Ölkəmizin
böyük turizm potensialı var
Nizami Mehdiyev:
"Yaxın gələcəkdə bu sahədə lider
ölkələrdən birinə çevriləcəyimizə
inanırıq"
Son illər qeyri-neft sektorunun
mühüm istiqamətlərindən biri olan turizm sahəsində
də ciddi addımlar atılır, bu sahənin daha da
inkişaf etdirilməsi üçün kompleks tədbirlər
həyata keçirilir. Ancaq onu da qeyd etmək yerinə
düşər ki, turizm sahəsinə nə qədər diqqət
göstərilsə də, hələ də bu sahədə
müəyyən nöqsanlar qalmaqdadır. Bunun da başlıca səbəblərindən turizm
sahəsinin daha çox rəqabətli və dinamik
olmasıdır. Müxtəlif turizm
şirkətləri daha çox müştəri cəlb etmək
üçün təklif etdiyi güzəştlər isə
bir çox hallarda turistləri qane etmir. Bəs
görəsən, bu sahədə daha sağlam rəqabət
yaratmaq, turizmi daha da inkişaf etdirmək üçün
hansı tədbirlərin keçirilməsi, addımların
atılması zəruridir. Bu və digər
suallara "Alison Travel" turizm şirkətinin rəhbəri
Nizami Mehdiyev aydınlıq gətirib.
-Nizami müəllim,
rəhbərlik etdiyiniz şirkət nə zamandan fəaliyyət
gösrərir?
- "Alison Travel" turizm
şirkəti 2 ilə yaxındır ki, fəaliyyət
göstərir. Şirkətimiz əvvəlcə
Gürcüstanda fəaliyyətə başladı, lakin
ölkəmizdə turizmin inkişafına biz də öz
töhfəmizi verməmiz üçün bu ilin əvvəlində
Azərbaycanda ofisimizin fəaliyyətinə başladıq.
Şirkətin gənc olmasına baxmayaraq,
çox təcrübəli və peşəkar komandaya
malikik. Belə ki, mən özüm marketinq və xidmət
sahəsində 10 ildən artıqdır ki, fəaliyyət
göstərirəm və artıq son 4 ili
həmçinin turizm sahəsində də fəaliyyətimi
davam etdirirəm. Bundan əlavə təhsilimlə
əlaqədar olaraq, Avropada yaşadığım müddətdə
çoxlu sayda ölkələrə səyahət etmişəm,
əksər Avropa ölkələrində, həmçinin
Amerika və Asiyada olmuşam. Bu səhayətlər
sonradan fəaliyyətimdə və turizm sahəsinin müəyyən
incəliklərini bilməyimdə mənim üçün
çox faydalı oldu. O üzdən biz müştəri
məmnuniyyəti məsələlərini dərindən
anlayırıq və buna hər bir xidmətimizdə nail
olmağa çalışırıq. Bu da bizim
fəaliyyətimizdə müştərilərimiz
ücün düzgün və ucuz səyahət turunun
seçilməsinə çox kömək edir. Eləcə də şirkətimizin işçiləri
bu sahədə peşəkar və enerjili kadrlardır, turizm
sahəsində kifayət qədər təcrübəyə
malikdirlər. Biz müştərilərimizə
onların müraciətləri və ya maraqlandıqları
turlarla bağlı bütün detalları açıq və
səmimi şəkildə izah edir, ən münasib, sərfəli
və əsaslandırılmış qiymətləri təklif
edirik.
- Hazırda
şirkətiniz daha çox turizmin hansı istiqamətləri
üzrə fəaliyyət göstərir?
- Şirkətimiz bir
neçə istiqamətdə fəaliyyət göstərir. İstiqamətlərdən
biri xarici turizmdir (Outbound tourism). Bütün
turizm istiqamətləri üzrə individual və qrup
turları təklif edirik. Turları təşkil
edərkən xaricdə olan çoxsaylı
partnyorlarımızdan faydalanırıq, müştərilərimiz
üçün ən uyğun, ucuz və sərfəli
turları təşkil edirik. Bütün
məşhur turizm istiqamətləri üzrə turpaketlərimiz
mövcuddur və bunlar ən sərfəli və rahat formada
müştərilərimiz üçün hazırlanır.
Bundan əlavə şirkətimiz kifayət qədər
operativdir və qısa zaman ərzində turizm istiqamətindən
asılı olaraq, yüksək peşəkarlıqla
bütün təşkilatçılıq işlərini həyata
keçirir.
Azərbaycandan xaricə gedən
insanların təyyarə biletlərinin və otellərin
bronlaşdırılmasını, sığorta xidmətlərinin,
vizaların alınmasını da təşkil edirik. Xüsusilə
vizaların alınmasında bacarıqlı olduğumuzu demək
olar. Məsələn, az öncə
ən çətin vizalardan sayılan Şengen vizası
üçün 8 müraciətin 8-i də müsbət cavab
aldı
- Vizaların
alınmasında göstərdiyiniz xidmət ödənişlidirmi?
- Xeyr, bu xidmət ödənişsizdir.
Bizdən turpaket alan müştərilərimizə
viza alınmasında təmənnasız xidmət göstəririk.
- Səyahət
biletlərinin satışı ilə bağlı xidmətinizi
necə qurmusunuz?
- Bilet satışımızı
xüsusilə qeyd etmək istəyirəm. Belə
ki, xüsusi - yalnız turizm şirkətləri
üçün adaptə olunmuş B2B sistemlərə
birbaşa girişimiz vardır. Bu da bizə
dünyanın istənilən istiqamətində ən
uyğun, rahat və ucuz Aviabilet sifariş etməyimizə
kömək edir. Bununla əlaqədar müştərilərimizə
təklif etdiyimiz proses çox sadədir. Belə
ki, dəyərli müştərilərimiz www.alisontravel.ue
internet səhifəsinə daxil olaraq, orada göstərilən
səyahət turizm paketləri, otellər ilə
yanaşı, həmçinin aviabiletlərin sifarişini
online qaydada və yaxud (012) 511 12 14 / (050) 494 94 99 əlaqə
nömrələrinə zəng edərək edə bilərlər.
Nəzərinizə çatdırmaq istərdim
ki, bütün uçuş istiqamətləri, qiymətləri
barədə məlumatlar və biletlərin
bronlaşdırılmasını əməkdaşlarımız
həftənin yeddi günü, 24 saat həyata keçirir.
- Daxili turizm ilə
əlaqədar fəaliyyətinizdə hansı
üstünlüklər var?
-Daxili turizm şirkətimizin prioritet
istiqamətlərindən biridir. Belə ki, son
illərdə ölkəmiz bu istiqamətdə böyük
addımlar atıb. Dövlətimiz bir
çox mötəbər yarışların Azərbaycanda
keçirilməsi ilə xarici turistlərin ölkəmizə
böyük maraq göstərilməsini
stimullaşdırıb. Alison Travel şirkəti
olaraq biz də bu istiqamətdə töhvəmizi verməmiz
üçün Azərbaycanda fəaliyyətə
başladıq və bu istiqamətdə işlərimizi
genişləndirməyə çalışırıq.
"Inbound tourism" yəni daxili turizmlə bağlı bir
çox xarici turizm şirkətləri ilə sıx əməkdaşlıq
edirik, onlara Azərbaycan tarixi və onun turizm potensialı
haqqında geniş məlumat veririk. Hazırda, əsasən
Körfəz ölkələri ilə
çalışmağımıza baxmayaraq, yaxın gələcəkdə
müştəri portfelimizi diversifikasiya edərək Avropa
ölkələri, Rusiya, Ukrayna, Çin, Qazaxıstan kimi
ölkələrdən Azərbaycana turistləri cəlb etməyi
planlaşdırırıq.
Daxili turizmdə həmçinin
öz vətəndaşlarımızın keyfiyyətli və
yüksək səviyyədə istirahətinin Alison Travel tərəfindən
təşkil edilməsini xüsusi qeyd etmək istərdik. Belə ki, həftəsonu
Ölkədaxili qrup turlarının təşkilindən əlavə,
individual şəkildə regionlarda müştərilərimiz
üçün Otel sifarişləri və lazım olduğu
zaman transferlər həyata keçiririk. Dəfələrlə
qeyd etdiyimiz kimi, Alison Travel şirkəti olaraq Bakı və
regionlarda fəaliyyət göstərən otellər ilə əməkdaşlıq
müqaviləmiz mövcuddur və bu bizə müştərilərimiz
üçün online sistemlərdə olan qiymətlərdən
daha ucuz qiymət təklif etməyimizə imkan yaradır.
Odur ki, müştərilərimizə təklif
edirik ki, hər hansı regiona gedərkən, bizimlə əlaqə
saxlayıb otellər üzrə qiymət barədə
maraqlansınlar, Endirimli qiymət təkliflərimizdən
yararlansınlar.
- Şirkət olaraq turizmlə bağlı hansısa
stimullaşdırıcı aksiyalar keçirirsinizmi?
- Bəli, bu baxımdan çox maraqlı
və uduşlu aksiyalarımız olur. Məsələn,
sosial şəbəkə istifadəçiləri
üçün uduş aksiyası elan etmişdik.
İstənilən "Facebook" istifadəçisi bizim
"Facebook" səhifəmizə girib, səhifəni bəyənir,
həmin aksiya elanının altına - şərh yerinə
dostunu "tag" edir və həmin səhifəni öz səhifəsində
bölüşür. Səhifəmizi
bölüşən hər bir "Facebook" istifadəçisinin
nömrəsi olur. Final keçiriləndə
kimin nömrəsi qalib elan olunursa, ona hansısa ölkəyə
gediş-gəliş üçün təyyarə bileti təqdim
olunur. Çox böyük marağa səbəb
olmuş bu aksiyada "Facebook" da 400, "İnstagram"
da isə iştirak etmişdir və artıq bir nəfər
qalibimiz müəyyənləşərək
Bakı-Kiev-Bakı bileti qazanmışdır. Hal-hazırda digər aksiyamız keçirilir və
şərtləri eyni olan aksiyanın qalibi 2 (iki) nəfərlik
ölkədaxili həftəsonu tur qazanacaqdır. Bu cür uduşlu aksiyalardan gələcəkdə
tez-tez keçirəcəyik, bu baxımdan istifadəçilərin
bizim www.facebook.com/Alisontravel.eu və www.instagram.com/alison.travelsəhifələrini
izləməsi, gələcəkdə bu cür uduş
aksiyalarına qatılmaları, maraqlı və sərfəli
turlardan xəbərdar olmalarına şərait yaradacaq.
- Son dövrlərdə
Azərbaycana turist axını güclənib. Xüsusən
də Yaxın Şərq və Körfəz ölkələrindən
gələnlərin sayı dəfələrlə artıb.
Bununla bağlı sizin şirkətin hansı strategiyası
var və ümumiyyətlə, bu sahədə nələri təklif
edərdiniz?
-Qeyd etdiyimiz kimi, ölkəmizdə
daxili turizm son illərdə əsaslı şəkildə
inkişaf etməyə başlayıb. Təbii
ki, bu sahədə hələ görüləsi çox
işlər var və dövlətimizin bu istiqamətdə
göstərdikləri fəaliyyət təqdirəlayiqdir.
Ölkəmizin böyük turizm potensialı
var və yaxın gələcəkdə bu sahədə lider
ölkələrdən birinə çeviriləcəyimizə
inanırıq. Bunun tezliklə həyata
keçməsi üçün, hər birimiz öz töfəmizi
verməliyik və ölkəmizə gələn turistlərin
məmnun qalması üçün əlimizdən gələni
etməliyik. Bu istiqamətdə nəinki yalnız turizm
şirkətləri, həmçinin prosesdə iştirak edən
bütün tərəflərin - otel, restoranlar, bələdçilər,
trasnfer şirkətləri və s. böyük çaba
göstərmələri şərtdir. Qonşu
Gürcüstan buna nümunədir və orada fəaliyyət
göstərdiyimiz üçün proseslərə
yaxından bələdik. Biz ilkin olaraq daxili
turizm xidmətlərini orada başladıq və öz xarici
partnyorlarımızı inandırdıq ki, eyni turizm xidmətlərini
və keyfiyyəti Azərbaycanda da göstərəcəyik,
bununla da onları ölkəmizə cəlb etdik. İndi isə əlimizdən gələni edirik ki,
verdiyimiz vədlərə əməl edək və turistlərin
ölkəmizdən məmnun qalmasını təmin edək.
S.İsmayılbəyli
Olaylar.- 2017.
-14 sentyabr.- S.12.