Dünyanın xoşbəxti
Aylardan soruşdum,illər söylədi,
Nəğməli dodaqlar,dillər söylədi,
Obalar söylədi,ellər söylədi:
Dünyanın xoşbəxti sənsən dünyada.
Bu-yurda,ocağa,oda da bəlli,
Bu,şana-şöhrətə,ada da bəlli,
Yaxına,uzağa,yada da bəlli,
Dünyanın xoşbəxti sənsən
dünyada.
Xəyalın üfüqdə,eşqin
dərində,
Ürəyin alovda,hissin sərində.
Oxudun,oynadın,güldün yerində
Dünyanın xoşbəxti sənsən
dünyada.
Şimşəksən zirvədə- çaxdın,çax elə,
Ulduzsan-
göylərdən baxdın,bax elə,
Bulaqsan-qaynayıb axdın,ax elə,
Dünyanın xoşbəxti sənsən
dünyada.
Zərifdən zərifdi,ləyaqətin
var,
Təmizdən təmizdi,sədaqətin
var,
Bir ümman,bir dərya
məhəbbətin var,
Dünyanın xoşbəxti sənsən
dünyada.
Əbədi yer tapdın ürəklərdə sən,
Sevilən,sevinən ürəklərdəsən.
Ən yaxşı arzuda,diləklərdəsən,
Dünyanın xoşbəxti sənsən
dünyada.
Keçdi ömrüm-günüm çəndə,deyirəm,
Kamandar,nələr var məndə deyirəm.
Deyiblər,ay Lalə,mən də deyirəm:
Dünyanın xoşbəxti sənsən
dünyada.
VƏKİL OLMAQ İSTƏYİRƏM
Mən vəkil görmüşəm
- el ağsaqqalı,
İşdən nə yorulub, nə də bezibdi.
Mən vəkil görmüşəm
- fikri,xəyalı,
Eldə dolaşlbdı,
eldə
gəzibdi.
Mən vəkil görmüşəm
- hər şeydən
halı,
Kasıba,yetimə dayaq olubdu.
Mən vəkil görmüşəm-hər
vaxt əhvalı
Millətin əhvalı sayaq olubdu.
Mən vəkil görmüşəm-Millət
vəkili!
Nahaqqı böyüdüb, haqqı
yıxmayıb.
Düz gəlib sözüylə
işi-əməli,
Verdiyi vədinə
xilaf çıxmayıb.
Xalq üçün yaşayıb,xalq üçün
qurub,
Xalq olub nitqinin əvvəli,sonu.
Xalqın
xidmətində dayanıb,durub,
Xalqı da hörmətdə saxlayıb onu.
Önündə kiçilib uca kürsülər,
Sözünün qılınc tək kəsəri olub.
Tikdiyi,saldığı yollar,körpülər,
Yazdığı ən zəngin əsəri olub.
Bir kənddə su yoxdu-həllini tapıb,
Bir kəndin
məktəbi-onun arzusu.
Gecə
də,gündüz də gəzib,axtarıb,
Olmayıb dincliyi,səbri,yuxusu.
Əlinin
qabarı,alnının
təri...
Bəhrəsi varıymış hər əziyyətin.
Elin bir xeyiri,elin
bir şəri,
Onsuz keşibdimi?
Çətindən çətin.
Təşəbbüs eylədi-heç
kim heç
zaman,
Haram qazanmadı,rüşvət
almadı.
O vaxtdan əkinə yararlı olan
Bir qarış
torpaq da boşda qalmadı.
Hər evdə istilik,hər
evdə işıq,
Təhsilə,savada meydan verildi.
Böyüklə böyükdü,uşaqla
uşaq,
Seçənlər adına
"min əhsən!" dedi.
Ömrünü boş yerə yaşamadı o,
Həyat hər adama bir vaxt sınaqdı.
Dünəni bu günə daşımadı o,
Baxdı, gələcəyə-sabaha baxdı.
Bu da bir arzudu,
bu da bir
xəbər,
Qoy deyim,eşidin mənim dilimdən.
Ay böyük adamlar, ay başbilənlər,
Onun tək bir vəkil olmazmı məndən?
V U R U L D U M
Bir məclisdə, bir süfrədə görüşdük,
Mən Namiqin diqqətinə vuruldum.
Dərdimizi, qayğımızı bölüşdük,
Dostlarımın hörmətinə vuruldum.
Səbəb vardı sevinməyə,gülməyə,
Sözmü çatar olanları deməyə.
Hər nə desən tapılırdı yeməyə
Torpağımın sərvətinə vuruldum.
Gözəl toydu... bu anlarda bəy-gəlin
Əziziydi bir obanın, bir elin.
Böyük-kiçik qədri bilən millətin
Dədə-baba adətinə vuruldum.
Yeri
başdı Rafiq ilə Orxanın,
İşi bəlli vurmayanla vuranın.
Çoxdan idi görüşmürdük,
Ehsanın
Şənlik boyu söhbətinə vuruldum.
Abbas, Sahil, Tural bizə
qoşuldu,
Anar gəldi,
əhvalımız xoş
oldu.
Nə daddıqsa şirin oldu, nuş oldu,
Baxanların heyrətinə vuruldum.
Qulu dedi,yaman dedi,
düz dedi,
Böyük kimi Sadiq hərdən süz, dedi.
Kim kiməsə pıçıltıyla
söz dedi,
Bir nəfərin
cürətinə vuruldum.
Nə
ad verim bu həftəyə,bu aya,
Tez gəlmişəm
neyləyim ki, dünyaya.
Yaraşırdı İradəynən Samaya
Gözəlliyin qüdrətinə vuruldum.
Kamandarı duyuq saldın,ayıldı,
Bu gün ömrə
yazılannan sayıldı.
Sorağımız dörd bir yana yayıldı,
Bir gecənin
şöhrətinə vuruldum.
Y A Ş I N D A Y A M
Bir ömürdü, yol gedirəm
Atım yoxdu, maşındayam.
Hərdən dərin dərələrdə,
Hərdən dağlar başındayam.
Hər qarışda qalır izim,
Hər yoxuşda mənim sözüm,
Axtarsanız kəndimizin
Torpağında-daşındayam.
Damcı-damcı axılaram,
Yerə düşüb yox olaram.
Bir yel əssə yıxılaram
Dərin yarğan qaşındayam.
Ay Kamandar, getdi günlər,
Neçə gecə,neçə
səhər.
Gələn ilə döz bir təhər
Ata-baba yaşındayam.
Gedək-qayıdaq
Eloğlum Fazil Həsənova
Gedəndə məni də özünlə apar,
Yaxşı bir xatirə qoyub qayıdaq.
Dərəni,təpəni,düzü dolaşıb,
Arannan-yaylaqdan doyub qayıdaq.
Budaqlar yaşıldı,yarpaqlar üstdə,
Yarpaqlar
naxışdı,budaqlar
üstdə,
Açıb sinəmizi bulaqlar
üstdə,
Ürəkdən bir "oxxay!" deyib qayıdaq.
Sən də çox bağlısan,mən də bu elə,
Yağış da yaraşır, çən də bu elə.
Gedək,
qoşalaşıb, gündə
bu elə,
Torpağın ətrini duyub,qayıdaq.
Bilirsən, nə qədər ehtiyacım var?
Nə qədər
kədərim, ağrım-acım
var?
Atamla əmim var, dayım-bacım var,
Bir-bir qəbirləri
sayıb qayıdaq.
Sıxanda zamanın vaxtı-vədəsi,
Qalan qalasıdı,
gedən gedəsi.
Tezdən
şirin olur bacı kətəsi,
Kəndin ayağına dəyib qayıdaq.
Əmoğlu, dayoğlu axtarsa
bizi
Axtarsın çöllərdə qoy
izimizi.
Soyuq dağ çayında əl-üzümüzü
Üşüyə-üşüyə yuyub, qayıdaq.
Çəməndə lalənin bir üzü xallı,
Zirvədə ağacın sinəsi ballı.
Çatax, Kəpənəkçi, Dəllər, Avdallı,
Tanış qapıları döyüb,
qayıdaq.
Gedək,
Borçalıya, yolumuz
düşsün,
Nə bişir
həyətdə, ocaqda
bişsin.
Görüşsün ananla anam, görüşsün,
Bir körpə
quzuya qıyıb, qayıdaq.
Xəbəri çatdırıb qonum-qonşular,
Desinlər gəlibdi: Fazil,
Kamandar.
Quruddu xəngəlnən duzlu qulançar,
Soyutma balıq
da yeyib qayıdaq.
K İ M İ Y Ə M
Qırov
düşüb budağıma,
Qəm çöysəyib dodağıma,
Sükut
çöküb otağıma,
Qulağı batmış kimiyəm.
Zirvə
gördüm-qar olmadı,
Bağça saldım-bar olmadı,
Bir qız sevdim-yar olmadı,
Taleyi yatmış kimiyəm.
Fikrim çaşqın,nitqim laldı,
Başımda hey qeylü-qaldı.
Ay Kamandar,bu nə haldı?
Əcəli çatmış kimiyəm.
Kamandar EYVAZLI
Olaylar.- 2017.- 17 oktyabr.- S.12.