1" yarışları,
IV İslam Həmrəyliyi
Oyunları və.s. kimi müxtəlif
böyük tədbirlər
buna misaldır. Bunu da bilək ki,
ölkəmizə İslam
dini sayəsində nüfuz edə bilmiş dini təşkilat və hərəkatlar ümumiyyətlə
İslam daxilində baş verən parçalanma və məzhəbçilik ruhunu
da özləri ilə respublikamıza gətirmişlər.
-Bəs ölkədəki plüralizmdən
sui-istifadə hallarına
yol verilirmi?
-Bu barədə biz dəfələrlə mediada bildirmişik. Xüsusi ilə təfriqəçilik salan, hizblik, bölücülük edən xüsusi dindar qruplar vardır. Əlbəttə bu barədə daha çox faktlar Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsində mövcuddur. Cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü dini etiqad plüralizmi siyasətinin verdiyi bir sıra müsbət nəticələr dinlə dövlət arasında münasibətlərin həlli sahəsində xeyli yüksəliş göstərmişdir. Ancaq bu o demək deyildir ki, hələ də problemlər yoxdur. Hələ də ölkəmizdə bəzi məzhəb təəssübkeşləri vardır ki, onlar müxtəlif xarici dövlətlərin təsiri altında qalaraq ölkəmizdə radikal dindar təbəqələrin formalaşmasına rəvac verirlər. Belə radikal qruplarla hər birimiz mübarizə aparmalıyıq. Onların vətənpərvər ruhda tərbiyələnməsinə çalışmalıyıq, bunun üçün də həm ölkəmizdə təhsil almış ilahiyyatçıların böyük məsuliyyəti, həm də xaricdən təhsil alıb gələnlərin vətənimizə münasibətinin isti olmasından, doğma olmasından asılıdır. Xaricdən təhsil alıb gələnlər vətənini sevməli, vətəninə sadiq qalmalıdırlar. Başqa ölkələrin bizim ölkəmizdə siyasətini aparmamalıdırlar. Bu yaxınlarda da bununla bağlı qanunda dəyişikliklər oldu və bu gələcəkdə daha da mükəmməl şəklini alacaqdır. Xaricdən oxuyub gələnlər başqa ideologiyaları təbliğ etməyəcəklər, daha doğrusu təbliğ etməməlidirlər. Bizim özümüzün adət-ənənlərimizi, həmvətənlərimizin vəziyyətini nəzərə alacaqlar. Onlar dövlətimizlə vətəndaşlarımızın sevgi bağlarını möhkəmləndirməkdə böyük məsuliyyət daşıyacaqlar. Bunun öhdəsindən gələcəklərinə inanıram. Ancaq bu gün bəzi radikal qruplar vardır ki, onların fəaliyyəti nəzarətdə saxlanılmalıdır. Onların sosial şəbəkələrdə təbliğlərini də aparmalarına yol vermək olmaz. Bu məsələdə aidiyyatlı qurumlar nəzarəti gücləndirilməlidirlər.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2017.- 13-15 may.- S.15.