Turizm sahəsində xidmət keyfiyyəti artırılacaq

 

Qeyri-neft sektorunda mühüm istuqamətlərdən biriniturizm tutur. Azərbaycanın zəngin turizm potensialı olduğundan son illər bu istiqamətdə kifayət qədər işlər görülüb. Xarici turistləri ölkəyə cəlb edə biləcək infrastruktur qurulub, yeni otellər şəbəkəsi yaradılıb. Məhz bütün bu göstərilənlərin nəticəsidir ki, hər il ölkəyə gələn xarici turistlərin sayında artım qeydə alınır.

Heç şübhəsiz ki, ölkəyə turist axınının artmasında təbliğatla yanaşı, yüksək səviyyədə xidmət də vacibdir. Və bu istiqamətdə müntəzəm olaraq işlər görülür, turistlərə xidmət səviyyəsinin artırılması üçün turizm istirahət mərkəzlərində monitorinqlər aparılır, onların əməkdaşları təlimlərə cəlb edilir. Bu sahədə xidmət səviyyəsinin yüksəldilməsinə nail olmaq üçün bir sıra təşkilatlar da mövcuddur ki, onlardan biri də Azərbaycan Turizm Assosiasiyasıdır. Assosiasiyanın sədri Nahid Bağırov təşkilatın yaxın gələcəyə olan planları bağlı müsahibə verib.

-Nahid bəy, hazırda Assosiasiyanın neçə üzvü var və onların sayının artırılması kimi planlarınız varmı?

-Azərbaycan Turizm Assosiasiyası 2009-cu ildən fəaliyyət göstərir və onun aktiv üzvlərinin sayı 100-ə yaxındır. Azərbaycan Turizm Assosiasiyası üzvləri təstiq olunmüş tələblər və meyarlara uyğun olaraq seçir. Belə ki, assosiasiyaya üzv ancaq turizm qanunvericiliyinə uyğun fəaliyyət göstərən və turistlərin hüquqlarını təmin edən şirkətlər ola bilər.  Turizm Assosiasiyasının üzvlərinin sayının artmamasına səbəb  də məhz təstiq olunmuş tələblərdir, ancaq hazırda biz Assosiasiya üzvlərinin sayının artırılması qərarına gəlmişik. Bu o demək deyil ki, turizm fəaliyyəti ilə məşğul olan hər şirkət və ya şəxs AZTA-ya üzv ola bilər.  Biz əsas olaraq - xidmətin keyfiyyəti, assosiasiya üzvləri və müştəri məmnunlugu prinsiplərinə sadiqik. Bazar iştirakçılarının sayının  lisenziyalaşmanın ləğvi fonunda sayının artması, eləcədə turist axının və fırıldaqçılıq faktlarının artımı  fonunda AZTA bazarda keyfiyyətli iştirakçıları müəyyən etmək üçün araşdırmalar aparmaq qərarına gəlib. Həmin iştirakşılar AZTA-ya üzv ola biləcəklər.

- Assosiasiya üzvləri hansı üstünlüklər əldə edəcək və onların fəaliyyəti qeyri-üzvlərin fəaliyyətinə necə təsir edə bilər?

- Azərbaycan Turizm Assosiasiyası üzvlərinin sayının artırılması ancaq AZTA fəaliyyəti ilə deyil, həm də turizm sənayəsinin inkişafına təkan verəcək, o cümlədəm, xidmət keyfiyyətinin artırılmasına xidmət edəcək. Azərbaycan Turizm Assosiasiyası ictimai birlik olmağına baxmayaraq, turizm sənayəsinin iştirakçıları və turistlər, eləcə də müvafiq ozəl və dövlət quurumları arasına problemlərin həlli üçün  körpü rolunu oynayacaq. AZTA üzvlərini xüsusi holoqramlarla təmin edəcək və bu da həmin şirkətin xidmətlərinin keyfiyyətə AZTA tərəfindən zəmanət verildiyi mənasını daşıyır. Yəni, Azərbaycan Turizm Assosiasiyası həmin şirkətə görə öhtəliyi öz üzərinə götürəcək. AZTA-ya üzvlük könüllülük prinsipi ilə hayata keçirilirbuna görə də bütün tədbirlər üzv olmayan şirkətlərin maraqlarını nəzərə alınaraq həyata keçiriləcək.

- Azərbaycan Turizm Assosiasiyası nəznində təşkil olunmuş komitələrin fəaliyyətini necə qiymətləndirirsiz?

- Azərbaycan Turizm Assosiasiyası nəznində gəlmə turizm, getmə turizm və nəqliyyat məsələləri üzrə komitələr fəaliyyət göstərir. Hər üç komitə öz fəaliyyətini kifayət qədər fəallaşdırıb. Hər həftə komitələr iclas keçirir və Assosiasiyanın dəstəyi nəticəsində həll olunan problemləri müzakirə edirlər. Hər həftə iclasların gündəliyinə aktual məsələlər çıxarılır, iclas işrirakçıları öz təklifləri ilə çıxış edir, Assosiasiya isə həmin problemlərin həlli üçün vacib olan tədbirlər görür. Belə görüşlər həqiqətən probllemlərin üzə çıxarılması və həll olunması üçün səmərəli vasitəyə çevrilib. Hazırda AZTA-nın yeganə problemi bazar iştirakçılarının assoosiasiyanın gördüyü işlər barədə məlumatsız olmasıdır və buna görə də yaxın gələcəyə olan planlara öz fəaliyyətimizi təbliğ etmək üçün genişmiqyaslı tədbirlərin və aksiyaların keçirilməsi daxildir.

- Azərbaycan Turizm Assosiasiyasının "qara siyahısı" nə deməkdir və nəyə lazımdır?

- Azərbaycan Turizm Assosiasiyası əvvələr də belə siyahını tətbiq edirdiindi onu bərpa etmək qararına gəlib. Bu siyahiya bütün turizm sənayesi iştirakçıları - tələbləri pozan turizm şirkətləri, otellər, aviaşirkətlər və hətta arzuolunmaz turistlər də daxil ediləcək.  Siyahıya dəyişiklikləri ancaq AZTA üzvləri edə biləcək və hər bir təklif olunan məlumat diqqətlə öyrəniləcək, ancaq bunnan sonra siyahıya əlavə olunacaq. Belə təcrübə bir çox ölkələrdə tətbiq olunuryarana bilinəcək risklərin, eləcə də  digər bazar iştirakçılarının mənfi nüfuzunun formalaşmasının qarşısını almaq üçün kifayət qədər səmərəli vasitədir.

- Azərbaycan Turizm Assosiasiyasının ölkə daxilində genişlənməsi kimi planıları var mı?

- AZTA-nın daxildə genişlənməsi prosesi Naxçıvanda nümayəndəliyin açılması ilə artıq başlayıb. Bizə artıq Naxçıvanda fəaliyyət göstərən turizm şirkətləri tərəfindən üzv olmaqla bağlı müracıətlər daxil olur və hazırda baxılır.  Naxçıvanda nümayəndəliyin açılmasının səbəbi bölgəyə turist axının artımı və strateji əhəmiyyəti ilə bağlıdır.

- Bəs ölkə xaricində necə?

- Bizim artıq Malaysiya, Dubay və Ukraynada mümayəndəliklərimiz var.  Ölkə xaricində nümayəndəliklərin olması beynəlxalq turların və ya üçüncü ölkələrə Azərbaycan ərazisi üzərindən  turizm axınında  iştirak etmək kimi qərarın alınmasına səbəb oldu.  Məlumdur ki, Gürcüstan istiqaməti ukraynalı turistlər tərəfindən böyük maraqla qarşılanır və bizbu prosesdə Azərbaycan ərazısını təklif etməklə iştirak etmək istəyirik.  Bu mexanizm ya Azərbaycan uzərindən tranzit kimiya beynəlxalq turların təşkili kimi istifadə oluna bilər. Hər il Gürcüstana 200 mindən çox polşalı turist səyahət edir, ukraynalı həmkarlarımız ilə fəaliyyətin səmərəliliyindən AZTA-nın Polşada nümayəndəliyinin açılması və beynəlxalq turların təşkil edilməsı qərarı asılıdır.

 

Məhəmməd

 

Olaylar.- 2017. - 12 sentyabr.- S.12.