Heydər Əliyev-söz və
mətbuat azadlığının təminatçısı
Ölkəmizdə bütün sahələrdə
olduğu kimi mətbuat sahəsinin inkişafında da ulu
öndər Heydər Əliyevin əvəzsiz xidmətləri
olub. O, hakimiyyətdə olduğu müddətdə Azərbaycanda
mətbuatın inkişafına, bu sahədə maddi-texniki
bazanın möhkəmləndirilməsi və jurnalistlərin
sosial müdafiəsinin gücləndirilməsinə xüsusi
diqqət göstərib.
Ümumiyyətlə,
Azərbaycanda sağlam və peşəkar mətbuatın
formalaşmasında xalqımızın ümummilli lideri Heydər
Əliyevin əvəzsiz xidmətləri olub. O, hələ
dövlət təhlükəsizlik orqanlarında
çalışdığı illərdə, xüsusən
də Azərbaycan KP Mərkəzi Komitəsinin I katibi olarkən
mətbuatla sıx təmas onun iş prinsipinin başlıca
istiqamətlərindən biri olub. Bu ondan irəli gəlirdi
ki, Heydər Əliyev hər zaman çox güclü təbliğat
və təşviqat maşını olan mətbuatın
insanları səfərbər etmək, onları təşkilatlandırmaq
imkanlarını çox gözəl bilirdi.Ona görə də
70-80-ci illərdə cəmiyyəti düşündürən,
narahat edən bütün problemlər məhz Heydər
Əliyevin şəxsi təşəbbüsü ilə bu və
ya digər formada mətbuata çıxarılırdı.
Heydər Əliyev bu barədə deyirdi: "Sovet hakimiyyəti
vaxtında bizdə bir mətbuat - kommunist mətbuatı
vardı. Mən həmişə bu mətbuatı bizim
nöqsanları araşdırmaq, aşkara çıxarmaq
istiqamətinə yönəldirdim. Çünki biz işdəki
nöqsanların hamısını aşkara çıxara
bilmirdik". Təbiidir ki, mətbuat və televiziyanın
qaldırdığı problemlər də MK-nın və
şəxsən Heydər Əliyevin diqqətindən
yayınmırdı. Yaxşı xatirimdədir, o illərdə
"Kommunist", "Bakı", "Azərbaycan gəncləri",
"Bakinski raboçi" və digər qəzetlərdə
dərc olunan ciddi tənqidi yazıların, demək olar ki, əksəriyyətinə
birbaşa Mərkəzi Komitə səviyyəsində dərhal
reaksiya verilirdi. Heydər Əliyev dövrünün
böyük siyasətçisi idi və adətən, belə
insanlar öz hiss və həyəcanlarını çox
zaman biruzə vermirlər. Amma onunla bir yerdə işləyən
və onu yaxından tanıyan insanlar çox yaxşı
bilirlər ki, ulu öndər mətbuatla, jurnalistlərlə
nə qədər səmimi idi. O, sözün tam mənasında,
mətbuat üçün açıq adam idi. Yəni, o, mətbuata
hər şeyi deyirdi və mətbuatın
qaldırdığı problemlərə də həssaslıqla
yanaşırdı. "Literaturnaya qazeta"da "Qoy, ədalət
zəfər çalsın" başlığı
altında dərc olunmuş müsahibəni yada salın.Heydər
Əliyev həmin müsahibəsi ilə, əslində, SSRİ
məkanında ilk dəfə olaraq cinayətkarlığa və
korrupsiyaya qarşı açıq müharibə elan
etmişdi. Əlbəttə, dünyaya qapalı olan bir
ölkədə, özü də dövlətin rəhbərlərindən
birinin dilindən cəmiyyətdə kök salmış
neqativ halların açıq şəkildə təhlil və
tənqid olunması o dövr üçün son dərəcə
riskli addım idi. İnanın, o zaman SSRİ rəhbərləri
içərisində Heydər Əliyevdən savayı,
heç kəs bunu edə bilməzdi. Həmin müsahibədən
sonra mətbuatda cəmiyyətin az qala bütün sahələrini
əhatə edən çox geniş müzakirələr
oldu. SSRİ-nin bütün regionlarının sakinləri bu
müzakirələrə qoşuldu. Təbii ki, o zaman bu məsələ
ilə bağlı həm Azərbaycana, həm də Heydər
Əliyevə qarşı görünən və
görünməyən qüvvələr tərəfindən
çox ciddi təzyiqlər oldu. Amma bütün bunlar Azərbaycanın
Heydər Əliyev tərəfindən müəyyən edilən
və idarə olunan mənəvi-siyasi kursunu dəyişə
bilmədi. Əksinə, ulu öndər ölkədə
sosial-mənəvi mühiti sağlamlaşdırmaq naminə
daha ciddi addımlar atdı. "Literaturnaya qazeta"ya
müsahibəsindən az sonra bilavasitə mənəviyyat məsələlərinin
müzakirəsinə həsr olunan respublika müşavirəsində
siyasi sistemin mahiyyətindən irəli gələn hər
cür çatışmazlıq və eybəcərliklər
geniş müzakirə predmetinə çevrilərək kəskin
tənqid atəşinə tutuldu, vəziyyəti
sağlamlaşdırmaq məqsədilə müvafiq tədbirlər
planı təsdiq olundu.
1993-cü
ildə Heydər Əliyev xalqın təkidlki tələəbi
ilə ikinci dəfə hakimiyyətə
qayıdışından sonra da Azərbaycan mətbuatında
da yeni səhifə açıldı. Həmin illərdə
Azərbaycanda söz və mətbuat azadlığının
təmin edilməsi, kütləvi informasiya vasitələrinin
sərbəst fəaliyyətinə imkanların
yaradılması əsas vəzifə kimi qarşıya
qoyulmuşdu. Azərbaycan dövləti müstəqilliyini bərpa
etdikdən sonra istər müstəqillik aktında, istərsə
də Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan
dünyəvi, demokratik, hüquqi dövlət elan olunması
və həmin konstitusiyanın 50-ci maddəsində "Məlumat
azadlığının təsbit olunması, hələ ondan
əvvəl, 1992-ci ildə ilk dəfə Parlament tərəfindən
KİV haqqında Qanunun qəbul edilməsi jurnalistikanın
inkişafına güclü təkan verdi. Ulu öndərin ikinci dəfə
hakimiyyətə qayıdışından sonra cəmiyyətin
müxtəlif sferalarında olduğu kimi, AMEA-da da yeni
inkişaf mərhələsinin əsası qoyuldu.
Bütün bu faktlar Azərbaycanda ənənvi media
orqanlarının inkişafı ilə yanaşı, ilk
İnternet-media nümunəsinin yaradılması
üçün də geniş imkanlar yaradırdı. Azərbaycanda
ilk dəfə İnternetə çıxış 1991-ci ildə
Azərbaycan Elmlər Akademiyasının İnformasiya
Texnologiyaları İnstitutunda bir qrup alim və mütəxəssis
tərəfindən həyata keçirildi. 1995-ci ildə isə
Azərbaycanda mətbuatımızın bugünkü
inkişafında mühüm xidmətləri olan ilk veb-portal
- science.gov.az-ın əsası qoyuldu. Həmin dövrdə akademiyanın
rəsmi saytı www.ab.az adı altında fəaliyyət
göstərirdi, 2003-cü ildə isə AMEA Rəyasət
Heyətinin qərarı ilə sayt science.az
adlandırıldı. Bu gün portal Azərbaycanın elektron
mətbuatının "Əkinçi"si, ilk qaranquşu
hesab olunur. Science.az Azərbaycanda dövlət tərəfindən
elmdə aparılan islahatları, elmin inkişafı sahəsində
əldə edilmiş nailiyyətləri obyektiv şəkildə
işıqlandıran və təbliğ edən, AMEA-nın həyatında
baş verən əlamətdar hadisələri, tarixi
görüşləri əks etdirən dəyərli və
etibarlı informasiya mənbəyidir. Saytda akademik həyatın
ictimaiyyət üçün əhəmiyyət kəsb edən
bütün məlumatları operativ olaraq əks olunur. 1998-ci
ildə ölkənin mətbuatı üzərində
senzuranın ləğv olunması yeni dövr
jurnalistikasının yaranmasına yol açdı. Artıq
KİV-lərin fəaliyyətini tənzimləyən
qanunvericilik aktlarının qəbul olunması ilə ölkə
mətbuatının Avropa standartlarına
uyğunlaşdırılması prosesi
başlamışdı. Yeni qanunda, həmçinin ölkəmizdə
fəaliyyət göstərən aparıcı mətbu
orqanlarının maddi-texniki imkanlarının gücləndirilməsi
məsələsi də öz əksini tapmışdı.
Heydər Əliyevin milli mətbuatımızın
inkişafına xidmət edən növbəti addımı
1999-cu ildə "Kütləvi İnformasiya Vasitələri
haqqında" Qanunu təsdiqləməsi oldu. Bu sənədlə
ölkəmizdə yeni mətbuat orqanlarının təsis
olunması prosesi xeyli asanlaşdırıldı.
"2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin
maddi-texniki şəraitinin yaxşılaşdırılması
üçün Tədbirlər Proqramı" təsdiq
olundu. Vətəndaş müraciətlərinə
baxılması, informasiyaların mühafizəsi, informasiya
azadlığı, radio-televiziya yayımları, İTV və
radio haqqında müxtəlif qərar və qanunlar qəbul
etməklə KİV-lərin fəaliyyətinin genişləndirilməsi
və inkişafı təmin edildi. Heydər Əliyev 2000-ci
ildə imzaladığı Fərmanla Azərbaycan milli mətbuatının
yubileylərinin ölkə səviyyəsində qeyd edilməsi
mətbuat-dövlət münasibətlərinin möhkəmlənməsində
həlledici rol oynadı. Məhz ulu öndərin milli mətbuatın
inkişafına göstərdiyi diqqət və
qayğının nəticəsi idi ki, 2002-ci ildə o,
"Ruh" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin
təsis etdiyi "Jurnalistlərin dostu" mükafatına
layiq görülmüşdü. 15 mart 2003-cü ildə
Jurnalistlərin I Qurultayında jurnalistlər tərəfindən
qeyri-hökumət təşkilatı olan Mətbuat
Şurası yaradıldı. Bütün bu addımlar Azərbaycan
mətbuatının dünya mətbuatına
inteqrasiyasını, jurnalsitika sahəsində yeni-yeni nailiyyətlərin
əldə edilməsini sürətləndirdi.
Bu
gün isə əminliklə demək olar ki, mətbuat ölkədə
ən sürətlə inkişaf edən,
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə
günü-gündən təkmilləşən fəaliyyət
sahələrindən biridir. Ölkə mətbuatı
müasir informasiya cəmiyyəti quruculuğunda, milli-mənəvi
dəyərlərin qorunub saxlanması və təbliğində,
o cümlədən, tədris və maarifləndirmə sahəsində
mühüm rol oynayır. Dövlət
başçısı İlham Əliyev son illərdə
mütəmadi olaraq KİV-in inkişafına təkan verən,
onun müstəqil fəaliyyəti üçün imkanlar
yaradan addımlar atır. 2005 və 2010-cu illərdə
Prezidentin sərəncamları ilə milli mətbuatımızın
130 və 135 illik yubileyləri ölkə miqyasında
geniş qeyd olunmuşdu. Hazırda Azərbaycanda yüzlərlə
mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri,
sürətlə inkişaf edən internet resursları fəaliyyət
göstərərək cəmiyyətimizin informasiyaya olan
ehtiyacının ödənilməsində mühüm əhəmiyyət
kəsb edirlər.
Bu il
Azərbaycan milli mətbuatının yaranmasının 141
yaşı tamam oldu. Bu, əslində tək mətbuatın
deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin
bayramı idi. Təsadüfi deyildir ki, ölkə Prezidenti
İlham Əliyev hələ mətbuatımızın 135
illiyinin ümummilli səviyyədə qeyd olunması ilə
bağlı xüsusi sərəncam imzalamışdı. Sərəncamda
göstərildiyi kimi, Azərbaycan dövlətinin artan
imkanları milli mətbuatımızın inkişafı
yolunda çətinliklərin aradan qaldırılması, onun
aktual problemlərinin həlli məqsədilə kompleks tədbirlərin
həyata keçirilməsinə şərait yaradıb.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2017.- 17 yanvar.- S.12.