Cəmiyyətin bəlası- narkomaniya
Azərbaycanda bu problemə qarşı səmərəli
mübarizə aparılır
Təkcə Azərbaycan
deyil, eləcə də bəşəriyyətin
əsas problemlərindən olan və insan həyatının qəniminə
çevrilən narkomaniya və ona qarşı mübarizə ölkəmizdə
də səmərəli şəkildə həyata keçirilir. Bu istiqamətdə
mübarizəni daha effektli
aparmaq üçün
zamanında hüquqi baza
da formalaşdırılıb və
müəyyən qanunvericlik bazası
yaradılıb.
Məlumat üçün qeyd edək ki, hələ 1996-cı ildə ümummilli lider Heydər Əliyev "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" Fərman imzalayılb. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Əsasnaməsi təsdiq edilib. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"ı qəbul edilib. Bütün bunlardan irəli gələrək Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası başa vurduğumuz 2016-cı ildə narkomaniya və narkomanlığa qarşı mübarizə istiqamətində bir sıra tədbirlər həyata keçirib. Komissiyadan bildirilib ki, keçən il respublikanın bütün şəhər və rayonlarında maarifləndirici silsilə tədbirlər keçirilib, tədbirlərdə yeniyetmələr, gənclər, müəllimlər və valideynlər yaxından iştirak etməklə, mütəxəssislər tərəfindən onlara narkomaniya, onun doğurduğu fəsadlar, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə məlumat verilib. Narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilər hazırlanması üçün Dövlət Komissiyasının İşçi qrupu aidiyyəti dövlət orqanlarının mütəxəssislərinin iştirakı ilə respublikanın bir çox şəhər və rayonlarında tədbirlər keçiirilib və və ümumilikdə 1200 təlimçi hazırlanıb. Dövlət Komissiyasının İşçi Qrupunun təşəbbüsü ilə ümumtəhsil internat məktəblərində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şagirdlər üçün "Narkotiklərə qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir" mövzusunda maarifləndirmə tədbirləri keçirilib və tədbirlər çərçivəsində şagirdlər zəruri təbliğat materialları ilə təmin olunublar. İl ərzində cəzaçəkmə müəssisələri də diqqətdən kənarda qalmayıb. Məlumata görə, 2016-cı ildə cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Dövlət Komissiyasının İşçi qrupu arasında təsdiq olunmuş Tədbirlər Planına müvafiq olaraq, il ərzində cəzaçəkmə müəssisəsində (Yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsi daxil olmaqla) 25-dən çox maarifləndirmə tədbiri keçirilib. Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış videoçarxlar və filmlər nümayiş olunmuş, eləcə də maarifləndirici bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri məhkumlar arasında paylanılıb. Eyni zamanda narkomanlıqla mübarizə sahəsində profilaktik fəaliyyətin təsirliliyini artırmaq, ictimai maarifləndirmə tədbirlərini gücləndirmək və sağlam həyat tərzini təbliğ etmək məqsədilə tanınmış idman ustalarının iştirakı ilə hazırlanmış "Narkomaniyanın hədəfinə çevirilməmək naminə sağlam həyat tərzi seçin!" adlı yeni sosial çarx 2016-cı il ərzində Bakı şəhərinin 15 elektron reklam tablosunda yayımlanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası"nın və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2012-ci il tarixli 1 nömrəli Sərəncamının tələblərinə uyğun olaraq, Dövlət Komissiyasının sədrinin müvafiq göstərişlərinə əsasən İşçi Qrupunun təşkilatçılığı ilə ötən ilin iyun və dekabr aylarında müsadirə edilmiş külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən Bünyad Sərdarov adına Maşınqayırma Zavodunun inzibati ərazisində 407 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 937 kq-dan (əlavə olaraq 4740 ədəd çətənə kolu) artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr aidiyyəti təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə yandırma yolu ilə məhv edilib.
Füzuli
Olaylar.- 2017.- 13 yanvar.- S.13.