Azərbaycan apardığı siyasətə

idman vasitəsilə əlavə töhfə verdi

 

Məlum olduğu kimi lV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmiz üçün tarixi hadisədir. Azərbaycanda belə bir məhəşəm oyunun keçirlməsi həm də İslam dünyasının ölkəmizə olan böyük hörmət və inamın təzahürüdür. Ölkə rəhbərliyi dəfələrlə bəyan edib ki, Azərbaycanda bu oyunların keçirilməsinin başlıca məqsədi İslam dünyasının idmançıları arasında təması gücləndirmək, onları bir-birinə daha da yaxınlaşdırmaq, dostluq və əməkdaşlıq əlaqələrini möhkəmlətməkdən ibarətdir.

Nəzərə almaq lazımdır ki, Azərbaycanın müsəlman aləmində siyasəti ondan ibarətdir ki, birlik, həmrəylik güclənsin, müsəlman ölkələri arasındakı bəzi problemlərə son qoyulsun. Elə Prezident ilham Əliyev də IV İslam Həmrəyliyi Oyunlarının qalib idmançıları, onların məşqçiləri və idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə qeyd edib ki, Azərbaycan apardığı siyasətə idman vasitəsilə əlavə töhfə verdi: "Çünki bizim müsəlman aləmində siyasətimiz ondan ibarətdir ki, birlik, həmrəylik güclənsin, müsəlman ölkələri arasındakı bəzi ixtilaflara, müharibələrə son qoyulsun. Müsəlman aləmi birlik nümayiş etdirməlidir. Ancaq bu təqdirdə xalqlarımız gələcəkdə rahatfiravan yaşaya bilərlər. Ona görə, bizim apardığımız siyasət və bu Oyunlarda verdiyimiz töhfə əminəm ki, müsəlman aləminin birləşməsinə gətirib çıxaracaq". Dövlət başçısı əlav edib ki, Azərbaycan millidini dəyərlərinə sadiqlik nümayiş etdirdi: "Biz açılış mərasimində İslam dininin mütərəqqiliyini göstərdik. Göstərdik ki, İslam dini elm dinidir, mədəniyyət dinidir, sülh dinidir, mərhəmət dinidir. Biz Azərbaycan xalqının istedadlı nümayəndələrini açılış mərasimində göstərdik. Azərbaycanın zəngin, qədim tarixini, mədəniyyətini bütün İslam aləminə, bütün dünyaya nümayiş etdirdik. Eyni zamanda, bağlanış mərasimi də Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim etdi. Yəni, bu nadir vəhdət bu gün Azərbaycanı dünya miqyasında əvəzolunmaz ölkəyə çevirir. Biz öz milli, dini dəyərlərimizə sadiqik, onları qoruyuruq və qoruyacağıq. Eyni zamanda, biz dünyaya açığıq, biz müasirik, biz inkişaf edirikbu önəmli amillər bu gün əslində müasir Azərbaycan dövlətini təcəssüm etdirir. Biz dərin milli-mənəvi köklər üzərində müasir dövlət qururuq, o dövlət ki, indi hər bir vətənpərvər insan öz ölkəsi ilə fəxr edir".

Millət vəkili Rauf Əliyev qeyd edib ki, bu mühüm hadisə bir daha nümayiş etdirdi ki, Azərbaycan Respublikası dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutub. İslam aləmində özünəməxsus mövqeyə malik olan Azərbaycanın mövcud potensialı, həyata keçrilən müasir infrostruktur layihələri idman oyunlarının sağlam rəqabət və dostluq şəraitində təşkili üçün şərait yaradır. Yüksək səviyyədə keçrilmiş ilk Avropa Oyunlarından sonra eyni məkanda növbəti İslam Həmrəyliyi Oyunları kimi mötəbər bir yarışın keçrilməsi Azərbaycan Respublikasının tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsidir. Bu oyunlar eyni zamanda Azərbaycanın idman şöhrətini daha da artıracaq, beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək: "IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyevanın sədrlik etməsi bu beynəlxalq tədbirin çox yüksək səviyyədə baş tutmasını təmin etdi.  İlk Avropa Oyunları imkan verdi ki, Azərbaycan öz potensialını nümayiş etdirsin. Ölkəmiz bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan sürətli inkişaf dövrünü yaşayır, Azərbaycan dostluq, əməkdaşlıq məkanıdır, Azərbaycanda bütün xalqların, dinlərin nümayyəndələri rahat bir ailə kimi yaşayır və Azərbaycan bütün qonaqları qəbul etməyə hazırdır. İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçrilməsi çox mühüm hadisə kimi yadda qalacaq. Azərbaycan İslam aləminin bir parçasıdır. Azərbaycan bu böyük ailənin üzvü kimi səy göstərəcəkdir ki, oyunlar ən yüksək səviyyədə təşkil olunsun". Onun sözlərinə görə, bu oyunların ölkəmizdə təşkil edilməsi Azərbaycanı istəməyən qüvvələrə, islamofob qüvvələrə Azərbaycan reallıqları ən tutarlı cavabdır: "Oyun iştirakçıları, qonaqlar, turistlər hər kəs bu reallıqları öz gözləri ilə gördülər. Çox təəssüflər olsun ki, İslam aləmini əhatə edən cografyada artıq uzun illərdir ki, qanlı münaqişələr, müharibələr davam edir. Milyonlarla insanlar öz doğma yurd-yuvalarını tərk edərək qonşu ölkələrə, əksəriyyəti isə Avropa ölkələrinə üz tutmuşlar. Aydındır ki, bu münaqşələr, müharibələr müxtəlif beynəlxalq güclərin öz məqsədlərinə çatmaq üçün apardıqları siyasətin nəticəsində baş verir. Eyni zamanda qeyd etmək lazımdır ki, İslam dünyasına aid olan bir sıra dövlətlər arasındakı münasibətlər istənilən səviyyədə deyildir. Ona görə də bu ölkələr arasında konfiliktlərin, mübahisəli məsələlərin həll edilməsində, xalqlar arasında dostluq münasibətlərinin yaranmasında İslam Oyunlarının əhəmiyyəti böyükdür. Bu nöqteyi nəzərdən  IV İslam Oyunlarının Azərbaycanda keçrilməsi həm Azərbaycan üçün, iştirakçı dövlətlər üçün, İslam dünyası üçün, ümumiyyətlə bütün dünya üçün böyük əhəmiyyətə malikdir. Bu oyunlar ilk növbədə İslam həmrəyliyini gücləndirəcək, həm İslam aləminə, həm dünyaya bir daha göstərəcək ki, İslam dini sülh, mərhəmət və qardaşlıq dinidir. Eyni zamanda bütün dünya görəcək ki, Azərbaycan böyük imkanlara malik bir ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir".

Millət vəkili  Məlahət İbrahimqızı bildirib ki, ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları mühüm əhəmiyyət kəsb edir. Əlbəttə, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsində mühüm rol oynayan ən başlıca amil Azərbaycanın daim İslam dünyasına öz töhfələrini verməsidir: "Məlum olduğu kimi Azərbaycan müsəlman ölkələri ilə sıx əlaqələrə malikdirİslam dünyasında böyük nüfuz sahibidir, ölkəmiz İslam dini dəyərlərinin qorunması və təbliği istiqamətində də öz töhfələrini verməkdədir. Prezident İlham Əliyev qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunları təkcə idman tədbiri deyil. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir.  Dövlətimizin başçısı bildirib ki, bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq". Millət vəkili deyib ki, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Azərbaycanın Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevadır: "Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi çox uğurla fəaliyyət göstərir. Xatırladım ki, Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri də Mehriban xanım idi. Məhz onun rəhbərliyi ilə bu Oyunlar yüksək səviyyədə keçirildi. İlk Avropa Oyunları göstərdi ki, Azərbaycan ən yüksək tədbirlərə ev sahibliyi etməyə qadirdir. Bu mənada IV İslam Həmrəyliyi Oyunlarının da çox yüksək səviyyədə keçirilməsi Azərbaycanın beynəlxalq yarışlara hazır olmasına əminlik yaratdı. Bu tədbir bir daha Azərbaycanın dünyada tanıtımı oldu".

 

Alim

 

Olaylar.- 2017.- 27-30 may.- S.11.