99 il yol gələn
28 Mayın
şərəf və ləyaqət
ölçüsü
28 May Azərbaycan
tarixinin şərəf
və ləyaqət səhifəsidi. 28 May Azərbaycan
xalqının əxlaq
və namus etiketidi. Bu etiketi yaradanlar Cümhuriyyətin
qurucuları olan Məmməd Əmin Rəsulzadığə, Ceyhun
Hacıbəyli, Fətəli
xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Məmmədhəsən Hacinski
və Üzeyir bəy Hacıbəyli kimi tarixi şəxsiyyətlərdi.
"İstiqlal" Bəyannaməsi ilə Azərbaycan dövlətinin
qurulduğunu elan edən bu şəxsiyyətlər
Azərbaycan xalqının
qiymətli sərvətidi.
Bu gün həmin
şəxslərin qurub-yaratdığı
dövlətin 99 yaşıdı. Düz
99 il əvvəl
Azərbaycanı canı-qanı
qədər sevən,
onun yolunda fədakarlıq edən bu KİŞİlər gələcək xoş günlərə hesablanmış
müstəqil Azərbaycan
dövlətini qurdular.
Düz 99 il
əvvəl Azərbaycanın
müstəqil bayrağı,
gerbi, himni dünya dövlətlərinin
eyni atributları sırasında yer aldı. Üçrəngli bayrağıımız təkcə Azərbaycan səmasında deyil, həm də dünyanın başqa dövlətlərinin ərazisində
öz əzəməti
ilə dalğalandı.
99 il əvvəlin
28 May günü əvvəlki
və sonrakı illərin eyni günü ilə çox fərqlənir. Təqvimdə sıradan bir
gün gün kimi yazılan 28 May tarixi 1918-ci ildən başlayaraq 23 ay şanlı
tarix kimi qeyd olundu. Bu 23 ayda Azərbaycan
müstəqilliyinin əlindən
tutdu, onu buraxmamağa çalışdı.
Həmin
23 ayda, daha doğrusu 690 gündə çox çətin ictimai-siyasi şərait mövcud idi. Rusun, erməninin, farsın gözü Azərbaycan adlı yağlı tikəyə dikilmişdi,
onlar bu ərazini ələ keçirib, burada yaşayanları qırmaq,
deportasiya etmək arzusunda idilər. Məhz bu çətin dövrdə bütün çətinliklərə sinə
gərən, özlərini
güllə qabağına
verən Azərbaycan oğulları meydana çıxdı. İri torpaq
sahibləri, böyük
imkana malik şəxslər vardı
ki, qazandıqlarını
xalqın yolunda xərcləyir, bununla fəxr edirdilər. Çətinliklərə, problemlərə baxmayaraq onlar öz yollarından dönmədilər. Məhz bu
dönməzliyin sayəsində
Azərbaycan torpaqları
qonşu dövlətlər
arasında bölünmədi.
23 ayda Rusiyanın,
İngiltərənin ABŞ-ın maraqları Azərbaycanda toqquşdu. Ona görə
də düzgün siyasi xətt götürmək, doğru,
düzgün analizlər
vermək, baş verənlərdən vaxtında
nəticə çıxarmaq
elə də asan olmadı. Nəhəng
dövlətlərin yenicə
doğulmuş körpəyə
bənzəyən Azərbaycanı
didib-parşalamaq siyasətinə
23 ay duruş gətirmək
çox çətin
idi. Güc göstərmək, səbr nümayiş etdirmək də yetərli olmurdu.
28 May tarixi Azərbaycan dovlətciliyinin bərpası,
xalqımızın istiqlalına
qovuşması, oz əzəli
torpaqlarına sahib durduğu
tarixdir. Dunya dovlətləri, millətləri icərisində
Azərbaycan adlı məmləkət yarandı,
onun paytaxtı, ərazisi, sərhədləri
elan edildi, bu dovlətin sahibinin azərbaycanlılar
olduğu bildirildi.
İnsan
sahib olduğunun dəyərini
biləndə onun yeri ucalarda olur.
Azərbaycan Cümhuriyyəti 23 ay yaşasa da yeri könüllərda yaşadı. Zaman-zaman bir
qəlbdən digərinə
ötürüldü. Hətta Cümhuriyyətin 23 aylıq
fəaliyyətini nəzərə
almasaq belə, təkcə onun elan edilməsinin özünü böyük
hadisə kimi qiymətləndirə bilərik.
70 illik bir zaman kəsiyi Azərbaycan xalqının
tarixində özünü
başqa yönümdən
tanıtdı. Həmin dönəmdə 28 Mayın
üstünü Günəşin
üstünü alan qara buludlar sayağı örtdülər. 28 May 28 aprellə
əvəzləndi və
70 il təqvimdə
qırmızı rənglə
işarələndi. Bu gün 28 May təqvimdə
qırmızı rənglidi.
Amma bu qırmızı rəng 28 aprelin qırmızısından çox
fərqlənir. 28 aprel nahaq tökülən
qanla yazılmışdı,
28 May isə Vətən
torpağı uğrunda
tökülən qanla
yazılıb.
Hərdən mənə elə gəlir ki, 28 Mayın öz mistikası var. Bu mistika özündə müstəqilliyi, azadlığı, gücü və cəsarəti birləşdirir. Bu mistika 28 Mayın qurucularının istək və arzularını bu günə daşıyıb gətirən bir Simurq quşunun simvoludu. Bu mistika dünyaya Günəş kimi doğan Azərbaycan dövlətini qoruyur, daim başı üzərində dolanır.
Bu mistika 99 ildi yol gəlir. 99 illik mistika son 26 ildə özünü daha güclü göstərdi. Müstəqilliyini
bərpa edən Azərbaycan xalqı
1991-ci ilə 28 Mayın
73 il əvvəl
oğurlanmış, zəbt
olunmuş əzəmətini,
vüqarını və
ləyaqətini bərpa
etdi. Azərbaycanın igid oğulları,
qəhrəman qızları
həmin şərəf
və ləyaqət yolunda canlarını verdilər, Vətən torpağını qanları
ilə suvardılar.
Bu gün müstəqil
Azərbaycanın doğum
günüdü. Bu gün
28 Mayın şərəf
günüdü. Bu gün 99 illik tarixin ləyaqət günüdü. Bu gün
99 il yol
gələn 28 Mayın
şərəf və
ləyaqət ölçüsünün
qorunduğu gündü.
Günün mübarək, Azərbaycan!
Şərəfin, ləyaqətin, qürurun
həmişə ucalarda
olsun, Vətən!
Züleyxa Nadir
Olaylar.- 2017.- 27-30 may.- S.5.