Azərbaycanda fikir, söz və məlumat
azadlığı
üçün həm hüquqi, həm
də iqtisadi baza
mövcuddur
Səbuhi Abbasov: "Azad, demokratik medianın əsasını məhz Ulu Öndər Heydər Əliyev qoyub"
Ölkədə
fikir, söz və məlumat
azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqamətində
müntəzəm olaraq addımlar
atılır. Xüsusilə, Azərbaycan XX əsrdə
ikinci dəfə müstəqillik əldə
etdikdən sonra bu sahəyə
diqqət daha da
artdı. Ölkəmiz demokratik cəmiyyətin
bir parçası kimi
KİV-in, medianın inkişafını
başlıca prioritet hesab
etdi, bu istiqamətdə
məqsədyönlü addımlar atdı, qanunvericilik
bazası formalaşdırıldı.
Məlumat üçün qeyd edək ki, məhz görülən işlər nəticəsində tən illər ərzində Azərbaycanda çoxlu sayda jurnalist təşkilatı qeydiyyatdan keçdi, onlarla təşkilat söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, KİV-lərin informasiya əldə etmək imkanlarının genişləndirilməsi, cəmiyyətlə KİV arasında münasibətlərin tənzimlənməsi və digər məsələlərlə aktiv məşğul olmağa başladı. Ölkədə mətbuat yayımı həyata keçirən müstəqil kommersiya şirkətlərinin sayı da artdı. Hazırda 20-dən artıq mətbuat yayımı firması paytaxt və bölgələrdə geniş fəaliyyət göstərir. Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı internetin imkanlarının genişlənməsinə şərait yaratdı və ölkədə müasir internet şəbəkəsi formalaşdı. Azərbaycan Prezidenti 17 fevral 2003-cü il tarixli Fərmanı ilə "Azərbaycan Respublikasının İnkişafı Naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)"sını təsdiq etmiş və bununla da qarşıdan gələn dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişaf istiqamətləri müəyyən olundu. Strategiya çərçivəsində "Elektron Azərbaycan - 2005-2008-ci illər" və "Elektron Azərbaycan - 2010-2012-ci illər" dövlət proqramları qəbul olundu və icra edildi. Ümumdünya İqtisadi Forumunun hesabatına görə, hazırda ölkə üzrə internet istifadəçilərinin sayı əhalinin 80-ə yaxın təşkil edir. İnternet provayderinin sayı isə 40-a çatıb. Son illər genişzolaqlı sürətli internet istifadəçilərinin sayı 50 faizə yaxınlaşıb ki, bu da ümumdünya orta göstəricisindən 2 dəfə yüksəkdir. Bölgələrdə internet istifadəçilərinin sayı 12-15 dəfə çoxalıb. Ucqar kəndləri də nəzərə almaqla Azərbaycanın bütün bölgələrində internetdən istifadə etmək üçün şərait yaradılıb. Bu gün 9 milyon əhalisi olan ölkədə 2 milyondan artıq yaxın sosial şəbəkə, o cümlədən 1.2 milyon Facebook istifadəçisi, vardır. 2011-ci il mayın 23-də "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır. Fərmana əsasən, dövlət orqanları öz fəaliyyət istiqamətlərinə uyğun olaraq bütün sahələrdə elektron xidmətlər təşkil ediblər. Elektron xidmətlərin "bir pəncərə" prinsipi əsasında təşkilinin təmin edilməsi məqsədi ilə www.e-gov.az vahid elektron hökumət portalı yaradılıb. Bütün bu atılan addımlar yuxarıda qeyd etdiyimiz kimi ölkədəikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinə hesablanıb. Bəs görəsən bu sahənin mütəxəssisləri, KİV rəhbərləri mövcud durumu necə dəyərləndirirlər? Bu və ya digər suallarla 7news.az internet portalının baş redaktoru Səbuhi Abbasova müraciət etdik.
-Səbuhi müəllim, Azərbaycanda mətbuatın vəziyyətini necə dəyərləndirərdiniz?
-Bu gün dünyada
mətbuatın inkişafı ilə
bağlı maraqlı tendensiyalar müşahidə
olunmaqdadır. İnformasiya-kommunikasiya texnologiyalarının
inkişafı bütün
sahələrdə olduğu
kimi mediadan da yan keçmədi.
Əgər 20 il öncə televiziya və kağız mətbuatı üstünlüyü
ələ almışdısa,
bu gün əsas
güc internet medianın
üzərinə düşür.
Son illərin yeni tendensiyası hesab olunan sosial
media isə ən yeni növ kimi
dünyanı cənginə
almaqdadır. Azərbaycan isə
dünyada demokratik, internetin azadlığına
görə ön sırada gedən ölkə kimi tanınır. Bunu biz yox,
dünyanın nüfuzlu
statistik araşdırmalar
mərkəzləri də
qeyd edirlər. Təbii ki, ölkəmizdə azad mediadan, ümumiyyətlə medianın
inkişafından danışanda
ilk növbədə ağlımıza
Ulu Öndər Heydər Əliyevin ən çətin məqamlarda verdiyi qərarlar yada düşür. Tam məsuliyyətlə və
cəsarətlə demək
olar ki, Azərbaycanda azad, demokratik medianın əsasını məhz Ulu Öndər Heydər Əliyev qoymuşdur.
-Ölkədə fikir, söz və məlumat azadlığının,
plüralizmin inkişaf
etdirilməsi istiqamətində
zaman-zaman atılan addımlar medianın müstəqilləşməsinə nə dərəcədə
müsbət təsir
göstərib?
-1993-cü ildə ulu
öndər Heydər
Əliyevin hakimiyyətə
qayıdışından sonra
Azərbaycan mətbuatında
da yeni səhifə
açıldı. Həmin illərdə
Azərbaycanda söz və mətbuat azadlığının təmin
edilməsi, kütləvi
informasiya vasitələrinin
sərbəst fəaliyyətinə
imkanların yaradılması
əsas vəzifə kimi qarşıya qoyulmuşdur. Əvvəllər yalnız senzuralı mətbuat mövcud idi. Ulu öndər Heydər
Əliyevin hakimiyyətə
qayıdışı ilə
mətbuatda ilk növbədə
mövcud problemlər
aradan qaldırıldı,
azad söz, müstəqil mətbuat üçün geniş imkanlar yarandı, senzura ləğv olundu. Mətbuatın inkişafına maneçilik
törədən süni
məhdudiyyətlərə son qoyuldu, onun inkişafına
və təkmilləşdirilməsinə
yönəldilmiş qanunvericilik
bazası gücləndirildi,
müasir dünya standartlarına uyğunlaşdırıldı,
kütləvi informasiya
vasitələrinin maddi-texniki
bazası möhkəmləndirildi,
güzəştlər müəyyənləşdirildi.
Bununla əlaqədar bir çox fərman və sərəncamlar imzalandı. Azərbaycan
dövləti müstəqilliyini
bərpa etdikdən sonra istər müstəqillik aktında,
istərsə də Azərbaycan Respublikasının
Konstitusiyasında Azərbaycanın
dünyəvi, demokratik,
hüquqi dövlət
elan olunması və həmin konstitusiyanın 50-ci maddəsində
"Məlumat azadlığının
təsbit olunması, hələ ondan əvvəl, 1992-ci ildə
ilk dəfə Parlament
tərəfindən "KİV haqqında" Qanunun qəbul edilməsi jurnalistikanın inkişafına
güclü təkan verdi. Bütün bu faktlar Azərbaycanda ənənvi
media orqanlarının inkişafı
ilə yanaşı,
ilk İnternet-media nümunəsinin
yaradılması üçün
də geniş imkanlar yaradırdı.
Demokratik
cəmiyyətlərin hərtərəfli
inkişafı üçün
zəruri olan əsas prinsiplərdən
biri də fikir və söz
azadlığının təmin
olunmasıdır. Azad mətbuat, azad söz demokratiya və aşkarlığın,
insan haqlarının mühüm amillərindən
sayılır. Azad söz, azad mətbuat olmayan ölkədə demokratik təsisatlardan da danışmaq əhəmiyyətsizdir.
Qətiyyətlə deyə bilərik
ki, Azərbaycanda azad medianın inkişafı üçün
həm hüquqi, həm də iqtisadi baza mövcuddur.
-Azərbaycanın
medianın inkişafı
sahəsində regionun
lider dövləti rolunu oynamasında fikir, söz və məlumat azadlığının, plüralizmin
inkişaf etdirilməsi
istiqamətində görülən
işləri necə xarakterizə etmək olar?
-Təbii ki, bu birmənalı şəkildə belədir.
Müasir Azərbaycan mətbuatı
Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində
dünya mediasına inteqrə olunma mərhələsindədir. Bu prosesdə əsas iş mətbuatla bağlı qəbul edilən qərarlar, eyni zamanda mətbu
orqanlara dövlət tərəfindən verilən
maddi və mənəvi dəstək
birmənalı şəkildə
böyük rol oynayır.
-Bu gün mətbuat nə dərəcədə fikir,
söz və məlumat azadlığının,
plüralizmin inkişaf
etdirilməsinə öz
töhfəsini verir?
-Hazırda Azərbaycanda
yüzlərlə mətbuat
orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə
inkişaf edən
internet resursları fəaliyyət
göstərərək cəmiyyətimizin
informasiyaya olan ehtiyacının ödənilməsində
mühüm əhəmiyyət
kəsb edirlər. Bu orqanların
qarşısında duran
ən ümdə vəzifə cəmiyyətə
doğru,dürüst və operativ informasiya ixrac etməkdən ibarətdir.
-Fikir və söz azadlığından sui-istifadə
edən KİV-lər
barədə sizcə
hansı addımlar atılmalıdır?
-Bu gün medianın əsas problemlərindən biri söz azadlığından sui-istifadə halları ilə bağlıdır. bu problem getdikcə azalır. İndi daha çox problem "reket jurnalistika" ilə bağlıdır. Bəzi insanların ayrı-ayrı media qurumları formalaşdıraraq cinayət əməlləri törədilməsi ilə bağlıdır ki, burada mətbuatda söz azadlığından sui-istifadədən daha çox mətbuat və söz azadlığının altında gizlənmək istəyi və niyyəti var. Burada açıq şəkildə görünür ki, bu insan ictimai-siyasi müstəvidə informasiya siyasəti həyata keçirir və yaxud onun məqsədi cinayətkarlıqla məşğul olmaqdır. Əslində jurnalistika reketçiliklə məşğul deyil, reketçiliklə konkret şəxslər məşğul olur və onlar da jurnalistika sözünün arxasında gizlənirlər. Ona görə də belələrinə qarşı hər hansı güzəşt eləmək olmaz. Belələrinə qarşı hüququn dili ilə mübarizə aparmaq lazımdır
-Dövlətin mətbuata
göstərdiyi diqqət və qayğı fikir
və söz azadlığının daha da inkişaf
etməsinə nə dərəcədə dəstək olur?
-Azərbaycanda KİV-lə bağlı qanunlar beynəlxalq standartlara cavab verir. Hazırda kütləvi informasiya vasitələri biliklərin və siyasi cəhətdən mühüm məlumatların yayılmasının başlıca daşıyıcısıdır. Kütləvi informasiya vasitələri ictimai şüurun inkişafına faydalı və yaradıcı təsir göstərir, fəal düşünən ləyaqətli insan şəxsiyyətinin tərbiyələndirilməsində özünəməxsus sanballı rol oynayır. Məhz bütün bu faktorları nəzərə alaraq Azərbaycan höküməti mediaya xüsusi diqqət və qayğı göstərir. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstək Fondunun yaradılması. jurnalistlərin mənzil probleminin həll olunması və bu kimi digər addımlar isə dünyada nümunə, model kimi qəbul edilir. Hesab edirəm bu gün bizim ən böyük problemlərimizdən biri də məhz peşəkarlıqla bağlıdır. Bizim azad fəaliyyətimiz üçün ölkədə kifayət qədər münbit şərait yaradılıbdır. Bu mənada ilk növbədə dünyanın "həzm" edəcəyi formada informasiya ixrac etməyi bacarmalıyıq.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2017.- 12 yanvar.- S.15.