Siyasi plüralizmin daha bir nümunəsi

 

Azərbaycanda sərbəst toplaşmaq hüququ tam təmin olunur

 

Çağdaş dünyanın diqqət mərkəzində olan aktual problemlərindən biri insan hüquq azadlıqlarının təmin olunması ilə bağlıdır. Sirr deyil ki, müxtəlif cəmiyyətlərdə insan hüquqlarının tanınması qorunması bilavasitə həmin cəmiyyətin forması, humanizm səviyyəsi, onun dərəcədə liberal olması, ümumi dövlətçiliyin inkişaf dinamikası ilə müəyyən olunur. Azərbaycanın müstəqillik tarixinin qısa bir dövrə təsadüf etməsinə baxmayaraq insan hüquq azadlıqlarının təmin olunması istiqamətində xeyli işlər görülüb.

Nətisədə ölkə vətəndaşlarına sərbəst toplaşmaq azadlığı verilib, üstəlik bu azadlığın təmin olunmasına dövlət zəmanəti təmin edilib. Hazırda Azərbaycanda "Sərbəst toplaşmaq azadlığı haqqında" qanun qüvvədədir sözügedən sənəd bütün beynəlxalq standartlara cavab verir. Beləliklə, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi məhdudlaşdırılması müvafiq qanunla müəyyən edilir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir bu yuxarıda adıçəkilən qanuna uyğun təşkil edilən toplantıların dinc silahsız  keçməsi üçün müvafiq tədbirlər görür.

Hüquqşünas Azad Rzayev deyir ki, Azərbaycanda sərbəst toplaşmaqa azadlığı qanunvericilikdə təsbit olunub hazırda bu hüquqdan istifadə heç bir problem yaratmır. Əsas məsələ ondan ibarətdir ki, bu hüquqdan istifadə zamanı sui-istifadə hallarına yol verilməsin. Bunun üçün isə   sərbəst toplaşmaq azadlığının olduğuna diqqət yetirmək lazımdır, yəni onun anlayışı öyrənilməlidir: "Sərbət toplaşmaq azadlığı əsas insan hüquqlarından biri kimi müxtəlif milli beynəlxalq aktlarda təsbit olunmuşdur. Müasir qanunvericilik aktlarında vətəndaşların siyasi ictimai fəallığının formaları kimi toplaşmaq azadlığının mitinq, yığıncaq, nümayiş, piket s. üsullarla həyata keçirilməsi öz əksini tapmışdır. Bu cür yığıncaqlar əsas etibarilə insanların hər hansı bir məsələyə etirazını açıq bildirmək üçün təşkil olunur. Bu ən müxtəlif məsələlərlə-siyasi, iqtisadi, sosial, ictimai s. problemlərlə bağlı ola bilər. İnsanların bir yerə toplaşaraq öz fikirlərini açıq ifadə etməsi heç həmişə siyasi maraqlarla bağlı olmasa da bir çox hüquq ədəbiyyatlarında dinc toplaşmaq azadlığı siyasi hüquq azadlıqların tərkib hissəsi kimi nəzərdən keçirilir. Bu azadlıq fikir azadlığı fikri ifadə etmə azadlığı ilə sıx əlaqədardır, çünki yuxarıda qeyd olunan toplaşmaq azadlığının həyata keçirilməsinin hər hansı forması ən müxtəlif məsələlər üzrə fikir ifadə etmə fikir mübadiləsi aparılması üçün əlverişli demək olar ki, əvəzolunmaz vasitə kimi çıxır edir. Təsadüfi deyildir ki, Avropa İnsan Hüquqları Komissiyasının sənədlərində "yığıncaq" termini rəy baxışların ifadə olunması ya mübadiləsi məqsədilə, görüş iştirak kimi ifadə olunmuşdur. Terminin mahiyyəti ilə bağlı ilk növbədə qeyd etmək lazımdır ki, toplaşmaq azadlığı, birləşmək azadlığı s. bu kimi hüquqlarla sıx bağlılıqda nəzərdən keçirilən dinc toplaşmaq azadlığı yalnız dinc silahsız yığıncaqları nəzərdə tutur. Bəzi sənədlər isə bu hüququn "dinc toplaşmaq azadlığı" adlandırılması göstərilən fikri bir daha tamamlayır. Yəni insanların hər hansı məsələ ilə bağlı keçirdikləri toplantılar dinc xarakterli olmalı həmin toplantını təşkil edənlər tərəfindən heç bir qanun pozuntusuna yol verilməməlidir. Təsadüfi deyildir ki, toplantıları keçirmə qaydasını pozmağa görə Cinayət qanunvericiliyində məsuliyyət nəzərdə tutulmuşdur".

Onun sözlərinə görə, Azərbaycanda sərbəst toplaşmaq haqqında ayrıca qanunun olmasına baxmayaraq bu hüququn həyata keçirilməsi konstitusiyada da təsbit olunub: "Konstitusiyamızda nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığının özünəməxsusluğu ondan ibarətdir ki, bir sıra beynəlxalq konvensiya əksər ölkələrin konstitusiyasından fərqli olaraq AR Konstitusiyasında vətəndaşların dinc toplaşmasını nəzərdə tutan hər hansı tədbir, istər bu yığıncaq olsun, istərsə qanunvericilikdə nəzədə tutulmuş hər hansı digər formada, onları təşkil etmək üçün hər hansı bir məhdudiyyət qoyulmur. Lakin müddəanın məzmununa diqqət yetirmək vacib əlamətdir. Belə ki, bu cür toplaşmaq üçün onu təşkil edəcək olan insanlar qabaqcadan müvafiq dövlət orqanlarını xəbərdar etməklə öz sərbəst toplaşmaq azadlığı hüquqlarını həyata keçirə bilərlər. Digər ölkələrin qanunvericiliyindən fərqli olaraq bizim Kostitusiyamızda bu hüquq "hər kəs" üçün nəzərdə tutulur. Bu isə o deməkdir ki, AR Konstitusiyası bu hüququ öz vətəndaşları ilə yanaşı, əcnəbilər vətəndaşlığı olmayan şəxslər üçün təmin edir".

Hüquqşünas bildirib ki, Azərbaycan Respublikasında sərbəst toplaşmaq azadlığı 13 noyabr 1998-ci ildə qəbul olunmuş "Sərbəst toplaşmaq azadlığı haqqında" AR Qanunu ilə tənzimlənir. Qanunda "toplantı" anlayışı- "bir neçə şəxsin xüsusi məqsədlə ictimai yerlədə müvəqqəti toplaşması" kimi ifadə olunur onun yığıncaq, mitinq, nümayiş, küçə yürüşü piket formaları sadalanır. Qanunun 3-cü maddəsində qeyd edilir ki, "AR Konstitusiyasının 49-cu maddəsində təsbit edilmiş sərbəst toplaşmaq azadlığı beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq bu Qanun əsasında tətbiq edilir dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi zamanı şəxslərin bərabərlik hüququna təminat verir." Bu Qanuna müvafiq olaraq toplantı təşkil edəcək olan insanlar müvafiq dövlət orqanını ən azı 5 gün qabaqcadan xəbərdar etməlidir bir qayda olaraq həmin toplantının keçirilmə yeri müvafiq dövlət orqanı tərəfindən müəyən edilir. Həmçinin qeyd olunur ki, aksiyalar dövlət obyektlərindən ən azı 150-200 metr aralıda keçirilməlidir. İcazəli aksiya ilə beynəlxalq ya dövlət əhəmiyyətli tədbirlər üst-üstə düşərsə, aksiya ləğv edilə bilər. Qanunun III fəslinin 7-ci maddəsində qeyd olunur ki, "Sərbəst toplaşmaq azadlığına hər hansı məhdudiyyət yalnız qanunla demokratik cəmiyyətdə zəruri olan ictimai dövlət mənafelərinin qorunması, ictimai asayişin pozulmasının qarşısını almaq, iğtişaş cinayətlərin baş verməməsi, əhalinin sağlamlığının, əxlaq normalarının mənəviyyatın mühafizəsi, başqa şəxslərin hüquq azadlıqlarının müdafiəsi məqsədilə qoyula bilər." Bununla yanaşı Qanunun müvafiq maddələrində toplantı təşkilatçılarının hüquq vəzifələri, toplantının keçirilməsi ilə əlaqədar polis orqanlarının hüquqları öz əksini tapmışdır. Qeyd ediləsi vacib məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan Respublikasından fərqli olaraq bir sıra dövlətlər, o cümlədən Rusiya , Almaniya, Belçika s. sərbəst toplaşmaq azadlığını yalnız öz vətəndaşları üçün nəzərdə tutur. Azərbaycanda isə dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi zamanı şəxslərin bərabərlik hüququna təminat verir".

Xatırladaq ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığından istifadə bir sıra Avropa ölkələrini geridə qoyur. Belə ki, özünü demokratiyanın beşiyi adlandıran Avropa ölkələrinin bir çoxunda ən müxtlif bəhanələrlə sərbəst toplaşmaq hüququ məhdudlaşdırılır. Buna misal olaraq AlmaniyaHollandiyada türk vətəndaşlarına toplantı keçirilməsinə icazə verilməməsini göstərmək olar. Hansı ki, sözügedən aksiyanın adıçəkilən ölkələrin siyasi həyatına heş bir təsiri gözlənilmirdi. Daha doqrusu nəzərdə tutulan tədbir bu ölkələrin daxili siyasətinə müdazilə məqsədi güdmürdü, Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı idi. Üstəlik, toplantı keçirmək istəyən şəxslər həmin ölkələrin vətəndaşları idi. Maraqlıdır ki, sadalanan faktlar nə Qərbdə, nə də beynəlxalq insan hüquqları təşkilatları tərəfindən antidemokratik addım kimi dəyərləndirilmədi. Azərbaycanda isə bunun əksinə olaraq vətəndaşların sərbəst toplaşmaq hüququ ən yüksək səviyyədə təmin olunmaqdadır. Son aylar ərzində AXCP və Milli Şuranını birgə təşkil etdikləri aksiya dediklərimizin bir daha əyani sübutudur. Deməli, Azərbaycanda istənilən siyasi təşkilatın, ictimai birliyin sərbəst toplaşaraq azad fikir söyləməsi üçün hər cür şərait var. Nəzərə almaq lazımdır ki, müstəqillik qazanmış Azərbaycan Respublikası demokratik cəmiyyət qurmağı öz qarşısına vəzifə kimi qoymuşdur. Bu mənada belə bir hüququn qanunvericiliyə uyğun təmin edilməsi təbii haldır. Hansı ki, Avropa İnsan Hüquqları Konvensiyasının özündə bu hüquqa mütləq təminat verilmir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2017.- 18 may.- S.15.