Siyasiiqtisadi islahatlar ili

 

2016-cı ildən başlamış islahatlar davam etdirilməlidir

 

Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş və məzmunlu, proqram xarakterli çıxışı zamanı bir sıra vacib məqamlara toxunmaqla yanaşı başa vurduğumuz ötən ili də xarakterizə etdi. Dövlət başçısının çıxışından aydın oldu ki, 2016-cı ildə Azərbaycan öz inamlı inkişafını davam etdirib və keçən il qarşıda duran bütün vəzifələr icra olunub.

Prezident bildirib ki, Azərbaycan 2016-cı ildə böhranlı vəziyyətdən şərəflə çıxa bilib. Həyata keçirilən mıəqsədyönlü tədbirlər və islahatlar nəticəsində qlobal miqyasda iqtisadi və maliyyə böhranı yaşanmasına, külli miqdarda yerlərinin bağlanmasına baxmayaraq Azərbaycanda keçən il 100 mindən artıq daimi yeri yaradılıb. Keçən ilin iqtisadi islahatlar ili kimi tarixdə qalacağını deyən Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, il ərzində qəbul edilmiş qərarlar, qanunlar, imzalanmış sərəncamlar iqtisadi islahatları daha da dərinləşdirib, sürətləndirib.

Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin diqqət çəkdiyi bir sıra məqamlarla bağlı fikirlərini bildirən Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu da deyib ki, 2016-ci ildə ölkəmizdə həm siyasi, həm də iqtisadi sahələrdə diqqəti cəlb edən bir sıra hadisələr baş verib. Onun szlərinə görə, siyasi sahədə baş verən ən mühüm hadisə Azərbaycan Konstitusiyasına əlavələr və dəyişikliklərlə bağlı keçirilmiş referendum hesab eilə bilər: "Konstitusiyaya edilən əlavə və dəyişikliklərin respublikamızın ali idarəetmə səviyyəsində əsalı dəyişikliklərə imkan yaradcağını söyləmək olar. Bu dəyişikliklərin daha çevik və mükəmməl idarəetmə sisteminin formalaşmasına gətib çıxaracağını gözləyirik. Müxtəlif sahələrdə Azərbaycanmızın qarşılaşdığı problemlərin vaxtında aşkara çıxarılıb həll edilməsi üçün belə bir idarəetmə sisteminin formalaşmasına ehtiyac var. Onu da etiraf edək ki, 2016-cı il iqtisadi sahədə son illər ərzində ən çətin il kimi yadda qalacaq. Azərbaycan beynəlxalq iqtisadi əlaqələrin üzvü olduğundan dünya iqtisadi sistemində baş verən böhranın bizim ölkəmizdən də yan keçməyəcəyi labud idi və belə də oldu. Ancaq baş verən çətinliklərə, iqtisadiyyatın, xüsusilə də maliyyə-kredit münasibətlərinin, bank sektorunun idarə edilməsində buraxılan səhvlərə baxmayaraq ölkə iqtisadiyyatı ümumən dözümlülük nümayiş etdirdi". Partiya sədri onu da diqqətə çatdırıb ki, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında ölkə iqtisadiyyatına ən böyük zərbənin bank sektoru tərəfindən vurulduğunu qeyd edib: "Biz son illər Mərkəzi Bankın məzənnə və kreditlərlə bağlı siyasətinin, bank-müştəri münasibətlərinin düzgün qurulmadığını, ölkə iqtisadiyyatının, xüsusilə də sahibkarlığın, inkişafına mənfi təsir etdiyini dəfələrlə qeyd etmişdik. Ümid edək ki, Prezidentin haqlı iradından sonra nəhayət bu sahədə müsbətə doğru irəliləyiş olacaqdır". Teyyub Qıənioğlu ümid edir ki, bütün bu çətinliklərə baxmayaraq Azərbaycan böhranlı vəziyyətdən tam mənada çıxacaq: "Azərbaycan iqtisadiyyatının böhran vəziyyətindən çıxması həm xarici, həm də daxili amillərdən asılı olacaqdır. Xarici amil dedikdə ilk növbədə dünya bazarlarında xam neftin satış qiymətinin hansı səviyyədə qərarlaşacağını nəzərdə tuturam. Təəsüf ki, atılan bir sara addımlara baxmayaraq ölkəmizin iqtisadiyyatının neft amilindən asılılığını lazımi səviyyəyə qədər azalda bilməmişik. Fikrimcə, həm xarici, həm də daxili amillər nəzərə alınarsa 2017-ci ildə ölkəmizin iqtisadiyyatının böhran vəziyyətindən təmamilə çıxarılması mümkün görünmür. Bununla yanaşı, hesab edirəm ki, 2017-ci ildə ölkə iqtisadiyyatının sağlamlaşdırılması, böhranın minimuma endirlməsi və gələcək iqtisadi inkişafın təmin edilməsi üçün respublikamızda kifayət qədər daxili potensial imkanlar vardır. Bunun üçün ilk növbədə 2016-cı ildən başlamış iqtisadi islahatlar davam etdirilməli, qəbul edilmiş qərar və sərəncamların yerinə yetirilməsi təmin edilməli, ilk növbədə isə, bank sektorunda vəziyyət kökündən dəyişdirilməli, sağlamlaşdırılmalı, real məzənnə siyasəti (nə qədər çətin olsa da) tətbiq edilməlidir". Partiya sədri sonda Dağlıq Qarabağ problem ilə bağlı fikirlərini də bildirib. O, təəssüf hissi ilə qeyd edib ki, bir çox obyektiv səbəblərdən Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə Azərbaycanın iradəsindən asılı deyildir: "Baxmayaraq ki, bu sahədə əsas maraqlı tərəf Azərbaycandır. 2016-ci il uğulu aprel müharibəsindən sonra bu sahədə dönüş olacağı gözlənilsə də, dünya düzənini müəyyən edən və Azərbaycanın dostu olmayan qüvvələrin ermənipərəst mövqeləri səbəbindən bu baş vermədi. Dağlıq Qarabağ münaqişəsi ətrafında son zamanlar müşahidə olunan hadisələr bir daha göstərdi ki, onun beynəlxalq hüquq normalarına uyğun şəkildə sülh yolu ilə həlli mövcud deyildir. Bu münaqişənin yeganə həll yolu-hərbi yoldur. Ancaq dünya düzənində mövcud olan qüvvələr nisbətini nəzərə alsaq deyə bilərik ki, məlum qüvvələr torpaqlarımızın geniş miqyaslı müharibə yolu ilə azad edilməsinə imkan verməyəcəklər. Qalır lokal müharibələr yolu. Aprel hadisələriri bu yolun uğurlu olduğunu bir daha sübut etdi. Aprel hadisələrinin bir-iki dəfə təkrarlanacağı təqdirdə Dağlıq Qarabağda barmaqla sayıla biləcək qədər erməninin qalacağna tam əiminəm".

 

Süleyman

 

Olaylar.- 2017.- 13 yanvar.- S.5.