Ədəbi ilikşilərin inkişafına şeir çələngli töhfə
Sovet dönəmində yaşamış adamların yaxşı yadında olar, hər il bir respublikada 15 “qardaş” respublikadan birinin ədəbiyyat-incəsənət günləri keçirilərdi. Bu günlərdə iştirakçı ölkənin, kino-teatrlarda kinoları yayımlanır, rəssamlarının rəsm əsərləri sərgilənir, müğənnilərin kənd və şəhərlərin mədəniyyət evlərində konsertləri olur, şair və yazıçılarla orta və ali məktəblərdə, zavod, fabriklərdə, mədəniyyət ocaqlarında geniş oxucu kütləsilə görüşləri təşkil edilirdi, nəşiryyatlarda yüksək tirajla və nəfis tərtibatla kitablar, kitabçalar, broşurlar buraxılırdı. Bir sözlə, iştirakcı ölkənin hər sahədə geniş təbliğatı aparılırdı. Orta məktəbin dərsliklərində bəzi “qardaş” respublikaların şair və yazıçılarının həyat-yaradıcılığı uşaqlara öyrədilirdi. Bu da, müxtəlif millətlərin bir-birini yaxşı tanımasına, ədəbiyyatının, mədəniyyətinin geniş yayılmasına şərait yaradırdı. Yetmiş ilə yaxın yaşayan, höküm sürən “dostluğumuz”, “qardaşlığımız” bir anda sabun köpüyü kimi dağıldı. Dünən bir-birindən zorən asılı olan “müttəfiq” respublikalar müstəqil respublikalar oldu. Dünənki bağlar qırıldı. Hər respublikanın başı özünə qarışdı. Köhnə dostlar unuduldu, yeniləri tapıldı… Onlarla gediş-gəliş oldu, zorən yox, könüllü dostluq, qardaşlıq yarandı. Çox şükürlər olsun, zorən yaranan biganəlik uzun sürmədi. Türk dünyası möhkəm, parlaq gələcəyini, dünyada söz sahibi olmağını türk respublikalarının birliyini, bütövlüyünü daha da yaxın, özünün doğmalığında gördü.
Heç kimə sirr deyil ki, türk dünyası ən qədim tarixə, dövlətçiliyə, mədəniyyətə, ədəbiyyata malikdir. Bu qədimliyi dünyaya çatdırmaq üçün, bizə möhkəm, sarsılmaz birlik, bütövlük lazımdır. Bu gün bu yöndə gənclər (şairlər, yazıçılar, ədəbiyyatbiliciləri, araşdırıcılar və.b.) daha çox çalışır. Ardıcıl olaraq fərqli ölkələrdə türk dünyası yazarlarının görüşləri keçirilir, kitabları (istər fərdi, istər toplu şəkilində) nəşr olunub, yayılır. Bu kitablardan biri – “Şeir çələngi” (Türk dünyası (yeni nəsil) şeir antologiyası) yazı masamın üstündədir. Antologiya Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gün üzü görüb. Kitabda Azərbaycan dilində verilmiş şeirləri şairlər – Əkbər Qoşalı, İntiqam Yaşar, Oqtay Hacımusalı, Afaq Şıxlı, Şəfəq Sahibli, Nigar Rəhimova, Faiq Balabəyli, Həyat Şəmi, Ülkər Piri, Turan Teymur, Elşad Barat və başqaları dilimizə uyğunlaşdırıb (çevrib). Onu da deməyi özümə borc bilirəm ki, bu “Şeir çələngi”ni mənə dəyərli dostum Əkbər Qoşalı hədiyyə edib. Söz adamı üçün kitab ən böyük hədiyyədir. Bu böyük hədiyyəyə görə Əkbər müəllimə dərin təşəkkürümü bildirirəm. Kitab millət vəkili, dr. Cavanşir Feyziyevin “Türk dünyası: kök(lər)dən budaq(lar)a… Budaq(lar)dan kök(lər)ə…” adlı gözəl ön sözüylə açılır. Müəllif yazısında qədim Türk Dünyasının zəngin ədəbiyyatından danışır, onun çağdaş dövrdə yeni məzmunda, yeni formada inkişaf edib yaşamasını təqdir edir. Cavanşir müəllim sevinclə yazır: “Saxadan tutmuş Türküstana, Qafqazdan tutmuş Balkanlara qədər böyük coğrafiyada hər bir xalqın çağdaş ədəbi mühitinin yetirmələri, özəlliklə də, gənc yazıçıları arasında ədəbi ilişkilərin olması sevindirici haldır”. Haqlı olaraq, Türk Dünyası Gənc Yazarlarının III Bakı Toplantısında qeyd olunub ki, “Türk dünyası ədəbiyyatını öyrənmək, zənginləşdirmək, təbliğ etmək indiki nəsilin üzərinə düşür”. Məhz bu baxımdan gənclər, əsərlərinin toplularda yer alması, müxtəlif türk ölkələrində çıxan kitabların təqdimatının keçirilməsi yönündə uğurlu işlər görürlər. Bunun da sonucunda yazarlar həm ölkə daxilində, həm də ölkələrarası ədəbi mühitdə tanınır. Mənə elə gəlir ki, türk xalqları ədəbiyyatının tanıdılması, ədəbi ilişkilərin bir-birinə yaxınlaşması türk milli birliyinə uğur gətirəcək. Vətənin, millətin çıxarlarını öz çıxarından üstün tutan, ona sevgisini, məhəbbətini bildirən, onun xeyrinə işlər görən, içdən vətənpərvər olan insanlar əslində böyük və əvəzsiz insanlardır. Biz də öz növbəmizdə gərək belə insanlara dəyər verməyi bacaraq. Şair ürəyinin çırpıntıları, harayı hər bir qələm adamına tanışdır. Mənə elə gəlir, bütün yazıçı və şairlərin dərdi bir-birinə oxşayır. Sanki bu dərd və ağrılar bir yerdə yaranıb. “Şeir çələngi”ni nəşr etməklə Dünya Gənc Türk Yazarlar Birliyinin ən böyük missiyası, xidməti odur ki, türk respublikalarının qədim mədəniyyətini, ədəbiyyatını bir-birinə tanıtmaqda, anlatmaqda yardımçı olsun. Bu antologiyanın gün üzü görməsi türk uluslarının birliyinə, bir araya gəlməsinə, bütövləşməsinə, ən nəhayət bir əlifbadan istifadə etməsinə gətirib çıxaracaq. Kitabda verilmiş hər bir şairin şeiri onun iç dünyasıdır, mənəvi aləmidir. Bu iç dünyada, mənəvi aləmdə müəlliflərin duyğuları, dəst-xətti aydın görünür. Həyatın əsil üzünü olduğu kimi – bəzəksiz-düzəksiz görmək, dərk etmək gənc şairlərin şeir¬lərində aydın sezilir.
Ana! O müqəddəsdir, təmizdir. Ana elə bir varlıqdır ki, səadəti, xoşbəxtliyi hər kəsdən yaxşı anlayır, tez anlayır. O, ani bir xoşbəxtliyi dünyanın var-dövlətinə dəyişmir. Ona görə də insanlıq ona – Anaya təzim edir. Tatarıstanlı gənc şair Aydar Camalın “Anama” şeirinə baxaq. Şair son nəfəsini anasına saxlayır, ürəyi son dəfə anası üçün döyünür. Bütün varlığı ilə anasına bağlı olan şair sonda deyir:
Ömrümü sənə verim,
Təşəkkür borcum olsun!
Ömrünü mənə verdin,
Kişi dözümüm olsun!
Məncə gözəl, kövrək misralardır. Şeiri Əkbər Qoşalı Tatar dilindən Azərbaycan dilinə çevrib. Başqa bir gənc tatar şairi Gülnaz Vəlinin “Kazan qızı” şeirini oxudum və yadıma Gülhüseyin Hüseyinoğlunun “Tatar qızları” mənsur şeiri düşdü… Üzeyrin, Müslümün baldızları olan hər bir tatar qızı, eləcə də Kazan qızları gözəldir. Sovet dönəmində tanıdığım iki tatar şairi var idi: Abdulla Tukay və Sovet İttifaqı Qəhramanı, şair Musa Cəlil. “Şeir çələngi” kitabı yaddaşıma daha iki gənc tatar şairini əlavə etdi. Bunlar, Aydar Camal və Gülnaz Vəlidir. Mənim iki gənc şairin adını çəkib, heç də o biriləri kölgədə qoymaq fikirim yoxdur. Onların da özlərinəxas deyim və düşüncə tərzi var. Hər birinə ayrı-ayrılıqda yaradıcılıq uğurları diləyirəm.
Kitabda Türküyəli gənc yazar Feryat Erolun iki şeiri verilib. Şeirin hər ikisi Bakıya, onun dünəninə, bugününə və gözəlliyinə həsr olunub. Birinci şeirdə müəllif Bakıya ilk gəlişini və keçirdiyi həyacanı qələmə alıb. Erol Bakıya ayaq basanda azərbaycanlılardan özünə qarşı böyük sevgi və şəfqət görür. Ulu Öndər Heydər Əliyevin dediyi “Bir millət, iki dövlət” kəlamının həqiqətə nə qədər yaxın olduğunu duyur və özünü vətəni Türkiyədəki kimi hiss edir… Və şeirin sonunda türk əsgərlərinin Azərbaycan uğurunda tökülən qanlarını Azərbaycana halal edir. İkinci şeir “Güzel Bakü” adlanır. Birinci şeirdə olduğu kimi, ikinci şeirdə də Bakının gözəlliyi, mənzərəli yerləri, tarixi abidələri, çıraqban gecələri böyük ilhamla nəzmə çəkilir. Erol:
“Hey, güzel Bakü,
Unudulmaz aşklar ülkesi!..”
“Hey, gözəl Bakü,
Yaşanmışlıklarla dolu sevgi ülkesi..!”
“Hey, güzel Bakü,
Gerçek dostluklar ülkəsi..!” – deyir. Bu misralar şeirin ayrı-ayrı yerlərindən götürülüb. Görürsünüzmü, Erolun Bakıya sevgisi nə qədər böyükdür. Məhz bu sevgilərlə türk dövlətləri bir-biri ilə qaynayıb qarışmalıdır. Antologiyada Azərbaycan bir neçə nəfər gənc şairlə təmsil olunub. “Nurunu çöllərə ələr təbiət”,
“bullur bulaqlara gülər təbiət”,
“Bir gül qoparmağa qorxdum doğrusu,
mən elə bildim ki, bilər təbiət…” misraları Şəkidən olan gənc şair Tural Adışirinin “Təbiət” şeirindəndir. Müəllif sərbəstdir, təbiətə özünün özəl baxışı, düşüncəsi var. Və biz də təbiətə onun kimi yanaşmaq istəyəndə ani olaraq baxışımız dəyişir, poetikləşirik. Müəllifin “Nə gözəlmiş”, “Var” şeirlərində də yeni fikir, yeni deyim var.
Kitabda başqa bir Tural adlı gənc şair də təmsil olunub. Bu, Tural Turandır. T.Turan Şəmkirin Alabaşlı
kəndində doğulub.
İki şeir kitabının müəllifidir. Onun şeirlərində
iradə möhkəmliyi,
ruhun işıqlılığı
var. Görün, “Bizim
daxma papaq qanı götürməz”
şeirindəki poetik
müraciət nə gözəl alınıb.
Bir də bu uşaqla çıxma qarşıma,
enmə üzsüzlüyün
qazmaq dibinə.
Ayıbdı, məni
də sizə daşıma,
onsuz da ayağım sizə sarıdı.
Turalın başqa bir şeiri – “Bəzən qırat kimi göz işığı
düşməyən tövləyə
bağlanmaq istərsən…”
də müraciətlə
başlanır. Hər iki şeirdəki
müraciət qadınadır.
Saçların misra-misra ağarırmı
yenə?
Bətnində boş qəbir,
Yataq otağında sinədaşsız beşiyi
görüncə…
Üşüyürsənmi bu axşam da,
Bir qarabuğdayı
kişi,
Bir sarışın qızcığazı
geyirsənmi əyninə?!
Gənc şair fərdlərin ömrünü yaşayır. Və buna
görə də şeirləri oxunaqlı və düşündürücüdür.
Axı, bədii söz hissilərin oyanışından
yaranıb ruhu qidalandırır.
Poeziya yolunda gənc dostumuza uğurlar diləyib, uğurun xeyir olsun! deyirəm.
Sevgi ilahi bir hissdir. Bu hissi yaşamayan insan yoxdur. Yüzillər boyu şairlər
bu mövzuya müraciət etmiş, yadda qalan şeirlər,
sevgi dastanları yaratmışlar. Sevgidən, məhəbbətdən
yazmaq …necə ki, insanlıq var, o da davam
edəcək. Bu mövzuda “Şeir çələngi”ndə gənc
şairlərin xeyli şeiri verilib. Hər bir poetik
parçada elə bir hiss, duyğu var ki, oxucunu
özünə cəlb
edir. Bəzən sevgi şeirləri haqqında deyirlər: “sonu vüsalla bitən sevgi şeirləri ruhun ehtiyacından yaranmır”.
Amma əksinə, vüsalın da, lap elə hicranın da öz gözəlliyi,
ləzzəti var..! Hər biri
ruhun istəyindən yaranır. Həyat sevgi və məhəbbət üzərində
qurulub. Bu da Şərq klassik şairlərindən
qalma bir gələnəkdir. Çağdaş dövrümüzün şairləri
də bu gələnəyə sadiqdir.
Gənc şairlərin
poeziya örnəklərində
tükənməzlik, davamçılıq
var – yəni, yaşamaq üçün
ancaq sevib, sevilməyin olduğu qənaəti..!
Doğma vətənimiz haqqında,
Qarabağ dərdimiz haqqında qardaş ölkə və topluluqların gənc şairlərinin yazdığı
şeirlər də yer alıb bu
kitabda. Tatarıstan Respublikasından olan başqa bir gənc şair
Rifat Salah “Qarabağ” şeiri ilə dünyada ədalətin, haqqın yoxluğundan gileylənir və əminliklə bildirir ki, torpaqların
geri qaytarılması,
ədalətin zəfər
çalması üçün
yeganə yol ürəyin təpərində,
qolun gücündədir.
İmansız dünyadan
iman gözləmək
sadəlövhlükdür!..
Rifat Qarabağ torpaqlarının
geri qaytarılmasına
nikbin yanaşır.
Şerin
sonunda “Qiyamət qopacaq yaxın zamanda..!” deyir, qardaş tatarın gənc şairi.
Mən inamla
deyə bilərəm ki, “Seir
çələngi” antologiyası (və bu
kimi işlər) türk
xalqlarının ədəbi inkişafına müsbət təsir
göstərəcək, onların yaxınlaşmasına, birliyinə
xidmət edəcək.
Məhərrəm ŞƏMKİRLİ
Yazıçı-publisist
Olaylar.- 2017.
-22 sentyabr.- S.12.