Azərbaycanın İslam
həmrəyliyinə
verə biləcəyi
töhfələr kifayət qədərdir
Ölkəmizin İslam həmrəyliyi
modeli buna bariz nümunədir
Azərbaycanın uzun əsrlərdən
bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən
biri olduğu heç kimdə şübhə doğurmur. Ölkəmizin
İslam dəyərlərinə və
irsinə həssas münasibəti və qayğısı da heç kimə sirr deyil. O da
bəllidir ki, Azərbaycan mütəmadi olaraq İslam aləmi ilə
qarşılıqlı faydalı münasibətlər qurub, qlobal əhəmiyyətli
bir sıra mühüm
tədbirlərin təşkilatçısı kimi çıxış edib.
Məhz
bu mövqeyin nəticəsi olaraq prezident İlham Əliyev
2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi
İli" elan edib. Qeyd edək ki, dövlət
başçısının belə bir qərar qəbul etməsinin
dərin və məzmunlu mənası var. Məlum olduğu kimi, Azərbaycan tolerantlıq mühitinin
təşəkkül tapmasına, multikulturalizmin,
mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam
dəyərlərinin dünyada təbliğinə
böyük töhfələr verib və bu istiqamətdə
fəaliyyətini davam etdirməkdədir.
Bununla bahəm, hazırda İslam
ölkələrində baş verən
hadisələr, onların qarşısında duran
çağırışlar bu ölkələrin
həmrəyliyini aktual məsələyə
çevirir. Təbii ki,
bu həmrəyliyin arzuolunan
səviyyədə olmaması Azərbaycanı
düşündürməyə bilməz. Prezident
İlham Əliyev bu
addımı ilə Azərbaycanın İslam
həmrəyliyinə töhfə vermək əzmini bir daha nümayiş
etdirdi. Millət vəkili, Milli Məclisin Aqrar siyasət
komitəsinin sədri Eldar İbrahimov
deyib ki, ölkə Prezidenti İlham Əliyev
tərəfindən 2017-ci ilin Azərbaycanda
"İslam Həmrəyliyi İli" elan edilməsi
çox düzgün,
çox əhəmiiyətli və zərurətdən
yaranan bir
addımdır. Bu, özü
də yalnız İslam dünyasında yox, bütün dünyada böyük əks-səda
doğuracaq təqdir olunası,
alqışlanılası bir tarixi hadisədir: "Bu gün Azərbaycanın
bütün dini
konfessiyaları, bütün millətləri
öz uzaqgörən, düşünülmüş,
toletant və multikultural
siyasəti ilə özündə birləşdirdiyini,
bütünləşdirdiyini, eyni zamanda, İslam dünyasının
da ən çətin, ən problemli dövrünü
yaşadığını nəzərə alsaq,
2017-ci ilin "İslam
Həmrəyliyi İli" elan edilməsi Azərbaycanın bütün İslam
dünyasında, ümumiyyətlə, bütün
dünyada bir
barışdıcı qüvvəyə çevrilməsi
baxımından çox məntiqli bir davranışdır. Kimsə də bunun əksini düşünə bilməz və
buna da haqqı,
ixtiyarı yoxdur". E.İbrahimovun
sözlərinə görə, bu il həmçinin Azərbaycanda İslam Həmrəyliyi Oyunları
keçiriləcək, Azərbaycan növbəti nüfuzlu və mötəbər bir beynəlxalq yarışmaya layiqli
evsahibliyi edəcək: "Eyni zamanda, ötən ili "Multikulturalizm İli" elan etməklə
Azərbaycan bütün konfessiyaları,
dinləri, millətləri qarşılıqlı hörmət
əsasında qarşılamaq qabiliyyətini ortaya
qoydu və dünyaya da göstərdi, bir daha əyani şəkildə sübut
etdi ki, bu konfessiyalar, dinlər
içərisində xüsusi diqqətə
layiq olan İslam dinidir. Bununla
yanaşı, cənab Prezidentin "Biz İslam
dünyasını birləşdirmək istiqamətində səylərimizi
ortaya qoyacağıq" sözləri heç də təsadüfi deyil
və bu baxımdan da,
hesab edirəm ki, bu, həm millətimizin adını İslam dünyasında, həm də İslam aləmini dünyada
yeni və yüksək bir mərhələyə qaldıracaq. Azərbaycan
dünyadakı imzalar içində öz imzasını bir daha var edəcək. Buna görə də elə bəri-başdan
ölkə Prezidentinə öz adımdan
və ümumən xalqımızın adından dərin minnətdarlığımı
ifadə etmək istəyirəm". Millət
vəkili, Milli Məclisin Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin sədri Səməd Seyidov deyib ki, Prezident
İlham Əliyev tərəfindən
2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli"
elan edilməsi çox
düzgün, zərurətdən doğan və yalnız İslam
dünyasında yox, bütün
dünyada böyük
əks-səda yaradacaq bir
addımdır: "Bu gün Azərbaycanın bütün
dini konfessiyaları, bütün
millətləri öz siyasəti ilə
birləşdirdiyini və İslam
dünyasının ən çətin, ən problemli dövrünü
yaşadığını nəzərə alsaq,
2017-ci ilin "İslam
Həmrəyliyi İli" elan edilməsi Azərbaycanın bütün İslam
dünyasında, ümumiyyətlə, bütün
dünyada bir
barışdıcı qüvvəyə çevrilməsi
baxımından çox məntiqli bir addımdır: "Həmçinin bu il Azərbaycanda İslam Həmrəyliyi Oyunları
keçiriləcək. Eyni zamanda, ötən ili "Multikulturalizm İli" elan etməklə
Azərbaycan bütün konfessiyaları,
dinləri, millətləri qarşılıqlı hörmət
əsasında qarşılamaq qabiliyyətini ortaya
qoydu və dünyaya
göstərdi ki, bu konfessiyalar, dinlər içərisində xüsusi diqqətə layiq
olan İslam dinidir. Bununla yanaşı, cənab Prezidentin
"Biz İslam
dünyasını birləşdirmək istiqamətində səylərimizi
ortaya qoyacağıq" sözləri heç də təsadüfi deyil
və hesab edirəm ki,
bu, həm millətimizin adını İslam dünyasında, həm də İslam aləmini dünyada
yeni və yüksək bir
mərhələyə qaldıracaq". Onu
da qeyd edək ki, dövlətimizin başçısı
2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi İli"
elan etməklə İslam
dünyasının həmrəyliyinə böyük
önəm verdiyini göstərdi. Məlumdur
ki, indiyə qədər müsəlman
ölkələrini din ətrafında
birləşməyə çağıran müəyyən
təşəbbüslər göstərilib. Azərbaycan
prezidenti isə tarixdə ilk
dəfə olaraq İslam
dünyasına siyasi mesaj
ünvanladı, vahid mövqedən
çıxış etməyin, birliyə nail
olmağın, eyni zamanda,
dünyaya inteqrasiyanın vacibliyinə
ifarə etdi. Şübhəsiz ki, dövlətimiz bu
istiqamətdə qarşıya qoyulan hədəflərə
nail olmaqd üçün heç bir maneə ilə üzləşməyəcək.
Çünki, İslam
həmrəyliyinin Azərbaycan modeli göz qabağındadır. Təkcə bu amil deməyə əsas
verir ki, ölkəmizin
İslam həmrəyliyinə verə biləcəyi
töhfələr kifayət qədərdir. Yeri
gəlmişkən qeyd edək ki, İslam
dünyasının əsas mədəni, dini
mərkəzlərindən biri olan Azərbaycan tarixən İslam
mədəniyyətinə və elminə böyük
töhfələr verib. Azərbaycanın
inkişaf perspektivləri, dünyadakı
yeri, yüksək imici
respublikamızın bu istiqamətdə mövqeyini daha da möhkəmləndirir. Azərbaycanın İslam dünyasında bu
və ya digər problemlərin həllində
özünəməxsus rola və nüfuza malik olması bu töhvələrin davamlı
olacağına əminlik yaradır.
Alim
Olaylar.- 2017.- 18 yanvar.- S.4.